Abu Bakr ibni Abu Qehafe - Forum
Bazar ertesi, 05.12.2016, 14:26
Приветствую Вас Qonaq | RSS

islam dini

[ Новые сообщения · Участники · Правила форума · Поиск · RSS ]
Страница 1 из 11
Архив - только для чтения
Модератор форума: Almusavi 
Forum » FORUM-TEKST » İSLAM » Abu Bakr ibni Abu Qehafe (I Xelife Abubekr)
Abu Bakr ibni Abu Qehafe
al-shia Tarix: Bazar ertesi, 04.02.2008, 23:25 | Mesaj # 1
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar
Həzrət Peyğəmbərdən (s) sonra məşhur səhabələrdən biri olan Әbu Bəkr ibni Әbu Qəhafə ilk xəlifə tə᾿yin olundu.

Bu ilk xilafətin İslam əsaslarına, hətta əhli-sünnənin məqbul hesab etdiyi icma və səsvermə yolu ilə tə᾿yin olunmadığı barədə kifayət qədər mə᾿lumat vermişik.

Әhli-sünnə qardaşlarımız Әbu Bəkrin bu xilafətə başqalarından daha layiqli və əfzəl olduğunu deyirlər. Bu ləyaqət və fəzilətin isbat olunması üçün onlar bə᾿zi dəlillərə istinad etmişlər. Biz bu dəlillərlə tanış olur, onları bir-bir təhlil və mülahizə edirik. Әhli-sünnə məzhəbləri ilk növbədə Әbu Bəkrin Peyğəmbər (s) hicrət edərkən onunla birlikdə olmasını və bu barədə müqəddəs Qur᾿ani-Kərimdə ayə nazil olmasını onun ən böyük fəzilətlərindən sayırlar. Onlar bu ayəni iftixar hissi ilə təkrar-təkrar oxuyur (Məşhur Misir qarisi mərhum Әbdül-basit Məhəmməd Әbdüssəməd bu ayəni bir məclisdə 5 dəfə qiraət edir) və ayədən aşağıdakı müsbət nöqtələri çıxarırlar:

«Onu (Peyğəmbəri) kafirlər (Məkkədən) çıxardıqları zaman, iki nəfərdən biri olduğu halda Allah ona kömək etdi. O iki nəfər (Peyğəmbər və Әbu Bəkr) mağarada gizləndikləri zaman öz yoldaşına dedi: Qorxma Allah bizimlədir. Allah ona rahatlıq verdi və onu gözəgörünməz bir ordu ilə müdafiə etdi».(10)

1. Peyğəmbər (s) Әbu Bəkri özü ilə ona görə apardı ki, özündən sonra xəlifə olacaq bir şəxs müşriklər tərəfindən öldürülməsin.

2. Allah-taala Özü Әbu Bəkri Qur᾿ani-Kərimdə Peyğəmbərə yoldaş adlandırmışdır.

3. Ayədə Peyğəmbər (s) Әbu Bəkrə «Allah bizimlədir» deyir. Bu isə Allahın Әbu Bəkrlə olmasını göstərir.

4. Ayədə buyurulur ki, Allah-taala Әbu Bəkrə rahatlıq verdi.

Qeyd olunan müsbət nöqtələri sıra ilə bir-bir nəzərdən keçirək:

1. Peyğəmbər (s) Әbu Bəkri özü ilə nə üçün apardı?

Әgər həqiqətən Peyğəmbər (s) Әbu Bəkri öz gələcək xəlifəsini qorumaq məqsədi ilə aparırdısa, bəs nə üçün digər xəlifələri, o cümlədən Ömər, Osman və Әlini özü ilə aparmadı? Xatırladırıq ki, əhli-sünnə məzhəbləri bu dörd xəlifəni eyni səviyyədə və heç bir fərq qoymadan qəbul edirlər.

Әhli-sünnə məzhəblərinin əqidəsinə görə Peyğəmbər (s) heç bir kəsi xəlifə tə᾿yin etməmişdir. Müsəlmanlar hər bir şəxsi xəlifə seçərsə (icma), onun itaəti hamıya lazımdır. Bu əqidə ilə təhlil etdiyimiz fikir bir-birinə tamamilə ziddir.

Әhli-sünnə tarixçisi Təbəri öz tarix kitabının 3-cü cildində yazır:

«Әbu Bəkr həzrət Peyğəmbərin (s) evinə gəlib həzrəti soruşduqda, Әli ibn Әbu Talib, Peyğəmbərin (s) getdiyi yolu ona göstərdi. Әbu Bəkr sür᾿ətlə həzrətin dalınca yollanaraq yolda ona çatdı. Onlar birlikdə mağaraya getdilər...»

