MEDIA-ISLAM.COM


 

 

بِسمِ الله الرحمن الرَحِيمِ   اَلْحَمْدُللَِّهِ رَبِّ الْعَالَمِيَن وَصَلَّى اللّهُ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَآلِهِ الطَّاهِرِينَ وَلاَ سِيَّمَا بَقِيَةِ اللَّهِ فىِ اْلاَرَضِيَن

 

Bütün həmdsəna aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın salam və salavatı ağamız və seyyidimiz Həzrət Muhəmməd və onun pak Əhlibeytinə, xüsusilə Allahın yer üzündə saxladığı şəxsə   həzrət Məhdiyə  olsun!

 

4-İşlərində şərik olmaq

Harun Musanın işlərində şərik olduğu kimi, bu məqam da – yuxarıda qeyd olunan hədisin tələbinə görə, nübüvvət məqamından başqa – Əliyyibni Əbitalib o, üçün sübuta yetir.

Peyğəmbəri Əkrəm (s)-in işlərindən biri də səmavi kitabın tə`lim verilməsi idi ki, onda hər bir şeyin bəyanı mövcuddur; o həzrət Allah-Taalanın şə`nində belə buyurduğu hikməti tə`lim verirdi:

يُؤتِي الْحِكْمَةَ مَن يَشَاء وَمَن يُؤْتَ الْحِكْمَةَ فَقَدْ أُوتِيَ خَيْرًا كَثِيرًا

“O, hikməti istədiyi hər şəxsə verir, hər kəsə də hikmət əta olunsa, şübhəsiz, ona çoxlu xeyir verilmişdir.”[1]

وَأَنزَلَ اللّهُ عَلَيْكَ الْكِتَابَ وَالْحِكْمَةَ وَعَلَّمَكَ مَا لَمْ تَكُنْ تَعْلَمُ وَكَانَ فَضْلُ اللّهِ عَلَيْكَ عَظِيمًا

“Allah sənə kitabı və hikməti nazil etdi, bilmədiyin şeyləri sənə öyrətdi və Allahın sənə fəzl və mərhəməti böyük oldu.”[2]

Şübhəsiz, mütəal Allahın kitab və hikmətdən Öz Peyğəmbərinə nazil etdiyi şeylər bütün peyğəmbərlərə və mürsəllərə nazil olanlara şamildir, üstəlik, onlardan da artıqdır. Artıqlıq və əlavə olmaq ümumi nübüvvət, xatəmiyyət risaləti, o həzrətin bütün peyğəmbərlər üçün imam və Allah-Taalanın yaratdığı bütün məxluqatdan üstün və alicənab olması ilədir.

Peyğəmbər (s)-in işlərindən biri də camaatın ixtilafda olduğu işləri bəyan etmək, onların arasında mühakimə yürütməkdir:

 لِتُبَيِّنَ لَهُمُ الَّذِي اخْتَلَفُواْ فِيهِ

“Ta ki, onlar üçün, ixtilafda olduqları şeyləri bəyan etsin.”[3]

إِنَّا أَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ لِتَحْكُمَ بَيْنَ النَّاسِ بِمَا أَرَاكَ اللّهُ

“Biz kitabı haqq olaraq sənə göndərdik ki, camaat arasında, Allahın sənə göstərdiyi şeylər əsasında hökm edəsən.”[4]

Peyğəmbəri Əkrəm (s)-in işlərindən biri bu idi ki, mö`minlərə onların özlərindən artıq ixtiyar sahibi idi. Deməli, Əli (ə) da təkvin və təşri` aləmində vəli (sərpərəst, qəyyum) olan bir şəxsin şərikidir:

5-Xilafət

Harun Musanın xəlifəsi olduğu kimi, bu hədisin tələbi ilə, həzrət Əli (ə)-ın Peyğəmbər (s)-dən sonra fasiləsiz olaraq xilafəti sübuta yetir.

Xəlifə və canişin, yerinə oturduğu şəxsin «tənzili (aşağı mərtəbəyə enmiş) vücudu və onun yerinə oturan şəxs» deməkdir, o şəxsin qaib olduğu vaxtda yaranan boşluq məhz xəlifənin vasitəsilə bərpa olunub, aradan qaldırılır.

Həzrəti   Muhəmməd (s) -in canişini digər peyğəmbərlərin hər birinin canişini ilə, hətta (məcmu halında) peyğəmbərlərin hamısının canişini ilə müqayisə olunmazdır. Çünki o, elə bir şəxsin canişini olmalıdır ki, həzrət Adəmdən İsa ibni Məryəmə qədər olan bütün peyğəmbərlər onun bayrağı altındadır; onda necə mümkün ola bilər ki, ərşin sayəsini, ərşdən qeyrilərin sayəsi ilə müqayisə edək?!

Bəli, Harun Musanın xəlifəsidir, Allah-Taala barəsində və şə`nində “və nadəynahu min canibit-Turil-əyməni və qərrəbnahu nəciyya”[5] deyə buyurduğu şəxsin canişinidir, lakin Əliyyibni Əbitalib (ə) Xatəmül-ənbiya həzrət Muhəmməd (s)-in, elə bir şəxsin canişinidir ki, mütəal Allah onun barəsində buyurur:

ثُمَّ دَنَا فَتَدَلَّى * فَكَانَ قَابَ قَوْسَيْنِ أَوْ أَدْنَى

“Sonra yaxın gəldi və ona (vəhylə haqq) nazil oldu. O qədər yaxınlaşdı ki, iki kaman qədərində, yaxud ondan da yaxın oldu”.[6]

Əban Əhmərdən nəql olunmuş səhih rəvayətdə imam Sadiq (ə) buyurur: «Ya Əban! Camaat Əli (ə)-ın buyurduğu «Əgər öz ayağımı uzatsam, Şamda Əbu Süfyanın oğlunun (Müaviyənin) sinəsindən vuraram və onu səltənətdən yerə salaram!» sözünü necə inkar edə bilərlər?! Lakin bunu inkar etmirlər ki, Süleymanın vəsisi Asəf, Bilqeysin taxtını onun (Süleymanın) yanına gətirmək qüdrətinə malik olmuş bu işi və bir göz qırpımından qabaq etmişdir! Məgər bizim Peyğəmbərimiz bütün peyğəmbərlərdən əfzəl, onun vəsisi bütün vəsilərdən əfzəl deyildirmi?! Xatəmül-ənbiyanın vəsisi Süleyman peyğəmbərin vəsisi qədər də olmadı?! Mütəal Allah bizim haqqımızı inkar edən, fəzilətimizi dananların arasında hökm etsin!»[7]

Buna əsasən, bir kəs ki, Peyğəmbər (s)-in vəzirliyi, onun arxasının möhkəmlənməsi, o həzrətin işlərində şəriklik və onunla qardaşlıq, ümmətin işlərinin islah olunması və o həzrətin yerində canişinlik onun öhdəsindədir, o, Peyğəmbəri Əkrəm (s)-dən başqa bu məqamlara malik olan digər bir şəxslə müqayisə olunası deyildir.

“Mənzilət” hədisində dərindən təfəkkür edən, Allahın kitabını və sünnəni dərindən başa düşən hər kəs biləcəkdir ki, Peyğəmbəri Əkrəmlə o elə həzrətin öz həyatında canişini qərar verdiyi şəxs arasında fasilə düşməsi əql, Qur`an və sünnənin hökmü ilə müxalifdir.

Sünnülərin də düzgünlüyünə e`tiraf etdiyi bir rəvayətdə Bükeyr ibni Mismar belə nəql edir: Amir ibni Sə`d deyirdi ki, Müaviyə, Sə`d ibni Əbi Vəqqasa belə dedi: – Sənin Əbu Talibin oğlunu lə`nətləməyinə nə mane olur?

O dedi: – Peyğəmbər (s)-in onun barəsində buyurduğu üç şeyi hər vaxt yadıma salıramsa, ona nalayiq söz deyə bilmirəm. Əgər onlardan birinə belə, malik olsaydım, qırmızı dəvələrə (hər nəfis və dəyərli şeyə) sahib olmaqdan daha sevimli olardı!

Müaviyə dedi: – Ey Əba İshaq, o üç şey hansıdır? Əbu İshaq dedi: – Hər vaxt onda olan bu xislətləri yadıma salıramsa, ona heç vaxt lə`n edə bilmirəm: Peyğəmbərə vəhy nazil olanda, Əlinin, onun iki oğlunun və Fatimənin əllərindən tutdu, onları öz əbasının altına yığıb sonra dedi: “Pərvərdigara, həqiqətən bunlar mənim Əhli-beytimdir!”

Mən onu heç vaxt səbb edə bilmərəm, çünki o zamanı xatırlayıram ki, Peyğəmbər Təbuk müharibəsində Əlini Mədinədə qoymuşdu. Əli o həzrətə dedi: “Məni uşaqlar və qadınlarla qoyub gedirsənmi?” Peyğəmbər (s) buyurdu:  “Razı olmazsanmı ki, səninlə mənim münasibətim Harunla Musanın münasibəti kimi olsun; bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər yoxdur.”

Mən ona heç vaxt nalayiq sözlər demərəm, çünki bu hadisəni xatırlayıram ki, Xeybər günündə Peyğəmbər (s) buyurdu: «Şübhəsiz, bayrağı elə bir kişinin əlinə verəcəyəm ki, Allahı və Rəsulunu sevir, Allah onun əli ilə qələbəni bizə nəsib edəcək.» Hamımız boylanıb baxırdıq ki, Peyğəmbər (s)-ın nəzərdə tutduğu şəxsin kim olduğunu bilək. Sonra həzrət buyurdu: «Əli haradadır?» Dedilər ki, o, göz ağrısına düçar olub. Həzrət buyurdu: «Onu çağırın.» Onu çağırdılar. Sonra həzrət ağzının mübarək suyundan onun gözünə sürtdü, bayrağı ona verdi və Allah onun əli ilə müsəlmanları qələbəyə yetirdi.

Ravi deyir: Allaha and olsun! Sə`d ibni Əbi Vəqqas Mədinədə olduğu vaxta qədər Müaviyə ona heç bir şey demədi.[8]

Hakim Nişapuri yazır: Həm Buxari, həm də Müslim «qardaşlıq hədisi» və «bayraq hədisi»nin səhihliyində ittifaq etmişlər.[9]

Buxari Səhl ibni Sə`din belə dediyini nəql edir: Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) Xeybər günündə buyurdu: “Şübhəsiz, sabah bayrağı elə bir kişiyə verəcəyəm ki, Allah fəth və qələbəni onun əlləri ilə bizə nəsib edəcəkdir. O, Allahı və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir.”

Hamımız gecəni sübhə qədər iztirab hissi keçirdik ki, görəsən Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sabah bayrağı kimə verəcəkdir. Sübh olduqda hamı Peyğəmbər (s)-in yanına getdi. Hamının ümidi bu idi ki, bayrağı ona versin. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: «Əliyyibni Əbitalib haradadır?» Dedilər ki, göz ağrısından əziyyət çəkir. Həzrət buyurdu: «Onu gətirin.»

Əli (ə) gəldi, həzrət mübarək ağzının suyundan onun gözlərinə sürtdü və dua etdi. Ağrılar dərhal aradan qalxdı, sanki ümumiyyətlə, belə bir xəstəliyi olmamışdı. Sonra bayrağı ona verdi, Əli (ə) dedi: «Ya Rəsuləllah! Onlarla o qədər müharibə edəcəyəm ki, bizim kimi olsunlar (iman gətirsinlər).» Həzrət Peyğəmbər (s) buyurdu: «Yumşaqlıqla, səbatla və tələsmədən nüfuz et ki, onların meydanına çatasan. Sonra onları islama də`vət et, onları vacib olan şeylərdən – Allahın haqqından agah et. Sonra (bil ki,) Allaha and olsun, əgər Allah sənin əlinlə bir nəfəri hidayət etsə, sənin üçün qırmızı dəvələrdən (və nəfis şeylərdən) də fəzilətli olar.”[10]

Aydındır ki, Peyğəmbəri Əkrəm (s)-in buyurduğu “Şübhəsiz, bayrağı elə bir şəxsə verəcəyəm ki, Allahı və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevirlər”-hədisi göstərir ki, Peyğəmbər (s)-in səhabələri arasında Əlidən başqa heç kəs bu xüsusiyyətə malik olmamışdır; əks halda, Peyğəmbər (s)-in  (təkcə) Əlini bu sifətlərlə vəsf etməsi müxəssis olmadan (səbəbsiz yerə) baş verməli idi ki, o həzrət də əqlən, və şər`ən belə bir iş görməkdən pak-pakizədir.

