Cüme, 29.03.2024, 04:31
Приветствую Вас Qonaq | RSS

islam dini

[ Новые сообщения · Участники · Правила форума · Поиск · RSS ]
  • Страница 1 из 1
  • 1
Архив - только для чтения
Модератор форума: Almusavi  
Forum » FORUM-TEKST » İSLAM » İslamda musiqi (Haramdır ya halal?)
İslamda musiqi
al-shia Tarix: Çerşenbe, 18.06.2008, 18:08 | Mesaj # 1
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar
Bismillah. Assalamu aleykum ve rehmetullah!
Hansı musiqilər halal hansılar haramdır?? Hansıları dinlemek olar? Ümumiyyətlə İslamda Musiqi. Nece fikirləşirsiz?


 
ZehrayiNur Tarix: Cüme, 20.06.2008, 06:53 | Mesaj # 2
General-Leytenant
Qrup: Forum baş moder
Mesajlar: 389
Tərif: 11
Status: Xetden kenar
Musiqi baresinde Ehli-Beyt hedisleri

Musiqi aletleri ile meshgul olmagin ,yaxud onlara qulaq asmagin haram olmasi baresinde coxlu hedis neql edilmishdir.Imam Sadiq(e) buyurur ki,Peygemberi-Ekrem(s) buyurmushdur:Men size reqs etmeyi(olmagi),tutek,berbet ve tebil(nagara) chalmagi qadagan edirem
Hezret yene buyurur: Allah -Taala meni butun alemlere rehmet olaraq gondermishdir.Hemcinin buna gore gonderilmishdir ki,sazlari,tutekleri(calgi aletlerini),elece de cahiliyyet dovrunde movcud olanlari-butleri ve ezlami batil edib aradan aparam.
Hemcinin Imam Sadiq(e)-dan bele neql olunur: Allah her kese bir nemet verse ve o shexs de nemet verilen zaman musiqi aleti(mizmar)hazir etse,o nemete qarshi nankorluq etmishdir.


Sinesine doyub ozunu muselman ve momun sayan sexsler.Siz munafiq

deyilmisiz?

 
iravani Tarix: Cüme, 20.06.2008, 09:38 | Mesaj # 3
Polkovnik-Leytenant
Qrup: VIP
Mesajlar: 188
Tərif: 8
Status: Xetden kenar
Umumiyyetle islamda musiqi yox, gina haramdir.İnsana Allahi zikr etmeyi unutduran ve ona heyvani hissler yasadan musiqi ele ginadir.Amma valideyne ,vetene ve .s hesr olunmus musiqiler haram deyil.

İmam Sadiq əleyhissalam buyurur: Diqqət edib baxın, görün öz elminizi kimdən öyrənirsiniz!
 
Esdem Tarix: Şenbe, 21.06.2008, 10:21 | Mesaj # 4
Leytenant
Qrup: VIP
Mesajlar: 94
Tərif: 7
Status: Xetden kenar
Quote (iravani)
Umumiyyetle islamda musiqi yox, gina haramdir.İnsana Allahi zikr etmeyi unutduran ve ona heyvani hissler yasadan musiqi ele ginadir.Amma valideyne ,vetene ve .s hesr olunmus musiqiler haram deyil.

raziyam sizinle. amma "gina" ilk defedir eshidirem. Mence o musiqi ki insani dushunmekden, ibadetden uzaqlashidirir zererdir. Bezi musiqiler de menevi cehetden insani zeifledir.


HICBIR GÖNÜLE ONUN KAPILARINI KIRARAK GIRME!
GIRILMEZ!!!
 
Esma Tarix: Şenbe, 21.06.2008, 13:35 | Mesaj # 5
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 259
Tərif: 7
Status: Xetden kenar
Quote (iravani)
Umumiyyetle islamda musiqi yox, gina haramdir.İnsana Allahi zikr etmeyi unutduran ve ona heyvani hissler yasadan musiqi ele ginadir.Amma valideyne ,vetene ve .s hesr olunmus musiqiler haram deyil.

raziyam. musigiden musigiye ferg "n" gederdir.ona gore de hansi ziyan deyil dinle smile tongue


Lullaby my Azerbaijan... Lullaby country, mother my land... Lullaby people, poor fellow my nation... Close lullaby eye, sweet sleeps you...

optimist olmaq lazimdir optismist!

 
Almusavi Tarix: Bazar, 22.06.2008, 00:19 | Mesaj # 6
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar
Bismillah. Çox xahiş edirəm nəyin halal olub-olmadığını oz əqlimizin gəldiyi qənaətlə yox, dinin dediyi ilə deyək. Çünki bura bilməyənlər də gəlir və biz onlara din öyrətmək istədiyimiz halda özümüz də dindən çıxırıq, yəni qaş düzəltmək istəyəndə gözü çıxarırıq. Ona görə hökmləri risalələrdən, dini kitablardan gətirəsiniz

Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
Esma Tarix: Bazar, 22.06.2008, 09:56 | Mesaj # 7
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 259
Tərif: 7
Status: Xetden kenar
Quote (Almusavi)
Ona görə hökmləri risalələrdən, dini kitablardan gətirəsiniz

bu dini kitablar kim terefinden meydana chixir?ya da sizin geydinizi nezere alarag,suali bele verim. bu dinikitablar ne terefinden meydana chixir?


Lullaby my Azerbaijan... Lullaby country, mother my land... Lullaby people, poor fellow my nation... Close lullaby eye, sweet sleeps you...

optimist olmaq lazimdir optismist!

