Xums - Forum
Şenbe, 10.12.2016, 12:47
Приветствую Вас Qonaq | RSS

islam dini

[ Новые сообщения · Участники · Правила форума · Поиск · RSS ]
Страница 1 из 11
Архив - только для чтения
Модератор форума: Almusavi 
Forum » FORUM-TEKST » İSLAM » Xums (Xums kime verilmelidir?)
Xums
411 Tarix: Çerşenbe axşamı, 13.05.2008, 15:06 | Mesaj # 1
Polkovnik
Qrup: Forum baş moder
Mesajlar: 209
Tərif: 8
Status: Xetden kenar
Bismillah.
Salamun Aleykum Mominler ve Momineler bu temani achmagimda meqsedim odur ki bezi insanlar xums vermekden boyun qachirir, bezileri bilmir kime vermek lazimdi xumsu, bezileri bilir amma deyir oz qohum eqrabama verecem, bezileri deyir menim borcum var hele mene dushmur, bezileri xumsnan zekati sehv salir. Hami oz fikrini bildirse yaxshi olar! Onuda bildirim ki, Xums Allahin emrlerinden biridi!
Qabaqcadan oz teshekkurumu bildirirem!


Live like Muhammed(s.a.a.s), fight like Ali(a), die like Hussein(a).
 
al-shia Tarix: Çerşenbe, 14.05.2008, 16:03 | Mesaj # 2
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar
XUMS

XUMS SÖZÜNÜN LÜĞƏTDƏ VƏ İSTİLAHDA MƏ`NASI

Xums” ərəb sözü olub, əsl mə`nası “bir şeyin beşdən biri” deməkdir.

Lakin xums sözü şəriət terminində hansı mə`nada işlədilir? Doğrusu müsəlmanların çoxu bu vacib İlahi verginin əsl mə`nasını hələ də yaxşı başa düşməmişlər. Elə bu səbəbdəndir ki, bu gün ölkəmizdə çoxlarından “xums” barəsində soruşulduqda bu barədə doğru-düzgün izah verə bilmirlər. Görəsən bu işin səbəbi nədir ki, füruid-dindən biri olan xums məsələsini hələ də dərk etmir və bu vacib məsələyə e`tinasız yanaşırıq?

Sualın cavabı çoxlarına aydındır. Bu da yetmiş il ərzində müsəlmanlara hakimiyyət etmiş mənfur kommunist rejiminin siyasətinin nəticəsidir. Bu rejim müqəddəs İslam dininin köklərini aradan aparmasa da bir çox vacib e`tiqadları bizə unutdurmağa nail olmuşdur. Onlardan biri də xums-zəkat məsələsidir. O vaxt müsəlman dedikdə, yalnız namaz qılıb oruc tutan şəxs nəzərdə canlanırdı. Xums və zəkat kimi vacib dini vergilərin isə yalnız adları zehnimizdə qalmış idi. İndi isə artıq müqəddəs İslam dini ilə yaxından tanış olmağın və onun göstərişlərinə səmimi qəlbdən əməl etməyin vaxtı gəlib çatmışdır. Bu göstərişlərin bir qismi İslamda vergi məsələsidir. Bilmək lazımdır ki, müsəlmanlar arasında xums və zəkatın vacib olması barəsində heç bir ixtilaf yoxdur. Belə ki, heç bir şübhə olmadan bütün müsəlmanlar qəbul edirlər ki, xums və zəkat müəyyən şəraitlə hər bir müsəlmana vacibdir. Biz sonrakı bəhslərimizdə bu məsələnin dəlilləri ilə yaxından tanış olacağıq.

Şəriətdə “xums”, müsəlmanın müəyyən şəraitlə bə`zi mallarının beşdə bir hissəsini ayırıb müstəhəqqinə (xums sahibinə) verməsidir.
Xums barəsində müxtəlif cəhətlərdən geniş şəkildə bəhs etmək olar. Biz isə yalnız bə`zi mühüm qismətlərə işarə edəcəyik.

Добавлено (14.05.2008, 15:48)
---------------------------------------------
QUR`ANİ-KƏRİMDƏ XUMS HAQINDA NAZİL OLAN AYƏLƏR

Müqəddəs Qur`ani-Kərim, İslam dininin Qiyamətə qədər olan bütün qanunlarını ümumi şəkildə bizə bəyan etmişdir. Bu qanunların incəlikləri isə zaman keçdikcə, əvvəlcə Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm), daha sonra isə mə`sum İmamlarımız (ələyhissalam) vasitəsilə müsəlmanlara açıqlanmışdır.

