MEDIA-ISLAM.COM


 

ŞİRK - ALLAHA ŞƏRIK QOŞMAQ

وَاعْبُدُواْ اللّهَ وَلاَ تُشْرِكُواْ بِهِ شَيْئًا

«Allaha ibadət edin və Ona heç bir şərik qoşmayın!»[1]

إِنَّ اللّهَ لاَ يَغْفِرُ أَن يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَن يَشَاء...

«Allah-taala, Ona şərik qoşulmasını heç vaxt bağışlamır, ondan başqa günahları istədiyi şəxslər üçün bağışlayır.»[2]

Yə`ni əgər bir şəxs müşrik halda dünyadan getsə, onun günahı heç vaxt bağışlanmayacaqdır. Lakin şirkdən başqa günahı olan şəxslərin bağışlanması mümkündür.

إِنَّهُ مَن يُشْرِكْ بِاللّهِ فَقَدْ حَرَّمَ اللّهُ عَلَيهِ الْجَنَّةَ وَمَأْوَاهُ النَّارُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنصَارٍ

«Hər kəs Allaha şərik qoşsa, Allah behişti ona haram edər. Onun yeri cəhənnəmdir və zalımlar üçün heç bir köməkçi yoxdur.»[3]

لَا تُشْرِكْ بِاللَّهِ إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ

«Heç vaxt Allaha şərik qoşma çünki  şirk böyük günahdır.»[4]

وَمَن يُشْرِكْ بِاللّهِ فَقَدِ افْتَرَى إِثْمًا عَظِيمًا

«Hər kəs Allaha şərik qoşsa, hökmən yalan demişdir və böyük günaha mürtəkib olmuşdur.»[5]

Müşrik – mö`minin, Allahı yeganə bilən şəxs ilə antonimdir. Dini əqidənin ilkin qaydası olan tovhidin müxtəlif mərhələləri olduğundan onun antonimi olan şirkin də eynilə həmin mərhələləri vardır:

1-Allahın Zatı məqamında olan şirk və tovhid;

2-Allahın sifətləri məqamında olan şirk və tovhid;

3-Allahın fe`lləri məqamında olan şirk və tovhid;

4-Allaha itaət məqamında olan şirk və tovhid;

5-Allaha ibadət məqamında olan şirk və tovhid.

1-ALLAHIN ZATI MƏQAMINDA TOVHİD

Bu, Allahın pak və müqəddəs Zatını qədim və əzəli, bütün aləmlərin-istər hiss olunan, istərsə də hiss olunmayan imkan aləmlərinin yaradanı olan Allahı bütün cəhətlərdən vahid və yeganə bilməkdir.

Həmin məqamdakı olan şirk isə, bu məqamın müxtəlif saylı olmasına inanmaqdır. Belə ki, iki tanrıya inananlar deyirlər ki, kainatın bir-biri ilə bərabər olan iki yaradanı vardır, hər ikisi də qədim və əzəlidir: Biri xeyir işlərin mənşəyi digəri isə bütün şərlərin mənşəyi Onların puç əqidələrinin batil olması, Qur`an ayələrindən aşkar şəkildə görünməkdədir.

قُلْ كُلٌّ مِنْ عِنْدِ اللهِ

«De: Hər bir şey Allah tərəfindəndir.»[6]

Onlara cavabda bunu qeyd etmək kifayətdir ki, aləmdə heç bir halda müqləq şər yoxdur. Əvvəllər və hal-hazırda mövcud olanların və gələcəkdə yaranacaqların hamısı, ya tam şəkildə xeyirdən ibarətdir, yaxud da həmin şeylərdə xeyir əksəriyyət təşkil edir, şər isə onun müqabilində məğlub olunan sayılır.

MƏSİHİLƏR DƏ MÜŞRİKDİR

Aləmdə üç yaradana (ata, oğul və müqəddəs ruh) e`tiqad bəsləyən məsihilər də müşrik sayılırlar. Çünki, məsihilər onların hər biri üçün özünəməxsus xüsusiyyət olduğuna inanırlar.