 
Almusavi Tarix: Bazar, 22.06.2008, 15:33 | Mesaj # 8
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar
Bismillah. [b]Esma, yazdıqlarımı diqqətlə oxuyun, mən elə bir qeyd etməmişdim. Qaldı ki dini kitabların kim tərəfindən meydan çıxmağına, bunu Siz məndən yaxşı bilirsiniz. Ehtiyac olsaydı yazardım. [/b]

Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
Nisa Tarix: Çerşenbe axşamı, 24.06.2008, 08:57 | Mesaj # 9
Leytenant
Qrup: İdareçi
Mesajlar: 93
Tərif: 6
Status: Xetden kenar
Bacardiqca dinlememeye calishiram en azindan ozumde hiss etmishem qelbi yorur ve Islamnan uzaqlashidrir. Bir gun qarshima meqsed qoydum ve dedim dinlemeyecem ve o vaxtdan dinlememeye calishiram :)

Haqqi eshidib boyun eyenlere Allahin salami, rehmeti ve bereketi olsun.

Mesaj redaktə olundu Nisa - Çerşenbe axşamı, 24.06.2008, 08:58
 
Nisa Tarix: Çerşenbe axşamı, 24.06.2008, 08:59 | Mesaj # 10
Leytenant
Qrup: İdareçi
Mesajlar: 93
Tərif: 6
Status: Xetden kenar
Sizlere de tovsiyye edirem

Haqqi eshidib boyun eyenlere Allahin salami, rehmeti ve bereketi olsun.
 
Esma Tarix: Çerşenbe axşamı, 24.06.2008, 12:11 | Mesaj # 11
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 259
Tərif: 7
Status: Xetden kenar
mahnidan mahniya ferg var axi,olmalidir ve var. eger ele olmasa bes harada galdi edalet? wacko

Lullaby my Azerbaijan... Lullaby country, mother my land... Lullaby people, poor fellow my nation... Close lullaby eye, sweet sleeps you...

optimist olmaq lazimdir optismist!

 
zehra-gulu Tarix: Çerşenbe, 25.06.2008, 11:51 | Mesaj # 12
Serjant
Qrup: VIP
Mesajlar: 23
Tərif: 1
Status: Xetden kenar
SALAMUN ALEYKUM.HEQIQETENDE MUSIQI HARAM SAUILIR.BIR SEYKI INSANI OYNAMA VE QEMLENME SEBEB OLUR DEMEK ONU ETEMEMELIYIK.YENI DINLEMEMELIYIK.CUNKI TESIR QOYUR INSANDA.MENDE MUSIQI XESTESIYDIM.DEMEK OLARKI HOBBIM IDI MUSIQI.AMMA DINE GELENDEN SONRA DUZGUN OLMADIQIN BILIB SILDIM TELIMDEN VE KOMPUTERIMDEN BUTUN MUSIQILERI.INDI YALNIZ SURUTLARA, ILAHILERE,MERSIYELLERE VE DAHA COX MOIZELERE QULAQ ASIRAM.CUNKI MOIZEDE INSAN BILMEDIYI COX SEY OURENIR.SIZEDE MESLEHET GORERDIM SATISDA VAR.ELEDE BAHA DEYIL.HACI SHAHIN AQANIN MOIZELERI COX GOZELDIR.MENDE 20 DEN COX DISKI VAR.QULAQ ASDIQCA ADAM YORULMUR.HEMIN MOIZELERIN BIRINDE DEYIR- ALLAHIN BIZE VERDIKLERININ QARSILIQINDA 24 SAAT BASIMIZI SECDEDEN QALDIRMASAQDA EVEZINI ODEYE BILMERIK.INSALLAH DINLEYIN SIZDE MUSIQIDEN EL CEKECEKSINIZ.ALLAH HAMIMIZI HIDAYET ELESIN.

HUSEYN HIDAYET CIRAQI
NICAT GEMISIDIR....
HUSEYNI SEVENI MENDE SEVIREM.....


Mesaj redaktə olundu 411 - Çerşenbe, 25.06.2008, 13:42
 
mensure Tarix: Çerşenbe, 25.06.2008, 15:31 | Mesaj # 13
Leytenant
Qrup: VIP
Mesajlar: 50
Tərif: 4
Status: Xetden kenar
Quote (zehra-gulu)
AMMA DINE GELENDEN SONRA DUZGUN OLMADIQIN BILIB SILDIM TELIMDEN VE KOMPUTERIMDEN BUTUN MUSIQILERI.INDI YALNIZ SURUTLARA, ILAHILERE,MERSIYELLERE VE DAHA COX MOIZELERE QULAQ ASIRAM

masallah ALLAH komeyin olsun.


iki sey agila noqsan sayilar.
yersiz susmaq ile yersiz soz demek (Sedi Sirazi)
 
Esma Tarix: Çerşenbe, 25.06.2008, 17:08 | Mesaj # 14
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 259
Tərif: 7
Status: Xetden kenar
Quote (zehra-gulu)
MUSIQI HARAM SAUILIR.BIR SEYKI INSANI OYNAMA VE QEMLENME SEBEB OLUR DEMEK ONU ETEMEMELIYIK.YENI DINLEMEMELIYIK.CUNKI TESIR QOYUR INSANDA

daha sonra

Quote (zehra-gulu)
INDI YALNIZ SURUTLARA, ILAHILERE,MERSIYELLERE VE DAHA COX MOIZELERE QULAQ ASIRAM

İlahilerde musigi yoxdur? wacko


Lullaby my Azerbaijan... Lullaby country, mother my land... Lullaby people, poor fellow my nation... Close lullaby eye, sweet sleeps you...

optimist olmaq lazimdir optismist!

 
zehra-gulu Tarix: Çerşenbe, 25.06.2008, 17:55 | Mesaj # 15
Serjant
Qrup: VIP
Mesajlar: 23
Tərif: 1
Status: Xetden kenar
İlahilerde musigi yoxdur? wacko


ILAHILERIN HAMISINI YOX BEZILERINI DINLEYIREM.HEMIN MUSIQILERDE DE HARAM OLAN ALETLER CALINMIR.MUSIQI ALETLERININ BIR NECESI HARAMDI.