Xums haqqında Qur`ani-Kərimdə üç ayə nazil olmuşdur. Onlardan birində “xums” sözü aşkar surətdə qeyd olunmuş, digərində ona “haqq” ünvanı ilə işarə edilmiş və nəhayət, üçüncüsündə ondan “ənfal” ünvanı ilə ad aparılmışdır. İndi də o ayələri nəzərdən keçirək:

Birinci ayə: Ənfal surəsi, 41-ci ayə;

“(Ey mö`minlər! Əgər siz Allaha və haqla batilin ayrıd edildiyi gün..... nazil etdiyimiz ayələrə iman gətirmisinizsə, bilin ki, ələ gətirdiyiniz (qazandığınız) hər hansı bir qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrabasının (Əhlul-beytin), yetimlərin, yoxsulların və yolçularındır!”[5]

Ayədəki “beşdə bir” sözü həmin ərəbcə işlətdiyimiz “xums” sözünün türkcə mə`nasıdır. Bu ayə xums barəsində ən aşkar və aydın şəkildə nazil olan ayədir. Ayənin nazil olma səbəbi də həmin məsələ ilə bağlı olduğundan, onun xumsun vacib olmasına dəlalət etməsində müsəlmanlar arasında heç bir ixtilaf yoxdur.

Ayədən mə`lum olduğu kimi, xums Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) və onun Əhli-beytinindir (yə`ni, Mə`sumların (ələyhimussalam)). Bundan əlavə, xumsun bir qismi də yetim, yoxsul və yolda pulsuz qalmış seyyidlərə (peyğəmbər övladlarına) çatır. Beləliklə, xums iki qismə bölünür:

Əvvəl: İmamların (ələyhissalam) səhmi.

Xumsun bu qisməti ya İmamın özünə verilməli, ya da o Həzrət qeybdə olan zaman bütün şəraitə malik olan müctehidə və ya onun səlahiyyətli nümayəndələrinə çatdırılmalıdır. O da öz dini elmi əsasında imam malını İmamın (ələyhissalam) razı olduğu yerlərdə, o cümlədən, dini tələbələrə, məscid tikilməsinə, yol çəkilməsinə, dini mədrəsələrin tikilməsi və sair yerlərə sərf etməlidir.

İkinci: Fəqir, yetim və yolda pulu qurtarıb qalmış seyyidlərin səhmi.

Xumsu iki yerə böldükdən sonra ikinci qismətini belə şəxslərə çatdırmaq lazımdır. Fəqihlərin nəzərinə əsasən, belə şəxslərə verilən xums, ehtiyata görə bütün şəraitə malik olan müctehidin icazəsi ilə olmalıdır. Yə`ni, hər bir müsəlman öz xumsunu vermək istədikdə ya müctehidin özünə, ya da onun nümayəndəsinə verməlidir. Belə olan halda müsəlman arxayın ola bilər ki, verdiyi xums Allah dediyi yolda xərclənmişdir. Onu da əlavə etmək lazımdır ki, xums verilərkən niyyət yalnız Allaha xatir olmalıdır. Niyyət xalis olmasa, verilən xums hələ qəbul deyildir. Çünki xums verməyin özü ibadət sayılır və ibadətdə yalnız Allah nəzərdə tutulmalıdır.

İkinci ayə: İsra surəsi 26-cı ayə

“Qohum-əqrəbaya, miskinə, (pulu qurtarıb yolda qalan) müsafirlərə də haqqını ver.”
Təfsirçilərin nəzərinə görə “Qohum-əqrəbadan” məqsəd Mə`sumlar (ələyhissalam), miskin və müsafirlərdən isə məqsəd seyyidlərdir.

Üçüncü ayə: Ənfal surəsi, 1-ci ayə

“(Ya Peyğəmbər!) Səndən qənimətlər (onların kimə çatması) haqqında soruşurlar. De ki: Qənimətlər Allahın və Peyğəmbərindir (onun bölünməsi Allaha və Peyğəmbərinə aiddir). Buna görə də əgər (həqiqi) mö`minsinizsə Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin, Allaha və Peyğəmbərinə itaət edin!”
Bu ayədə də xumsun Peyğəmbərə (səlləllahu ələyhi və alihi və səlləm) çatması və Onun göstərişi ilə sərf olunmasına işarə edilmişdir. Təbii ki, Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) olmadığı vaxtda isə başqa Mə`sumlar (ələyhimussalam) bu vəzifəni öz öhdələrinə almışlar.

Bütün bu ayələr ümumilikdə xumsun vacib olmasına dəlalət edir. Bundan əlavə, Mə`sumlardan (ələyhimussalam) bizə yetişən onlarla hədislər də bu məsələnin vacibliyini subuta yetirir. Növbəti bəhsimiz həmin mövzuda, yə`ni xumsun Mə`sumların (ələyhissalam) rəvayətlərində araşdırılmasıdır.

[5]Ənfal surəsi, 41-ci ayə

Добавлено (14.05.2008, 16:00)
---------------------------------------------
MƏ`SUMLAR (ƏLƏYHİMUSSALAM) XUMS BARƏSİNDƏ

İmam Sadiq (ələyhissalam) buyurmuşdur:

“İlk dəfə öz malının xumsunu çıxaran şəxs həzrət İbrahim (ələyhissalam) olmuşdur.”[6]

Xums məsələsi İslamdan əvvəl də qanun kimi insanlar arasında icra olunurdu. İslam dini bir çox şeyləri cəmiyyətdə olduğu kimi saxlamış və müsəlmanların məsləhətinə xatir onları vacib etmişdir.

İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi və səlləm) rəvayət olunur ki, həzrət Əli (ələyhissalam)-a buyurur:

“Ey Əli! Əbdül-Mütəllib cahiliyyət dövründə beş şeyin əsasını qoymuş və İslam da onu təsdiqləmişdir;

1. Ataların arvadlarını övladlarına haram etmişdir;

2. Xəzinə taparkən onun beşdən birini (xumsunu) çıxarıb vermişdir;

3. Həccə gələnlərə yolda su paylamışdır;

4. İnsanın qan bahasını yüz dəvə qərar vermişdir;

5. Kə`bəni yeddi dəfə təvaf etmişdir;”[7]
Qeyd olundu ki, xums ümumiyyətlə İmamın və seyyidlərin payıdır. Bu barədə imam Sadiq (ələyhissalam) buyurur:

“Qiyamət günü insanın ən çətin halı o vaxtdır ki, xums sahibi (xumsu alan) Allah dərgahında dayanıb xumsun ona çatmamasından şikayətlənsin!”[8]
İmam Sadiq (ələyhissalam) xumsu verilməyən malın istifadəsi barəsində buyurur:

“Heç kəs xumsunu vermədiyi təqdirdə onu öz malına qatıb yeyə bilməz....”[9]

İmam Baqir (ələyhissalam) isə xums barəsində belə buyurur:

“Bizim haqqımızı (xumsu) vermədiyi halda xumsu olan mal ilə bir şey almaq heç kəsə halal deyildir.”[10]

Nəhayət, həmin mövzuda imam Zaman (ə.c)-dan xums məsələsini aydın şəkildə bilib, lakin qəsdən onu verməyənlər barəsində belə bir hədis vardır:

“(Xumsu olan halda və xums məsələsini billə-bilə) Bizim haqqımızı (halal sayıb, icazəmiz olmadan) öz mallarına qatıb yeyənlərə Allahın, mələklərin və bütün insanların lə`nəti olsun!” [11]

Xums məsələsi İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) zamanından bəri olmuş və tarix boyu mə`sum İmamların (ələyhimussalam) vasitəsilə toplanaraq öz sahiblərinə çatdırılmışdır. İmam Zamanın (ə.c) qeybə çəkilmaəsindən sonra bu iş İmamın xüsusi vəkillərinə, daha sonra isə ədalətli din alimlərinə və müctehidlərə tapşırılmışdır.

Bütün bu rəvayətlər tam aşkarlığı ilə dəlalət edir ki, xums heç bir şəkk-şübhə olmadan hər bir müsəlmana vacibdir. Doğrudur ola bilsin müəyyən şəraitə görə bə`ziləri bu vacib əməli yerinə yetirə bilməsin, lakin məsələni tam aydınlığı ilə dərk etdikdən sonra ona əməl etmək hər bir müsəlmanın borcudur. Bu işdən boyun qaçırmaq isə şeytanın tələsinə düşüb Qiyamət günündə Allah dərgahında üzü qara olmaq deməkdir.

Allaha and veririk Öz izzəti-cəlalına ki, bizi şeytanın vəsvəsələrindən qorusun!

[6]Biharul-Ənvar, 12-ci cild,səh. 57, hədis-38

[7]Biharul-Ənvar, 15-ci cild, səh. 127, hədis-67

[8]Vəsail-şiə, 6-cı cild, səh.378; Kəmalüd-Din, 2-ci cild, 522-ci səh.

[9]Vəsail-şiə, 6-cı cild, səh.378

[10]Vəsail-şiə, 6-cı cild, səh.378

[11]Vəsail-şiə, 6-cı cild, səh.386

Добавлено (14.05.2008, 16:03)
---------------------------------------------
DİQQƏT OLUNMALI BİR MƏSƏLƏ!

Xumsun vacib olması heç kimin onu qəbul edib-etməməsindən asılı deyil. Allah Öz hökmünü verdikdə heç kimlə məsləhətləşmir. Bizik ki, öz xeyir və zərərimizin nədə olduğunu dəqiq bilmirik və həmişə Allaha möhtacıq.

Başqa məsələ də bundan ibarətdir ki, xums və zəkat kimi vergilərin İslamda vacib olması bu mə`naya deyil ki, Allahın bunlara ehtiyacı vardır. Ona görə ki, bütün məxluqların ruzisini Allah-taala verir və onların heç birinə də ehtiyacı yoxdur. Bu barədə bir neçə ayəni nəzərdən keçirmək yerinə düşərdi.

1. “Allah ehtiyacsız və həlimdir!”[12]

2. “Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur. O, hər cür şükrə, tə`rifə layiqdir!”[13]

3. “Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!”[14]

4. “Allah sizə əsla möhtac deyildir!”[15]

5. “Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə möhtac deyildir və hər cür şükrə, tə`rifə layiqdir!”[16]

6. “Allah zəngin, siz isə yoxsulsunuz. Əgər Ondan üz döndərsəniz (sizi yox edib) yerinizə sizlər kimi olmayan (Allaha cani-dildən ibadət və itaət edən) başqa bir qövm gətirər!”[17]
Bütün bu ayələr və bunlar kimi onlarla ayələrdən belə mə`lum olur ki, xums və zəkat vermək yalnız, insanın özünün xeyirinədir. Allahın heç bir şeyə ehtiyacı yoxdur. Lakin hər bir ibadətdə olduğu kimi Allah-taala müsəlmanın imanının dərəcəsini və Allaha olan məhəbbətini yoxlamaqdan (və ya ona göstərməkdən və təkamülə çatdırmaqdan) ötrü insanın malı ilə də onu imtahana çəkir. Əgər o bu imtahandan üzü ağ çıxsa, Allah da müqabilində onun qəlbində imanını artırar və ona Öz xüsusi mə`nəvi və maddi rəhmət və bərəkətini əta edər.

Bə`ziləri belə fikirləşirlər ki, əgər xums versələr mallarından azalar və fəqirləşərlər. Halbuki bu fikir şeytanın vəsvəsələridir və müsəlmanı Allah əmrindən çıxarmaq istəyir. Müsəlmanlar bilməlidirlər ki, əgər Allah istəsə bir an içində insanın bütün mal-dövlətini heç edər. Həmçinin, təcrübə ilə sabit olunmuşdur ki, xumsunu qəsdən veməyənlər onun on qat artığını hansısa başqa faydasız yerdə sərf edir. Bu məsləyə diqqət yetirmək insanı düzgün tərbiyə edir.

[12]Bəqərə surəsi, 263-cü ayə

[13]Bəqərə surəsi, 267-ci ayə

[14]Ali-İmran surəsi, 97-ci ayə

[15]Zümər surəsi, 7-ci ayə

[16]Fatir surəsi, 15-ci ayə

[17]Məhəmməd surəsi, 38-ci ayə


 
411 Tarix: Çerşenbe axşamı, 20.05.2008, 11:12 | Mesaj # 3
Polkovnik
Qrup: Forum baş moder
Mesajlar: 209
Tərif: 8
Status: Xetden kenar
Bismillah.

Al-Shia qardashimiz yuxarida etrafli melumat yazib Allah razi olsun. Kimin suali varsa yaza biler Inshallah bizde arashdirib cavab yazariq!


Live like Muhammed(s.a.a.s), fight like Ali(a), die like Hussein(a).
 
Asiye Tarix: Cüme, 23.05.2008, 11:34 | Mesaj # 4
Mayor
Qrup: VIP
Mesajlar: 149
Tərif: 12
Status: Xetden kenar
Xumsle zekat eynidir??
Meqaleden bele basha dushdum.


Ana rahminden geldik pazara,
Bir kefen aldik donduk mezara.
 
411 Tarix: Cüme, 23.05.2008, 16:10 | Mesaj # 5
Polkovnik
Qrup: Forum baş moder
Mesajlar: 209
Tərif: 8
Status: Xetden kenar
Asiye, xums ayri zekat ayri!
Meqaleni duzgun basha dushmemisen!


Live like Muhammed(s.a.a.s), fight like Ali(a), die like Hussein(a).
 
al-shia Tarix: Cüme, 23.05.2008, 16:12 | Mesaj # 6
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar
Asiye, inşallah yəqinki zəkat barədə başqa mövzu açılar, orada da o barədə yazaram. Hələ məqaləni tam olaraq yazmamışdım

 
Forum » FORUM-TEKST » İSLAM » Xums (Xums kime verilmelidir?)
Страница 1 из 11
Поиск: