Şenbe, 20.04.2024, 13:24
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Bölmələr
    Elmi məqalələr [0]
    Elmi məqalələr
    DİNİ MƏQALƏLƏR [4]
    DİNİ MƏQALƏLƏR
    QONAQ YAZARLAR [2]
    QONAQ YAZARLAR
    ANALİZ [0]
    ANALİZ
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    YAZARLAR

    Главная » 2008 » Oktyabr » 4 » Zülmətdən Nura
    22:20
    Zülmətdən Nura
                                                   
     
     
     
     
     
     
     
                                             Zülmətdən Nura
                                Bismillahir-rəhmanir-rəhim
                                                                                                                                                     

        Allahu-təala(c.c)bəşəriyyəti doğru yola hidayət etmək üçün yer üzünə məsum peyğəmbərlər və imamlar göndərmişdir.Onlardan sonuncu on ikinci imam Sahib-bəz-zamandır.Əhli-Beytdən olan bu imamımız İmam Mehdi Allahın(cc) yer üzündəki imamını,peyğember nəvəsini insanlara tanıtmaq,bəşəriyyətin mənəvi dünyasını çırağına yandırmaq və ən nəhayət sevimli peyğenberin vəziyyətinə sadiq qalmaq borcumuzdur.

        İmam Həsən Əskərinin həyatından danışarkən geniş məlumat verdiyimiz kimi,zalım Abbasi höküməti o həzrətin oğlunu ələ keçirib öldürmək məqsədilə evinə ciddi nəzarətaltında saxladığından imam Mehdi(ə)-ın anadan olması atasının qabaqcadan hazırlandığı deqiq plan əsasında çox gizli şəkildə və camaatın gözündən uzaq bir şəkildə və şəraitdı baş vermişdir.Bunu o həzrətin anadan olmasının şahidi olan bibisi xanim Hənimə demişdir 5-6 yaşınacan o həzrəti görən olmamışdır.Yalnız atasının səhabələri o həzrəti görmüşlər.Məsələn bunlardan Həsən ibn Əyyub ibn Nuh deyir:”İmam Həsən Əskəri(ə)-dan sonrakı imamın kim olacağı barədə soruşmaq üçün o həzrətin yanina getdim.Orada qırx nəfər var idi(hamısı səhabələr idi).Osman ibn Səid qalxıb dedi:Sizin məndən daha yaxşı bildiyiniz məsəl barədə soruşmaq istəyirəm.İmam Osmana gəlsin deyə cavab verdi.Osman narahat halda bayıra çıxmaq istədi.İmam heç kimi buraxmayıb dedi:İmamınızı görmək və bilmək istəmirsiniz?Bu vaxt ay kimi işıqlı,imam Həsənə(ə) oxşayan bir oğlan içəri girdi.İmam ona işarə edərək buyurdu:Bu məndən sonra sizin imamınız,menim sizin aranızda canişinimdir.Onun əmrinə tabe olun və məndən sonra ixtilaf yaratmayın.Yoxsa sizin özünüz həlak,dininiz isə məhv olub gedər.

           İmam Mehdi(ə) 2 dəfə qeyb olub.Bunlardan biri kiçik qeyb dövrü(qeybəti suğra) digəri is böyük qeyb(qeybəti kubra)-dır.Kiçik qeybət dövrü hicrətin 260-cı ilindən 929-cu ilinə qədər olmuşdur.Qeyb dövürndə camaatın əlaqəsi imamla tam kəsilməmiş xüsusi və məhdud şəkildə əlaqə saxlayırdılar.Bu müddət ərzində o həzrətin xüsusivəkilləri olmuşdur.Kiçik qeyb dövrünü Əhi-beyt tərəfdarlarının böyük qeyb dövrünə hazırlaşma mərhələsi adlandırmaq olar.Çünki,sonrakı mərhələdə Əhli-beyt tırıfdarları yəni şiələr İmamla əvvəldə olan olan azacıq əlaqələri də kəsilir.Şiələr yalnız onun vəkillarinə müraciət etməli olurlar.Əgar böyük qeyb dövrü birdən-birə başlasaydı fikirlərin çaşğınlığına səbəb olan və zehinlər onu qebul edə bilməzdi.Kiçik qeybdən sonra böyük qeyb başlayır.Bu dövr insanlar üçün çox böyük önəm daşıyır.İmamın bu qeybində 3 əsas məsələ götürülür.

      1 insanları sınama.

        Allah öz bəndələrini daima imtahan edib,onların içərisindən təmiz insanlar seçir.Həyat daima imtahan sahəsi olmuşdur.Bəndədən bu yolla öz inam və səbrləri sayəsində özlərini Allahın əmrlərinə təlim etmək nəticəsində tərbiyə olunmaq,kamala yetişməli  və onların gizli istedadlarını çiçəkləndirməlidir.Qeyb müddətində insanlar sınağa çəkilir və əqidəsi möhkəm olmayan şəxslərin iç üzü aşkar olunaraq bəlaya düçar olur.Lakin əqidəsi möhkəm olan insanlar gözlənişə və çətinliyə sinə gərmək nəticəsində əqidəsi daha da möhkəmlənir və Allahın(CC) böyük mükafatına layiq görülürlər.

    2.İmamın canını qorumaq.

    Qeybdə olmaqla imamın canı ölümdən qurtarmışdır.Çünki əgər o Həzrət camaatın arasında olsaydı,onu mütləq öldürəcəklərdilər və bunlarda cəmiyyəti islah etmək sahəsindəki ali məqsədləri icra etməyə nail olmazdı.

    3.Zəmanənin zalımları ilə  beyət etmək zülümdən qurtulmaq.

    İmam heç bir rejimi təqiyə üzündən olsa belə tanımır.O heç kəsin hakimyyətini qəbul etmiyib və etməyəcəkdir.(ALLAHDAN qeyri).Həsən ibn Fəzzal deyir.İmam Rza(ə) buyurdu:”İmamın şiələrindən biri ağadan soruşdu.Ağa nə üçün İmam Zaman(ə) gözdən itəcək?İmam buyurdu:Ona görə ki,əlində qılınc qiyam edəcəyi zaman heç kəsə tabe olmayacaq(ALLAHDAN qeyri).”İmam dünyada olmasa aləm bir-birinə dəyər.İmam Cəfər Sadiq(ə) demişkən:Əgər yer üzü imamsız(höccətsiz) qalsa öz sakinlərini kamına çəkər.

    Dinimiz son dərəcə mükəmməl olub,bütün məsələləri və mətləbləri bilir.Odur ki,Əhli-beytdən yapışaq Allahdan(CC) istəyək.

    SEYMUR RZAYEV

    Media-islam yazarı

    Категория: DİNİ MƏQALƏLƏR | Просмотров: 1639 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Oktyabr 2008  »
    B.eÇ.aÇC.aCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Linklər