HUSEYN HIDAYET CIRAQI
NICAT GEMISIDIR....
HUSEYNI SEVENI MENDE SEVIREM.....
 
iravani Tarix: Çerşenbe, 09.07.2008, 14:35 | Mesaj # 16
Polkovnik-Leytenant
Qrup: VIP
Mesajlar: 188
Tərif: 8
Status: Xetden kenar
Quote (Esdem)
raziyam sizinle. amma "gina" ilk defedir eshidirem.

İmam Sadiq (e): “Gina o seylerdendir ki, Allahın ona gore cehennem odunda yanmaq vedesi veribdir. Allah-teala Quranda buyurub: “İnsanlar icerisində elesi de vardır ki, nadanliqdan insanlari Allah yolundan azdirmaq ucun bihude sozleri satın alarlar. Mehz belelerini xar edici bir ezab gozleyir” (el-Feqih, 4/58)


İmam Sadiq əleyhissalam buyurur: Diqqət edib baxın, görün öz elminizi kimdən öyrənirsiniz!
 
411 Tarix: Çerşenbe, 09.07.2008, 16:54 | Mesaj # 17
Polkovnik
Qrup: Forum baş moder
Mesajlar: 209
Tərif: 8
Status: Xetden kenar
Xamenei agaya verilen suallar.

Sual 40: Halal musiqini haram musiqidən ayırmağın me’yarı nədir? Klassik musiqi halaldırmı? Yaxşı olardı ki, bunun üçün ümumi bir me’yarı bəyan edəsiniz.

Cavab: Camaatın nəzərində ləhv (puç, faydasız, oynadıcı, batil), eyş-işrət və kef məclisləri ilə münasib olan hər bir musiqi haramdır, istər klassik olsun, istərsə də qeyrisi. Mövzunun ayırd edilməsi mükəlləfin ürfi nəzərinə həvalə edilir. Əgər musiqi belə olmazsa öz-özlüyündə haram deyil.

Sual 41: İslami təbliğat təşkilatı, yaxud bu barədə icazəli olan başqa islami təşkilatın icazə verdiyi lent yazılarına qulaq asmağın hökmü nədir? Kamança, viyalon (skripka), zurna, tütək kimi musiqi alətlərindən istifadə etməyin hökmü nədir?

Cavab: Lent yazılarına qulaq asmağın caizliyi mükəlləfin özünün ayırd etməsi ilə şərtlənir. Əgər onların içində ğina, eyş-işrət, əyyaşlıq, əyləncə və kef məclislərində çalınan musiqi və batil məzmunlu sözlərin olmadığını görsə, onlara qulaq asmağın eybi yoxdur. Amma sadəcə olaraq islami təbliğat təşkilatı, yaxud hər hansı başqa bir təşkilatın icazə verməsi onlara qulaq asmağın mübah (caiz) olmağına şər’i dəlil və əsas ola bilməz. Musiqi alətlərini ləhvye-mütrib, (faydasız, oynadıcı), günah və ləhv (batil) məclislərində çalınan musiqilərdə istifadə etmək caiz deyil. Lakin onlardan əqli hədəflər üçün halal istifadələr edilməsinin eybi yoxdur. Halal olan halların ayırd edilməsi mükəlləfin öz nəzərinə həvalə edilir.

Sual 42: Mütrib və ləhv musiqi dedikdə məqsəd nədir? Mütrib və ləhv musiqini qeyrisindən ayırd etməyin yolu nədir?

Cavab: Mütrib və ləhv musiqi o musiqilərə deyilir ki, günah məclisləri ilə münasib olan xüsusiyyətlərə malik olduğuna görə adətən insanı Allahdan, əxlaqi fəzilətlərdən və insani keyfiyyətlərdən uzaqlaşdırır, onu açıq-saçıqlığa, günaha doğru sövq edir. Mövzunun ayrıd edilməsində me’yar, camaatın nəzəridir.

Sual 43: Musiqinin hökmündə çalan şəxsin özünün, çalğı yerinin və çalğıdan olan hədəfin ayırd edilməsinin bir rolu varmı?

Cavab: Haram musiqi – mütrib, ləhv və günah məclislərinə münasib olan musiqidir. Bə’zən çalan şəxsin özünün, avazla oxunan sözlərin, çalğı yerinin və başqa xüsusiyyətlərin, bu musiqinin haram olan mütrib, ləhv musiqidənmi, yoxsa başqa haramdan sayılmasında rol oynayır, məsələn, bu xüsusiyyətlərə görə fəsada səbəb olan halda.

Sual 44: Musiqinin haram olmasında me’yar, təkcə onun mütrib və ləhv olmasıdır, yoxsa onun şəhvət hissini hansı miqdarda təhrik etməsi də nəzərə tə’sirlidir? Əgər musiqi ona qulaq asanı qəmgin etsə, yaxud ağlatsa, onun hökmü nədir? Segah (se zərb) şəklində və musiqi ilə yanaşı oxunan qəzəlləri dinləməyin hökmü nədir?

Cavab: Bunun me’yarı, musiqinin bütün xüsusiyyətləri ilə birlikdə çalınma keyfiyyətini mülahizə etmək, həmçinin bu musiqinin mütrib, ləhv, günah məclisləri ilə münasib olan musiqi növündən olub-olmamasını nəzərə almaq lazımdır. Öz təbiətinin tələbi ilə ləhv musiqi növündən olan hər bir musiqi haramdır, istər şəhvət hisslərini təhrik etsin, istərsə də təhrik etməsin, istər qulaq asanda qəmginlik və sair halətlər yaratsın, istərsə də yaratmasın. Əgər musiqi ilə yanaşı oxunan qəzəllər ğina və günah məclislərində çalınan ləhv çalğılar şəklində olsa, onu oxumaq və dinləmək haramdır.