Hətta bə᾿zi əhli-sünnə alimləri yazırlar ki, Peyğəmbər (s) Әbu Bəkrin müşriklərə xəbər verəcəyindən qorxub onu özü ilə apardı. Məşhur əhli-sünnə alimi Şeyx Әbul Qasim ibni Səbbağ «Әn-nuru vəl-bürhan» kitabında Məhəmməd ibni İshaqdan, o isə Həssan ibni Sabitdən nəql edir:

«Hicrətdən əvvəl ümrə ziyarəti üçün Məkkəyə getmişdim. Kafirlər Peyğəmbəri (s) və müsəlmanları söyür, incidirdilər....

Peyğəmbər (s) Әliyə əmr etdi ki, gecə onun yatağında yatsın. Sonra Әbu Bəkrin müşriklərə xəbər verəcəyindən qorxub onu da özü ilə götürüb mağaraya getdi...»

2. Allah-taalanın Qur᾿ani-Kərimdə Әbu Bəkrə Peyğəmbərin (s) yoldaşı deməsi heç bir fəzilət daşımır.

Әrəb dilində yoldaş mə᾿nasını ifadə edən «sahib» kəlməsi Qur᾿ani-Kərimdə kafirlərin barəsində də dəfələrlə işlədilmişdir.

Misir hökmdarının zindanında həbsdə olarkən Yusif peyğəmbərin digər iki cavan məhbusa «yoldaş» deməsi Qur᾿ani-Kərimdə belə ifadə olunur:

«Ey mənim zindan yoldaşlarım, müxtəlif və çoxsaylı Allahlar (bütlər) yaxşıdır, yoxsa vahid və güclü Allah!?» (Yusif–39).

Ayənin mə᾿nasından aydın olduğu kimi, bu iki cavan (padşahın aşpazı və şərab paylayanı) kafir və müşrik idilər. Lakin Qur᾿an onları Yusif peyğəmbərin yoldaşı kimi təqdim edir.

Qur᾿ani-Kərim biri mö᾿min, digəri kafir olan iki nəfərin (iki qardaş olmaları ehtimal olunur) mübahisəsini Kəhf surəsində bəyan edərkən kafir şəxsi mö᾿min şəxsə «yoldaş» adlandırır:

«Ona (kafir şəxsə) öz yoldaşı nəsihət edərək dedi: Səni torpaqdan, sonra nütfədən (sperma) yaradan, sonra səni kişi qərar verən Allaha kafir olursan?»(11)

Gördüyünüz kimi bir şəxsin Peyğəmbər və ya mö᾿min bir şəxslə «yoldaş» olması ona heç bir fəzilət və üstünlük gətirməz.

3. Peyğəmbərin (s) – Allah bizimlədir – deməkdə məqsədi nə idi?

Әvvəla Allahın bir şəxslə olması onun haqq və fəzilət sahibi olmasına dəlalət etməz. İslam e᾿tiqadına görə Allah-taala yaxşı və pisliyindən asılı olmayaraq, bütün insanlarladır, onlara şax damarlarından belə yaxındır:

«Görmürsən (bilmirsən) ki, Allah göydə və yerdə olanları bilir? Üç nəfər pıçıltı edərsə, dördüncü Allahdır (ki, onları eşidir). Beş nəfərdirlərsə, altıncısı Allahdır....»(12)

Әgər burada «Allah bizimlədir» kəlməsinin tərəfdarlıq mə᾿nasında olduğunu desək, yenə də mütləq bir fəzilət ortaya çıxmır. Belə ki, Әbu Bəkrin Peyğəmbərlə (s) hicrət etməsi sözsüz ki, müsbət bir əməl idi. Bu işdə Allahın onlarla olmağında şübhə yoxdur.

Allahın onlarla olması Әbu Bəkrin şəxsiyyətinə görə yox, həmin işin əhəmiyyətinə görə idi. Hər hansı bir şəxs o zaman Peyğəmbərlə (s) birgə olsaydı, bu kəlmə ona da aid olardı.

Bu o deməkdir ki, Allahın həmin zaman Әbu Bəkrin tərəfində olması ona mütləq bir fəzilət gətirmir və bütün zamanlarda belə olduğuna dəlalət etmir.

4. Ayənin sonunda «Allah ona rahatlıq verdi» cümləsində kim nəzərdə tutulur?

Ayədə heç bir ad çəkilmədən «o» əvəzliyindən istifadə olunur, ilahi kömək və rahatlıqdan danışılır. Heç bir əlamət və izah olmadan əvəzliyi məhz Әbu Bəkrə aid etmək qrammatik qaydalarla uyğun gəlmir.