«Maidə» surəsində buyurulur:

لَقَدْ كَفَرَ الْدِينَ قَالُوا اِنَّ اللهَ ثَالِثُ ثَلاثَةٍ وَ مَا مِنْ اِلهٍ اِلا اِلَهٌ وَاحِدٌ

«Allahın bu üçdən - Allah, İsa və Ruhul-qudusdan biri olmasını deyənlər kafir oldular. Halbuki, (bütün varlıqların yaradanı və mənşəyi olan) yeganə Allahdan başqa heç bir  tanrı, ibadətə layiq varlıq yoxdur.»

BÜTƏ SİTAYİŞ ETMƏK ALLAHA ŞƏRİK QOŞMAQDIR

Bu məqamdakı şirkin növlərindən biri, bütpərəstlərin arasında mövcud olan əqidədir. Onlar hər bir varlıq üçün ayrıca bir rəbb olduğuna inanır və deyirlər ki, suyun öz Allahı, havanın öz Allahı və hər bir şeyin öz Allahı vardır.

Qur`an onların cavabında buyurur:

أَأَرْبَابٌ مُّتَفَرِّقُونَ خَيْرٌ أَمِ اللّهُ الْوَاحِدُ الْقَهَّارُ

«Pərakəndə halda olan (və heç bir həqiqəti olmayan) mə`budlar yaxşıdır, yoxsa yeganə və qahir Allah?»[7]

2-ALLAHIN SİFƏTLƏRİ MƏQAMINDA TOVHOD

«Sifətlər məqamında tovhid» dedikdə məqsəd, Allah-taalanın həqiqi Zati-ilahi sifətlərini, o cümlədən həyat, elm, qüdrət, iradə və sair kimi xüsusiyyətlərini Allahın Zatı ilə eyni olduğuna inanmaq nəzərdə tutulur və Ondan başqa varlıqlarda isə sonradan yaranan, zatlarına əlavə olunan sifətlər hesab olunmalıdır. Yə`ni bu sifətlərin hər biri Allahdan başqasında nəzərdə tutulduqda Allahın onlara əta etdiyi ne`mət hesab olunmalıdır.

Bu məqamda olan ŞİRK isə bundan ibarətdir ki, Allahın sifətlərini Onun Zatına əlavə olunmuş hesab edək. Bunun da nəticəsi əşairə firqəsinin inandığı çoxlu sayda əzəli varlıqların fərz olunmasından ibarətdir

 

MƏXLUQATİN GÖZƏL SİFƏTLƏRİNİN MƏNŞƏYİ ALLAHDIR

Əgər hər hansı bir məxluqda gözəl sifətlərin olduğuna inansaq, lakin həmin sifətlərin Allah tərəfindən olduğuna e`tiqad bəsləsək, onda bu, eynilə tovhiddən ibarətdir. Bizim peyğəmbərlərin və mə`sum imamların malik olduqları elm, bilik, qüdrət və sair kimi xüsusiyyətləri barədəki əqidəmiz də məhz bundan ibarətdir. Yə`ni onların hamısını Allah tərəfindən onlara əta olunduğunu, onların özlərinin müstəqil şəkildə heç bir şeyə malik olmadıqlarını qəbul edirik.

Bütün varlıqlar ilkin xüsusiyyət olan yaranışda Allaha ehtiyaclı olduqları kimi, ikinci dərəcəli kamal xüsusiyyətləri olan sifətlərə malik olmalarında da Allaha tam mə`nada entiyaclıdırlar və bu sifətləri onlara məhz Allah əta edib. Əlbəttə, hər kəsə öz iradəsi və məsləhət əsasında əta edir.

إِنَّا خَلَقْنَا الْإِنسَانَ مِن نُّطْفَةٍ أَمْشَاجٍ نَّبْتَلِيهِ فَجَعَلْنَاهُ سَمِيعًا بَصِيرًا

«Biz insanı (sonradan qanla) qarışan bir nütfədən xəlq etdik, sonra onu eşidən və görən qərar verdik.»[8]

ALLAHIN SİFƏTLƏRDƏ DƏ HEÇ BİR ŞƏRİKİ YOXDUR

Tovhid əhli inanırlar ki, Allahdan başqa varlıqların özlərindən heç nəyə malik deyil, zahirdə malik olduqları şeylər də yalnız Allah tərəfindəndir, həm zatda, həm də sifətlərində Allaha tam mə`nada ehtiyaclıdırlar.

يَا أَيُّهَا النَّاسُ أَنتُمُ الْفُقَرَاء إِلَى اللَّهِ وَاللَّهُ هُوَ الْغَنِيُّ الْحَمِيدُ

«Ey insanlar, hamınız Allaha ehtiyaclısınız. Ehtiyacsız və tə`rifə layiq isə-yalnız Allahdır.»[9]

Insan həm də özünü müstəqil şəkildə təsəvvür edib, Allahdan ehtiyacsız olması kimi fikirlərdən uzaq olmalıdır. Məsələn, «mən filan kamal sifətinə malikəm», «mənim filan kamalım vardır» və sair kimi sözlərdən uzaq olmalıdır.

3-FE`LLƏRDƏ TOVHID VƏ ŞIRK

Fe`llərdə (iş və əməl) tovhid bundan ibarətdir ki, insan bütün mələkut və mülk aləmində yalnız Allah-taalanın həqiqi malik, sahib və idarə edən olduğuna inansın, bu mərhələlərin heç birində Allahın şəriki olmadığını bilsin, eləcə də Onun həm asimanların həm də yerin rəbbi olmasına inansın.

Eləcə də Allahı, asimanların, həmçinin bəşər üçün indiyə qədər müxtəlif teleskoplar vasitəsilə aşkar olan və sonradan aşkar olunacaq bütün ulduz sistemlərinin hamısının xaliqi olduğuna inansın. Müasir dəqiq elmi cihazların vasitəsi ilə milyardlarla ulduz kəşf olunmuşdur və onların hər birinin də özünə məxsus sistemi, xüsusi nuru vardır. Bu ulduzların hər biri özünün müəyyən olunmuş orbiti üzrə hərəkətdədir və heç vaxt bir-biri ilə toqquşmayır:[10]

YEGANƏ TƏ`SİR QOYAN ALLAHDIR

Hər bir varlığa verilən həyat ne`məti Allah tərəfindən olduğu kimi, həyatın başqa xüsusiyyətləri və onların zahir olması da kəmiyyət və keyfiyyət baxımından Allah tərəfindəndir.

ALLAHIN İŞLƏRİ SONSUZDUR

Allah bütün biçarələrin, zəiflərin fəryadına yetib, onlara çətinliklərdən nicat verir. Bundan əlavə, bütün yaxşılıqlar və gözəlliklər də Onun tərəfindəndir.

هُوَ اللهُ الخَالِقُ الْبَارِئُ الْمَصَوِّرُ الرَّزَّاقُ الْمُحْيى الْمُمِيتُ النَّافِعُ الضَّارُّ الْمُجِيبُ الْمُعْطِى الْمُنْعِمُ

«O, (mövcudatı) xəlq edib yaradan, (onlara) surət verən, ruzi verən, dirildən və öldürən, (layiq olduqları halda) xeyir və zərər çatdıran, duaları qəbul edən, (varlıq və ne`mət əta edəndir.»[11]

Allahın bu və sair şərafətli fe`llər və adlarının hamısı onun «Rəbb» məqamının fe`lləridir və onların hamısı da «Rəbbil-aləmin» kimi mübarək kəlməyə qayıdır.

قُل لَّوْ كَانَ الْبَحْرُ مِدَادًا لِّكَلِمَاتِ رَبِّي لَنَفِدَ الْبَحْرُ قَبْلَ أَن تَنفَدَ كَلِمَاتُ رَبِّي وَلَوْ جِئْنَا بِمِثْلِهِ مَدَدًا

«Əgər dəryalar mürəkkəb olsa və Allahın kəlmələrini yazıb qurtarmaq istəsələr, Allahın bütün aləmlərdəki tərbiyə etdiyi mərtəbələr sona çatmazdan əvvəl həmin mürəkkəblər qurtarar.»[12]

İNSANIN BACARIĞI VƏ QÜDRƏTİ

Insanın bütün varlığı Allah tərəfindən olduğu kimi, öz işlərində olan bacarıq və qüdrəti də Allah tərəfindən ona əta olunmuşdur. Yə`ni Allah-taala, onu öyrəndiyi elm, bacarıq və iradəsi üzündən hər hansı xeyir və ya şər işi görə bilməyə bacarıqlı etmişdir.

Lakin bu bacarıq və qüdrət də Allahın istəyi ilə şərtlənir. O qədər işlər var ki, insan onun yerinə yetirməyə tam qadir, iradə sahibi olmasına baxmayaraq, onun iradəsinin aradan qaldırılması və yaxud qüdrətinin əldən getməsi səbəbi ilə həmin işi görə bilmir. Belə ki, Əmirəl-mö`minin Əli əleyhissəlam «Nəhcül-bəlağə» hikmətlərində buyurur:

عَرَقْتُ اللهَ سُبْحَانَهُ بِفَسْخِ الْعَزَائِمِ وَحَلِّ الْعُقُودِ وَنَفْضِ الْهِمَمِ

«Allahı, mənim qərarlarımı ləğv edib aradan aparıb, əzim və iradəmi pozması ilə tanıdım.»[13]

Doğrudan da yalnız Allahı tə`sirlərin mənşəyi hesab edən, büqün əsərlərin Onun tərəfindən olduğunu bilən tovhid məqamı necə də yüksək və əzəmətli bir məqamdır! Tovhidin bu mərhələsi çox az insanlara müyəssər ola bilər.

Büqün imkan aləminə-istər hiss olunan, istərsə də hiss olunmayan qeybi işlərə yeganə tə`sir edənin Allah olduğuna yəqin etməyin bir neçə müsbət nəticəsi vardır ki, onların bə`ziləri qeyd olunacaq. Həmin məqamdan biri də Allah qarşısında xovf və qorxudur.

ALLAHDAN QORXMAQ

Mö`min şəxs Allahın əzəmətindən və günahlarının çoxluğundan başqa heç bir şeydən qorxmamalıdır. Çünki o, yəqin şəkildə bilir ki, dünyada mövcud olan bütün canlılar və insan, aralarındakı vücud fərqlərinə baxmayaraq hamılıqla Allahın ordusudur, onlar Allahın izni olmadan heç bir şəxsə xeyir və ya zərər çatdıra bilməzlər. Belə olan halda insan nə üçün başqa şeylərdən qorxmalıdır?!

Rəvayətlərdə qeyd olunur:

وَحَدُّ الْيَقِينِ اَنْ لاَتَخَافَ مَعَ اللهِ شَيْئًا

«Yəqinin həddi budur ki, Allahla birlikdə olub, heç nədən qorxmayasan.»[14]

Rəsuli-əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) səcdələrinin dualarında belə deyirdi:

اِلهى اِنْ لَمْ يَكُنْ غَضَبُكَ عَلَّى فَلاَ اُبَالِىِ

«Pərvərdigara! Əgər Sənin mənə qarşı qəzəbin olmasa, daha heç bir şeydən qorxum olmaz.»[15]

ALLAHA ÜMİDVAR OLMAQ

Tovhid məqamına çatmağın nəticələrindən biri də ümid məqamında olmaqdır. Mö`min şəxs Allahdan başqasına ümid bəsləməməlidir.

Əli əleyhissəlam buyurur:

لايَرْجُوَنَّ اَحَدُكُمْ اِلا رَبَّهُ

«Sizlərdən heç biri Pərvərdigari-aləmdən başqasına ümidvar olmamalıdır.»[16]

Hər bir şəxsin varlığı Allah tərəfindəndir, hər bir xeyir yalnız Allah tərəfindən gerçəkləşir, həmçinin hər hansı bir xeyrin bir şəxsdən başqasına çatması da Allahın izni və icazəsi ilədir. Buna görə də Qur`ani-kərim buyurur: «Biyədihil-xəyr». Xeyir yalnız Allahın əlindədir. (Tamamlığın mübtədadan qabağa keçməsi bu mə`nanı çatdırır).

«Yunis» surəsinin axırında buyurulur:

وَإِن يَمْسَسْكَ اللّهُ بِضُرٍّ فَلاَ كَاشِفَ لَهُ إِلاَّ هُوَ وَإِن يُرِدْكَ بِخَيْرٍ فَلاَ رَآدَّ لِفَضْلِهِ

«Əgər Allah sənə zərər çatdırmaq istəsə, onun qarşısını Allahın özündən başqa alan bir kəs tapılmaz. Əgər sənə bir xeyir çatdırmaq istəsə, heç kəs onun qarşısını ala bilməz.»[17]

وَمَا بِكُم مِّن نِّعْمَةٍ فَمِنَ اللّهِ

«Sizə çatan ne`mətlərin hamısı Allah tərəfindəndir.»[18]

Mə`lum olur ki, mülk və mələkut aləmində olanların hamısı Allahın məxluqudur və öz-özlüyündə acizdirlər.

Əgər bir şəxs öz işlərində Allahdan başqasına ümid bağlasa, Allah kərəm və mərhəməti üzündən onun ümidini heçə çıxarar ki, bir daha Allahdan başqasına ümidvar olmasın. Bu da aşağıdakı hədisin məzmunudur:

لاَقْطَعَنَّ اَمَلَ كُلِّ آمِلٍ اَمِلَ غَيْرِى

NE`MƏT VERƏNƏ TƏŞƏKKÜR

Tovhidin məqamından biri də ne`mət verən şəxsə təşəkkür edib, onu tə`rifləməkdir. Tovhidə inanan bir şəxs, bütün varlıqların həm zatda, həm də sifətdə bütünlüklə Allah-taalanın məxluqu olduğuna yəqin etdikdən sonra, ona çatan hər bir xeyrin Allah tərəfindən olduğunu bilir. Həmçinin bunu da bilir ki, başqalarına xeyir çatdıran yalnız Allahdır. Belə olan halda, yalnız Allahı həmd-sənaya və tə`rifə layiq görür, tam agahlıq üzündən «Əlhəmdu lillah» deyir.

 

TOVHID VƏ TƏVƏKKÜL

BÜTÜN SƏBƏBLƏR, ONLARI YARADAN ALLAHIN ƏLİNDƏDİR

Tovhid yolu gedən bir şəxs, bütün işlərində, habelə mənfəəti cəlb edib, zərəri dəf etməkdə yalnız Allaha arxalanıb, ona ümidvar olmalı, bütün səbəblərin Onun ixtiyarında və ona tabe olduğunu bilməlidir. Bunu da yadda saxlamalıdır ki, əgər onun üçün bütün xeyir səbəbləri mövcud olsa, lakin Allah istəməsə ona xeyirin çatması qeyri-mümkündür. həmçinin, əgər bütün səbəblər ondan kəsilsə, lakin Allah hər növ xeyrin ona çatmasını istəsə, yenə də ona çatacaqdır. Əgər onun zərərinə qurtaran bütün səbəblər olsa, lakin Allah ona zərər çatmasını istəməsə, ona heç vaxt xəsarət dəyə bilməz.

 


 

[1] 4-cü surə, 36-cı ayə.

[2] 4-cü surə, 48-ci ayə.

[3] 5-ci surə, 72-ci ayə.

[4] 31-ci surə, 13-cü ayə.

[5] 4-cü surə, 48-ci ayə.

[6] 5-ci surə, 78-ci ayə.

[7] 12-ci surə, 39-cu ayə.

[8] 76-cı surə, 2-ci ayə.

[9] 35-ci surə, 15-ci ayə.

[10] 16-cı surə, 12-ci ayə.

[11] «Üsuli-kafi», 1-ci cild, səh.87, «Hüdusül-əsma» bölməsi.

[12] «Kəhf» surəsi, 109-cu ayə.

[13] Sübhi Salehin «Nəhcül-bəlağə»si, 250-ci hikmət, səh.551.

[14] «Üsuli-kafi», 2-ci cild, səh.47, «Fəzlül-yəqin» babı, 1-ci hədis.

[15] «Biharul-ənvar», 15-ci cild.

[16] «Nəhcül-bəlağə», 82-ci hikmət, səh.482.

[17] 10-cu surə, 107-ci ayə.

[18] 16-cı surə, 53-cü ayə.

 


al-shia, Media-islam.Com 2008.