Sual 45: Ğina nədir? Ğina təkcə insanın səsinə şamil olur, yoxsa musiqi alətlərindən hasil olan səslərlə də şamil olur?

Cavab: Ğina insanın ləhv və günah məclislərinə məxsus olan tərb və tərci’ ilə yanaşı olan səsidir. Bu şəkildə oxumaq və həmçinin ona qulaq asmaq haramdır.

Sual 46: Toy məclislərində qadınların vasitəsilə qablara və musiqi alətlərindən olmayan başqa vəsaitlərə döyüb çalmaq caizdirmi? Əgər səs məclisdən kənara çıxsa və kişilər onu eşitsə, bu halda hökm nədir?

Cavab: Bu işin caiz olması necə çalınmaqdan asılıdır. Əgər qədim adət-ən’ənə şəklində olan toylar kimi olsa, ləhv sayılmasa və heç bir fəsada səbəb olmasa, eybi yoxdur.

Sual 47: Toy məclislərində qadınların dəf çalmasının hökmü nədir?

Cavab: Musiqi alətlərindən mütrib və ləhv musiqi çalmaq üçün istifadə etmək caiz deyil. Lakin toy məclislərində avaz oxumağın qadınlar üçün caiz olması uzaq nəzər deyil.

Sual 48: Evdə ğinaya qulaq asmaq caizdirmi? Şəxsə tə’sir etmədiyi halda bunun hökmü nədir?

Cavab: Ğinaya qulaq asmaq bütün hallarda haramdır: istər evdə təklikdə qulaq assın, istərsə də başqalarının yanında, həmçinin istər şəxsdə tə’sir qoysun, istərsə də tə’sir etməsin.

Sual 49: Təzə həddi-büluğa çatan bə’zi cavanlar musiqinin bütün hallarda – hətta islami dövlət radio-televiziyasından efirə buraxılan olsa belə, haram olmasına fətva verən müctəhidlərə təqlid edirlər. Bu məsələnin hökmü nədir? Əgər vəliyyi-fəqih caiz olan musiqilərə qulaq asmağa icazə versə, onun hökümət əhkamına görə buna icazə verməsi bu işin caiz olmasında kifayətdir, yoxsa onlar öz mərcəyi-təqlidlərinin fətvasına əməl etməlidirlər?

Cavab: Musiqiyə qulaq asmağın caiz olması, yaxud caiz olmamasına dair fətva vermək, hökümət əhkamından deyildir, şər’i-fiqhi bir hökmdür. Hər bir mükəlləfin öz şər’i əməllərində öz mərcəyi-təqlidinin fətvasına müraciət etməsi vacibdir. Lakin əgər musiqi, ləhv və günah məclislərinə münasib və heç bir fəsada səbəb olmasa, onun haram olmasına heç bir dəlil yoxdur.

Sual 50: “Musiqi” və “ğina” dedikdə məqsəd nədir?

Cavab: Ğina – səsi ağızda ləhv məclislərinə xas olan şəkildə titrətməkdir (zəngulə vurmaqdır) ki, bu da günah olan şeylərdən olub həm müğənni üçün, həm də qulaq asan üçün haramdır. Amma musiqi, onun alətləri ilə çalmaqdır ki, əgər günah və ləhv məclislərinə məxsus olan şəkildə olsa, həm çalana, həm də qulaq asana haramdır. Amma əgər bu şəkildə olmasa, öz-özlüyündə caizdir və eybi yoxdur.

Sual 51: Mən işlədiyim yerin sahibkarı həmişə ğina lent yazılarına qulaq asır. Mən də onu eşitməyə məcbur oluram. Bu iş mənim üçün caizdirmi?

Cavab: Əgər lent yazılarında ğina, yaxud günah və batil məclislərə məxsus ləhv musiqi olsa, ona qulaq asmaq caiz deyil. Lakin əgər o iş yerinə getməyə məcbursunuzsa, bu halda ora getməyinizin və orada işləməyinizin eybi yoxdur. Amma sənə vacibdir ki, ğinalar qulağa çatsa da və ixtiyarsız olaraq onları eşitsən belə, onlara qulaq asmayasan.

Sual 52: İslam respublikasının radio və televiziyasından efirə buraxılan musiqinin hökmü nədir? Bə’zilərinin “Mərhum imam Xomeyni musiqini mütləq şəkildə (bütün hallarda) halal edib” - sözü düzdürmü?

Cavab: Musiqini mütləq şəkildə halal etməyi mərhum imam Xomeyniyə nisbət vermək yalan və iftiradır. Çünki mərhum İmam da günah və ləhv məclislərinə uyğun olan mütrib, ləhv musiqini haram bilirdi, bizim nəzərimiz də elədir. Lakin nəzərlərdəki müxtəliflik mövzunun ayırd edilməsindən irəli gəlir, çünki mövzunun ayırd edilməsi mükəlləfin öz nəzərinə həvalə edilir. Bə’zi vaxtlar musiqini çalanın nəzəri ilə qulaq asanın nəzəri fərqli olur. Bu halda mükəlləfin ayırd etməsinə görə musiqi günah və ləhv məclislərinə uyğun olan ləhv musiqi növündən olsa, ona qulaq asmaq mükəlləf üçün haram olacaqdır. Amma şəkk olunan (haram musiqi növündənmi, yoxsa halal növdən olması dəqiq şəkildə mə’lum olmayan-red.) səslərə gəldikdə isə onların halal olmasına hökm olunur. Musiqinin radio və televiziyidan efirə verilməsi təklikdə onun halal olmasına şər’i dəlil ola bilməz.