Bayrağın həzrət Əliyə verilməsi və Xeybərin məhz onun əli ilə fəth olunması hədisi, əslində «mənzilət» hədisinin təfsiridir və buna dəlalət edir ki, Əli (ə) elə bir şəxsdir ki, Allah onun vasitəsilə Öz Peyğəmbərinin arxasını möhkəmləndirmiş, Öz Rəsulunun qollarını onun vasitəsilə gücləndirmişdir.

Həzrət Peyğəmbər (s)-in buyurduğu “Allah Əlinin vasitəsilə qələbəni bizə nəsib edəcəkdir”–kəlamı göstərir ki, mütəal Allahın fe`li Əliyyibni Əbitalibin əllərində cari olur, necə ki, Peyğəmbər (s)-in əlləri ilə də cari olurdu. Allah-Taalanın Qur`anda buyurduğu “Sən oxu atdığın zaman sən atmamışdın, əksinə Allah atmışdı” (“Ənfal”, 17) kəlam da eynilə həzrət Əli (ə)-ın özündən belə nəql olunmuşdur: “Allaha and olsun! Mən Xeybər qalasının qapısını cəsədə məxsus olan qüvvə ilə yerindən qopartmadım.”[11]

Bir kəs ki, Allah-Taala onun əlləri ilə Xeybər qapısını açır, o, Yədullahdır (Allah əlidir). Görəsən, Allahın məxluqatının ən yaxşısının qollarının Yədullahdan başqa bir şeylə möhkəmlənməsi mümkün ola, təsəvvür edilə bilərmi?

إِنَّ فِي ذَلِكَ لَذِكْرَى لِمَن كَانَ لَهُ قَلْبٌ أَوْ أَلْقَى السَّمْعَ وَهُوَشَهِيدٌ

“Həqiqətən bunda (əvvəlki qövmlərin həlak olmasında) o kəs üçün xatırlatma vardır ki, (düşünən) qəlbə malik olsun, yaxud haqq kəlama cani dildən qulaq assın.”[12]


 

[1] «Bəqərə» surəsi, ayə:269

[2] «Nisa» surəsi, ayə:113

[3] «Nəhl» surəsi, ayə:39

[4] «Nisa» surəsi, ayə:105

[5] «Məryəm» surəsi, 52

[6] «Nəcm» surəsi, ayə:8-9

[7] «Əl-İxtisas», səh.212

[8] «Əl-müstədrəku ələs-Səhiheyn», 3-cü cild, səh.108; və «Təlxis»də də həmçinin. «Səhihi Müslim», 7-ci cild, səh.120; «Sünəni Tirmizi», 5-ci cild, səh.301 və başqa mənbələr.