Daha sonra buyurulan «və onu gözə görünməz bir ordu ilə müdafiə etdi» cümləsi açıq şəkildə göstərir ki, bu rahatlıq Peyğəmbərə (s) nazil olmuşdur. Şübhəsiz ki, Allah-taala gözəgörünməz bir ordu ilə Öz peyğəmbərini müdafiə etməsindən söhbət açır.

Qarşıya belə bir sual çıxır: Peyğəmbərin (s) qeyd olunan rahatlığa, ilahi köməyə ehtiyacı var idimi?

Cavab: Məqam və şəxsiyyətindən asılı olmayaraq, bütün insanların ilahi köməyə, çətinlik zamanı ruhi təskinliyə (Allah tərəfindən) ehtiyacı vardır. Qur᾿ani-Kərimin digər ayələri bu həqiqəti təsdiq edir:

«Sonra Allah Öz təskinlik və rahatlığını Rəsuluna və mö᾿minlərə əta etdi....»(13)

Әhli-sünnə qardaşlarımızın bu ayədən istifadə edərək üzə çıxardıqları nöqtələri təhlil etdikdən sonra ayədə mövcud olan digər bir həqiqəti də aşkarlamaq yerinə düşərdi.

Ayədə deyilir: O iki nəfər mağarada olarkən Peyğəmbər (s) öz yoldaşına (Әbu Bəkrə) dedi: Qorxma, Allah bizimlədir.

Ayədə açıq şəkildə Peyğəmbərin (s) Әbu Bəkrə «qorxma» deməsi onun bu zaman qorxduğundan xəbər verir. Çünki, Peyğəmbərin qorxmayan bir şəxsə «qorxma» deməsi əbəs və mə᾿nasız görünür.

«Allahın dostları (ona qəlbən bağlı olan kəslər) qorxu və qəmginlik bilməzlər»(14)

Bu ayə Әbu Bəkrin nə dərəcədə Allah dostu olmasını çox gözəl bəyan edir.

---------------------------------------
(11) Кәһф–37.

(12) Мүҹадилә–7.

(13) Төвбә–26.


 
al-shia Tarix: Cüme, 06.06.2008, 11:30 | Mesaj # 2
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar
Mən şərhsiz filansız sünnülərin səhih saydığı mənbələrdən (Səhih Müslim və Səhih Buxaridən) hədisləri ve revayet gətircəm, indi düşünməyi öz öhdənizə buraxıram:

“Fatimə mənim canımın bir parçasıdır, hər kəs onu qəzəbləndirsə elə bil məni qəzəbə gətirib”Səhih Buxari, kitab fəzailu əshabin nəbiy, bab mənaqibu Fatimə, hədis 3767, Rəsulullah (s).
“Fatimə mənim canımın bir parçasıdır, onu incidən məni incidib” Səhih Muslim, kitab fəzailul səhabə bab 15, hədis 6308, səh 1108, Rəsulullah (s).
“Rəsulullahın qızı Fatimə Əbu Bəkr və Ömərə qəzəbləndi. Onlardan üz döndərib ömrünün axırına qədər onları bağışlamadı. Fatimə Rəsulullahdan sonra altı ay yaşadı. Fatimə vəfat edəndə əri Əli ibn Əbu Talib xəlifə Əbu Bəkrə xəbər vermədi və onun cənazəsinə namaz qılıb gecə dəfn etdi”(Səhih Buxari kitabul xums, bab 837, hədis 1256, 4/504, Səhih Muslim, kitabul cihadi vəl seyr, bab 16, hədis 4580, səh 989)


 
iravani Tarix: Şenbe, 07.06.2008, 22:36 | Mesaj # 3
Polkovnik-Leytenant
Qrup: VIP
Mesajlar: 188
Tərif: 8
Status: Xetden kenar
1-Muhemmed ibn Ismail Buxari " Sehih Buxari" kitabinda (5/77 Beyrut nesr ihyaut turas) sehih saydigi senedle Ayseden neql edir: -".... Fetime Fedek meselesine gore qezebli halda Ebu Bekrden ayrildi ve olene qeder onunla danishmadi.Fatime Resulullahdan(s.a.v) sonra 6 ay yasadi.Fatime vefat edende heyat yoldasi Eli onu gece iken defn etdi.Ebu Bekre ona namaz qilmaga ve defnde istirak etmeye icaze vermedi....."
Ehli sunnet alimlerinin nezerinde " Sehih Buxari" kitabi Allahin Quranindan sonra en etibarli ve deqiq kitabdir.( Sehih Muslim" 1/15,"Irshadus-sari" 1/19)
2-Ehmed beyheqi"es-Sunenul-kubra" (6/300 Beyrut nesri)yazir: "Fatime Ebu Bekre qezeblenib ondan uz donderdi.Ondan ayrilib olene qeder Ebu Bekrle danismadi.Eli Fatimeni gece iken defn etdi."
Buna oxsar cox revayetler elde etmek ucun Gencinin"Kifayetut-talib" seh.255,Seybaninin "Teseyyerul-vusul ila camiul-usula' kitabinin 1-ci cildinin 209 sehifesine ve "Ihqaqul-heqq" kitabinin 10-cu cildinin 479-cu sehifesine muraciet ede bilersiniz.
3-Muslim ibn Heccar("Sehih Muslim"3/1380 Misir capi)
"Fatime vefat edenden sonra eri Eli gece iken ona namaz qilib defn etdi.Ebu Bekre xeber vermedi ki,gelib ona namaz qilib defninde istirak etsin"

Ibn Ebil Hedid("Sehru necul-belage" 6/50)yazir:- "Menim yanimda Fatimenin vefat etdiyi zaman Ebu Bekr ve Omere qezebli olmasi sehihdir. Heqiqeten Fatime vesiyyet etmisdir ki,o iki nefer onun cenazesine namaz qilmasinlar."
Umumiyyetle bu cur revayyetler ehli sunnetin moteber saydiqlari menbelerde coxluq teskil edir.Eger maraqlanan olsa hemin menbeleri memnuniyyetle derc ederem.


İmam Sadiq əleyhissalam buyurur: Diqqət edib baxın, görün öz elminizi kimdən öyrənirsiniz!

Mesaj redaktə olundu iravani - Şenbe, 07.06.2008, 22:58
 
iravani Tarix: Şenbe, 07.06.2008, 23:02 | Mesaj # 4
Polkovnik-Leytenant
Qrup: VIP
Mesajlar: 188
Tərif: 8
Status: Xetden kenar
Quote (al-shia)
“Fatimə mənim canımın bir parçasıdır, hər kəs onu qəzəbləndirsə elə bil məni qəzəbə gətirib”Səhih Buxari, kitab fəzailu əshabin nəbiy, bab mənaqibu Fatimə, hədis 3767, Rəsulullah (s).
“Fatimə mənim canımın bir parçasıdır, onu incidən məni incidib” Səhih Muslim, kitab fəzailul səhabə bab 15, hədis 6308, səh 1108, Rəsulullah (s).


Xatirlatmaq lazimdir ki,istinad olunan menbelerde Fatimenin(s) gece defn olunmasi ile beraber Onun Ebu Bekrden uz dondermesi de xatirlanir ki,omrunun axirina qeder onunla danismayib.Bu metleb Fatimenin(s) dunyadan gedende ona qarsi nece qezebli olmasini gosterir.


İmam Sadiq əleyhissalam buyurur: Diqqət edib baxın, görün öz elminizi kimdən öyrənirsiniz!
 
al-shia Tarix: Çerşenbe axşamı, 10.06.2008, 19:41 | Mesaj # 5
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar
Əlbətki, kaş ki bunları anladan Əbubəkr, Ömər tərəfdarı olardı. Tarixdə bu qədər hadisələr baş verir, amma qarşı tərəf yayınır bu söhbətlərdən və başlayır bir qismi əvəzində "rafizi", "dinsiz", "müşrik" kimi sözləri işlətməyə. Anlamırlar ki, həqiqəti açmaq üçün elmi (!!!) mübahisələr olmalıdır.
Sadəcə səhih olmayan mənbələri gətirirlər. Halbuki digər mənbələrə baxanda bu zidd olur. Misal üçün Əbubəkrin xilafəti. Əgər Əbubəkr xəlifə olmalı idisə, Qədiri Xumda Peyğəmbər (s) Əbubəkrin əlini qaldırıb deyərdi: "mən kimin mövlasıymsa, (misal üçün) Əbubəkr də onun mövlasıdır". (niyə demədi?)
Bir də ki Peyğemberin (s) ömrünün son vaxtları idi və Qədiri Xum hadisəsi də özündən sonra gələcək şəxsin Əli (Ə) olduğunu sübut edir!. Hər halda əgər dost mənasında deyirsə qarşı tərəf, onda nəzərə alaq ki, ilk iman gətirən şəxs olub Əli (ə) peyğəmbərə (s) və ilk namaz qılan olub peyğəmbərlə (s). Burdan onsuzda bəlli olur ki, peyğəmbərin (s) dostudur! Cənnətlə vəd olunub! Və birdəki karvanları yenidən geri qaytarmazdı dala , önəmsiz iş olsa idi. Günün isti vaxtında o qədər insanı toplamazdı!! Heyf ki, Hz Əlinin (ə) haqqını qəsb etdilər-xəlifəliyi.


 
Forum » FORUM-TEKST » İSLAM » Abu Bakr ibni Abu Qehafe (I Xelife Abubekr)
Страница 1 из 11
Поиск: