TÖVBƏ - 22 Июля 2008 - YAZARLAR - ....::İslam::....
Cüme, 09.12.2016, 09:43
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Bölmələr
    Elmi məqalələr [0]
    Elmi məqalələr
    DİNİ MƏQALƏLƏR [4]
    DİNİ MƏQALƏLƏR
    QONAQ YAZARLAR [2]
    QONAQ YAZARLAR
    ANALİZ [0]
    ANALİZ
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6768
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    YAZARLAR

    Главная » 2008 » İyul » 22 » TÖVBƏ
    19:20
    TÖVBƏ
                                                                              
     
                                                                            TÖVBƏ

     

     

    “Ey iman gətirənlər!Allaha tərəf həqiqi(doğru və davamlı)tövbə edin ki,günahlarınızın üstünü örtsün və sizləri ağacların altından çaylar axan Behişt  bağlarına daxil etsin”

    <<Tövbə>> ərəb sözü olub,lüğətdə ”qayıdış” mənasını daşıyır.

    Əllamə Hilli(r.ə) tövbə haqda belə buyurur:

    ‘’Tövbə keçmiş pis işə peşman olub,onu tərk etmək və görülmüş pis işlər üçün peşman olub,gələcəkdə bir daha o işə təkrar etməmək üçün ciddi qərara gəlməyə deyilir’’

    Bütün bunları nəzərə alaraq,insan  özünə təsəlli verərək heç vaxt günahlarının çoxluğuna görə məyus olmamalı və öz səadətini Allaha tərəf qayıtmaqla tapmalıdır.İnsanın fitrətində Allaha tərəf qayıtmaqla tapmalıdır.İnsanın fitrətində Allah istəyi qoyulduğundan,günahlar vasitəsi ilə Allahdan və Allaha olan istəkdən uzaqlaşan şəxs,üzülməməli,bir daha geri qayıtmalı və tövbə etməlidir.Bu yerdə uca Allahın öz böyük kitabı “Qurani-kərim”də qeyd etdiyi cümlələr yadıma düşdü:”Əgər tövbə etsələr,namaz qılıb zəkat versələr,onlar sizin din qardaşlarınızdır.Biz ayətlərimizi anlayıb bilən bir tayfa üçün belə ətraflı izah edirik”.(Tövbə surəsi 11-ci ayə).

    İnsan aldanır.Onu ya şeytan yoldan çıxarır,yada nəfsi yoldan azdırır.Bu iki amil bir ömür boyu insandan əl çəkmir,günah işləməyə vadar edir.Bu qaçınılmazdır.Ona görədə dünyada günahsız insan yoxdur,məsumlar və peyğəmbərlər istisnadır.Az da olsa,çox da olsa hər kəsin günahı var.Həyatın hər saniyəsi yen-yeni xəzinələr əldə etmək üçün böyük fürsətlərlə doludur.Bu fürsətlərdən düzgün istifadə etməklə qaranlıqdan aydınlığa çıxmaqda mümkündür,əksinə,qarşıdan imkanlardan düzgün faydalanmaqla zülmətə düşməkdə...İmkan və fürsətlərin hansı istiqamətdə dəyərləndirlməsi insanın iradəsindən asılıdır.Bütün bunlardan sonra”Əstağfirullah” deyib Allahdan əfh və bağışlanmaq istəyə bilərsən.Zənnimcə bir hədislədə gücləndirsən buna heç bir şək-şübhə qalmaz.İmam Cəfər sadiq(ə) buyrulurki:”Camaatın tövbəsi həmişə öz qəlblərini günahlarına görə həsrət və qəm-qüssədən yumaq və keçmiş günahlarına görə peşman olub,gələcəkdə qalan ömürlərində də günahlarından çəkinib Allah qorxmasından ibarətdir”Beləliklə,tövbə təkcə dildə deyil,əksinə insanın əməlləri ilə sıx əlaqədardır.