[9] «Əl-müstədrəku ələs-Səhiheyn», 3-cü cild, səh.109

[10] «Səhihi Buxari», 5-ci cild, səh.76, 4-cü cild, səh.12, 20, 207; «Neylul-əvtar», 8-ci cild, səh.55, 59; «Fəzailus-səhabə», səh.16; Əhməd «Müsnəd», 1-ci cild, səh.99, 185, 4-cü cild, səh.52; «Səhihi Müslim», 5-ci cild, səh.195 və 7-ci cild, səh.120, 122; «Sünəni İbni Macə», 1-ci cild, səh.45; «Sünəni Tirmizi», 5-ci cild, səh.302; «Əs-Sünənul-kubra», Beyhəqi, 6-cı cild., səh.362, 9-cu cild, səh.107 və 131; «Məcməüz-zəvaid», 6-cı cild, səh150 və 9-cu cild, səh.123 və sair; «Müsənnəf», İbnu Əbi Şeybə, 8-ci cild, səh.520, 522; «Müsnəd», Sə`d ibni Əbi Vəqqas, səh.51; «Buğyətul-bahis», səh.218; «Kitabus-sünnə», səh.594 və sair; «Əs-Sünənul-kubra», 5-ci cild, səh.46, 108..., 145; «Xəsaisu Əmiril-mö`minin ´», səh.49..., 82, 116; «Müsnədi Əbu Yə`li », 1-ci cild, səh.291 və 13-cü cild, səh.522, 531; «Səhihi ibni Həbban», 15-ci cild, səh.377, 382; «Əl-Mö`cəmul-əvsət», 6-cı cild, səh.59; «Əl-Mö`cəmul-kəbir», 6-cı cild, səh.167, 187, 198 və 7-ci cild, səh.13, 17, 31, 35, 36, 77 və 18-ci cild, səh.237, 238; «Müsnədu Şamiyyin», 3-cü cild, səh.348; «Dəlailun-nübüvvət», səh.1092; «Əl-Faiqu fi ğəribil-hədis», 1-ci cild, səh.383; «Əl-İstiy`ab», 3-cü cild, səh.1099; «Nəhcül-bəlağənin şərhi» (İbni Əbil Hədid), 11-ci cild, səh.234 və 13-cü cild, səh.186; «Nəzmu dürəris-səmteyn», səh.98, 107; «Kənzül-ummal», 10-cu cild, səh.467, 468, 13-cü cild, səh.121, 123, 163; «Ət-Təbəqatul-kubra», 2-ci cild, səh.111; «Ət-Tarixul-kəbir», 2-ci cild, səh.115; «Əs-Siqat», (İbni Həbban), 2-ci cild, səh.12, 267; «Şərhus-sünnə», Bəğəvi, 14-cü cild, səh.111; «Tarixi Bəğdad», 8-ci cild, səh.5; «Tarixu mədinəti Dəməşq», 1-ci cild, səh.288, 41-ci cild, səh.219 və 42-ci cild, səh.16, 81..., 432; «Usdul-ğabə», 4-cü cild, səh.26, 28; «Tarixi Bağdad»ın haşiyəsində, 2-ci cild, səh.78; «Əl-bidayətu vən-nihayə», 4-cü cild, səh.211..., 7-ci cild, səh.251, 372...; «Əs-Sirətun-Nəbəviyyə», 3-cü cild, səh.797; «Səbilul-huda vər-rəşad», 2-ci cild, səh.32, 5-ci cild, səh.124, 10-cu cild, səh.62; «Yənabiul-məvəddət», 1-ci cild, səh.161, 2-ci cild, səh.120, 231, 390 və başqa çoxlu sünnü mənbələri.

«Rəsailul-Murtəza», 4-cü cild, səh.104; «Əd-Dəəvat», səh.63; «Zübdətul-bəyan», səh.11; «Kəşful-ğita», 1-ci cild, səh.11; «Əl-Kafi», 8-ci cild, səh.351; «İləluş-şəraye», 1-ci cild, səh.162, 130-cu bab; «Əl-Xisal», səh.211, 311, 555; «Əl-Əmali», Şeyx Səduq, səh.604, 77-ci ləclis, 10-cu hədis; «Rövzətul-vaizin», səh.127; «Mənaqibu Əmiril-mö`minin ´», 1-ci cild, səh.345, 537, 2-ci cild, səh.89, 496 və ... ; «Əl-Müstərşəd», səh.299, 300, 341..., 491, 590; «Şərhul-əxbar», 1-ci cild, səh.302 və 2-ci cild, səh.178, 192, 195, 209; «Əl-İfsah», səh.34, 68, 86, 157, 197; «Ən-nükətul-e`tiqadiyyə», səh.42; «Əl-İrşad», 1-ci cild, səh.64; «Əl-İxtisas», səh.150; «Əl-Əmali», Şeyx Mufid, səh.56; «Əl-Əmali», Şeyx Tusi, səh.171, 307, 380, 546, 599; «Əl-İhticac», 1-ci cild, səh. 406, 2-ci cild, səh.64; «Əl-Xəraicu vəl-cəraih», 1-ci cild, səh.159; «Əl-Ümdə», səh.97, 131, 139..., 188, 189, 219; «Əl-Fəzail», səh.152; «Ət-Tibyan», 3-cü cild, səh.555, 9-cu cild, səh.329; «Məcməul-bəyan», 3-cü cild, səh.358 və 9-cu cild, səh.201 və başqa çoxlu şiə mənbələri.

[11] «Ənfal» surəsi, ayə:17

[12] «Qaf» surəsi, ayə:37

 


al-shia, Media-islam.Com 2008.