MEDIA-ISLAM.COM


 

İmamı iki yolla tanımaq olar:

a) Həzrət Peyğəmbərin özü Allahın fərmanına əsasən bir şəxsi imam tə`yin etmiş olsun.

b) Bir imam özündən sonrakı imamı tə`yin etsin.

Şiələrin on iki imamının imaməti hər iki yolla isbat olunur: çünki, həm Peyğəmbər (s) onları adları ilə ardıcıl surətdə tə`yin etmiş, həm də imamların hər biri özündən sonra gələn imamı xalqa tanıtdırmışdır.

Bu haqda ixtisara riayət edərək təkcə bir hədisi diqqətinizə çatdırırıq:

Həzrət Mühəmməd (s) buyurmuşdur: “İslam dininin izzət və başıucalığı yalnız on iki xəlifə (ilahi rəhbər) vasitəsi ilə olacaqdır".[1]

Şübhəsiz, İslamın izzəti və başıucalığına səbəb olan on iki xəlifə, şiə məzhəbinin on iki imamından başqa heç bir xəlifə və rəhbərlərlə uyğun gəlmir. Çünki, Əməvi və Abbasi xəlifələri heç vaxt İslam dininin izzətinə səbəb olmamışdır, digər tərəfdən də onların sayı on iki deyildir.

 

12 İMAM

12 imamçı şiələr inanırlar ki, mə`sum imamlar 12 nəfərdir. 1. Əli ibni Əbitalib 2. Həsən ibni Əli 3. Hüseyn ibni Əli  4. Əli ibni Hüseyn 5. Muhəmməd ibni Əli 6. Cə`fər ibni Muhəmməd 7. Musəbni Cə`fər 8. Əli ibni Musa 9. Muhəmməd ibni Əli 10. Əli ibni Muhəmməd 11. Həsən ibni Əli 12. Həzrəti Məhdi (əleyhimussalam).

Sünnülərin mö`təbər kitablarında nəql olunan «12 xəlifə və on iki əmir» hədisini qeyd edirik. (hamısının mənası belədir ki "Mənim ümmətimdə imamlarin sayı Bəni israilin nəqiblərinin (vəsilərinin) sayı qədər - 12 nəfərdir və hamısı da Qüreyşdəndir)

1-«Səhihi Buxari», əhkam kitabının axırı, 8-ci cild, səh.127; «Müsnədi Əhməd»,5-ci cild, səh.93:

عن جابر بن سمرة قال: سمعت النبى  صلي الله عليه و سلم  يقول: يكون اثناعشر اميرا فقال: كلمت لم اسمعها فقال ابى: انّه قال: كلّهم من قريش.

2«Səhihi Müslim», 6-cı cild, səh.3

عن جابر بن سمرة قال دخلت مع ابى على النبى  صلي الله عليه و سلم  فسمعته يقول: ان هذا الامر لاينقضى حتى يمضى فيهم اثناعشر خليفة قال: ثم تكلّم بكلام خفى علىّ، قال: فقلت لابى: ما قال؟ قال: كلّهم من قريش

3«Səhihi Müslim», 6-cı cild, səh. 3; «Müsnədi Əhməd», 5-ci cild, səh. 98

عن جابر بن سمرة قال: سمعت النبىّ  صلي الله عليه و سلم ، يقول: لايزال امر الناس ماضيا ما وليهم اثناعشر رجلا، ثم تكلم النبّى  صلي الله عليه و سلم  بكلمة خفيت علىّ، فسألت ابى: ماذا قال رسول اللّه صلي الله عليه و سلم ، فقال: كلّهم من قريش.

4 - Səhihi ibni Həbban,15-ci səh.43:

سمعت رسول اللّه  صلي الله عليه و سلم  يقول: يكون بعدى اثناعشر خليفة كلّهم من قريش.