    İnsan yonulmamış mərmərdir.Heykəltaraş öz xəyalında canlandırdığı heykəli yonduğu kimi,insanda öz ruhunu ideallarına uyğun yonmalıdır.Ona görədə demək olar ki,hər insan öz ruhunun heykəltaraşı onun hər davranışında öz vicdanın təzahürüdür.Gəlin birgə etiraf edək ki,indi vicdanımızın,əməllərimizin və ruhumuzun rəngi nə qədərdə qaralıb.Ən böyük nemətdə bilirsiniz nədir?Bizi yaradanın,bizə həyat verənin eyni zamanda bizə doğru istiqaməti göstərməsidir.Peyğəmbərlər müqəddəs kitablar haqda gedən yeganə yoldur.Həm peyğəmbərlərin,həm müqəddəs kitabların bizi Allaha yaxınlaşmaq üçün ilk növbədə günahdan paklanmağı və ən dəyərli yol olan tövbə yolunu tutmasını dəfələrlə qeyd etmiş və qeyd edilmişdi.

    Tövbə günahdan savaba keçən açıq yoldur.Bəzlər elə düşünürlər ki,xırda günahların insana zərəri yoxdur.Bu çox yanlış fikirdir.Hər xırda günahdan böyük günaha gedən yol vardır.Bir sözlə xırda günahlar insanı böyük günahlara alışdırır.Ona görə də günahın xırdasına böyüyünə baxmamaq və hamısından uzaq durmaq lazımdır.İnsana bəxş edilən ən böyük nemət həyatın özüdür.Dünyaya gəlmək və ya gəlməmək,insan olaraq yaradılmaq və ya yaradılmamaq bizim əlimizdə deyilki...Həyat imkan və fürsətlərlə birlikdə yaradılır.Kimlərsə buna “bəxt”deyir,ancaq gəlin etiraf edək ki,hər kəsin önündə iki yol var.Yaxşı və pis.Seçmək insanın əlindədir.Əslində bir həqiqətdir ki,seçməkdə bizə verilən bir nemətdir.Yaxşısını seçməklə hər iki dünya səadətinə qovuşmaq mümkündür.Amma günahlarımız imkan versə..!İşlədiyimiz hər bir günah qəlbimizdə qara ləkə salır.Hər günah işləyəndə tövbə edərək bu ləkələri yumasaq,qəlbimiz qaralar.Tövbə günahlardan təmizlənmək üçün yeganə fürsətdir.Bu fürsətdən vaxtında faydalanmaqla bədənimizi və ruhumuzu kirdən,pasdan,ləkədən təmizləyə bilərik.

    Bəzi şəxslər tövbəni yalnız dildə edir və “tövbə etdim”deməklə hər şeyin bitdiyini güman edir.Amma möminlərin əmiri Əmirəlmöminin Əli ibn Əbutalib(ə) əsəri olan”Nəhcül-Bəlağadan”bir hədis lap yerinə düşərdi və bunlarla tövbənin dillə yox,qəlblə deyilməsinin üstün olmasını isabat olunardı.Ağa buyurur:”Onun altı şərti vardır:

    1)Keçmiş günahlara peşman olmaq;

    2)Bir daha keçmiş günahlara qayıtmamaq üçün ciddi qərara gəlmək;

    3)Allahla öləndə görüşən zaman heç kəsin haqqı boynunda olmasın deyə,xalqın haqqını qaytarmaq;

    4)Yerinə yetirmədiyin vacib əməllərin haqqını ödəmək üçün onları yerinə yetirmək

    5)Haramdan əmələ gəlmiş ətləri qəm-qüssə və peşmançılıqla əritmək və nəticədədə sümüklərə yapışdıqdan sonra onları yenidən inkişaf etdirmək.

    6)Bədənə günahın şirinliyini dadızdırdığın kimi Allah ibadətinin çətinliyini dadızdırmaq

    Tövbə etmək səmimi qəlbdən peşman olmaq deməkdir.Bağışlanmaq üçün dua etmək lazımdır.Allaha (C.C) bol-bol dua edən,tez-tez tövbə edən bəndə Allahın sevgisini qazanar.Quranın bəqərə surəsinin 222-ci ayəsində buyrulur:” Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!

    Bizi Allahın sevgisindən məhrum etmək üçün şeytan sağımızdan,solumuzdan bizə hücum edir,hər vəchlə bizi yanlış yola salmağa çalışır.Təəssüf ki,bir çox hallarda buna nail olur.Belə səflərimizə qarşı yeganə sıxınacağımız yenə Allahın mərhəmətidir ki,buna gedən yol da tövbədir.Bu məsələdə şeytanın ən böyük silahdaşı nəfsimizdir.İçimizdə gəzdirdiyimiz,bir an belə bizi tək buraxmayan,həmişə bizi səhv yollara sürükləyən nəfsimiz.......

    Gəlin birlikdə fikirləşək.Niyə insanlar bir-birlərinə yardım etməkdən çəkinirlər?Niyə insanlar ən adi hallarda belə nəfslərinə məğlub olurlar?Niyə biz nəfsimizə qalib gələ bilmirik?

    Ey əziz dostum!Cəmiyyətdəki təbəqələşmə göz qabağındandır.Kimlərsə villalarda yaşayır,kimlərsə başını soxmağa daxma belə tapa bilmir.Kimlərsə gündə  bir avtomobil dəyişir,kimlərsə bir cüt ayaqqabı almağa belə,imkanı yoxdur.

    Məgər varlılar kasıbların bu acınacaqlı halını görmürlər?Məgər onlar öz var dövlətlədindən bir qədər pul ayırıb kasıbların zəruri ehiyatlarına xərcləsələr,kasıblaşarlar?Əsla!Kasıba əl tutmaq var dövləti dahada bərəkətləndirir.Bunun üçün sadəcə olaraq,istəmək lazımdır.Varlı dərk etməlidir ki,onun var dövlətində kasıbında haqqı var.Gözlərini dünya malına dikərlər.Bu dünyanın fani olmadığını bilməzlər.Fikirləşmirlər ki bir gün öləcəklər,ümid bağladıqları  o var  dövlətləri onların harayına gəlməyəcək.Tövbə edən şəxs səadət və qurtuluş tapar

    ”Tövbə edib saleh işlər görənlərin səadətə çatmasında ümid vardır”(Qəsəs surəsi 67-ci ayə)

    Eyn zamanda tövbəkarın günahı saleh əmələ çevrilər.Quranın Furqan surəsi 70-ci ayəsində buyulur” Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!

    Tövbə edənləri mələklərdə sevər ve ehtiram göstərərlər.Quranın Muminin surəsi 7-ci ayəsində buyrulur:” Bundan artığını istəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır).

    Tövbə edən bəndə həmişə axirət aləmində asayiş və rahatlıq tapar.Quranın Məryəm surəsi 60-cı ayəsində buyurur:” Tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Onlar heç bir zülm (haqsızlıq) görmədən Cənnətə daxil olacaqlar –

    Tövbənin qəbul olması hamı üçün eyni deyil,əksinə bu hal nadanlar arasında əsaslı fərqlənir.Lakin biz bu fərqləri qeyd etsək mövzudan kənara çıxmış olarıq.İmam Ssadiq(ə)hadisədən sonra bu ayəni oxudu”Həqiqətən,Allahın tövbəni qəbul etməsi,yalnız nadanlıq üzündən günah edənlərə aiddir”

    İlahi Muhamməd Ali Muhammədin ehtiramına,bütün müsəlman və möminlərə dünya və axirət səadəti nəsib et və bizlərə xalis tövbə edəndə yar ol!

    SEYMUR RAZAVİ

    Просмотров: 607 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  İyul 2008  »
    B.eÇ.aÇC.aCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031
    Linklər