Sual 53: Bə’zi vaxtlar radio və televiziyadan, mənim nəzərimcə günah və ləhv məclislərinə uyğun olan bə’zi musiqilər verilir. Onlara qulaq asmaqdan çəkinmək və başqalarını da ondan çəkindirmək mənə vacibdirmi?

Cavab: Əgər onları ləhv məclislərinə uyğun olan mütrib və ləhv musiqi növündən hesab edirsinizsə, ona qulaq asmağınız caiz deyil. Lakin nəhy əz münkər cəhətindən başqalarını da ondan çəkindirməyiniz bununla şərtlənir ki, onların da səninlə eyni nəzərdə oldğunu, yə’ni, bu musiqinin onların da nəzərində haram musiqi olmasını dəqiq biləsiniz.

Sual 54: Qərb ölkələrində hazırlanan ləhv musiqi və ğinalara qulaq asmaq və onları yaymağın hökmü nədir?

Cavab: Batil, ləhv məclislərinə uyğun olan mütrib, ləhv musiqiyə və ğinaya qulaq asmağın, onlardan istifadə etməyin caiz olmamasında onun hansı dildə olması və onun hansı ölkədə hazırlanması arasında heç bir fərq yoxdur. Buna görə də bu kimi lent yazılarında haram olan ləhv musiqi, yaxud ğina olsa, onları satmaq, almaq, paylamaq və həmçinin onlara qulaq asmaq caiz deyil.

Sual 55: Kişi və qadının hər birinin ğina oxumasının hökmü nədir? – İstər lent yazısında oxusun, istərsə də radioda, istər musiqi aləti ilə yanaşı oxusun, istərsə də onsuz.

Cavab: Ğina haramdır, (bir şeyi) ğina surətində oxumaq və ona qulaq asmaq caiz deyil, istər kişi oxusun, istərsə də qadın, istər birbaşa oxusun, istərsə də lent yazısında, istər ləhv alətlərilə yanaşı olsun, istərsə də onlarla yanaşı olmasın.

Sual 56: Məscid kimi müqəddəs yerlərdə üqəlai (əql sahibləri tərəfindən qəbul edilən) və halal hədəflər üçün musiqi çalmağın hömkü nədir?

Cavab: Günah, ləhv məclislərə uyğun olan mütrib və ləhv musiqini çalmaq heç bir halda, hətta məsciddən başqa yerdə və halal üqəlai hədəf üçün olmuş olsa belə caiz deyil. Lakin inqilabi və bu kimi sürudları musiqi nəğmələri ilə birlikdə müqəddəs yerdə və oxunması məsləhət görülən münasibətlərdə oxumağın eybi yoxdur, bu şərtlə ki, o yerin ehtiramı ilə zidd olmasın və məscid kimi yerlərdə namaz qılanlara maneçilik törətməsin.

Sual 57: Musiqini, xüsusən də sintezator öyrənmək caizdirmi? Başqalarını bu işə sövq etməyin hökmü nədir?

Cavab: Musiqi alətlərindən qeyri-ləhv musiqiləri çalmaq üçün istifadə etməyin eybi yoxdur, əgər inqilabi, dini nəğmələri icra etmək üçün, yaxud faydalı mədəni tədbirlər və bu kimi ağlabatan, halal məqsəd güdən verilişləri icra etmək üçün olsa, bu şərtlə ki, başqa fəsada səbəb olmasın. Həmçinin yuxarıda deyilən məqsədlər üçün çalmağı öyrənmək və öyrətməyin öz-özlüyündə eybi yoxdur.

Sual 58: Şe’r və sair şeyləri ahəng və tərci’ ilə oxuyan qadının səsinə qulaq asmağın hökmü nədir – istər qulaq asan gənc olsun, istərsə də gənc olmasın, istər kişi olsun, istərsə də qadın? Qadın insana məhrəm olsa, bunun hökmü nədir?

Cavab: Əgər qadının səsi ğina şəklində olmasa, ona qulaq asmaq da ləzzət almaq və riybə qəsdi daşımasa və günaha düşmək qorxusu olmasa və heç bir fəsada səbəb olmasa, ona qulaq asmağın heç bir eybi yoxdur və bu məsələdə yuxarıda sadalanan hallar arasında fərq yoxdur.

Sual 59: İranın milli mirası olan olan kilassik musiqi haramdırmı?

Cavab: Camaat arasında günah, ləhv məclislərinə uyğun və ləhv musiqi növündən sayılan hər bir musiqi mütləq şəkildə haramdır, bu hökmdə İran musiqisi ilə başqası, irsi musiqi ilə qeyrisi arasında heç bir fərq yoxdur.

Sual 60: Bə’zən ərəb radiolarında bə’zi musiqilər verilir. Ərəb dilinə qulaq asmağa maraqlı olduğum üçün ona qulaq asmaq caizdirmi?

Cavab: Günah və ləvh məclislərinə uyğun olan ləhv musiqiyə qulaq asmaq mütləq şəkildə haramdır. Ərəb dilinə qulaq asmağa maraqlı olmaq bunun üçün şər’i əsas ola bilməz.

Sual 61: Avaz surətində və musiqisiz oxunan şe’rləri təkrar etmək caizdirmi?

Cavab: Ğina, musiqi alətlərində çalmaqla yanaşı olmasa belə, haramdır. Ğina dedikdə məqsəd insanın səsini günah, ləhv məclislərinə uyğun olan şəkildə titrətməsidir. Amma şe’rin özünü təkrar etməyin heç bir eybi yoxdur.