5-Camei Termizi, 3-cü cild, səh. 340

يكون من بعدى اثناعشر اميرا، قال: ثم تكلّم بشيء لم افهمه، فسألت الّذى يلينى فقال: قال: كلّهم من قريش

6-Müsnədi Əhməd ibni Hənbəl, 5-ci cild, səh. 92

يكون بعدى اثناعشر خليفة، كلّهم من قريش

7-Müsnədi Əhməd ibni Hənbəl, 5-ci cild, səh. 92

يكون بعدى اثناعشر اميرا ثم لا ادرى ما قال بعد ذلك، فسألت القوم كلّهم، فقالوا: قال: كلّهم من قريش

8 - Müsnədi Əhməd ibni Hənbəl, 5-ci cild, səh. 99

يكون من بعدى اثناعشر اميرا فتكلّم فخفى علىّ، فسألت الّذى يلينى اوالى جنبى، فقال: كلّهم من قريش

9 - Müsnədi Əhməd ibni Hənbəl, 5-ci cild, səh. 108

يكون بعدى اثناعشر اميرا، قال ثم تكلّم فخفى عـلـىّ ما قال، قال: فسألت بعض القوم او الّذى يلينى ما قال؟ قال: كلّهم من قـريـش

10-Müsnədi ibni Cə`d, 390-cı səhifə, 2660-cı nömrə

يكون بعدى اثناعشر اميرا، غير ان حصينا قال فى حديثه: ثم تكلّم بشيي لم افهمه، و قال بعضهم فسألت ابى و قال بعضهم فسألت القوم فقال كلّهم من قريش

11-Müsnədi Əbi Yə`la, 13-cü cild, səh. 456

يقول لايزال الدين قائما حتى تقوم الساعة و يكون عليكم اثناعشر خليفة كلّهم من قريش

12 - Müsnədi Əhməd ibni Hənbəl, 13-cü cild, səh. 456

عن جابر بن سمرة قال: خطبنا رسول اللّه  صلي الله عليه و سلم  بعرفات فقال: لايزال هذاالامر عزيزا منيعا ظاهرا على من ناواه حتى يملك اثنا عشر كلّهم قال: فلم افهم مابعد، قال: فقلت لابى ما قال بعد ما قال: كلّهم، قال: كلّهم من قريش

13-Hakim, Əl-Müstədrək ələs-Səhiheyn, 4-cü cild, səh. 501

عن مسروق قال: كنا جلوسا ليلت عند عبداللّه يقرأنا القرآن فسأله رجل فقال: يا ابا عبدالرحمن هل سألتم رسول اللّه  صلي الله عليه و سلم  كم يملك هذه الامة من خليفة؟ فقال: عبداللّه ما سألنى عن هذا احد منذ قدمت العراق قبلك، قال: سألناه، فقال: اثناعشر عدة نقبأ بنى اسرائيل.

Bu mövzu ilə əlaqədar nəql olunan rəvayətlər elə kitablara məxsus deyildir ki, hamısını zikr etmək mümkün olsun; əksinə, hətta qeyd olunan kitabların bə`zilərində də, o kitabdan nəql etdikləri­miz­dən olduqca artıqdır, onların bir neçəsini xülasə olaraq qeyd edirik.[2]

Peyğəmbəri Əkrəmdən 12 imamla əlaqədar nəql olunan hədisləri böyük səhabələr nəql etmişlər, o cümlədən: Əbdüllah ibni Abbas, Əbdüllah ibni Məs`ud, Salman Farsi, Əbu Səid Xudri, Əbuzər Ğəffari, Cabir ibni Sümrət, Cabir ibni Əbdüllah, Ənəs ibni Malik, Zeyd ibni Sabit, Zeyd ibni Ərqəm, Əbi Əmamə, Vasilə ibni Əsqə, Əbu Əyyub Ənsari, Əmmar ibni Yasir, Hüzeyfə ibni Üseyd, İmran ibni Həsin (Hüseyn) , Sə`d ibni Malik, Hüzeyfə ibni Yəman, Əbu Qutadə və başqalari da nəql etmişlər ki, xülasəyə riayət etmək üçün onların sözlərini qeyd etmirik. Bu rəvayətdə çoxlu məziyyət və üstünlük vardır, o cümlədən:

1-Xəlifələrin (sayının) 12 nəfərdə həsr olunması.

2 - O 12 nəfərin xilafətinin Qiyamətə qədər davam etməsi.

3-Dinin izzət və toxunulmazlığının onlara bağlı olması.

4-Dinin elmi və əməli cəhətdən onların vasitəsinə bərqərar olması. Çünki dinin əbədi qalması elə xəlifələrin varlığına bağlıdır ki, elmi cəhətdən dinin həqiqət və maariflərini bəyan etməyə, əməli cəhətdən isə dinin ədalətli qanunlarının və haqqın icraçıları olsunlar. Bu iki mühüm məsələ 12 xəlifə xüsusunda deyilmiş şərtlərdən başqa şeylə müyəssər ola bilməz.

5-Onların Bəni-İsrail nəqiblərinə oxşadılması; bu da onların Allah tərəfindən tə`yin olunmasının vacibliyini göstərir və “Və bəəsna minhum isna əşərə nəqibən” ayəsindən[3] (yə`ni Biz onlardan 12 nəqib və rəis seçmişdik) mə`lum olur.

6-Onların hamısının Qüreyşdən olması.

Bu məziyyətlərə malik olan xəlifələr haqq 12 imam (şiəsi) təriqindən başqasına uyğunlaşdırıla bilərmi?

Yezid və onun kimi yaramazların xilafətində islamın işinin izzətlənməsi, ümmət işinin yaxşı şəkildə keçməsi və Bəni-İsrail nəqibləri kimi hökumətin bərqərar edilməsi müyəssər oldumu?!

Qeyd olunanlara əsasən sünnü alim və mühəqqiqlərindən bə`ziləri e`tiraf etmişlər ki, bu hədislər nə Peyğəmbərdən sonrakı xəlifələrə uyğun gəlirlər; çünki onların sayı 12-dən az olmuşdur;– nə də Bəni-Üməyyə sultanlarına–zülm etdiklərinə və saylarının 12-dən artıq olduğuna görə; nə də Bəni-Abbas hakimlərinə uyğun gəlir, çünki onların sayı 12-dən çox idi və Peyğəmbər Əhli-Beytinə bu ayədə buyurulan məhəbbətə riayət etməmişdilər: “De, ey Peyğəmbər! Bu dinin müqabilində sizdən, ən yaxın adamlarıma məhəbbətdən başqa bir şey istəmirəm.”[4]

Bu hədis Peyğəmbər Əhli-Beytindən və itrətindən olan 12 imamdan başqa heç kəsə aid edilə bilməz. Çünki onlar zəmanələrinin əhli arasında ən bilikli, ən şövkətli, ən təqvalı, ən vərə`li və nəsəb cəhətindən ən yüksək, həsəb cəhətindən ən fəzilətli, Allah dərgahında ən əzizlər idirlər ki, elm, təhqiq əhli, kəşf və tovfiq əhli onları bu məqamlarla tanıyırdılar.[5]

Sədi öz təfsirində nəql edir ki, Sara, Hacərin varlığından ikrah hissi keçirdiyinə görə Allah İbrahimə vəhy buyurdu: “İsmaili və anasını apar, Təhami Peyğəmbərin evində–Məkkədə onlara yer ver ki, sənin övladlarını orada artırıb yayacağam. Mən onları, Mənə qarşı kafir olanlara ağır qərar verərəm və onların övladından 12 əzəmətli şəxs qərar verərəm.”[6]

Bu da Tövratın təkvin sifrinin 17-ci babında gələnlərlə tamamilə uyğundur: Allah İbrahimə buyurdu: «Biz sənin İsmailin xüsusunda ki, duanı qəbul etdik. İndi ona bərəkət verib xeyirli edərəm, onun (nəslini) həddindən artıq çoxaldar, ondan 12 rəis dünyaya gətirər və ondan böyük bir ümmət yaradaram».

