Cüme, 19.04.2024, 08:14
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Bölmələr
    Elmi məqalələr [0]
    Elmi məqalələr
    DİNİ MƏQALƏLƏR [4]
    DİNİ MƏQALƏLƏR
    QONAQ YAZARLAR [2]
    QONAQ YAZARLAR
    ANALİZ [0]
    ANALİZ
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    YAZARLAR

    Главная » 2008 » İyul » 22 » BAŞQA BİR DÜNYADIR QADIN
    15:52
    BAŞQA BİR DÜNYADIR QADIN
     
     
     
    Esselamu Əleykə Ya Mində Rəsulullah

    Esselamu Əleykə Ya Gurretil Eyn-i Rəsul

    Biz Bir Dünyayıq

    "Dünyanın böyük adamları, məktəblərinin ən böyük şagirdləri deyildi, nə də çox vaxt ən böyük məktəblilər həyatın böyük adamları olmuşlar." a. LincolnBu qətiliklə insan zəkasının gizli qalmış qapılarını aralamaqla ortaya çıxacaq bir fikir…

    Bütün gəl-getleri, kaprisləri, kiçik ərköyünlükləri, qorxuları, qarışıqlıqları, hərcayilikləri, xəyal qırıqlıqları, eşqləri, tərk edilişləri, müvəffəqiyyətləri, müvəffəqiyyətsizlikləri, hiyləgərlikləri, safları, uşaq ağızları, şirinlikləri, kiçik yalanları, böyük etirafları ilə özü olmağa çalışan qadını tanımaq...

    Bir qadını sevməklə başlar hər şey, bir qadını tanımaqla çatılar həyatın sirrinə. Bir qadını tanımaya soyunmaq çətin amma kefli bir səfərə çıxmaqdır. Dörd mövsümü bir ürəkdə görüşdürər, buna görə də davamlı çaşdırarlar. Sürprizlərin ardı arxası kəsilməz. Çətindir anlamaq onları. Bənzəmək lazımdır anlaya bilmək üçünn bəlkə də! Öz zəkasını xatırladanları sevər, sevgisini göstərməkdən ürkməyənləri, sürprizlərə hazırlıqlı olanları bir də. Musson yağışları kimi yağarkən, Səhra' da çöll fırtınası qoparıb ardından günəş olub istilədə bilərlər. Dedim ya bir dünyadır qadınlar, ürəkləriylə danışan, gözləriylə gülən...

    Bir qadını sevməklə başlar hər şey, bir qadını tanımaqla aydın olar, həyatın

    sirrinə ancaq eşqlə çatılacağına. Sevgi arsızıdır qadın. Verdiyindən daha

    çoxunu istəyə eqoizmini göstərəcək qədər sevgi arsızı... Bu yanını doyurunca şişəcəyindən qorxanlar, birlikdə çoxalacaqlarını bilməyənlərdir.

    Bir qadını sevməklə başlar hər şey, bir qadını tanımaqla qanad çırpılar azadlığın bütün maviliklərinə. Özünə inananlara, eşqə inananlara qaçar. Həm yaman bir eşq ovçusu, həm də

    kələ-kötür yollarda qaçmaqdan bitap eşq yorğunudur qadın.

    Bir qadını sevməklə başlar hər şey, bir qadını tanımaqla çıxılar kefli macəralara. Həyatla lağ etməsini bilər qadın, eynilə özlə lağ etməsini bildiyi kimi. Ağız dolusu gülüşlərə təslim olar və şahid olunar ehtirasların gücünə. Gözə sahədir qadın. Çəkib getməyi, sahib olduqlarından imtina etməyi, qarşılıq gözləməməyi...

    Mübarizə edər, hirslənər, qışqırar amma həmişə sevər. Dedim ya bir dünyadır qadınlar, ürəkləriylə danışan, gözləriylə gülən... Ürəyini sevgiyə açan və sevməkdən qorxmayan bütün qadınlar kimi... İndi bir düşünün, neçə qadını deyil bir qadını tanıya bildinizmi bu günə qədər? ? ?

     

    Rəb, qadınlara keçmişi və gələcəyi, kişilərə isə yaşadığı günü hədiyyə etdi, qadınlar geniş bir zamana yayıldıqları üçün narahat, kişilər dar bir zamana sıxışdıqları üçün anlayışsız olarlar.

    İşdə tam bu səbəblərlə biz qadınlar həmişə geridə qalan qəhrəmanlarıq, bu səbəblə sizlər müvəffəqiyyətlisiniz bu səbəblə bir şans istəyirik,

    Bəli, mübarizə edərik hirslənər qışqırar amma həmişə sahiblənərik, zaman zaman sağ ol belə etmərik, kiçik ovuclarımız qədər ürəyimizin diametri vardır deyərlər bizə amma biz bir dünyayıq.
    Fəridə Dəmir (Türkiyə)
    Просмотров: 1047 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  İyul 2008  »
    B.eÇ.aÇC.aCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031
    Linklər