Şenbe, 20.04.2024, 09:12
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Bölmələr
    Elmi məqalələr [0]
    Elmi məqalələr
    DİNİ MƏQALƏLƏR [4]
    DİNİ MƏQALƏLƏR
    QONAQ YAZARLAR [2]
    QONAQ YAZARLAR
    ANALİZ [0]
    ANALİZ
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    YAZARLAR

    Главная » 2008 » Sentyabr » 26 » QÜDS GÜNÜ
    13:05
    QÜDS GÜNÜ
     
     
     
     
     
     
     
    Qüds, Fələstin, İraq, Əfqanıstan, Qarabağ, Somali və s.
    Bu torpaqların bəziləri 20 əsrin əvvəlləri bəziləri isə sonlarında işğala məruz qaldılar. Sakinlərinin isə dünyadakı həyatı bir motivdə birləşdi. Bu torpaqların sakinlərinin qəlbləri acılı, ağrılı, gözləri yaşlı və kədərlidir. Çox vaxt keçmiş xatirələrə qapılar, xoş günlərini yada salarlar. Bu şəxslərin hamısının bir arzusu var. Torpaqlarının işğaldan azad edilməsi-arzusu. Bu sakinlər istər ziyalı olsun, istər savadsız hamısının qəlbi ana vətənləri-yəni işğal altında qalan torpaqları ilə döyünür. Bu torpaqların hamısı bizə əziz və keçilməzdir. Çünki bu torpaqlar İslam ümmətinindir. Lakin Hər Mübarək Ramazan ayının sonuncu cüməsi “Qüds günü” kimi qeyd olunduğuna görə mən bu yazımı Fələstin və Qüdsə həsr etmişəm.

    Tovhidin mərkəzi kimi tarixə qədəm qoymuş Qüds həqiqətən də keşməkeşli və ağır bir tale yaşamışdır. Davud (ə), Süleyman (ə) kimi adlarla yanaşı, adı tarix səhifələrində bizə çatmayan yüzlərlə peyğəmbər vətəni olmuş, Həzrət İbrahim (ə), öz qövmünü Fir'on zülmündən qurtararaq buraya gətirmiş həzrət Musanı (ə) görən, sonuncu peyğəmbər həzrət Muhəmməd (s.a.a.v.)-in meracının şahidi olan Qüds, eyni zamanda bu torpaq uğrunda tökülən saysız-hesabsız qanları özünə hopdurmuşdur.Bu müqəddəs torpağın tarixi - düşmənlərin işğalı və bu işğala qarşı mübarizədən ibarət olmuşdur. Fələstinlilərdən tutmuş Romalılara, assuriyalılardan tutmuş səlibçilərədək hamı bu torpağa göz dikmiş, əldə silahla bir müddət sahibi olmuş, lakin sonda bu torpağı tərk edərək getmək məcburiyyətində qalmışlar.
    Sonuncu Peyğəmbərin gəlişindən sonra bu torpaq müsəlmanların əlində olmuşdur. Qüds XX əsrin əvvəlinədək İslam torpağı olaraq qalmaqda davam edirdi. Hətta birinci dünya müharibəsindən sonra bu ərazilər ingilislər tərəfindən işğal edildikdən sonra da Qüds müsəlman şəhəri okimi məşhur idi, bu ərazilərin əhalisinin əksəriyyəti müsəlmanlar idi. Amma çox keçmədi ki, qara buludlar Qüdsün üzərinə yürüdü. İngiltərə işğalının əsas məqsədini açıqlayaraq "Belfor deklarasiyası"nda da açıqca qeyd edildiyi kimi, "Fələstində yəhudi xalqı üçün milli dövlət qurulması" və ingilis kral hökumətinin "bu məqsədi həyata keçirmək üçün bütün vasitələrdən istifadə etməsi" qərara alınır.
    Mayın 14-dən 15-nə keçən gecə isə “yəhudi Agentliyi”nin yaxından iştirakı ilə Fələstindəki Yəhudi Milli Şurası “İstiqlaliyyət bəyannaməsi”ni elan etdi və İsrail yəhudi dövlətinin yaradıldığını bildirdi. Təbiidir ki, bu cür siyasi çeviklik Fələstindəki sionist mərkəzlərinin uzunmüddətli, düşünülmüş və planlı fəaliyətin, onların bu işə, məhz həmin günə hərtərəfli hazırlığının nəticəsi idi.

    Fələstinin 1920-ci ildən başlayaraq, 1947-ci ilə - Fələstin üzərində ingilis işğalının qurtardığı dövrə kimi tarixi, yerli müsəlman əhalisini qətlə yetirmək, onların yaşadığı ərazilərə bütün dünyadan yəhudiləri köçürmək planların əsasları idi. Məhz ingilis işğalı dövründə Fələstin əhalisi nisbətən müsəlmanların əleyhinə kəskin surətdə dəyişdirildi. Fransız filosofu Roje Qarodinin yazdığına görə isə hətta İkinci Dünya müharibəsi zamanı almanların yəhudiləri kütləvi surətdə qırmaları haqqında mə'lumatlar həmin illərdə yəhudilərin Fələstinə köçürülməsini sür'ətləndirmək üçün sionistlərin özləri tərəfindən ağlasızmaz dərəcədə şişirdilirdi.
    Lakin əsil faciə İngəltərə bu ərazini tərk etdikdən sonra başladı. Fələstini tərk edərkən ingilislərin bütün silahları yəhudi dəstələrinə təhvil vermələri, 1947-ci ildən dərhal sonra İsrail son dərəcə insan haqlarının tapdalanmasına rəvac verərək kütləvi qırğın və köçürmələrə start verdi. Cəmi bircə il ərzində işğal nəticəsində Fələstini tərk etmiş müsəlmanların sayı bir milyonu ötdü. 1918-ci ildə Fələstin əhalisinin 8%-ni təşkil edən yəhudilərin say tərkibi 1948-ci ildə 80%-ə çatdı.
    BMT-nin bu müddət ərzində verdiyi 181, 242, 298, 338, 446 saylı qərarlarının heç birinə əməl etməyərək, İsrail ordusu bu günə qədər işğal etdiyi əraziləri tərk etməkdən imtina edir.
    Fələstinin Qaçqın və əsirlərlə bağlı nazirliyindən verilən statistikaya görə 1948-ci ildən bu illərə kimi 850 mindən çox fələstinli İsrailin xüsusi zindanlarında saxlanılmış və saxlanılmaqdadır. Onlardan heç 10 faizi belə azadlığa çıxmamış, çoxları zindanda dünyalarını dəyişmişlər. Əlbəttə bu hökümətin legitimliyini qəbul etməyən İslami ölkələr və təşkilatların əllərində ən böyük dəlil də İsrail torpaqlarının digər qonşu ölkələrin ərazisi hesabına işğal və ya qəsbkar siyasətlə yiyələnməsidir. Öz vətənləri uğrunda müqavimətə qalxanlar da məhs onların təbliğatı ilə terrorçu damğası alıblar.
    Biz Mübarək Ramazan ayını yaşayırıq, bu ilahi ziyafət ayının son Cümə gününü müsəlmanlar zaman-zaman təcavüzə və zülmə məruz qaldıqlarını yad edib, düşmənlərinə nifrəti bir daha izhar etmək məqsədiylə müsəlmanların ilk qibləsi olan Beytül-Müqəddəsin azadlığını, Fələstin müsəlmanlarına təcavüz edilməsini, «Qüds günü» adıyla qeyd edirlər. Böyük İslam alimləri tərəfindən elan və təyin edilən bu gün ümum müsəlmanlar tərəfindən qəbul edilmişdir. Mübarək Ramazan ayının son Cüməsi demək olar ki, müsəlmanlar yaşayan bütün yerlərdə sadə, inanclı insanlar tərəfindən Qüds günü kimi qeyd olunur.
    Həzrəti Peyğəmbərimiz (s) buyurmuşdu:”Bir müsəlmanlar mənə yardım edin dediyi halda ona yardım etməyən məndən deyil”- hədisi bir şüara dönməlidir. Bu gün fələstinlilər zülmə məruz qalırsa sabah hər müsəlmanı bu cür zülm gözləyə bilər. Hər hansı İslam torpaqının işğalı hətta o ərazidə yaşamayan müsəlmanları belə narahat edir və həmin ərazilərin azadlığı uğrunda çalışmaq müsəlmanın dini borcudur. İşğal olunmuş Fələstin torpaqları, işğal olunmuş digər müsəlman əraziləri içərisində daha mühümdür. Fələstin təkcə orada yaşayan ərəblərə aid deyil, cümlə müsəlmanlara aiddir və orada hadisələrin cərəyan olmasında İslam əsas bir faktordur. İslam isə bütün müsəlmanların dinidir. Bütün müsəlmanların inanc yeri olan Beytül-Müqəddəs Fələstində işğal altındadır, Qüds müsəlmanların Kəbə evi, Məscidün-Nəbi kimi dini əhəmiyətli yerlərindəndir və onu qorumaq hər bir müsəlmanın borcudur. Bunlardan əlavə Fələstin xalqına hal-hazırda da, artıq yarım əsrdən çoxdur ki, zülm və təcavüz olunur və dünyanın aparıcı dövlətlərinin, insan haqları, demokratiya, sülh sədaları nədənsə hətta uzaq Şərqə gedib çatdığı halda, yaxın Şərqə gedib çıxmır. Bu dövlətlərin ikili standartlarla yanaşmaları görünür hələ çox nahaq qanların axmasına gətirib çıxaracaq. Dünya hələdə təcavüzkar Beynəlxalq Siyonizmin işğal olunmuş Fələstin torpaqlarında yaranan qondarma ''İsrail'' dövlətini tanıyır, onun törətdikləri cinayətlərə göz yumur, Özünü müdafiə edən məzlum Fələstin xalqına terrorçu damğası vurur. Evindən, eşiyindən didərgin düşənlər, ən aşağı səviyyədə həyat sürməyə məcbur edilənlər, torpaqları, hüquqları işğal olunanlar terrorçu adlandırılır.
    Məzlumu terrorçu kimi tanıtdıranlar Qarabağ münaqişəsində də, ikili standartla rəftar edirlər, əfsuslar olsun ki, hələ də bu münaqişədə kimin haqlı, kimin haqsız olduğunu bilmiyənlər və ya bilib səsini çıxarmayanlar var. Necə ki, BMT-nin Qarabağ barədə Azərbaycan lehinə çıxardığı qətnamə ABŞ tərəfindən dəstəklənmir-əksinə əleyhimizə səs verilir, İsrail isə bitərəf qalaraq erməni dostlarını narazı salmaq istəmir. Əgər bir gün belə dövlətlər İsrail kimi Qarabağı da ermənilərin elan etdiyi kimi müstəqil dövlət kimi tanısalar təcüblənməməliyik.
    Qüds günü müsəlmanların zülmə, təcavüzə, hegemonluğa, işğala etiraz etdiyi gündür.
    Allah işğal altında olan bütün müsəlman torpaqlarını azad etsin!


    ramin@islam-azeri.az

    Məqalənin rus versiyası

    Məqalənin türk versiyası
    Ramin Bayramov
    Категория: QONAQ YAZARLAR | Просмотров: 1252 | Добавил: media-islam | Рейтинг: 5.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Sentyabr 2008  »
    B.eÇ.aÇC.aCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930
    Linklər