Sual 62: Musiqi alətlərini satmaq və almağın hökmü nədir? Onlardan istifadə etməyin həddi nədir?

Cavab: Ləhv olmayan musiqini çalmaq məqsədilə müştərək alətləri satmaq və almağın eybi yoxdur.

Sual 63: Dua, Qur’an, azan kimi şeylərdə ğina caizdirmi?

Cavab: Ğina tərci’ və tərb ilə yanaşı olan, həmçinin günah, ləhv məclislərinə uyğun olan mütrib avazdır və şər’i cəhətdən mütləq şəkildə (bütün hallarda), hətta dua, Qur’an, azan, mərsiyə və bu kimi şeylərdə də haramdır.

Sual 64: Müasir dövrdə musiqidən ruhi yorğunluq, qəmginlik, narahatlıq və qadınlarda olan soyuq təbiətlilik kimi ruhi xəstəliklərin müalicəsində istifadə olunur. Bunun hökmü nədir?

Cavab: Əgər mütəxəssis və əmanətdar həkimin nəzərinə görə xəstəliyin müalicəsinin yalnız musiqiyə bağlı olması, yalnız onunla müalicə olunması mə’lum olsa, bu halda ondan, xəstənin müalicəsi üçün lazım olan zəruri miqdarda istifadə etməyin eybi yoxdur.

Sual 65: Əgər ğinaya qulaq asmaq kişinin öz arvadına olan məhəbbətini (təmayülün) çoxaltsa, bunun hökmü nədir?

Cavab: Arvada olan məhəbbətin (təmayülünü) çoxalması ğinaya qulaq asmaq üçün şər’i əsas ola bimləz.

Sual 66: Çalğıçıların qadınlardan ibarət olduğu mə’lum olan halda qadın vasitəsilə və qadın tamaşaçıları üçün konsert icra olunmasının hökmü nədir?

Cavab: Əgər onu oxuması tərci’ mütrib avaz (ğina) şəklində olmasa və çalınan musiqi də haram olan ləhv musiqi növündən olmasa, bunun öz-özlüyündə eybi yoxdur.

Sual 67: Əgər musiqinin haram olmasında me’yar onun ləhv, günah və ləhv məclisləri ilə münasib olmasıdırsa, bu halda camaatın bə’zisinin, hətta qeyri-müməyyiz (yaxşı ilə pisi ayırd etməyən) uşağın oynama halına səbəb olan nəğmə və avazların hökmü nədir? Qadınların ğina halında oxuduğu, amma tərb gətirməyən mübtəzəl kasetlərə qulaq asmaq caizdirmi? Bu kimi lent yazılarını oxudan sürücülərin sürdüyü ümumi avtobuslara minən sərnişinlərin vəzifəsi nədir?

Cavab: Tərci’ və tərblə yanaşı olan musiqi, yaxud avaz, əgər keyfiyyət, yaxud məzmun cəhətindən, yaxud çalanın özünün çalan vaxtdakı və ya xanəndənin özünün oxuyan vaxtı məxsus haləti cəhətindən ğina, yaxud günah və ləhv məclisləri ilə münasib olan musiqi növündən olsa, oynama halına səbəb olmadığı və təhrik etmədiyi adam üçün belə, ona qulaq asmaq haramdır. Avtobus və digər maşınlarda ğina, yaxud ləhv musiqi qoyulsa, sərnişinlər ona qulaq asmaqdan çəkinməli və nəhy əz münkər etməlidirlər.

Sual 68: Kişinin öz halal arvadından ləzzət almaqdan ötrü naməhrəm qadının ğinasına qulaq asması caizdirmi? Arvadın öz əri üçün və yaxud əksinə, ğina oxuması caizdirmi? Bə’ziləri deyirlər ki, müqəddəs şəriət sahibi ğinanı ondan ötrü haram edib ki, o, həmişə ləhv, ləəb, faydasız məclislərlə yanaşı olurdu, ğinanın haram olması da o məclislərin haram olmasından irəli gəlib. Necə ki, heykəllərin düzəldilməsi və ticarəti də ona görə haram olmuşdur ki, onlara ibadət etməkdən başqa heç bir fayda təsəvvür olunmurmuş. Bu söz düzdürmü? Əgər düzdürsə, haramlığın səbəbi aradan getdiyi indiki zamanda onun haramlığı da aradan gedirmi?

Cavab: Ğinaya, yə’ni günah, ləhv məclisləri ilə münasib olan, mütrib şəkildə avazlı səsə qulaq asmaq mütləq şəkildə (bütün hallarda) haramdır, hətta arvadın öz əri üçün və əksinə olan halda belə. Öz arvadından ləzzət almaq məqsədi, ğinaya qulaq asmağı mübah edə bilməz. Ğina, heykəl düzəltmək və buna oxşar şeylərin haramlığı, şəriətə təəbbüdlə sübuta yetmişdir və şiə fiqhində sabit hökmlərdəndir və onun əsası (insan tərəfindən) fərz olunan səbəblər, ruhi və ictimai tə’sirlər deyil. Əksinə “haram ünvanı” onlara aid ediləcəyi vaxta qədər onların hökmü haram və onlardan çəkinmək mütləq şəkildə vacibdir.

Sual 69: Universitet və institutların bə`zi fakültələrində tələbələr ixtisas üzrə dərsin gedişatında inqilabi avaz və nəğmələr dərsində iştirak etməlidirlər. Çünki orada musiqinin hissələri (notlar) öyrənilir və onlarla müxtəsər şəkildə tanış olurlar. Bu dərsi öyrənməkdə əsas alət piano və orqandır. İcbari dərs proqramlarından sayılan bu dərsi öyrənməyin hökmü nədir? Qeyd olunan vəsaiti almaq və ondan istifadə etməyimizin hökmü nədir? Xüsusilə, məşqləri kişilərin qabağında icra edən qız tələbələrin vəzifəsi nədir?

Cavab: İnqilabi nəğmələr, dini proqramlar, faydalı tərbiyəvi-mədəni fəaliyyətləri icra etmək üçün musiqi alətlərindən istifadə etməyin öz-özlüyündə eybi yoxdur. Qeyd olunan məqsədlərdə istifadə etmək üçün çalğı alətlərini almaq, satmaq və onları öyrətmək və öyrənməyin eybi yoxdur. Həmçinin vacib hicaba və şəriət qaydalarına riayət etmək şərti ilə qız tələbələrinin bu dərsdə iştirak etmələrinin eybi yoxdur.

Sual: 70: Bə’zi nəğmələr (təranələr) zahirdə inqilabidir, camaat arasında da inqilabi hesab olunur, lakin oxuyanın inqilabi bir nəğmənimi, yoxsa ləhv və tərb musiqisini (təranələrə) oxumağı qəsd etməsini bilmirik. Oxuyanın müsəlman olmadığını, amma onun oxuduğu nəğmələrin milli olduğunu və içində işğalçılıq əleyhinə olan cümlələr olduğunu, həmçinin, əhalinin müqavimətə təhrik olunmasını nəzərə alaraq bu cür musiqilərə (təranələrə) qulaq asmağın hökmü nədir?

Cavab: Əgər dinləyicinin nəzərində onların keyfiyyəti camaat arasında ləhv və tərb gətirən olmazsa, onlara qulaq asmağın eybi yoxdur, oxuyanın niyyət və məqsədinin, eləcə də oxuduğu şeyin məzmununun bu barədə tə’siri yoxdur.

Sual: 71: Gənc bir şəxs bə’zi idman növlərində beynəlxalq hakim və məşqçi adı ilə işləyir. Onun işi ğina və haram musiqi verilən bə’zi idman salonlarına daxil olmasını tələb edir. Bu işin onun məişət xərclərinin bir miqdarını tə’min etməsinə, onun iş yerində də sair işin az olmasını nəzərə alaraq onun bu işdə işləməsi caizdirmi?

Cavab: Ğina və ləhv musiqiyə qulaq asmağın haram olmasına baxmayaraq, amma bu işin onun üçün eybi yoxdur. Çıxılmaz hallarda onun ğina və haram musiqi məclislərinə daxil olması caizdir. Lakin bu hallarda onlara qulaq asmaqdan çəkinməlidir, ixtiyarsız olaraq qulağına dəyənlərin isə eybi yoxdur.

Sual: 72: Musiqiyə təkcə qulaq asmaq haramdır, yoxsa onu eşitmək də haramdır?

Cavab: Ğina, yaxud ləhv, tərb gətirən musiqini eşitmək ona qulaq asmağın hökmündə deyil. Yalnız camaat arasında eşitmək qulaq asmaq hesab olunan müəyyən hallar istisna olunur.

Sual: 73: Qur’an qiraət edərkən ləhv və haram məclislərə məxsus olan musiqi alətlərindən başqa alətlərlə musiqi çalmaq caizdirmi?

Cavab: Qur’ani-Kərimi gözəl və onun şə’ninə yaraşan səslə oxumağın eybi yoxdur, üstəlik çox bəyənilən bir işdir də, bu şərtlə ki, haram ğina həddinə çatmasın. Lakin onunla musiqi çalmağın şər’i əsası (vəchi) yoxdur.

Sual: 74: Milad və sair kimi bayram şənliklərində təbil çalmağın hökmü nədir?

Cavab: Musiqi və çalğı alətlərindən ləhv, mütrib və ləhv günah məclislərinə münasib olan şəkildə istifadə etmək mütləq şəkildə haramdır.

Sual: 75: Məktəblərdə musiqi dərnəklərinin üzvü olan şagirdlərin istifadə etdiyi musiqi alətlərinin hökmü nədir?

Cavab: Camaat arasında halal işlərdə istifadəyə qabiliyyəti olan müştərək alətlərdən istifadə etməkdə halal məqsədlər üçün və ləhv olmayan şəkildə işlədilməsi caizdir, lakin camaat arasında ləhvə məxsus alətlər hesab olunanlara gəldikdə isə, onlardan istifadə edilməsi caiz deyil.

Sual: 76: Musiqi alətlərindən hesab olunan səntur düzəltmək və onunla, iş ünvanı ilə qazanc əldə etmək caizdirmi? Səntur düzəltmə sənayesinin inkişafı və təkmilləşdirilməsi, camaatı onunla çalmağa sövqləndirmək məqsədi ilə ümumi əmlakdan istifadə etmək və onlara kömək etmək caizdirmi? Klassik musiqini dirçəltmək və yaymaq məqsədi ilə (İranın) klassik şərq musiqisini öyrətmək caizdirmi?

Cavab: Milli, inqilabi, yaxud hər hansı bir halal və faydalı işi icra etmək məqsədi ilə musiqi çalğı alətlərindən istifadə etməyin, tərb və günah, ləhv məclislərinə münasib olan ləhv həddinə çatmayınca işkalı yoxdur. Həmçinin, qeyd olunan məqsədlər üçün musiqi, onu öyrətmək, öyrənmək və musiqi alətləri düzəltməyin öz-özlüyündə eybi yoxdur.

Sual: 77: Hansı alətlər ləhv hesab olunur və onlardan istifadə etmək heç bir vəchlə caiz deyil?

Cavab: Adətən, ləhv və ləəbdə istifadə olunan və halal mənfəətə malik olmayan alətlər (ləhv hesab olunur).

Sual: 78: Haram işləri ehtiva edən lent yazılarını çoxaltmaq müqabilində əmək haqqı almaq caizdirmi?

