MEDIA-ISLAM.COM


 

بِسمِ الله الرحمن الرَحِيمِ   اَلْحَمْدُللَِّهِ رَبِّ الْعَالَمِيَن وَصَلَّى اللّهُ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَآلِهِ الطَّاهِرِينَ وَلاَ سِيَّمَا بَقِيَةِ اللَّهِ فىِ اْلاَرَضِيَن

 

Bismillahirrəhmanirrəhim

Bütün həmdsəna aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın salam və salavatı ağamız və seyyidimiz Həzrət Muhəmməd və onun pak Əhlibeytinə, xüsusilə Allahın yer üzündə saxladığı şəxsə   həzrət Məhdiyə  olsun!

 

Allahin varliğinin dəlilləri

Dünyanın bütün qanunları səbəbnəticə qanunu əsasında qurulmuşdur. Varlıqların arasında səbəbnəticə qanunu hökm sürür. Hər hansı bir varlıq başqasına yalnız bu şərtlə tə`sir edə bilər ki, Allahın bu tə`sirin gerçəkləşməsinə iradəsi və izni olsun. Allahın hikmətli iradəsi bu əsasda olmuşdur ki, Öz feyzini səbəbnəticə əsasında həyata keçirsin.

Qur`anikərimdə buyurulur ki, təbii varlıqlar arasında həm səbəbnəticə qanunu hökm sürür, həm də hər hansı bir səbəbin tə`sir göstərməsi Allahın iradə və izninə bağlıdır.

Qur`anikərim birinci məsələ barəsində buyurur:  “O, göydən su nazil etdi və onun vasitəsilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi.”[1]

Ikinci məsələ barəsində isə belə buyurur:  “Təmiz bir məmləkətin bitkiləri Rəbbinin iznilə çıxar.”[2]

Bəqərə surəsini 164cü ayəsində buyurulur:

“Həqiqətən asimanların və yerin yaradılışında, gecəgündüzün birbirini əvəz etməsində, dəryalarda insanların xeyrinə olaraq hərəkət edən gəmilərdə, Allahın səmadan nazil edərək ölü yeri bir daha diriltdiyi və yer üzərində müxtəlif növ canlıları vücuda gətirdiyi yağış suyunda, həmçinin küləklərin cərəyan istiqamətlərinin dəyişməsində, yerlə göy arasında təsxir olunmuş vəziyyətdə qalan buludlarda əql və təfəkkür sahibi olan insanlar üçün (Allahın haqq olmağına dair) əlamət və nişanələr vardır.”

VARLIQ ALƏMINDƏ ILAHI ZATIN CILVƏLƏRI

Qeyd olunan ayə Pərvərdigarın yeganəliyi haqda, yə`ni tövhid barəsində söhbət edərək Allahın varlığını isbat edir.

hər hansı bir yerdə qanunauyğunluq və nizamın olması həmin yerdə elm və biliyin hakim olmasına, vəhdət və yeganəliyə dəlalət edir.

Buna əsasən varlıq aləmində mövcud olan nəzmə, dəqiq və harmonik şəkildə nizamlanan qanunauyğunluğa, yenilməz və kamil olan qüdrət və elm mənbəyinə, eləcə də Allahın, məxluqatın xəlq və idarə olunmasındakı yeganəliyinə diqqət yetirdikdə bilirik ki, bütün bu e`cazkar varlıqlar Allah tərəfindəndir.

Bu ayədə varlıq aləminin hər bir üzvü böyük Yaradanın aşkar bir nişanəsini və ulu Tanrının misilsiz qüdrət nümunələrini bəyan edir.

1 Göylərin və yerin yaradılışı

Bu əzəmətli asimanda milyonlarla günəş sistemləri, milyardlarla sabit və hərəkətdə olan ulduzlar mövcuddur. Onların bə`ziləri qaranlıq gecədə sayrışaraq, sanki bizimlə söhbət edir, bə`ziləri isə adi gözlə görünməyib yalnız böyük teleskopların vasitəsi ilə müşahidə olunur. Bunların hamısı zəncir halqaları kimi birbiri ilə bağlıdır, aralarında son dərəcə qəribə və dəqiq əlaqələr vardır. Həmçinin yerin yaradılışı, onda olan müxtəlif həyat təzahürləri, milyonlarla bitki və heyvan növlərinin hamısı O pak və müqəddəs Zatın nişanələri, Onun, elm, qüdrət və yeganəliyini əks etdirən şah əsəridir.

Bəşər elmi inkişaf edib irəlilədikcə bu kainatın əzəmət və genişmiqyaslılığı daha da aşkar olur. Halbuki, elmitərəqqinin son inkişaf mərhələsi heç kəsə mə`lum deyildir.

Alimlərin nəzərinə görə kainatda minlərlə kəhkəşan (qalaktika) mövcuddur. Təkcə bizim kəhkəşanda yüz milyonlarla sistemlər vardır ki, yaşadığımız günəş sistemi onlardan yalnız biri hesab olunur.

NECƏ DƏ ƏZƏMƏT, NECƏ DƏ QÜDRƏT!

Həzrət Peyğəmbər (s) və mə`sum imamlardan (ə) Qur`anikərim ayələrinə istinadən, bə`zi planetlərdə canlı varlıqların olmasını göstərən çoxlu rəvayətlər nəql olunmuşdur. Bu barədə həm islam alimləri, həm də sair elm xadimləri tərəfindən çoxlu kitablar yazılmışdır. Onlardan bə`ziləri aşağıdakılardan ibarətdir:

“Qur`an nəzərindən Yer, asimanlar və ulduzlar” (doktor Məhəmməd Sadiqi);

“Qur`an və müasir elm” (Əbdül Qəni əlXətib);

“Yaradılış aləmi” (Hüseyn Nuri);

“Yer və asiman” (A. Velkof);

“Kəhkəşan və teleskoplar” (Vilyam Cikafi Men).

Əlbəttə, başqa planetlərdə olan həyatın, yer üzərində mövcud olan həyatdan fərqli olması ehtimalı da verilə bilər. Buna görə də bu işin tam araşdırılması üçün Yerdə mövcud olan həyat və onun xüsusiyyətlərini ümumi həyat me`yarı kimi götürmək olmaz.

2 Gecəgündüzün birbirini əvəz etməsi:

Gecəgündüzün birbirini əvəz etməsi xüsusi nəzm və tədrici hərəkətlə baş verir. Onlardan biri müntəzəm surətdə azalır, digəri isə artır. Bu artıbazalma ilə dörd fəsil əmələ gəlir, bitkilər və sair canlılar öz təkamül mərhələlərini keçir. Bütün bunlar Allahın gözəl sifət və Zatının nişanələrindən sayılır.

Əgər bu tədrici dəyişiklik olmasaydı, yaxud dəyişikliklər müəyyən qanunauyğunluq əsasında baş verməsəydi, habelə həmişə gündüz və ya gecə olsaydı, həyat tamamilə məhv olub aradan gedərdi.

Ola bilər ki, “ixtilaf” sözü burada gecə və gündüzün, yaxud hər ikisinin il boyu artıbazalmasını çatdırsın. Ümumiyyətlə, dəqiq elmi və riyazi qanunauyğunluqlar əsasında yaradılan bir şey təsadüf nəticəsində, yə`ni alim və qadir Zatın, mütəal Allahın dəxaləti olmadan yarana bilməz. Buna görə də bir çox ayələrdə Allahın pak Zatının dəlilləri qeyd olunmuşdur.

3Gəmilərin dəryalarda camaatın xeyrinə hərəkət etməsi;

Insan istər böyük, istərsə də kiçik gəmilərin vasitəsilə dəryalarda üzür, öz məqsədlərini yerinə yetirmək üçün dünyanın müxtəlif nöqtələrinə səfər edir. Yelkənli gəmilərin dənizlərdə istiqamətli hərəkəti üçün də bir neçə qanun lazımdır:

Belə gəmilərin hərəkəti ilk növbədə dəniz və okeanların üzərində əsən daimi küləklərin vasitəsilə mümkün olur. Istər müntəzəm surətdə şimal qütbündən cənub qütbü istiqamətində əsən və ekvatordan da şimal qütbünə və cənuba doğru hərəkətdə olan cərəyanlar, istərsə də müəyyən qanunauyğunluqlar əsasında əsən zonal xarakterli küləklər gəmilərə bu pulsuz təbii qüvvədən, enerjidən istifadə edərək öz məqsədinə doğru irəliləmək imkanı verir.

Həmçinin taxta və bə`zi maddələr öz xüsusi çəkisinə uyğun olaraq suyun üzündə qalıb üzür. Göy cisimlərinin müəyyən astronomik qanunlar əsasında müşahidəsi və eləcə də mənfi və müsbət maqnit qütbünün dəyişilməz xüsusiyyəti kompasın əqrəblərini tənzim edir və nəticədə gəmilərin hərəkət istiqaməti müəyyən olunur.

Qeyd olunan bütün bu elmi və təbii amillər nəticəsində insanlar çox ucuz və tez başa gələn gəmi nəqliyyatından istifadə edir, sərnişinləri və ağır yükləri dəniz yolları ilə istənilən məqsədə çatdırırlar. Bunlar da Allahın pak Zatı üçün dəlil və nişanələrdir.

müasir dövrdə texnologiyanın inkişafı və yük daşıyan böyük gəmilərin ixtira olunması ilə bu mə`nanın əzəməti nəinki azalmış, üstəlik artmışdır da. Çünki, halhazırda insanların istifadə etdiyi ən böyük nəqliyyat vasitələrindən olan gəmilər, bə`zən o qədər böyük olur ki, hətta onun üzərində təyyarə limanları, futbol meydançaları və s. mövcud olur.

4Allahın asimandan su göndərib ölü torpağı diriltməsi və onda müxtəlif bitki və heyvanları yaratması.

Yağışın təravətli, bərəkətli damcıları, başqa sözlə, təbiətin məlhəmi sayılan həyat maddəsi töküldüyü hər bir yerə həyat və yaşayış bəxş edir, özü ilə hərəkət, bərəkət, abadlıq, ne`mət gətirir. Xüsusi bir nizamla yağan yağış, habelə bu cansız mayedən nəş`ət tapan bütün varlıqların hamısı Allahın əzəmət və qüdrətinin nişanələridir.

5Küləklərin nizamlı hərəkət və cərəyanı.

Ilahi nişanələrdən sayılan külək təkcə dəniz və okeanlarda gəmilərin hərəkəti üçün deyil, eləcə də quru yerləri, dağları, dərələri, meşələri öz cövləngahına çevirərək canlı aləmin ən zəruri həyat ehtiyaclarını da tə`min edir. O, bitkiləri tozlandırmaqla mayalandırır və bununla da müxtəlif meyvə və tərəvəzlərin yaranmasına kömək edir, təbii bağban rolunu oynayaraq müxtəlif bitki toxumlarını yayır. Habelə okeanlarda dalğaları hərəkətə gətirərək müntəzəm surətdə suları birbirinə qarışdırır və bununla da dəniz heyvanlarının yaşaması üçün münasib və əlverişli şərait yaradır, isti ölkələrin isti hava cərəyanlarını soyuq məntəqələrə, soyuq məntəqələrin soyuq havasını isə isti yerlərə apararaq yer kürəsinin temperatur və iqlimini normallaşdırır. Bə`zən də şəhərlərdə böyük zavod və fabriklərin, saysızhesabsız nəqliyyat vasitələrinin buraxdığı zəhərli havanı çöllərə, meşələrə aparır, havanı, insan övladının normal yaşayışı üçün təmizləyib saflaşdırır.

Qeyd olunanlardan başa düşmək olar ki, küləklərin əsməsi Allahın sonsuz lütf və mərhəmətinin başqa bir nümunəsidir.

6Yerlə göy arasında asılı halda qalmış buludlar.

Başımızın üstündə milyonlarla ton ağırlıqda suyu aparan sıx buludlar yer tərəfindən (ümumdünya cazibə qanununa əsasən) cəzb olunmasına baxmayaraq, yerlə göy arasında asılı vəziyyətdə qalaraq heç bir təhlükə icad etmədən onları bir məntəqədən digər bir məntəqəyə aparır. Bu özü də ilahi əzəmətin digər bir nişanəsidir. Aydın məsələdir ki, əgər buludlar öz təbii funksiyasını lazımınca yerinə yetirməsəydi, quraqlıq böyük bir təbii fəlakət kimi bütün canlı aləmin məhv olmasına gətirib çıxarardı. Bu da ilahi elm və qüdrətin təcəllisinə digər bir nümunədir. Bütün bunlar pak və müqəddəs Zatın əlamət və nişanələridir. Amma ayədə qeyd olunduğu kimi, bunlar axmaq, cahil və nadan insanlar üçün deyil, yalnız əql və təfəkkür qüvvəsini işə salan bəsirətli insanlar üçün ibrət sayılır.

İnsanın məbdə (Allah) və məada (ölümdən sonrakı həyata) e`tiqad bəsləməməyi yalnız o zaman mümkün ola bilər ki, bütün varlıq aləminə, səbəbnəticə silsiləsinə agah olsun və məbdə və məad barədə bir şey tapa bilməsin. Belə bir əhatəli idrak hasil olmayınca, yaradılışın və ölümdən sonrakı həyatın olmamağını yəqin etməsi qətiyyən mümkün olan bir şey deyildir; mümkün ola biləcək şey yalnız bunların varlığını bilməməkdir.

Odur ki, ədalət və insafın tələbinə görə Allahtaalanın varlığında şəkk edən bir kəs, gərək söz və əməldə şəkkin tələbinə əməl etsin. Məsələn, bir kəs hər hansı bir varlığın olmasını ehtimal edərsə, belə ki, əbədi səadət bu varlığın axtarılıb tapılmasına, əbədi fəlakət isə onun əldən verilməsinə bağlı olsa, əqli vəzifəsi bu varlığı nə dildə, nə də qəlbdə inkar etməməkdir. Əməldə isə, onun barəsində bacardığı qədər araşdırma aparmağa çalışmalıdır. Əməli vəzifələr məqamında da ehtiyat etməlidir ki, Onun mövcud olduğu təqdirdə də əbədi səadətdən məhrum və əbədi fəlakətə düçar olmasın deyə, fərmanından boyun qaçırmasın. Bu, eynilə buna bənzəyir ki, bir şəxs dadlıləzzətli yeməyində ölümünə gətirib çıxaracaq zəhərin olmasını ehtimal etdiyindən ağlı ona bu yeməkdən çəkinməyə hökm edir.

Allahın varlığında şəkk edən hər kəs əqlən vacib olan ədalətin tələbinə uyğun əməl etsə, şübhəsiz, iman və mə`rifətə çatacaqdır:

 “Bizim yolumuzda cihad edənləri mütləq Öz yollarımıza hidayət edərik”[3]. Yox, əgər bu həqiqətə qarşı zülm rəva görübsə, Qüddus, Mütəal Allahı tanımağın hasil olması ağlasığmazdır:

 “(Allah) hikməti istədiyi şəxsə bəxş edər. Hər kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir”,[4]

 “Allah zalımları (yaramaz əməlləri səbəbi ilə haqq yoldan) sapdırar. Allah istədiyini edər”.[5]

 

 

İnsan özünə və idrakı hüdudlarında olan şeylərə nəzər saldıqda və onun hər bir üzv və zərrələrini mülahizə etdikdə bu qənaətə gəlir ki, bunların hər hansı birinin yoxluğu heç də qeyrimümkün deyildir: onun olması da, olmamağı da mümkündür və o, zatən nə varlığı, nə də yoxluğu zəruri olan bir mövcuddur. Varlığı və yoxluğu mümkün olan hər bir şey (mümkünülvücud) onu vücuda gətirəcək səbəbə möhtacdır. Bu, hər iki gözü bərabər olan tərəziyə bənzəyir ki, kənardan tə`sir olmadıqda gözlərdən birinin digərindən ağır olması mümkün deyildir. Bu fərqlə ki, mümkünülvücudun varlığı onun (tam) səbəbinin varlığına, yoxluğu isə bu səbəbin olmamağına bağlıdır.

Bu aləmin hər bir hissəsi, mövcud olmasında ona «vücud» bəxş edəcək bir səbəbə möhtacdır. Vücud bəxş edən də ya onun özüdür, ya da onun kimi başqa varlıqdır. Özünə gəlincə, vücud onun özündə yoxdursa, onu necə bəxş edə bilər?! Özü kimisi də həmçinin; özünə vücud bəxş edə bilmirsə, digərinə necə bəxş edə bilər?! Bu aləmin hər bir hissəsinə hakim olan bu hökm istisnasız olaraq bütün aləmlərə də hakimdir.

Eynilə zatən nura malik olmayan fəzada görünən işıq, başqasından deyil, zatən ziyası, nuru olan bir mənbənin mövcud olduğuna dəlildir. Çünki, əks təqdirdə heç bir fəza işıqlanmazdı. Çünki zatən qaranlıq, zülmət olan bir şeyin nəinki başqalarını, heç özünü də işıqlandırması mümkün deyildir.

Deməli, kainatın və vücudun həyat, elm, qüdrət və s. kimi kamilliklərinin mövcud olması elə bir həqiqətin varlığına dəlildir ki, onun həyatı, elmi, qüdrəti və s. Onun zatındandır və özündən qeyri heç bir şeyə bağlı deyildir:

أَمْ خُلِقُواْ مِنْ غَيْرِ شَىْءٍ أَمْ هُمُ الْخـٰلِقُونَ

“Yoxsa onlar heç nədən yaradıldıqlarını, yaxud özlərinin xaliq olduqlarını güman edirlər?!”[6]

Əbu Deysan imam Riza (əleyhissalam)ın yanına gəlib dedi: – Aləmin hadis (sonradan yaranan) olduğuna, dəlil nədir?

İmam (əleyhissalam) buyurdu:

 “Sən əvvəl yox idin, sonra vücuda gəldin. Sən bilirsən ki, özün özünü vücuda gətirməmisən və sənin kimi başqa birisi də səni vücuda gətirməyib.”[7]

O, imam Sadiq (əleyhissalam)dan soruşdu: – Səni yaradanın varlığına dəlil nədir?

İmam (əleyhissalam) buyurdu:

 

 

“Mən nəfsimi iki haldan başqa bir halda görmədi: ya nəfsim mövcud olduğu halda mən onun yaranmışıyam, ya da o, yox ikən mən onun yaranmışıyam. Əgər o, var ikən mən onun yaranmışıyamsa, onda o, var ikən məni yaratmağa ehtiyac yoxdur. Əgər o yox ikən mən onun yaranmışıyamsa, onda sən bildiyin kimi, yox olan bir şey heç nə yarada bilməz. Deməli, üçüncü yol sübut olunur ki, mənim yaradanım vardır. O, da aləmlərin rəbbi olan Allahdır”.[8]

Əvvəlcə vücudu olmayıb sonradan vücuda gələn bir şey ya özü özünü yaradıb, ya da başqası onu yaradıb. Əgər o, özüözünü yaradıbsa, onda yaratdığı zaman ya özü mövcud olub, ya da olmayıb. Əgər mövcud olubsa, onda vücudu olan bir şeyi (yenidən) vücuda gətirmək lazım gələr ki, bu da qeyrimümkündür. Əgər yaratdığı zaman vücudu olmayıbsa, onda yoxun varlığa səbəb olması lazım gələr ki, bu da eynilə qeyrimümkündür.

Əgər başqası onu yaradıbsa və həmin (başqa) vücud da onun kimi, əvvəl olmadığı halda sonradan vücuda gəlibsə, onda onun hökmü elə yaradılan vücudun hökmüdür. Məhz buna görə də ağıl zəruri şəkildə hökm edir ki, əvvəl yox olub, sonradan vücuda gələn hər bir şeyin elə bir yaradıcısı olmalıdır ki, yoxluğun onun zatına yolu olmasın. Deməli, aləmdə olan bütün varlıqlar və onlarda olan dəyişikliklər elə bir yaradanın varlığına dəlildir ki, onun yaradanı olmasın. Bütün varlıqlar və yaranmışlar yaranmış olmayan bir yaradıcının varlığına dəlildir.

İkinci yol:

Əgər səhrada, üstündə «əlif» hərfindən «ya» hərfinə qədər tərtiblə yazılmış bir kağız parçası tapılsa, hər bir insan daxilən qəti şəkildə deyər ki, bu hərflərin yazılması və tərtibi idrak və düşüncənin nəticəsidir. Əgər vərəqin üstündə həmin hərflərdən təşkil olunmuş bir kəlmə və kəlmələrdən toplanmış bir cümlə görünsə, onda həmin kəlmə və cümlə ilə, bunların quruluşu ilə əlaqədar yazanın idrak, elm və fikrinə inam yaranar, bu yazı ilə onun elm və hikmətinə dəlil gətirilər. Bir bitkinin ilkin ünsürlərdən (qeyriüzvi maddələrdən) yaranmasının yaradanın elm və hikmətinə dəlalət etməsi, kəlmələrdən tərkib tapmış bir kəlamın aşkar surətdə yazanının elminə dəlalət etməsindən aşağıdırmı?! Məgər insana layiq olarmı ki, yazı ilə onu yazanın elm və hikmətinə dəlil gətirsin, amma bitki ilə onun yaradanının elm və hikmətinə dəlil gətirməsin?! Bu necə elm, necə hikmətdir ki, su ilə torpağın birləşməsi ilə toxumun qabığını yarıb içinə bitkilərə xas olan bir həyat verir, bitkinin gövdəsinə torpağı yarıb çıxmaq üçün qüdrət, güc verir, onun qidasını, gübrə və minerallarını yerin qaranlıqlarından çəkib gətirir?! Torpağın hər bir yerində müxtəlif növdən olan bitkilər, ağaclar üçün faydalı maddələr qərar verir ki, hər bir bitki və ağac özünə lazım olan xas maddəni orada tapır?! Hər bir ağacın köklərini elə qərar verir ki, yalnız özünə xas olan və nəticədə özünə xas meyvə verəcək maddələri sorub cəzb etsin?! Onları elə edir ki, köklər yerin cazibə qüvvəsinə qarşı çıxaraq suyu və mineral maddələri sorub ağacın budaqlarına göndərsin?! Köklər yerin qaranlıq, zülmətli dərinliklərində öz işini gördüyü zaman, budaqları və yarpaqları elə edir ki, enerji və havanın cəzb edilməsi üçün havada açılsın:

 “Hər bir varlıq, hansı bir məqsəd üçün yaradılıbsa, onun üçün də müyəssərdir”.[9]

İnsan hər bir nöqtəsi hikmətli olan bu işi dəyişdirmək istəsə; belə ki, torpağın dərinliklərinə getmək üçün yaradılmış köklərin səmaya doğru inkişafına, bunun müqabilində də havada olmaq üçün yaradılmış budaqların yerin dərinliklərinə doğru getməsinə çalışsa, görər ki, onlar ilahi qanunun əksi ilə qarşılaşır və ona görə də öz təbii yollarına qayıdırlar:

 “Sən Allahın sünnətində (hikmətli işində) heç bir dəyişiklik tapmazsan!”[10]

Kökündən tutmuş, minlərlə yarpağına qədər bir ağacın yaradılışı, onun ağılları heyrətə salan əzəmətli quruluş və nizamı, köklər vasitəsilə yerin dərinliklərindən yarpaqlardakı hüceyrələrin hər birinə su və qida cəzb etmək üçün verilən qüdrət, onların göy, yer və bun­ların arasında olan­larla sıx və qırılmaz rabitəsi, onun yaşaması üçün tə`sir gös­tərən amillər, gecəgündüzün birbirini əvəz etməsi, yer və gö­­yün tə`siri və gücü, onu cücərtmək üçün birləşərək kök və bu­daq­­larını əmələ gətirən bircə toxumu parçalaması, meyvənin içə­risində toxumlar yaratmaqla öz növünü saxlaması və s.də də­rin­dən fikirləşmək insan üçün kifayətdir ki, bunların ar­xasında sonsuz elm və hikmət sahibinin olduğuna əmin olsun:

 

“O kəs ki, göyləri və yeri yaratdı, sizin üçün göydən su gön­dərdi ki, onunla çox gözəl bağlar bitirdi. Siz onun ağaclarını əsla cücərdə bilməzsiniz! Allahdan başqa bir mə`bud varmı?! Yox, onlar (müşriklər) elə bir dəstədir ki, (məxluq­ları Allah ilə) eyni tuturlar”.[11]

أَأَنتُمْ أَنشَأْتُمْ شَجَرَتَهَا أَمْ نَحْنُ الْمُنشِؤُونَ

 “Onun ağaclarını siz cücərtdiniz, yoxsa cücərdən Bizik?!”[12]

وَأَنبَتْنَا فِيهَا مِن كُلِّ شَيْءٍ مَّوْزُونٍ

“Biz orada hər bir şeydən müəyyən ölçüdə, lazım olan qədər cücərtdik”.[13]

Baxdığın hər bir bitki və ağacın kökündən meyvələrinə qədər hər bir şeydə Yaradanın elm, qüdrət və hikmətinə dəlil taparsan, onların becərilməsi və inkişaf etməsi üçün müəyyən olunmuş sünnətə, qanuna tabe olduqlarını görərsən:

 “Bitkilər də, ağac da səcdə edərlər.”[14]

Hər bir heyvanın yaşayışını, həyat tərzini fikirləşmək insanı Allahın varlığına doğru hidayət edir. Əbu Şakir Deysani imam Sadiq (əleyhissalam)ın yanına gəlib dedi: – Ey Cə`fər ibni Muhəmməd, öz mə`budunu mənə göstər!»

İmam (əleyhissalam) ona dedi: – Əyləş!

Bu zaman bir uşağın əlində yumurta var idi və o, yumurta ilə oynayırdı. İmam (əleyhissalam) dedi: Ey oğlan, yumurtanı bura gətir!

Oğlan yumurtanı imama verdi. İmam (əleyhissalam) dedi:– Ey Deysani, bu, gizli bir hasardır. Onun möhkəm qabığı, möhkəm qabığın altında isə yumşaq bir qabıq vardır. Yumşaq qabığın altında gümüşü maye və qızılı maye var. Nə qızılı maye gümüşüyə qarışır, nə də gümüşü maye qızılıya; hər biri öz halında qalır. Nə oradan hələ islahatçı bir şey çıxmayıb ki, onun islahatından xəbər versin, nə də fəsad törədən bir şey ora daxil olmayıb ki, fəsad yaranmasından xəbər versin. Heç kəs bilmir ki, bu yumurta erkək (xoruz) üçün yaradılıb, ya dişi (toyuq) üçün.[15]

Hansı yaradılış bu möhkəm qalanı təmiz əhəngdən yaradıb ona əsrarəngiz sirlər bəxş etdi?!

Hansı yaradılış bu qalanı toyuqların yediyi dəndən ayıraraq onu yumurtalığa qoydu, oranı cücənin inkişaf etməsi üçün əminamanlıq yer etdi, lə`li (gövhəri) sədəfə qoyan kimi, orada nütfəni yerləşdirdi?!

Bala anadan ayrı olduğu və qidalanmaq üçün ana bətni olmadığı üçün onun qidasını hasarın içində hazırladı, cücə ilə onun yemi və qalın əhəng divarın arasında incə pərdə qoydu ki, o bərk əhəng divar ona və onun yeminə zərər çatdırmasın. Sonra bu qaranlıq, zülmətli yerdə cücənin bütün qüvvə və bədən üzvlərini – sümüklərini, əzələlərini, damarlarını, əsəb və hissiyyat sistemini yaratdı, onların hər birini öz yerində qərar verdi. Bu bədən üzvlərindən onun yalnız gözünün quruluşu haqqında fikirləşmək ağılları heyran edir; onun incə yaradılışı lazım və layiq olduğu yerdə yerləşdirdi.

Yumurtadan çıxdığı zaman öz yemini torpaq və daşlar arasından götürməli olduğundan, ona sümük maddəsindən olan bərk dimdik verdi ki, yerə vuranda xəsarət və zərər görməsin. Ruzisi əlindən çıxmamaq üçün ona çinədan verib ki, tapdığı hər bir dəni ora yığıb saxlasın, sonra onu tədriclə həzm sisteminə ötürsün. Onun incə dərisini tük və lələklərlə örtüb ki, istisoyuqdan, kənardakı zərərvericilərdən və düşmənlərdən qorusun. Yaradan onun yalnız həyatı üçün zəruri olan şeylərlə kifayətlənməmiş, xarici görünüşünə də gözəllik vermişdir: onun tüklərini və lələklərini rəngbərəng edib ki, baxanları sevindirsin. İmam demişdi ki, tovuzun əlvan rəngləri kimi açılır.[16] Cücənin yumurta daxilində inkişaf etməsi üçün davamlı və mütənasib hərarət lazım olduğundan gecənin qaranlığından savayı həmişə hərəkət etməkdən yorulmayan toyuq uzun müddət sakit halda yumurtanın üstündə oturur. Daim hərəkətdə olan bu quşa sakit olmağı hökm edən hansı hikmətdir ki, cücənin timsalında yeni bir həyat hərəkətə gəlsin?!

Hansı ustaddır ki, cücənin bədən üzvləri öz mütənasibliyini itirməsin deyə, toyuğa gecəgündüz yumurtaları çevirməyi, cücəyə vaxt tamam olanda hasarın divarını dimdiyi ilə sındırmağı və bədən üzvlərini, qüvvəsini sərf edəcəyi yeni bir həyata gəlməsini öyrədib?!

Hansı inayət və rəhmətdir ki, cücəli toyuğun təbiətində lazımi hərəkətləri icad edib?! Belə ki, onun təbiətində yalnız özünü qorumaq və müdafiə etməkdən başqa tə`sir olmazdı. Buna baxmayaraq bir dəyişikliklə o, öz balalarına məhəbbət bəsləyir, onları qoruyur və himayə edir, öz sinəsini onları qorumaq üçün sipər edir. Bu mehribanlıq cücə müstəqil öz həyatını yaşaya bilənə qədər uzun müddət davam edir.

Bir yumurta barədə fikirləşmək bizə kifayət etməzmi ki:

 “Yaradan və nizamlayan, ölçü qoyan və hidayət edən”[17] Allahı dərk edək?!

İmam (əleyhissalam) bu səbəbə görə buyurdu:  “Onun üçün bir tədbir edən görürsənmi?

O, uzun müddət sükuta daldıqdan sonra Allahın yeganəliyinə, Peyğəmbər (səlləllahu əleyhi və alih)in nübüvvət və risalətinə, həzrət İmam Sadiq (əleyhissalam)ın imamətinə dair şəhadət verdi, özünün keçmiş əməl və rəftarlarından tövbə etdi.»[18]

Bəli, müəyyən hədəf və məqsəd üçün torpağın qaranlıq qatlarında çərdəyi yaran, yumurta qabığının əmələ gətirdiyi zülmətlərdə cücəni böyüdüb boyabaşa çatdıran həmin elm, qüdrət və hikmət ana bətninin zülmətlərində elə bir insan nütfəsini qərar verir ki, ilk əvvəldə zərrəbinlə görünən (mikroskopik) bir canlıdır, onda insana məxsus olan heç bir bədən üzvü və qüvvə yoxdur, ana bətnindən kənarda yaşamaq üçün lazımi vasitələrə də malik deyildir.

Nümunə üçün, rüşeymdə müxtəlif quruluş, görünüş və ölçülərdə, eləcə də yerinə yetirməli olduğu vəzifələrə mütənasib olaraq sümükləri, müxtəlif hərəkətləri icra etmək üçün əzələləri vücuda gətirir; həmçinin insan təfəkkürünü heyrətə salan beyin kimi mürəkkəb quruluşlu bir üzvü – idrak məş`əlini işıqlandırır, oyaqlıqda və yuxuda hər il milyonlar dəfə döyünən qəlbin fəaliyyətini tənzim edərək yaşayış hərarətini məhz bu həyat ocağında qoruyub saxlayır.

İnsanın bədən quruluşunun ən sadə tərkibində belə, təfəkkür etmək elm və izzət sahibi olan Allahın tədbirinə iman gətirmək üçün kifayətdir.

Məsələn, insanın ağzında üç növ diş qoyulmuşdur: qabaqda olan kəsici dişlər, ondan sonra kiçik dəyirman dişləri və ondan sonra ağzın axır tərəfində yerləşən böyük dəyirman dişləri. Əgər dəyirman dişləri qabaqda, kəsici və azı dişləri isə onun yerində – arxada yerləşsəydi, onda bu dişlər yeməyi dişləyib çeynəməkdə, həmçinin insanın gözəl və ya çirkin olmasında necə tə`sir qoyardı?!

Əgər qaşlar gözün üstündə deyil, gözün aşağı hissəsində olsaydı və yaxud burnun deşikləri aşağı istiqamətdə deyil, yuxarı istiqamətdə olsaydı, necə olardı?!

Yer üzərində aparılan bütün abadlıq işlərinin hamısı – əkinçilikdən tutmuş, ən böyük sənaye mərkəzlərinə qədər bütünlüklə insanın barmaqlarına, onun üzərində olan dırnaqların inkişafına bağlıdır.

Bu necə hikmətdir ki, insanın qidasında dırnaq maddəsini qoymuşdur ki, mürəkkəb və heyrətamiz həzm dəsgahı ilə maddələri soraraq damarlara daxil edir və onu insanın barmağının başında olan dırnaqlara çatdırır?! Nəzərdə tutulmuş müxtəlif məqsədləri yerinə yetirmək üçün dırnaq ilə dırnağın yapışdığı ət arasında elə bir sıx rabitə bərqərar etmişdir ki, onların birbirindən ayrılması insana üzücü əziyyət verir, məqsəd həyata keçdikdən sonra isə o, «küsüb» özözünə ayrılır və dırnaqlar çox asanlıqla kəsilə bilir?!

Qəribədir! Dırnaq maddəsinin qoyulduğu və insanın inkişafı üçün nəzərdə tutulan həmin qida maddələri son dərəcə lətif, incə olan şəffaf maddə – görmə üzvü üçün də hazırlamışdır ki, həzm prosesini ötüb keçdikdən sonra qana sorularaq gözə gedib çatır.

Əgər bu ikisinin mə`lum ruzisinin bölgüsü birbirinin əksinə olsaydı: yə`ni dırnaq gözün içindən cücərib çıxsaydı və o şəffaf maddə isə barmaqların başına gəlsəydi, bəşər həyatında necə nasazlıqlar əmələ gələrdi?!

Bu da Allahın elm və hikmət əsərlərinin ən sadə nümunə­ləridir ki, çox da dərindən fikirləşməyə ehtiyac duyulmur:  “Öz quruluşunuzu görmürsünüzmü?!”[19]

Halbuki, zərrəbinlərin və təfəkkür qüvvəsinin çox dərin və incə tədqiqi, bədən üzvlərinin vəzifələrinin ayırd edilməsində aparılan ən dəqiq ixtisaslarla əldə olunan sirlər bundan qatqat yüksəkdədir:  “Öz (maddi-mə`nəvi qüvvələrində, əzalarının quruluşunda) təfəkkür etməzlərmi?!”[20]

Bəli, insan elə bir varlıqdır ki, onun təkcə dərisinin hikməti belə, bu qədər elmi axtarış və kəşflərdən sonra, hələ də sirli qalmaqdadır, onda görəsən onun batinində və beynində nələr vardır! Ona, öz meyl və istəklərini həyata keçirmək üçün verilən şəhvət və pis, xoşagəlməz işləri dəf etmək, onlardan qorunmaq üçün verilən qəzəb qüvvəsindən tutmuş, bu ikisini əməli cəhətdən mö`tədil vəziyyətə salmaq və duyğu üzvlərini nəzəri cəhətdən hidayət etmək üçün verilən əql qüvvəsinə qədər:

وَإِن تَعُدُّواْ نِعْمَةَ اللّهِ لاَ تُحْصُوهَا

“Və əgər Allahın ne`mətlərini saymaq istəsəniz, heç vaxt onları sayıb qurtara bilməzsiniz.”[21]

Belə bir hikmət kitabı necə bir elm və qüdrət qələmi ilə bir damla suyun üzərinə yazılmış, həkk olunmuşdur?!  “İnsan nədən yaradıldığına baxmalıdır; o, atıcı bir sudan xəlq olunmuşdur.”[22]

 “(Allah) sizi, analarınızın bətnində (və) bir xilqətdən sonra digər bir yaranış verməklə, üçlük təşkil edən qaranlıqlarda xəlq etdi.”[23]

Bu necə elm, qüdrət və hikmətdir ki, üfunətli suda üzən canlı (heyvan) zərrələrindən elə bir insan xəlq etmişdir ki, onun idrak məş`əli kainatın və özünün ənginliklərində seyr edir, tədqiqat aparır?!

 “Oxu; və Sənin Pərvərdigarın Kərimdir. Həmin şəxs ki, qələm vasitəsilə (elm) öyrətdi, insana bilmədikləri şeyləri tə`lim verdi.”[24]

Yeri və asimanı onun təfəkkür və qüdrətinin cövlangahı qərar verir:

 “Görməyirsinizmi ki, Allah asimanda və yerdə olanları sizin üçün müsəxxər, ram, Özünün aşkarda və gizlində olan ne`mətlərini sizin üçün bol etmişdir?! Camaatdan bə`ziləri Allah barəsində nə elm, nə hidayət, nə də nur verən bir kitab olmadan mübahisə edirlər.”[25]

İnsan bu qədər əzəmətli elm, qüdrət, rəhmət və hikmət müqabilində nə deyə bilər?! Yalnız bunu deyə bilər:

 “Uca mərtəbəli, uca məqamlıdır yaradanların ən yaxşısı olan Allah!”[26]

Sonra torpağa düşüb o əzəmətli dərgahda üzünü yerə baş qoymaqdan və “subhanə Rəbiyələzimi və bihəmdih” (mənim Rəbbim hər bir eyib və nöqsandan pakdır, mən də Ona həmd deməklə məşğulam) deməkdən başqa bir iş görə bilərmi?!

 “Biz tezliklə kainatın hər yerində və onların öz varlıqlarında olan ayələrimizi onlara (mütləq) göstərəcəyik ki, Onun haqq olduğu onlar üçün aydın olsun”[27]  ayəsinin tələbinə əsasən, kainatda mövcud olan hər bir şeyə nəzər yetirmək lazımdır; milyonlarla günəş sistemləri, planetlər, aylar, ulduzlar. Belə ki, onlardan bə`zilərinin işığı hələ minlərlə işıq ili keçməsinə baxmayaraq, yer üzərinə gəlib çatmamışdır, (işıq sür`əti hər saniyədə təqribən 300000 kmdir), onların bə`zilərinin həcmi yer kürəsindən milyonlar dəfə böyükdür. Onların birbirinin arasında olan məsafə elə dəqiq şəkildə tənzim olunmuş, onların hər biri müəyyən orbitdə elə qərar verilmiş və ümumdünya cazibə və dəf etmə qüvvəsi onların arasında elə mö`tədil bir vəziyyət bərqərar etmişdir ki, onların arasında hər növ toqquşma və birbirinə maneçilik yolları bağlanır:

 “Nə günəşin aya çatması, nə də gecənin gündüzdən qabağa keçməsi mümkündür; və onların hər biri bir fələkdə (orbitdə) üzürlər.”[28]

Bəşər övladının həyat və asayiş ocağı olan Yer kürəsi onu əhatə edən atmosfer təbəqəsinin vasitəsi ilə gecəgündüz ər­zində səmada sür`ətlə hərəkətdə olan minlərlə meteorit­lərin, kometlərin toxunmasından amanda qalır; onlar atmosfer təbəqəsinə daxil olub hava təbəqəsi ilə toqquşduqda əriyib buxara çevrilirlər.

Allah Günəşin Yerdən olan fasiləsini elə şəkildə tənzim etmişdir ki, işıq və hərarət – enerji baxımından mineral maddələrin, bitkilərin heyvanların və insanların inkişafı üçün lazım olan şərait ən gözəl şəkildə tə`min olunsun.

Yer kürəsinin öz oxu və habelə Günəş ətrafında fırlanması (dövr etməsi) elə tənzim olunmuşdur ki, hər bir anda yer kürəsinin ümdə bir hissəsində çıxıb batır, (nəticədə) gecəgündüz əmələ gəlir, günəşin çıxması ilə onun işığı və enerjisi isti, qızğın və nurani həyat ocağına çevrilir, qurucu həyat və məişət fəaliyyətləri üçün şərait yaranır; Günəşin batması ilə hər tərəfi zülmət bürüyür ki, bu da insanların həyatının davam etdirilməsi üçün istirahət edib yenidən qüvvə toplamalarına, aramlıq və asudəlik əldə etmələrinə səbəb olur ki, Günəşin həmişəlik saçması və ya həmişəlik qürub edib tamamilə kəsilməsi ilə həyat sisteminə xələl yetişməsin:

 “Allah gecəgündüzü (növbə ilə) birbirinin yerinə keçirir – bu işdən öyüdnəsihət və xatırlama almaq istəyənlər üçün.”[29]

وَمِن رَّحْمَتِهِ جَعَلَ لَكُمُ اللَّيْلَ وَالنَّهَارَ لِتَسْكُنُوا فِيهِ وَلِتَبْتَغُوا مِن فَضْلِهِ

“Allah məhz Öz rəhmətindən gecəgündüzü sizin üçün qərar verdi ki, onun vasitəsi ilə aramlıq tapasınız və (Onun) fəzl və rəhmətindən diləyəsiniz.”[30]

 “De: Mənə xəbər verin görüm, əgər Allah gecəni sizin üçün Qiyamətə qədər həmişəlik qərar versəydi, Allahdan başqa hansı bir mə`bud sizin üçün işıqlığı gündüzü gətirərdi?! Belə halda (nə üçün) eşitmirsiniz?!”[31]

İşıqla zülmət, gecə ilə gündüz öz aralarında olan tam təzadla eyni zamanda, birbiri ilə ələlə verərək müəyyən bir hədəf uğrunda fəaliyyət göstərirlər. Digər tərəfdən də, gündüzün vasitəsi ilə yer üzündə olanlar, gecənin vasitəsi ilə asimanda olanlar insanın gözləri önünə qoyulur ki, gecəgündüz ərzində yerin və asimanın mülk və mələkut aləmlərini bəsirət gözü ilə duyub hiss etsin.

Gecə və gündüz vücud kitabını insan üçün vərəqləyir ki, Allahın yerdə və asimanda olan ayələrini oxusun:

 “Asimanların və yerin mələkut (batini) aləmində və Allahın xəlq etdiyi hər bir şeydə nəzər (dərindən təfəkkür) etmirsinizmi?!”[32]

 “Beləcə, Biz İbrahimə asimanların və yerin mələkutunu (batini aləmini) göstərdik... və buna görə ki, yəqin əhlindən olsun.”[33]

Kainatın əsrarəngiz qanun və sirlərinin bəşər zehnində in`kiasını elm və hikmətin me`yarı hesab edən insan, necə mümkün ola bilər ki, mütəfəkkirlərin beyin, zehin və təfəkkür qüvvəsinin xaliqini, dünyaya və kainata hakim olan qanunların qanunçusunu və varlıq aləminin sirlərini vücuda gətirən şəxsi elm və hikmətsiz hesab etsin?! Halbuki, bütün mütəfəkkirlərinin zehnində in`kias olunan kainat qanunları, onlar üçün namə`lum qalanlarla müqayisəsi dərya müqabilində bir damla suya bənzəyir:

 “Sizə elmdən, az bir miqdardan başqa bir şey verilmədi.”[34]

Necə inanmaq olar ki, varlıq kitabının üzündən (xətlərindən yazılarından) nüsxə götürən bir şəxs alim və hikmət sahibi olsun, lakin vücud kitabının yazıçısı, nüsxə yazanı və nüsxə yazılan vasitələrin Xaliqi şüursuz, idraksız olsun?! Buna görə də alim və qüdrət sahibi olan bir Xaliqi inkar edən fitrət belə, (eyni zamanda) Onun varlığına şəhadət verir:

 “Əgər onlardan «asimanları və yeri kim yaratmışdır, Günəşi və Ayı kim müsəxxər (ram) etmişdir?»  deyə soruşsan, «əlbəttə ki Allah!»  deyə cavab verərlər. Bəs haradan yalana doğru sövq edilirlər?!”[35]

 “Əgər onlardan “asimanları və yeri kim yaratmışdır?” deyə soruşsan, hökmən “əziz izzət sahibi və elmli (Allah) yaratmışdır!”  deyə cavab verərlər.”[36]

Allahı inkar edənlərdən biri İmam Riza (əleyhissalam)ın hüzuruna gəldi. İmam (əleyhissalam) ona buyurdu: – Əgər sizin dediyiniz düz olsa – halbuki belə deyildir – biz namaz, oruc, zəkat və (digər haqq) iqrarlarımızdan heç bir zərər görmərik (çünki iman gətirib saleh əməl görməyə, xoşagəlməz və bəyənilməz işləri tərk etməyə səbəb olan şeylər – dini vəzifələrimiz həm özümüzün, həm də cəmiyyətin ruhi asayişinə səbəb olur; əgər (qeyrimümkün fərzə görə) bu əməllər əbəs və bihudə olsalar da, bu əməllərin yerinə yetirilməsinə dözmək Allah və məad barəsində verilən ehtimallar müqabilində çox kiçik zərər və əziyyətdir ki, bu iş ehtimal verilən şərin dəf edilməsi və çoxlu xeyirlərin əldə edilməsi üçün lazım və zəruridir.)

O kişi dedi: – Belə vəsf etdiyiniz O Allah necədir və haradadır?

İmam (əleyhissalam) buyurdu: – O məkana «məkanlıq» bağışlamış, keyfiyyətə «keyfiyyət» vermişdir (O, məkanları xəlq edən, keyfiyyətləri yaradandır, məxluq Xaliqin xüsusiyyətləri ilə vəsf edilə bilməz. Allahın, Özünün xəlq etdiyi şeylərin xüsusiyyətləri ilə vəsf edilməsinin nəticəsi, Xaliqin o məxluqa ehtiyaclı olmasıdır, buna görə də mütəal Allah məhdud olan keyfiyyət və məkanla, hiss olunan hisslərlə müqayisə olunmaz.)

O kişi dedi: – Əgər O, hiss orqanlarının biri ilə duyulmursa, deməli, yoxdur!

İmam (əleyhissalam) buyurdu: – Sənin hislərin Onu idrak etməkdən acizdir. Aciz olduğuna görə Onu inkar etmişsən, (halbuki) biz hislərimizin Onu dərk etməkdən aciz olduğunu gördüyümüz zaman, yəqin etmişik ki, O, bizim pərvərdigarımızdır. (Varlıqları yalnız hiss olunanlarda həsr edənlər bundan qafildirlər ki, hiss mövcuddur, lakin (onun özü) hiss olunmur; görmək və eşitmək mövcuddur, lakin görməli və eşidilməli deyildir. İnsan sonsuzluğun məhdud olmadığını başa düşür, halbuki hiss olunan hər bir şey məhdud və sonludur. Nə çox zehni və xarici varlıqlar var ki, hissin fövqündədir, lakin o şəxs varlıqların yalnız hiss olunanlarda həsr olunması təsəvvürü ilə hissin və hiss olunanların Xaliqini inkar etdi. İmam (əleyhissalam) da onu bu həqiqətə doğru hidayət edərək buyurdu: – Hiss və hiss olunanın (məhsusun) vəhm və vəhm olunanın (məvhumun) əql və əql olunanın (mə`qulun) Xaliqi hissə, vəhmə və əqlin hüdudlarına sığmaz, çünki idrak qüvvəsi yalnız idrak etdiyi şeylərə əhatəlidir və o qüvvə Allahın məxluqudur. Xaliq də Öz məxluquna əhatəlidir, deməli hissin, vəhmin və əqlin onlara əhatəli olan Xaliqinin onların idrakı hüdudlarında qərar tutması, onlara əhatəli olan bir varlığın onlar tərəfindən əhatələnməsi qeyrimümkündür; əgər mütəal Allah hiss olunsaydı, yaxud vəhmə sığsaydı və yaxud əql ilə dərk edilsəydi, onda bu qüvvələrin dərk etdiyi şeylərə oxşayar və onlarla şərik olardı. Onların şəriklik cəhəti də (şərik olduğu yöndən əlavə) ixtisas cəhətini (şərikində olmayan və yalnız özündə olanları) lazım tutur (nəticədə bu ikisindən tərkib tapır), tərkib isə məxluqun xasiyyətidir. Deməli, əgər mütəal Allah hiss, vəhm və əqlə sığsaydı, xaliq deyil, məxluq olardı.)

O kişi soruşdu: – Allah nə vaxtdan olmuşdur?

İmam (əleyhissalam) buyurdu: – Sən de görüm nə vaxtdan olmamışdır?! (Zaman və zamana aid olanların qəyyumu olan, mücərrəd və maddi şeyləri vücuda gətirən mütəal Allah barəsində yoxluq, zaman, məkan kimi şeylər mə`nasıdır.)

İmam (əleyhissalam)dan soruşdu: – Onun dəlili nədir?

O həzrət onu, Allahtaalanın insanın özündə və kainatda qoyduğu ayələrə, nişanələrə doğru hidayət etdi, bədən quruluşunda dərindən diqqət yetirməyi tövsiyə etdi ki, bu möhkəm quruluşun, onda işlədilən dəqiq, incə və zərafətli, hikmətli işlərdən bu binanın banisinin hikmət və elminin varlığını dərk etsin; eləcə də onu külək, bulud, günəş, ay və ulduzların hərəkəti barəsində dərindən təfəkkür edib diqqət yetirməyə təşviq etdi ki, göy cisimlərində hikmət, qəribəlik, qüdrət və s.də təfəkkür edərək əziz (yenilməz) və əlim (hər bir şeyi bilən) Allahın təqdirini dərk etsin, yuxarı aləmlərdə olan mütəhərriklərin (göy cisimlərinin) hərəkətindən heç vaxt dəyişikliyə uğramayan, bu işlərdə pak və münəzzəh olan hərəkətvericiyə iman gətirsin.[37]

v) Maddi aləmin, təbiətin dəyişkənliyi maddə və təbiətdən daha yüksəkdə olan bir varlığın qüdrətini göstərir. Çünki maddənin və maddi şeylərin tə`sir qoyması onun müəyyən bir vəziyyətdə və istiqamətdə yerləşməsinə ehtiyaclıdır. Məsələn, cismin qızmasına tə`sir göstərən od cisim ilə, yaxud şüası fəzanı işıqlandıran çıraq o fəza ilə müəyyən nisbətdə (vəziyyətdə) olmayınca, o cismə hərarət verməsi, yaxud o fəzanı işıqlandırması mümkün deyildir. Olmayan bir şey barəsində vəziyyət və nisbət qeyrimümkün olduğundan maddə və təbiətin də mövcud olmayan, sonradan vücuda gələn və vücuda gəlməkdə olan müxtəlif varlıqlarda tə`sir qoyması mümkün deyildir. Yerdə və göydə əvvəlcə olmayan və sonradan yaranan bir şey ilə əlaqədar vəziyyət və nisbət qeyrimümkün olduğundan, maddə və təbiətdə olmayan, sonradan vücuda gələn və gəlməkdə olan müxtəlif varlıqlara tə`sir qoyması mümkün deyildir. Yerdə və göydə (əvvəlcə olmayan və) sonradan yaranan hər bir varlıq elə bir qüdrətin varlığına dəlalət edir ki, onun tə`siri xüsusi duruma və mühazi (müqabil) olmağa ehtiyacı yoxdur və o cisim və cismani (maddi) şeylərin fövqündədir:

 “(Budur və bundan qeyri ola bilməz:) Onun əmri budur ki, hər vaxt bir şeyin vücuda gəlməsini istəsə «ol!» deyər, o da dərhal (fasiləsiz olaraq) vücuda gələr.”[38]

q) Allaha iman hissi insanın təbiətində, fitrətində qoyulmuşdur, çünki insan öz fitrətinin tələbinə uyğun olaraq özünün arxalanacaq bir nöqtəyə ehtiyaclı, bağlı olduğunu görür, lakin onun müxtəlif səbəblərlə məşğul və meyllərinə bağlı olması həmin arxalanacaq nöqtəni tapmağa mane olur. Lakin hər bir cəhətdən çıxılmaz vəziyyətə düşüb, hər bir vasitədən naümid olduqda, təfəkkür qüvvəsi tə`sirdən dayanıb, hər bir qüdrət əlinin aciz olduğunu gördükdə öz batinində yatmış olan vicdan qüvvəsi oyanır və ixtiyarsız olaraq zatən ehtiyacsız olan O varlıqdan kömək diləyir ki, fitrətən Ona arxalanmışdır:

 “De: Dəryaların və səhraların qaranlığından kim sizə nicat verir?! Halbuki siz Onu ahnalə ilə çağırır və deyirsiniz ki, əgər O bizi bu qaranlıqlardan xilas etsə, əlbəttə, hökmən şükür edənlərdən olacağıq.”[39]

وَإِذَا مَسَّ الْإِنسَانَ ضُرٌّ دَعَا رَبَّهُ مُنِيبًا إِلَيْهِ ثُمَّ إِذَا خَوَّلَهُ نِعْمَةً مِّنْهُ نَسِيَ مَا كَانَ يَدْعُو إِلَيْهِ مِن قَبْلُ وَجَعَلَ لِلَّهِ أَندَادًا لِّيُضِلَّ عَن سَبِيلِهِ

“Hər vaxt insana şiddətli bir iş (hadisə) baş verərsə, razniyaz edən halda öz Pərvərdigarını çağırar, ona bir ne`mət əta etdikdən sonra əvvəldən çağırdığını unudur və Allah üçün şərik qoşur ki, Onun yolundan azdırsın.”[40]

 “(Allah) Həmin Kəsdir ki, sizi dəryalarda və çöllərdə səhralarda seyr etdirir, o zamana qədər ki, gəmiyə minib yola düşəsiniz, o gəmi onlarla birlikdə və küləyin vasitəsi ilə hərəkət etdiyi zaman xoşhal olurlar, (amma) onlar üçün güclü bir külək – tufan baş verdikdə təlatümlü dalğalar hər tərəfdən onları əhatə etdikdə, bəla əhatəsinə düşəcəklərini güman etdikləri vaxt Allahı dində ixlasla çağırıb “əgər bizi bu bəladan qurtarsan hökmən şükür edənlərdən olacağıq.” deyirlər.”[41]

Bir nəfər İmam Sadiq (əleyhissalam)ın hüzuruna gəlib dedi:

– Ey Peyğəmbər övladı, Allahı mənə tanıtdır, de görüm o nədir? Mənim yanımda çox adamlar var ki, mənimlə mübahisə edərək məni heyrətə salırlar.

Həzrət buyurdu: – Ey Allahın bəndəsi! Heç gəmiyə minmişsənmi?

Dedi: – Bəli.

Həzrət buyurdu: – Gəmi xarab olubmu və bu zaman nə sənə nicat verə biləcək gəminin, nə də sənə fayda verəcək bir üzməyin olmadığı bir vəziyyətlə qarşılaşmışsanmı?

Dedi: – Bəli.

Həzrət buyurdu: – Həmin halda qəlbin və ruhun qadir və qüdrət sahibi olan bir varlığa bağlanıbdırmı ki, səni o vəziyyətdən xilas edəcəyinə ümidin olsun?

Dedi: – Bəli.

Həzrət buyurdu: – Sənin nəzərdə tutduğun (o varlıq) həmin Allahdır ki, nicat verməyə qadirdir. Nicat verən bir şəxsin və köməkçinin olmadığı bir yerdə nəzərdə tutduğun şəxs Allahtaaladır.[42]

Allah ilə olan bu fitri mə`rifət və əlaqə, ümidin Ondan başqa bütün təbii vasitələrdən – mütləq şəkildə kəsildiyi və biçarə, çıxılmaz vəziyyətə düşdüyü zaman hasil olduğu kimi, ixtiyar halında da elm və əməldən ibarət olan iki qanadın vasitəsi ilə ona nail olur:

Birincisi budur ki, insan əql nuru ilə cəhalət, qəflət hicablarını kənara çəksin və görsün ki, hər bir varlığın vücudunda və kamalında, özüözündən heç nəyi yoxdur; hər nəyi vardırsa, o da Qüdsi Zata gedib çatır: “Əvvəl də, axır da, zahir də, batin də Odur və O, hər bir şeyə alimdir.”[43]

 “O yaradan, xəlq edən, surət verən Allahdır, ən gözəl adların hamısı Ona məxsusdur.”[44]

İkincisi budur ki, paklıq və təqva vasitəsi ilə qəlbinin, ruhunun və nəfsinin aludəlikləri, çirkinlikləri aradan getsin. Çünki Allah ilə Onun bəndəsi arasında qəflət, cəhalət və küdurət (mə`nəvi paslar) günahının yaratdığı çirkabdan başqa heç bir hicab, maneə yoxdur və bu hicablar da elm və əməl ilə olan cihadla aradan qalxır.

 “O kəslər ki, Bizim yolumuzda cihad etdilər hökmən onları Öz yolumuza hidayət edərik.”[45]

İmam Sadiq (əleyhissalam) İbni ƏbilÖvcaya buyurur:

 “Vay olsun sənə! Qüdrətini sənin özündə sənə göstərən şəxs səndən necə gizlin (məxfi) olmuşdur?! Olmadığın bir hal­da sənin vücuda gəlməyini, kiçik dövranda olduqdan sonra böyü­mə­yini, bacarıqsız olduğun dövrdən sonra qüvvələndirməyini, qüvvəli olduqdan sonra (yenidən) zəifləməyini, səhhət halında olduqdan sonra xəstələnməyini, xəstə olduqdan sonra səhhətibədən əta etməyini, qəzəbindən sonra razılığını, razılıqdan sonra qəzəbini, şadlığından sonra qəmqüssəni, qəmqüssəndən sonra şadlığını, düşmənçiliyindən sonra dostluğunu, dostluğundan sonra düşmənçiliyini, hər hansı bir şeyə, imtina etdikdən sonra əzm və iradə etməyini, əzm və iradə etdikdən sonra (yenidən) imtina etməyini, istəmədiyin bir haldan sonra şəhvətlə istəyini, şəhvətlə istədiyindən sonra ikrahlı olmağını, qorxu halında olduqdan sonrakı rəğbətlə istəyini, rəğbət halından sonra olan qorxu və vəhşətini, ümidsiz olduqdan sonra ümidvar olmağını, ümidvar olduqdan sonra ümidsiz olmağını, vəhm qüvvəndə olmadığı halda xatirinə gətirməyini, e`tiqadlı olduğun şeylərin zehnindən gedib gizlənməsini...

Həmçinin mənim cismimdə olan ilahi qüdrət nişanələrini sayırdı ki, onları görməməzliyə vura, imtina edə bilməzdim. Axarda belə güman etdim ki, qısa bir zamanda (Allah) mənimlə onun arasında gözə görünəcəkdir.[46]

 

 


 

[1]  “Bəqərə” surəsi, ayə 22.

[2]  “Ə`raf” surəsi, ayə 58.

[3] «Ənkəbut» surəsi, ayə:69

[4] «Bəqərə» surəsi, ayə:269

[5] «İbrahim» surəsi, ayə:27

[6] «Tur» surəsi, ayə:35

[7] «Biharul-ənvar», 3-cü cild, səh.36

[8] Səduq «Tovhid», səh.290

[9] «Biharul-ənvar», 4-cü cild, səh.282

[10] «Əhzab» surəsi, ayə:62

[11] «Nəml» surəsi, ayə:60

[12] «Vaqiə» surəsi, ayə:72

[13] «Hicr» surəsi, ayə:19

[14] «Ər-Rəhman» surəsi, ayə:6

[15] «Biharul-ənvar», 3-cü cild, səh.31

[16] «Biharul-ənvar», 3-cü cild, səh.32

[17] «Ə’la» surəsi, ayə:2-3

[18] «Biharul-ənvar», 3-cü cild, səh.32

[19] «Zariyat» surəsi, ayə:21

[20] «Rum» surəsi, ayə:8

[21] «Nəhl» surəsi, ayə:18

[22] «Tariq» surəsi, ayə:5-6

[23] «Zümər» surəsi, ayə:5-6

[24] «Ələq» surəsi, ayə:3-5

[25] «Loğman» surəsi, ayə:20

[26] «Mu`minun» surəsi, ayə:14

[27] «Fusillət» surəsi, ayə:53

[28] «Yasin» surəsi, ayə:40

[29] «Furqan» surəsi, ayə:62

[30] «Qəssəs» surəsi, ayə:73

[31] «Qəssəs» surəsi, ayə:71

[32] «Ə`raf» surəsi, ayə:185

[33] «Ən`am» surəsi, ayə:75

[34] «İsra» surəsi, ayə:85

[35] «Ənkəbut» surəsi, ayə:61

[36] «Zuxruf» surəsi, ayə:9

[37] «Tovhidi Səduq», səh.250

[38] «Yasin» surəsi, ayə:82

[39] «Ən`am» surəsi, ayə:63

[40] «Zümər» surəsi, ayə:8

[41] «Yunüs» surəsi, ayə:22

[42] «Biharul-ənvar», 3-cü cild, səh.41

[43] «Hədid» surəsi, ayə:3

[44] «Həşr» surəsi, ayə:24

[45] «Ənkəbut» surəsi, ayə:69

[46] «Biharul-ənvar», 3-cü cild, səh.43

 


al-shia, Media-islam.Com 2008.