12 imamın imaməti heç bir sənədə ehtiyac duyulmayan şiə təriqi ilə nəql olunan mütəvatir və səhih hədislər əsaında mə`sum tərəfindən sübuta yetmişdir. Bu müxtəsər kitabda çoxlu sənədlərlə nəql olunan və sənədlərinin əksəriyyəti mö`təbər olan, böyük hədisçilər tərəfindən rəvayət edilən «lövh» hədisini qeyd etməklə kifayətlənirik ki, həmin `12 nəfərin adı o hədisdə zikr olunur:

1-Şeyx Səduqun imam Baqir (əleyhissalam)-dan, onun da Cabir ibni Əbdüllah Ənsaridən nəql etdiyi hədisdə buyurulur: “Mən Fatimeyi Zəhranın yanına daxil olduqda onun qarşısında bir lövh gördüm ki, orada övliyaların adı yazılmışdı. Onları saydıqda, gördüm ki, 12 nəfərdir. Onların axırıncısı Qaim idi, üçü Muhəmməd, dördü isə Əli.[7]

2-Qeybi xəbərlərə şamil olan bir hədisdir. Onun mətni ismət məqamından gəlməsinə şahiddir. Böyük şiə mühəddisləri, o cümlədən Şeyx Müfid, Şeyx Kuleyni, Şeyx Səduq və Şeyx Tusi (Allah onların məqamını daha da yüksəltsin!) Əbdür–Rəhman ibni Salimdən, o da Əbu Bəsirdən, o da imam Sadiq (əleyhissalam)-dan nəql edir ki, onun xülasəsi və məzmunu belədir: Atam, Cabir ibni Əbdüllah Ənsariyə buyurdu: – Həqiqətən mənim sənə bir ehtiyacım vardır, sənin üçün nə vaxt asan olarsa, səninlə sakit bir yerdə görüşüm, onları soruşum.

Cabir dedi: – Nə vaxt istəyirsinizsə, buyurun.

Həzrət bə`zi vaxtlar Cabir ilə əyləşir və ona buyururdu: – Ey Cabir, mənə o lövhdən xəbər ver ki, anam Fatimənin – Peyğəmbərin qızının əlində görmüşsən. De görüm, anam Fatimə orada yazilanlar barədə sənə nə xəbər verib?

Cabir dedi: – Allahı şahid tuturam ki, Peyğəmbərin həyatında anan Fatimənin yanına getdim, Hüseynin təvəllüdünü ona təbrik etdim. Onun əlində iki yaşıl lövh gördüm ki, zümrüddən olduğunu güman etdim. Onun üzərində günəş rənginə oxşar ağımtıl yazı var idi. Ona dedim: “Atam-anam sənə fəda olsun, ey Allah Rəsulunun qızı, bu lövh nədir?!”

Həzrət buyurdu: “Bu lövhü Allah Öz Peyğəmbərinə hədiyyə etmişdir. Onda atamın, ərimin, iki oğlumun və övladlarımdan olan övsiyaların adları vardır. Atam onu mənə hədiyyə edərək onunla məni müjdələdi.”

Cabir dedi: “Anan Fatimə o lövhü mənə verdi, mən də oxuyub onun nüsxəsini yazıb götürdüm.”

Atam dedi: Ey Cabir, o nüsxəni mənə göstərərsənmi?!”

Dedi: “Bəli.” Sonra atam onunla birgə Cabirin evinə getdi, yumşaq dəridən olan bir səhifəni gətirib buyurdu: “Ey Cabir, sən öz yazılarına bax, mən də sənin üçün oxuyum.”

Cabir öz nüsxəsinə baxır atam da öz nüsxəsini qiraət edirdi: Hərfbəhərf bir-biri ilə eyni idi və heç bir fərqiləri yox idi. Allahı şahid tuturam ki, o lövhdə belə yazılmışdı:

Bismillahir-Rəhmanir-Rəhim.

Bu, əziz və həkim Allah tərəfindən Onun peyğəmbəri, nuru, elçisi, hicabı və dəlili olan Muhəmməd üçün yazılan bir kitabdır. Onu Ruhul-Əmin Allah tərəfindən Muhəmmədə nazil etmişdir. Ya Muhəmməd, Mənim adlarımı böyük say (tə`zimlə yad et) ne`mətlərimə şükr et və Mənim (batini lütf və) ne`mətlərimi inkar etmə. Həqiqətən Mən yeganə Allaham ki, Məndən başqa heç bir mə`bud (sitayişə layiq şəxs) yoxdur. Mən cabbarların (izzətini) sındıran, məzlumlara dövlət və qələbə nəsib edən, Qiyamət günü əvəz verənəm. Həqiqətən Mən yeganə Allaham, Məndən başqa heç bir mə`bud yoxdur. Hər kəs Mənim fəzlimdən başqa bir şeyə ümid bağlasa və ya Mənim ədalətimdən başqa bir şeydən qorxsa, ona elə əzab verərəm ki, aləm əhlindən heç kəsə o cür əzab verməmişəm. (Ey Muhəmməd) yal­nız Mənə ibadət et və yalnız Mənə təvəkkül et. Mən elə bir peyğəmbəri göndərməmişəm ki, onun gün­ləri kamil olduqdan, nübüvvəti tamamlan­dıq­dan sonra (onun üçün) bir canişin tə`­yin etməyim. Həqiqətən Mən səni sair peyğəm­bər­lər­dən, sənin canişinini isə sair (peyğəmbər­lə­rin) canişinlərindən fəzilətli etdim. Mən sə­nə iki nəvə – Həsən və Hüseyni əta etmək­lə səni əzizləmişəm. Həsəni, atası­nın öm­rü so­na çatdıqdan sonra Öz elmimin mə`dəni (xə­zi­nə­si) qərar verdim. Hüseyni də Öz vəhyimin xə­zi­nə­darı qərar verdim. Onu şəhadət vasi­təsi ilə əzizləyib ömrünü səadət və xoş­bəxt­liklə xətm etmişəm. O, şəhid olanların ən üstünü və fəzilətlisi, şəhidlərin içərisində ən yüksək dərəcə­də­dir.

Öz tam kəlmələrimi onun yanında əmanət qoy­mu­­şam. Mənim yetərli höccətim onunladır. Onun itrətinə məhəbbəti vasitəsi ilə (bəndə­lərə) mükafat verirəm, (onlarla düşmənçilik səbə­bilə, bəndələri) cəzalandıraram (İmam Hüsey­nin sülbündən olan) ilk imam ibadət edən­lərin ağası (seyyidi), Mənim keçmiş övliyala­rı­mın zinətidir. Ondan sonra da, cəddi Məh­mu­da bənzəyən övladı–Məhəmməd Baqiri Mənim elmimin dərinliklərini yaran və hikmətimin mə`dənidir. Cə`fərin (imaməti) barəsində şəkk edənlər çox tez bir zamanda həlak olarlar (yə`ni hər kəs onun imamətində şəkk etsə, azğın­lar­dan­dır). Onu rədd edənlər sanki Məni rədd et­miş­dir. Məndən olan söz haqdır: hökmən Cə`fərin məqamını kəra­mət­li (gözəl) edəcəyəm onu, işləri, köməkçiləri və dostları yanında şad edə­cəyəm. Ondan sonra, (onun övladı) Musa üçün qaranlıq zülmətləri imtahan müqəddər olacaq. Çünki Mənim qəzavü-qədər sil­siləm heç vaxt kəsilməz və höccətim məxfi qalmaz. Mənim övliyalarım vəfa (tamam) olunan camlarla sirab olarlar. Hər kəs onlardan birini inkar etsə, Mənim ne`mətlərimi inkar etmişdir. Hər kəs Mənim kitabımdan bir ayəni dəyişdirsə, Mənə iftira yaxmışdır.

Vay olsun Mənim bəndəm, həbibim və seçdi­yim Musanın ömrü sona çatan zaman Mənim dostum və köməkçim olan Əliyə iftira atanlara və (imaməti barəsində) şəkk edənlərə! O şəxs ki, Mən ağır nübüvvət yükünü onun öhdəsinə qoymuşam və onun həmin işləri əncam verməkdə qüdrətli etməklə imtahan edəcəyəm. Onu za­lım (təkəbbürlü) və xəbis bir şəxs öldürəcək. O, Mənim bir saleh bəndəmin bünövrəsini qoy­duğu bir şəhərdə (məqsəd Məşhəd şəhəridir), çox şər bir adamın yanında (Harun Ərrəşid) dəfn olunacaqdır. Bu Mənim haqq sözümdür: Mən onu, ölmündən qabaq övladı və xələfi, onun elminin varisi Muhəmmədin vasitəsi ilə şad edəcəyəm. O, (Muhəmməd) Mənim elmimin mə`­də­ni, sirlərimin məkanı, və Mənim məxlu­qatı­ma olan höccətimdir. Hər bəndə onun ima­məti­nə iman gətirsə, Cənnətdə ona yer verərəm, həmin şəxsin, hər biri onun nəslindən və cəhənnəm oduna layiq olan yetmiş nəfərə şəfaətini qəbul edərəm. Bu səadəti dostum, köməkçim, ümmətə şahidim və səhyimə əmanətdarım olan övladı (imam Əliyyən-Nəqi) ilə kamil (xətm) edəcəyəm. Onun sülbündən də bir şəxsi vücuda gətirəcəyəm ki, o, (insanları) Mənim yoluma də`vət edən və Mənim elmimin mə`dənidir. Onun adı da Həsəndir. Mən bunu (imaməti) Həsənə "M.H.M.D"ə verməklə təkmilləşdirəcəyəm. O, bütün aləmdəkilər üçün bir rəhmətdir. Onda Musanın kamalı, İsanın dəyəri və Əyyubun səbri vardır. Onun dövründə (zühurdan qabaq) Mənim övliyalarım xar və zəlil olarlar. Onların başlarını, türk-lərin və tatarların başını kəsib hədiyyə apardıq­la­rı kimi kəsər və hədiyyə apararlar. Onlar öl­dü­rülər, odda yandırılarlar. Həmişə (düş­mən­lərdən) qorxar, vəhşət hissi keçirər və yer onların qanı ilə al-əlvan olar. Onların ailələrində ah-nalə və şivən qopar. Onlar Mənim həqiqi dostlarımdır. Mən onların var­lıqları səbəbi ilə bütün (azğınlıq) qaran­lıqları olan fitnələri aradan qaldıracağam. Onların vasitəsi ilə çətinlikləri açaram, məşəqətləri aradan qaldıraram. Onlar həmin şəxslərdir ki, Rəbbləri tərəfindən onlara salam və rəhmət nazil olar və məhz onlar (nicat tapanlar və) hidayət olunanlardır.» «Üsuli-Kafi», 1-ci cild, səh. 528[8]

Hədis qurtardıqdan sonra Əbu Bəsir, Əbdür-Rəhman ibni Salimə dedi: «Əgər bütün ömrün boyu bu hədisdən başqa bir hədis eşitməsən, elə bu hədis sənə kifayət edər, onu ləyaqəti olmayanlardan məxfi məxfi saxla!»

****

Peyğəmbərin (s) Əhli-beytinə (ə) məhəbbət bəsləmək Qur`an və sünnətin tə`kid etdiyi işlərdən biridir. Qur`anda buyurulur:

 “(Ey Peyğəmbər! Ümmətə) de ki, peyğəmbərliyin müqabilində sizdən, Əhli-beytimə məhəbbətdən başqa bir əcr (mükafat) istəmirəm".[9]

Ayədəki "qurba" - ən yaxınlar-sözündən məqsəd o HəzrətinƏhli-beyti və ən yaxın adamlarıdır. Çünki bu istəyiPeyğəmbərin (s) özü tələb edir. Əhli-beytə (ə) məhəbbət bəsləmək, böyük məqamlara çatmağa, onlarla birgə olub əxlaqi səciyyələrini kəsb etməyə, habelə pis və rəzil xüsusiyyətlərdən uzaq olmağa səbəb olur.

Həzrət Mühəmməddən (s) nəql olunan mö`təbər hədislərə əsasən, o Həzrətin Əhli-beytini (ə) sevmək iman, onlarla düşmənçilik etmək isə küfr və nifaq (münafiqlik) əlamətidir. Onları sevən şəxs, həqiqətdə Allahı və Peyğəmbəri (s) sevmiş, onlarla düşmənçilik edənlər isə həqiqətdə Allah və Onun Peyğəmbəri (s) ilə düşmənçilik etmiş olur.

Ümumiyyətlə, Peyğəmbərin Əhli-beytinə (ə) məhəbbət bəsləmək İslam dininin zəruri məsələlərindən sayılır və bütün müsəlmanlar da bu əqidədədir. Bu əqidə ilə müxalif olanlar yalnız nasibilər firqəsidir. onlar da bu cəhətdən İslam dinini inkar edənlərdən sayılır.

 


 

[1] Ətraflı mə`lumat almaq ü˜ün, “Üsuli-kafi», “Kifayətul-əsər», “Isbatul-hudat», “Müntəxəbul-əsər» və s. hədis kitablarına baxa bilərsiniz.

[2] Bax: «Əl-Müstədrək ələs-Səhiheyn», 3-cü cild, səh. 618; «Sünəni Əbu Davud», 4-cü cild, səh. 106, 4280-cı hədis; «Müsnədi Əhməd», 1-ci cild, səh. 398, 3781-ci hədis, səh.406, 3859-cu hədis, 5-ci cild, səh. 86, 87, 88, 89, 90, 94, 95, 97, 100, 101, 106, 107, 108; «Müsnədi Əbi Yə`li», 8-ci cild, səh.444, 5031-ci hədis, 9-cu cild, səh.222, 5322-ci hədis; «Əl-Mö`cəmul-Kəbir, 2-ci cild, səh. 196, 197, 199, 206, 207, 208, 214, 215, 218, 223, 226, 240, 248, 253, 254, 255, 10-cu cild,, səh. 157,10310-cu hədis, 22-ci cild,, səh. 120; «Əl-Ahadu vəl-məsani», 3-cü cild, səh. 128., «Ət-Tarixul-kəbir», 3-cü cild, səh.185, 627-ci hədis, 8-ci cild, səh.410. «Təhzibul-kəmal», 3-cü cild, səh. 223,. 33-cü cild, səh. 272; «Əs-Siqat», İbni Həbban, 7-ci cild, səh. 241; «Təbəqatul-muhəddisin bi İsbəhanə vəl-varidinə ələyha», 2-ci cild, səh. 89; «Müsnədi Əbu Davud Təyalisi», səh. 105, 767-ci hədis, səh.180, 1278-ci hədis; «Əl-mö`cəmul-ovsət», 1-ci cild, səh.263, 863-cü hədis; «Tə`cilul-mənfəət bizəvaidi ricali əimmətil-ərbəə», səh. 538 və sair sünnü mənbələri.

«Kəşful-ğita», 1-ci cild, səh.7; «Üyunu əxbarir-Riza  Æ», 1-ci cild, səh.49, 6-cı bab, 9-cu hədis; «Əl-Xisal», səh.467...; «Əl-Əmali», Şeyx Səduq, səh.386, 51-ci məclis, 4-cü hədis, səh.387 və s.; «Kəmaluddin və təmamun-ni`mət», səh.68..., 271..., «Kifayətul-əsər», səh.35, 49..., «Rovzətul-vaizin», səh.261, 262; «Dəlailul-imamət», səh.20; «Şərhul-əxbar», 3-cü cild, səh.400; «Kitabul-ğeybət», səh.103..., 117, 120...; «Əl-ğeybət», Şeyx Tusi, səh.128...; «Mənaqibu Ali Əbi Talib», 1-ci cild, səh.295; «Əl-Ümdə», səh.416; «Ət-Təraif», səh.169 və digər şiə mənbələri.

[3] «Şura» surəsi, ayə:23

[4] «Yənabiul-məvəddət», 3-cü cild, səh. 292

[5] «Kəşful-Ğita»,2-ci cild, səh. 7

[6] «Kəmalud-din və təmamun-ne`mət», səh. 269

[7] «Üsuli-Kafi», 1-ci cild, səh. 527

[8] «Üsuli-Kafi», 1-ci cild, səh. 528

[9] “Şura» surəsi, ayə 27.

 

 


al-shia, Media-islam.Com 2008.