Cavab: Qulaq asılması haram olan hər bir səsin lent yazısının çoxaldılması və onun müqabilində əmək haqqı almaq caiz deyil.


Live like Muhammed(s.a.a.s), fight like Ali(a), die like Hussein(a).
 
iravani Tarix: Şenbe, 06.09.2008, 18:47 | Mesaj # 18
Polkovnik-Leytenant
Qrup: VIP
Mesajlar: 188
Tərif: 8
Status: Xetden kenar

“Həqiqətən, mö’minlər nicat tapmışlar! Onlar namazlarında zəlil olub, boyun əyərlər! Onlar ləğv işlərdən (bihudə əməllərdən) üz döndərərlər” (Muminin, ayə 1,2,3)

Rəsulullah (s): “Ğina zinanın tilsimidir (açarıdır)” (Biharul-ənvar, 79/247)

İmam Sadiq (ə): “Ğina özündən sonra nifaq yaradır” (Biharul-ənvar, 79/247)


İmam Sadiq əleyhissalam buyurur: Diqqət edib baxın, görün öz elminizi kimdən öyrənirsiniz!
 
irani Tarix: Şenbe, 06.09.2008, 23:31 | Mesaj # 19
Qrup: Удаленные





İnsanlar icherisinde elesi de vardır ki, nadanlığı uzunden xalqı Аллах yolundan dondermek ve bu minvalla onu mesxereye qoymaq uchun menasız, oyun-oyuncaq sozleri satın alar. Mehz belelerini rusvayedici bir ezab gozleyir" (Loğman 6)
 
iravani Tarix: Bazar, 28.09.2008, 17:42 | Mesaj # 20
Polkovnik-Leytenant
Qrup: VIP
Mesajlar: 188
Tərif: 8
Status: Xetden kenar
Həzrəti Peyğəmbər (s) bir dəfə bir yerdən keçəndə dəf çalıb, “Biz Nəccaroğulları qəbiləsinə mənsubuq, Məhəmməd (s) nə yaxşı, nə gözəl bir qonşudur” oxuyurdular. Həzrəti Peyğəmbər (s)

isə onlara, “Allah bilir ki, mən sizi çox istəyirəm” dedi (“Sünəni ibn Macə”, Nigah 1899).


İmam Sadiq əleyhissalam buyurur: Diqqət edib baxın, görün öz elminizi kimdən öyrənirsiniz!
 
MisbahYazdi Tarix: Bazar ertesi, 29.09.2008, 20:49 | Mesaj # 21
Mayor
Qrup: İstifadeçi
Mesajlar: 73
Tərif: 1
Status: Xetden kenar
assalamu eleykum ve kunne
İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (tutduğu işin günahını anlamadan xalqı) Allah yolundan (islam dinindən) döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız (oyun-oyuncaq) sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.
[b]men bu ayene ebes yere neql elemedim cunki eql sahiblerine burda boyuk deliller vardi. demek olarki allah tealanin bu ayesine indiki zemanemizde minerle subut getirmek olar cun ki islam dini ebedi onun qurani ise her yerde ve her dovure kecerlidi . indi demek olar ki butun musiqiler qurani kerimin dediyi kimi menasiz ve inani nadanligi surukleyen musiqilerdi.
cunki islam alimlerinin nezerindede bu fakt ey nidi
b eleki islam alimlerii olan ictihad elimleri bele deyir: lehv ve mutrib musiqilere qulaq asmaq ifa eleemek haramdi! hedda tebil verdre ve vannanin arxsanin vurmaqla olsa bele [onlarda lehv aletleri hecab olunur] ...........
burda imama Cefer Sadiq[e] dan bir hedis neql elemek isdeyireem ki bele buyurub: " musiqiye qulaq asmaq imani zeyifledir ve insani allhadan uzaqlashdirir [alahi unutdurur]
mence bu qeder kifayet eder ki indiki dovurde olan musiqlere meyer gotub neyin duz neyin sehv oldugunu bilek
men bir sheyi nezerinize caddirmaq isderdim ki yeni bir nov cixib lehv ve mutrib aletlere allahi medh elemek ve onun caiz oldugunu israr elemek
evvela bilin ki islam peygemberi [s] oz qizinin toyunda tebilden isdifade elemeye icaze verimishdi indiki ictihat alimlerindende ona icaze verenleri var amma ki sacaqli tebiller istisna olmaqla!!!!!!!!!
indi size bir noqtreni aciqlayim ; sherab allahin haram buyurdugu ickidi kimi sherabi elinde tutb allahdan sagliq dilediyini gorurukse bizim onlara gulmekden bshqa ve agilsiz dmekden bashqa munasibetmiz olmur cunki en agilsiz bele allahin harami ilke alahin adini bir tutmaz. bes bizim dini saydigimiz musiqiler??????? onlara allahin haram buyurdugu aletlere alahin adini birge anmirlarmi biz ise heda bezilerimiz onlara beraet qazandiririq ki onlar duz edirel xeyir onlar duz elemirler onl;arim mutrib ve lehv aletleri ile ifa elediyi her bir musiqi HARAMDI !!!!!!!!!
vesslamu eleykum


asslamu eleykum
 
Qardas Tarix: Şenbe, 04.10.2008, 21:56 | Mesaj # 22
Leytenant
Qrup: İstifadeçi
Mesajlar: 86
Tərif: 1
Status: Xetden kenar
Bes ele ise bu mominler hansi sebeble musiqiye qulaq asir ve ozlerine haqq qazandirirlar?

Məni təbliğ et məni tanıtdır !
 
Forum » FORUM-TEKST » İSLAM » İslamda musiqi (Haramdır ya halal?)
  • Страница 1 из 1
  • 1
Поиск: