MEDIA-ISLAM.COM


 

QUR`ANDA TƏQVA

1-Təqva Allah-taalanın bütün asimani kitablarda Adəm övladına etdiyi vəsiyyətdir:

وَلَقَدْ وَصَّيْنَا الَّذِينَ أُوتُواْ الْكِتَابَ مِن قَبْلِكُمْ وَإِيَّاكُمْ أَنِ اتَّقُواْ اللّهَ

«Şübhəsiz, sizdən əvvəl səmavi kitab əta olunanları və sizi təqvaya tövsiyə edirəm: Allahın əmrləri ilə müxalifət etməkdən çəkinin!»[1]

2-Təqva Allah-taalanın mədh edib tə`riflədiyi bir işdir. Belə ki, Allah-taala buyurur:

وَإِن تَصْبِرُواْ وَتَتَّقُواْ فَإِنَّ ذَلِكَ مِنْ عَزْمِ الأُمُورِ

«Əgər səbr edib pərhizkar olsanız, bu, din işlərinnn möhkəmlik və sabitlik nişanələri yaxud imanın həqiqətlərindəndir.»[2]

3-Təqva insanın şeytanın məkrli hiylələrindən qorunub saxlanmasına səbəb olur. Allah-taala buyurur:

وَإِن تَصْبِرُواْ وَتَتَّقُواْ لاَ يَضُرُّكُمْ كَيْدُهُمْ شَيْئًا

«Əgər səbr edib pərhizkar olsanız, onların məkr və hiylələri sizə heç bir zərər çatdıra bilməz.»[3]

4-Təqva, Allahın bütün işlərdə insana kömək etməsi səbəbidir. Belə ki, buyurur:

«Həqiqətən Allah pərhizkar və təqvalı şəxslər ilədir.»[4]

إِنَّ اللّهَ مَعَ الَّذِينَ اتَّقَواْ

5-Təqva insanın qurtuluş səbəbi və ona güman etmədiyi yerdən halal ruzinin verilməsi amilidir. Allah-taala buyurur:

وَمَن يَتَّقِ اللَّهَ يَجْعَل لَّهُ مَخْرَجًا وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ

«Hər kəs Allah qarşısıida təqvalı olub günaha mürtəkib olmasa, Allah onun üçün (çətinliklərdən) çıxış yolu qərar verər. (Yə`ni onu, dünya və axirət qəm-qüssəsindən xilas edər), güman etmədiyi yerdən ona ruzi bağışlayar.»[5]

6-Təqva səbəbi ilə Allah-taala bəndələrin əməllərindəki eyb və nöqsanları aradan qaldırır. Allah-taala buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَقُولُوا قَوْلًا سَدِيدًا يُصْلِحْ لَكُمْ أَعْمَالَكُمْ

«Ey iman gətirənlər, (günah işlər qarşısında) Allahdan qorxub təqvalı olun və düzgün danışın ki, Allah sizin işlərinizi islah etsin: günahlarınızı bağışlayıb, yaxşı əməllərinizi qəbul etsin.»[6]

7-Təqva bəndələrin günahlarının bağışlanmasına səbəb olur. Allah-taala buyurur:

وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ

«Və sizin günahlarınızı bağışlayar.»[7]

8-Təqva Allah-taalanın bəndələrə məhəbbət göstərməsinə səbəb olur:

فَإِنَّ اللّهَ يُحِبُّ الْمُتَّقِينَ

«Allah-taala təqvalıları sevir.»[8]

9-Təqva bəndələrin əməllərinin qəbul olunmasına səbəb olur. Allah-taala buyurur:

إِنَّمَا يَتَقَبَّلُ اللّهُ مِنَ الْمُتَّقِينَ

«Allah yalnız təqvalılardan (yaxşı əməlləri) qəbul edir.»[9]

10-Təqva bəndələrin Allah dərgahında əziz və kəramətli olmasına səbəb olur. Allah-taala buyurur:

إِنَّ أَكْرَمَكُمْ عِندَ اللَّهِ أَتْقَاكُمْ

«Həqiqətən Allah yanında (dərgahında) sizin ən əziziniz, – ən təqvalı olanınızdır.»[10]

11-Təqva insana elm və mə`rifət nuru əta edilməsinə səbəb olur. Allah-taala buyurur:

يِا أَيُّهَا الَّذِينَ آمَنُواْ إَن تَتَّقُواْ اللّهَ يَجْعَل لَّكُمْ فُرْقَاناً

«Ey iman gətirənlər! Əgər pərhizkarlıq və təqva yolu ilə getsəniz, Allah sizin üçün bir nur qərar verər ki, onunla haqqı batildən seçə bilərsiniz.»[11] (Yə`ni Allah sizə kömək edər və həmin kömək sayəsində haqq yolda olan şəxsi batil yolda olan şəxslərdən seçə bilərsiniz.)

12-Təqva əcəl çatan zaman mələklər tərəfindən insana xoş müjdələr verilməsinə səbəb olur. Allah-taala buyurur:

الَّذِينَ آمَنُواْ وَكَانُواْ يَتَّقُونَ لَهُمُ الْبُشْرَى فِي الْحَياةِ الدُّنْيَا وَفِي الآخِرَةِ

«Iman kətirib təqvalı olan şəxslər üçün həm dünya həyatında (yə`ni ölüm zamanı), həm də axirətdə gözəl müjdələr vardır.»[12]

13-Təqva ilhi əzabdan xilas olma səbəbidir. Allah-taala buyurur:

ثُمَّ نُنَجِّي الَّذِينَ اتَّقَوا

«Sonra pərhizkar olan (təqvalı) şəxsləri xilas edərik.»[13]

Bir sözlə, Qur`ani-məciddə təqvaya işarə olunan və onun gözəl nəticələrini göstərən ayələr çoxdur. Biz qeyd olunanlarla kifayətlənirik.

ƏHLI-BEYT ƏLEYHIMUSSƏLAMDAN NƏQL OLUNAN RƏVAYƏTLƏRDƏ TƏQVA

Rəsuli-əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-dən və Əhli-beyt əleyhimussəlamdan nəql olunan hədis və rəvayətlərdə də təqva ilə əlaqədar tövsiyələr olduqca çoxdur. Əmirəl-mö`minin Əli əleyhissəlamın çox az xütbəsini görmək olar ki, onda təqva və müqtəqilər (təqvalılar) barəsində söhbət açılmamış olsun. Indi təbərrük üçün o həzrətin bir cümləsini qeyd edirik:

فَاِنَّ تَقْوَى اللهِ مِقْتَاحُ سِدَادٍ وَذَخِيرَةُ مَعَادٍ وَعِتْقٌ مِنْ كُلِّ مَلَكَةٍ وَنَجَاةٌ مِنْ كُلِّ هَلْكَةٍ، بهَا يُنْجَحُ الطَالِبُ وَيَنْجُوا الْهَارِبُ وَتُنَالُ الرِّغائِبُ

«Təqva dində doğruluq açarı, bəndənii düzgün yolda istiqaməti, qiyamət azuqəsi, hər növ çirkin xasiyyət, əməl və azğınlıqdan qurtuluş yoludur. Məhz təqva səbəbi ilə bir şey istəyənlərin hacəti yerinə yetirilər, insan cəzadan qaçıb xilas ola bilər və çoxlu ne`mətlərə nail olar.»[14]

MƏNIM DOSTLARIM PƏRHIZKARLAR, TƏQVALILARDIR

Peyğəmbəri-əkrəm (səlləllahu əlsyhi və alihi və səlləm)-dən nəql olunmuşdur ki. o Həzrət öz qohum-əqrəbalarına belə buyurur:

لاَ تَقولُوا اِنَّ مُحَمَّدًا مِنَّا فَوَاللهِ ما اَوْلِيَائِي مِنْكُمْ وَلاَ مِنْ غَيْرِكُمْ اِلاَّ الْمُتَقُونَ

«Deməyin ki, Məhəmməd bizdəndir! Allaha and olsun, sizin və sizdən başqalarının arasında mənim dostlarım, yalnız və yalnız pərhizkarlar, təqvalılardır.»[15]

TƏQVALI VƏ PƏRHIZKAR OLMAQDAN BAŞQA BIR ÇARƏ YOXDUR

Həzrəti Seyyidüş-şühəda imam Hüseyn əleyhissəlam belə buyurur:

اُوصِيكُمْ بتَقْوَى اللهِ تَعَالى فَاِنَّ اللهَ قَدْ ضَمِنَ لِمَن اتَّقاهُ اَنْ يُحَوِّلَهُ عَمَّا يَكْرَهُ اِلَى مَا يُحِبُ وَيَرْزُقهُ مِنْ حَيْثُ لاَيَحْتَسِبْ، فَاِيَّاكَ اَنْ تَكُونَ مِمَّنْ يَخَافُ عَلَى الْعِبادِ مِنْ ذُنُوبهِمْ وَيَأمَنُ الْعُقُوبَة مِنْ ذنْبِهِ فَاِنَّ اللهَ تَبَارَكَ وَتَعَالَى لاَيُخْدَعُ عن جَنَّتِهِ وَلاَيُنَالُ مَا عِنْدَهُ اِلاَّ بِطَاعَتِهِ

«Sizi təqvaya tövsiyə edirəm. Həqiqətən Allah-taala təqvalı şəxs üçün, onun xoşlamadığı şeyləri sevdiyi şeylərə döndərməyi və gümanı gəlmədiyi yerdən ruzi verməyi zəmanət vermişdir. Həqiqətən Allah-taala öz behişti barəsində heç vaxt aldanmaz (yə`ni heç bir şəxs hiylə və məkr yolu ilə behiştə daxil ola bilməz). Allah yanında olan savablar bir kəsə yalnız bəndəçilik və itaət yolu ilə müyəssər ola bilər.»[16]

Kitabın müqəddiməsində ixtisara riayət etmək lazım olduğundan, yuxarıda bəyan etdiklərimizlə kifayətlənirik. Indi isə hər şeydən daha mühüm məsələ olan təqvanın mə`nası, həqiqəti və mahiyyətini araşdırırıq.

TƏQVANIN MAHIYYƏT VƏ HƏQIQƏTI

«Təqva» kəlməsi bir şeyi saxlamaq, ondan pərhiz etmək mə`nasına olan «viqayə» kökündən alınmışdır. Şəriət terminində isə insanın hər növ axirət ziyanı olan şeylərdən çəkinməsi, pərhiz etməsi, başqa sözlə, Pərvərdigari-aləmin əmr etdiyi şeyləri yerinə yetirmək və nəhy (qadağan) etdiyi şeylərdən çəkinmək nəzərdə tutulur.

Imam Sadiq əleyhissəlamdan təqvanın mə`nası barəsində soruşulduqda, həzrət buyurdu:

سُئِلَ الصَّادِقُ عَلَيْهِ السَّلاَم عَنْ تَفْسِيرِ التَقْوَاى فَقالَ: اَنْ لا يَفْقُدَكَ حَيْثُ اَمَرَكَ ولا يَرَاكَ حَيْثُ نَهَاكَ

«Təqva bu deməkdir ki, Allah sənə hər şeyi əmr edibsə, orada hazır olasan, hər şeydən çəkindiribsə orda olmayasan.»[17]

Yə`ni Allahın əmr etdiyi işləri yerinə yetirməli, çəkindirdiyi və qadağan etdiyi şeylərdən uzaq olmalısan. Buna əsasən, təqvanın iki yönü vardır: birincisi Allahın əmrlərinə itaət edib, vacib əməlləri yerinə yetirməkdir. Insan çalışmalıdır ki, heç bir vacib əməli tərk etməsin (vacib o əməllərə deyilir ki, yerinə yetirilməməsi, Allahın qəzəbinə və ilahi əzaba səbəb olur).

Növbəti mərhələdə isə insan vacib əməllərdən sonra bacardığı qədər müstəhəb və bəyənilən əməlləri yerinə yetirsin (müstəhəb o əməllərə deyilir ki, yerinə yetirilməsinin savabı vardır, lakin tərk olunarsa, ilahi cəzaya səbəb olmaz).

Təqvanın ikinci yönü isə, Allahın haram buyurduğu, çəkindirdiyi şeylərdən uzaq olmaqdır. Yə`ni insan Allah tərəfindən haram və qadağan edilən, Allahın qəzəbinə səbəb olan işləri tərk etsin. (Haram o əməllərə deyilir ki, onun yerinə yetirilməsi ilahi cəzaya səbəb olur). Növbəti mərhələdə isə, məkruh əməlləri tərk etməyə sə`y göstərməlidir. (Məkruh o əməllərə deyilir ki, yerinə yetirilməməsi, tərk olunması daha yaxşı və Allah-taalanın bəyəndiyi işlərdəndir, lakin yerinə yetirilərsə, heç bir cəzaya səbəb olmaz.)

Hər kəs təqvanın bəyənilən və səadətli məqamına nail olmaq istəyirsə, onun ikinci yönünə, yə`ni haram və künah işlərdən çəkinməyə daha çox əhəmiyyət verməlidir. Çünki əgər haram işlərdən çəkinərsə, yaxşı əməllə – nə qədər az olsa belə – qəbul olunacaq və onu görən şəxsi Allah dərgahına yaxınlaşdıracaqdır. Çünki Allah-taala yalnız təqvalıların əməlini qəbul edir:[18]

Imam Sadiq əleyhissəlam buyurur:

اِنَّمَا يَتَقَبَّلُ اللهُ مِنَ الْمُتَقِينَ يَكْفِى مِنَ الدُّعَاءِ مَعَ الْبِرِّ مَايَكْفِى الْطَّعَامَ مِنَ الْمِلْحِ

«Yaxşı əməl ilə edilən duada lazım olan şey-təama kifayət edən duz kimidir.»[19]

Yə`ni xörəyin dadlı və ləzzətli olması üçün azacıq duz kifayət etdiyi kimi, şəxsin hətta azacıq duasının qəbul olunması üçün belə, təqvalı olması lazımdır.

 

 

 

 


 

[1] 4-cü surə. 130-cu ayə.

[2] 3-cü surə, 186-cı ayə.

[3] 3-cü surə, 120-ci ayə.

[4] 16-cı surə, 128-ci ayə.

[5] 65-ci surə, 2-ci ayə.

[6] 33-cü surə, 71-ci ayə.

[7] 33-cü surə, 71-ci ayə.

[8] 3-cü surə, 76-cı ayə.

[9] 5-ci surə, 27-ci ayə.

[10] 49-cu surə, 13-cü ayə.

[11] 8-ci surə, 29-cu ayə.

[12] 10-cu surə, 64-65-ci ayələr.

[13] 19-cu surə, 71-ci ayə.

[14] «Nəhcül-balağə» (Sübhi Saleh), 230-cu хütbə, səh.351.

[15] «Biharul-ənvar».

[16] «Səfinətul-bihar», 2-ci cild, səh.678 və «Rovzətul-kafi»

[17] «Səfinətul-bihar», 2-ci cild, səh.678.

[18] 5-ci surə, 27-ci ayə.

[19] «Üddətüd-dai», səh.293.

 


al-shia, Media-islam.Com 2008.