Cüme, 19.04.2024, 05:13
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Bölmələr
    Elmi məqalələr [0]
    Elmi məqalələr
    DİNİ MƏQALƏLƏR [4]
    DİNİ MƏQALƏLƏR
    QONAQ YAZARLAR [2]
    QONAQ YAZARLAR
    ANALİZ [0]
    ANALİZ
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    YAZARLAR

    Главная » 2008 » Avqust » 4 » Ətrafımızda bu qədər həngamə qoparkən biz niyə heç bir şeyə önəm vermirik?
    23:23
    Ətrafımızda bu qədər həngamə qoparkən biz niyə heç bir şeyə önəm vermirik?
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
    Ətrafımızda bu qədər həngamə qoparkən biz niyə heç bir şeyə önəm vermirik?

                             

                                   Mehriban və bağışlayan Allahın(CC) adı ilə

     

    Bu qədər qətliamlar olur,bu qədər körpələr ölür,amma insanların bəziləri bu mövzuda bir söz demir.Ancaq bunu deyirlər ki,mənlik deyil təki mənim başım dinc olsun.Amma öz uşağına bir şey olsa dünyanı dağıdar.Başqa uşaqlar.insanlar əziyyət çəkəndə bu evində yatır.Bu gün Afrikada insanlar acından ölür.Amma bunlar isə öz evlərində istədiyin yeyirlər.Onlara əl uzatmırlar,onlar barədə deyilənləri qulaq ardına vururlar.Quranın bu surəsi bu insanlara şamil olub : "Onların qəlbləri var, amma onun vasitəsi ilə (haqqı) düşünmürlər gözləri var, amma onunla (haqqı) görmürlər qulaqları var, amma onunla (haqqı) eşitmirlər."

    Bəzi mövzular olur ictimayi mövzular bu barədə əqllərin işlətmirlər.O saat yalançıların,işğalçıların,terroristlərin sözünə inanırlar.Daha doğrusu özlərin bilərəkdən məntiqsiz şeylərə inandırırlar.Quran bu surəsidə bu insanlara şamil olub: "Allah yanında canlıların ən pisi"əql qüvvəsini işə salmayan kar və lal insanlardır."

    Kar yəni Fələstində ölən körpələrə önəm vermirlər,laldılar bu barədə düşmənin xeyrinə danışırlar,kordular Afrikada olan ac insanların görürlər amma görməməzliyə vururlar.Bu düşməndə başlayır öz elədiyi cinayətləri unutdurur olanları mücahidlərin üstünə atır və deyir ki,bunlar terroristdi.Bizim içimizdə olan alimlərdə(sələfii alimləri) bu barədə atılacaq hər addımı haram sayır. Bəşər tarixində Fir`on kimilərin əqlə əhəmiyyət verməməsinin, öz şəhvətlərini və nəfsani meyllərini əqldən irəli keçirmələrinin və elə bu şəkildə də xalqlara hökmranlıq etmələrinin əsas səbəbi onların xalqa "Allahlıq" etmək fikrində olmalarıdır.

    Kitab əhlindən (məsihi və yəhudilərdən) olan alimlərin əql qüvvəsinə deyil, yersiz təəssüblərə uymalarının, özlərini bu təəssüblərin əsiri edib, əql qüvvələrini məhvə məhkum etmələrinin səbəbi bu idi ki, İslamın zühuru ilə onlar öz ağalıqlarını, rəyasətlərini əldən verirdilər. Bundan əlavə, Fir`onun hakimiyyəti dövründə, ərəblərin cahiliyyət dövründə və ya İslamın zühur etdiyi ilk dövrlərdə elmin intibahı, nurlu elm əsri gəlib çatmadığından şəhvəti əql, təəssübü həqiqət kürsüsündə oturtmaq, cəmiyyəti bir sıra ayinlərə və müxtəlif xurafatlara inandırmaq mümkün idi. Amma elmin inkişaf etdiyi indiki zamanda hamını aldatmaq qeyri-mümkündür. Amma bə`zi mürtəce fikirli "alimlər" idrakın, həqiqətlərin üstünə qalın təəssüb pərdələri çəkmək istəyir, əqlin hökmünə, idraka tabe olmaq yerinə, əsassız və puç fikirlər irəli sürürlər. Görəsən qaranlıq və təəssüblü fikirlərlə bütün aləmə nur saçan həqiqət günəşini gizlətmək olarmı?!

    Amma siyonist rejimi,buş rejimi qarşıya çıxan suallara bele cavab verirlər ki, guya terroristlərlə vuruşurlar.Siyonist rejim deyir ki,biz xalq arasında olan,azadlıq uğrunda mübarizə aparan insanlara qarşı vuruşuruq.Yəni  azadlıq uğrunda vuruşanlara,mübarizə aparanlara terrorist deyib insanları qətl edirlər.Buş rejimidə deyir ki,biz Səddam rejimini devirib azad bir dövlət qurmağa gəldik.Amma necə olur 5 ildən çoxdur ki 1 milyondan insanı qətl ediblər,amma hələdə azad dövləti qura bilməyiblər.Bunlar nə qədər desələr ki,biz işğal niyyəti ilə gəlməmişik axırda özləri ağızlarından qaçırırlar ki,işğal üçün gəlmişik.Bunun ən bariz nümunəsi bu yaxınlarda Condalisa Rice(l) adlı bir Amerika vəzifəlisinin sözü oldu.Dediki biz etdiyimiz işğala görə fəxr edirik.İndi baxaq:Axı deyirdiniz biz işğala gəlməmişik?!İndi necə oldu etdiyinizə görə fəxr edirsiniz?!Bizim insalarda bu barədə onların tərəfin saxlayırlar.Haqqı görürlər amma demirlər.İş odur ki,gərək haqqı deyəsən.Yoxsa ancaq yalana,dolana inanmayasan.Heç olmasa  vicdanın varsa istər istəməz bu barədə qəlbində acı hissi keçirərsən,amma yoxdursa nə qədərdə desən buna xeyri yoxdu.Bir çoxları elm adı ilə islamın dəyərlərinə qarşı çıxırlar.Amma bu elə onların öz dəyəridi ki,zəyifin əzilməsinə heç bir insan göz yuma bilməz.Hz.Əli(ə) buyurduğu kimi:”Ən çirkin zülm zəyifə olunan zülümdür”.Bu yaxınlarda bir video karda baxdım.Orda israilli əsgərlər müdafiəsiz bir qadının üstünə bir it salmışdılar.İndi sualım budu bu zülmə kimin qəlbi dözər?!Bu məgər terror,vəhşilik deyilmidir?Bunu niyə görüb fikir bildirməkdən qaçırsız?!Allaha and olsun bunu hamı görür sadəcə qorxurlar,haqqı deməyi qorxurlar.Belə insanlara tarixdə çox rast gəlinib.Təlhə adlı şəxs çox eşidilib.O elə bir şəxs olub ki,İmam Əli(ə) əlləri zəncirlənəndə qılıncın qaldırıb deyərdi ey Xəttabın oğlu məgər bilmirsənmi Əli(ə) Ali Muhammədəndir?1Bunu deyən Təlhə son analarında döyüşlərdə İmam Əli(ə) qarşı vuruşdu.Bunun yoldan çıxmağının səbəbi oğlunun onu bu işlərə çəkməsi oldu.Yəni övlad sevgisi.Bizim dövrümüzdədə hamı övladına görə bu mövzulara girişmir.Amma haqqı deyən kəs gərək ailəsindən keçsin İmam Hüseyn ağa kimi.Allaha and olsun bu kafirlərin axırı pis olacaq.Allahın quranında buyurduğu kimi Allah öz dinin tamamlayacaq.Siz istəsənizdə,istəməsənizdə.Bu bizə Allahın vədəsidir.Burdanda özümdə içində olmaqla qardaşlara və bacılara səslənirəm:”Biz əgər özümüzü Hüseyn(ə) məktəbinin yetirmələri sanırıqsa,onda gərək naməhrəmə baxmayaq və İmam Hüseynin dediyi kimi bu israil və kafir dövlətlərə deyək Zillət bizdən uzaqdır.Sizsiniz gecələr qorxu ilə yatanlar,sizsiniz qətliamlar törədən biz deyilik.Biz Muhamməd(ə) ümmətiyik,biz Əlinin(ə) tərəfdarlarıyıq,biz Hüseynin yolun gedənlərik.Allah hər şeyə qadirdir.Siz sonunda məhv olacaqsınız”

     

    Allah bizi hidayətə çatmışlardan qərar versin və İmam Zaman(ə.f) ağanın zührun təcil etsin inşəallah.Amin

    İlkin_Hüseyni Media-islam yazarı 04.08.2008

    Просмотров: 1216 | Добавил: media-islam | Рейтинг: 2.5/2
    Всего комментариев: 1
    06.08.2008
    1. esger (telebe89) [Material]
    Salam eziz muselman baci ve qardashlarim. ilkin qardashimin meqalesi mezlumun sesi. Haqqin tecellesidir!
    Emr be meruf ve nehy ez munker---yalnizca bizim dininmizin sutunlarini teshkil edir! yeni ki heqiqi islam bize emr edir ki Haqqa sesleyib Batile dur deyesen!
    Yalniz ceferi mektebi bize oyreder ki EN BOYUK ZULUMKAR OZ ZULMUNE RAZİ OLUB BOYUN EYENDİR.
    Ey insanlar tebii ki qeyreti olan her bir kes ilkinin yazdiqlarindan sonra peyserine vere-vere geze bilmez.

    İnqilabin evveli zulmu gormek ve ona qarshi yonelmekdir -ayni bu yolda mubarizeye hazir olmaqdir.

    Gucun chatir malinlar , eger malinla gucun chatmir elinle o da mumkun deyilse dilinle, bunu da edenmirsense qelbinde daim Batile Yox de!
    eger bunu da bacarmirsansa demek ki sen kishi deyilsen! yani ki cindirin dal ayagisan!!!!!!!!!!!!!
    ALLAH İSLAM YOLUNDA MUBARİZE APARANLARA( her neyi ile gucleri chatsa) zerre qeder de bu yolda nese serf edenlere artiqlamasiyla yetirendir bundan hech vaxt nigaran olmayin--Allah hech kimseye borclu qalmaz!!!!!


    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Avqust 2008  »
    B.eÇ.aÇC.aCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Linklər