Cüme axşamı, 18.04.2024, 23:08
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Bölmələr
    Elmi məqalələr [0]
    Elmi məqalələr
    DİNİ MƏQALƏLƏR [4]
    DİNİ MƏQALƏLƏR
    QONAQ YAZARLAR [2]
    QONAQ YAZARLAR
    ANALİZ [0]
    ANALİZ
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    YAZARLAR

    Главная » 2008 » İyul » 31 » Bizim bir-birimizə hörmətimiz varmı?
    00:29
    Bizim bir-birimizə hörmətimiz varmı?
     
     
     
     
     
     
     
     
     
     
     
    Bizim bir-birimizə hörmətimiz varmı?

     

    Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Nə qədər ki, mənim ümmətim bir-biri ilə sədaqətlə davranır, əmanəti sahibinə qaytarır və öz mal-dövlətinin zəkatını verir, həyatları gözəl tərzdə olacaqdır. Amma əgər belə etməsələr (bu əməlləri yerinə yetirib vəzifəni icra etməsələr) qəhətlik və çətinliklərlə üzləşəcəklər.

    Hörmət etməsən,hörmət görməzsən!Bu bizim elimizin arasında yayılmış məşhur sözlərdən biridir.Həqiqətəndə  insanlar arasında bəzi əlaqələr hörmətdən aslıdır.Məsələn sən bir yerdə işə düzəlməlisən,amma işə düzəlmək istədiyin yerdə heç kimi tanımırsan.İndi gərək necə edəsən ki,işə düzələsən?!Qabağında iki yol olur.Ya gərək pul verəsən işə girəsən,yada orda sənin bir tanışın  ola,onun yanında heç olmasa bir az hörmətin olsun ki,o tanışlıq vasitəsi ilə sənin işə düzəlməyində sənə kömək etsin.Bu bir məsələ.İkinci məsələ odu ki,axı niyə biz təkəbbürlük edib bir-birimizi görəndə qəlbimizdə yaxşı fikirlər əvəzinə pis,mənası olmayan,paxıllıq duyğusu daşıyan şeylər fikirləşirik?!Biz gərək bir-birimizə dayaq olaq.Hal-hazırda elə bir dövrdə yaşayırıq ki,ümmətə təcavüzlər olunur.Amma biz mənası olmayan söhbətlərin dalınca gedirik.Elə olur ki,mömin qardaşımızın dalınca qeybət edirik.Fikirləşmirik görən bu qardaş niyə belə etdi?!O saat başlayırıq pisə yozmağa.Peyğəmbərin dediyi bir şeyi 70 dəfə yaxşıya yozun sonra keçin yavaş-yavaş pisə yozmağa.Amma biz,yəni bəzilərimiz başlayırıq elə ittihamlar irəli sürməyə.Məsələn bir qardaş digərinə deyir:Qardaş belə bir yer var orda gözlə sabah saat 3-də orda olacam.Vaxt gəlir çatır qardaş görüşə gecikir.İndi onu gözləyən deyir.Ehh buda söz verir sözünün üstündə durmur.Kim bilir hardadı məni burda gözlədir.Baxsaq görəciyik bu o insanlardandır ki,yaxşıya yozmadı elə həmən an başladı pisə yozmağa.Nəyinki hədisə əməl etmək tərsinə harama getdi.Quranda yazıldığı kimi:

    ’’Bir-birinizin qeybətin etməyin.Xoşunuz gəlir qiyamətdə qardaşınızın ətin yemək?!”

    Amma heç olmasa insanın bir-birinə hörməti olsa,qeybətdən uzaq olar.Bu yaxınlarda öyrəndim möminə xanımlarımız,hicablı xanımlarımız  bir-birin görəndə salam verir.Məzhəbindən,təriqətindən fərqli olaraq demək olar ki,hansı xanım bir-birin görür salam verir.Bu xanımların bir-birinə olan hörmətidi.Amma xoşa gəlməyən şeylərlə çox rastlaşırıq.Diqqət etsək görərik bir mömin namaza gəlir məscidə,içəri daxil olur.İçəri girir salam verir 10 nəfərdən 4-ü salamın alır.Bu insanda qırılır ki, axı mən salam verdim.Gedir namaza aid olan əşyaları götürür gəlir məscidin bir tərəfində bir qrup mömin oturur onların yanından keçir salam verir.Bayaqki kimi salam alan çox az olur.Amma nəzər salaq cahillərə.Məhlə aralarında qrup-qrup otururlar.Biri gəlir salam verir,indi bu qardaşa elə hörmət edirlər ki elə bil 40 il bir süfrədə çörək kəsiblər.Amma biz salamın cavabın belə verməyə çətinlik çəkirik.Əlbətdə dediyim bütün möminlərə aid deyil.Bəzi qardaşlara aiddi.Gərək biz hörmət edərək,hörmət qazanaq.Deməyək ki,o kimdi onun ayağına gedirəm o gəlsin mənim hal-əhvalımı yoxlasın.Bu sözləri deyənlərimiz sonra deyir ki mən Əli(ə) tərəfdarıyam,ağa nə etsə gərək məndə edim.Amma dediyinə özüdə əməl etmir.Çünki Əli(ə) dostlarına həmişə baş çəkərdi,həmişə onları yoxlayardı,qayğılarına qalardı.Əli(ə) nəyin ki,qayğıya qalmaq hətta görsəydiki birinin evində qazan qaynamır,xörək bişmir ağa o saat gedib onlara kömək edərdi.Amma bu sözü deyən heç ağanın elədiyi hərəkətlərin 10 faizin belə etmir.Elə insan var ki,burda üzünə gülür,arxasınca başlayır danışmağa.İnsanların mənəviyyatı elə itib ki,ittihamların ardı-arası kəsilmir.Amma heç qiyaməti fikirləşmirlər.İnşallah çalışaq ki,bir-birimizə hörmətimizi qoruyaq

    İnşallah qısa məqalədən hamımız məndə daxil olmaqla heç olmasa özümüzə,hərəkətlərimizə gərək fikir verək

    Allah bizim axırımız xeyir eləsin,İmam Zaman(ə) zührun təcil eləsin inşəallah amin
    İlkin_Hüseyni Media-islam yazarı

    31.072008

    Просмотров: 1090 | Добавил: media-islam | Рейтинг: 3.0/1
    Всего комментариев: 3
    04.08.2008
    allahim bizlere gozel peygenber exlaqi nesib etsin...........

    03.08.2008
    2. Nisa (Nisa) [Material]
    Allah cumlemizin axirini xeyr elesin Amin

    02.08.2008
    1. ZehrayiNur (ZehrayiNur) [Material]
    Gozel meqaledir Tebrlikler. smile Amma en xosuma gelen soz bu oldu

    Hörmət etməsən,hörmət görməzsən! smile


    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  İyul 2008  »
    B.eÇ.aÇC.aCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031
    Linklər