Cüme, 29.03.2024, 15:40
Приветствую Вас Qonaq | RSS

islam dini

[ Новые сообщения · Участники · Правила форума · Поиск · RSS ]
  • Страница 1 из 1
  • 1
Архив - только для чтения
Модератор форума: Almusavi  
Forum » FORUM-TEKST » İSLAM » Qedir-xum və ilahi missiyasının davamı (diqqet edin)
Qedir-xum və ilahi missiyasının davamı
eslu-dini-eleql Tarix: Bazar, 17.02.2008, 23:40 | Mesaj # 1
İstifadeçi
Qrup: İstifadeçi
Mesajlar: 4
Tərif: 0
Status: Xetden kenar
Qədir xum ilahi peygəmbərlərin ümum-dünya missiyasının davamı.
Heç bir şəkk-şübhə yoxdur ki, Qədir xum zaman keçidikcə təkcə təbii bir hadisə yox, əksinə ilahi hidayətin varlıq aləmində olan nurunun parıltısıdır.
Qədir xum tarix səhnəsində baş vermiş sadə bir hadisə deyil.Əksinə, o İslam peyğəmbərinin tarix boyu gələcək millətlər üçün gətirdiyi ümum-dünya missiyasının davamıdir.
Qədir xum İslam maarrifinin icərisindən olan sadə bir mövzu yox, əksinə irq və mədəniyyətindən asılı olmayaraq islam ümmətinin vəhdətinin yaradılması ücün həqiqi bir meyardır.
Qədir xum dünya icərisində yaşyan islam ümmətlərinin bütün güclərini islamın qədim düşmənləri qarşısında səfərbərliyi üçün aydın bir nidadır.
Qədir xum islam tarixinin yeni bir fəslinin formalaşmasının başlanğıcıdır.Belə ki,Əli ibn Əbi Talibin vilayət və rəhbərliyinin rəsmi formada tanıtdırılması ilə İlahi din kamilləşərək Allahın bəşəriyyətə olan neməti tamamlandı və Allahın "gerçək Muhəmməd islamından" razılığı elan olundu.Necə ki, Maidə surəsinin 3-cü ayəsində qeyd olunmuşdur."...Bu gün sizə dininizi kamil etdim, sizə olan nemətimi tamamladım.Din olaraq sizin üçün İslamı bəyənib seçdim".
Qədir xum Həzrət Adəmdən Həzrət Xatəmə qədər olan peyğəmbərlərin elə bir missiyasıdır ki, onsuz haqqın missiyası natamam qalaraq əziz İslam peyğəmbərinin 23 il ərzində dayanmadan gördüyü təlaş səmərə verməzdi.Necə ki, yuxarıda qeyd olunmuş həmin surənin 67-ci ayəsində belə oxuyuruq: "Ey Peyğəmbər! Öz rəbbin tərəfindən sənə nazil olmuşu tamamı ilə camaata çatdır, çatdırmasan Allahın risalətini (sənə verilmiş peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan.Allah, səni insanların şərrindən qoruyacaqdır.Allah kafir qövmləri hidayət etməz".
Qədir xum bəşəriyyət tarixinin Ən böyük şəxsiyyətini tanıtdırmaqdır.Elə bir şəxsiyyət ki, yaşayışı başdan-başa iftixar, izzət və misilsiz mübarizə ilə doludur və bu da azad düşünən insanların belə bir kəslə iftixar etməsinə səbəb olmuşdur.O cümlədən tanınmış, görkəmli xristian alimi"Corc Burcdaq" o, həzrətin barəsində belə deyir: "Ey dünya! Əgər bütün gücünü səfərbər edib, hər bir əsr üçün topluma "Əli əqlli", "Əli qəlbli" , " Əli dilli" və "Əli zülfüqarlı" bir şəxsiyyət təhvil versəydin nə
olardı ?"
Qədir xum elə bir kəsi tanıtdırmaqdır ki, İslamın iftixarla dolu bayrağı onun hünərli əli ilə dalğalandı.Belə ki, ikinci xəlifə o, həzrətin barəsində belə demişdir: "And olsun Allaha!Əgər Əlinin qılıncı olmasaydı, şübhəsiz İslamın sütunu yerində qalmazdı".
Qədir xum yəni ədaləti bərqərar etmə səhnəsində irəlidə getməsi ilə yanaşı həmişə təsirli ədalət nümunəsi sayılmış, sayılmaqda olan və sayılacaq bir insanı tanımaqdır.
Qədir xum yəni şücaət, mehribanlıq, ibadət, siyasət, elm, əməl və gözəllik kimi bütün insani yönlərdə yeganə sayılan insanla tanışlıqdır.Belə ki, bəşər 1400 il keçməsinə baxmayaraq hələ də onun kimi birisini görməyibdir.
Qədir xum yəni bütün İlahi peyğəmbərlərin, saleh və məzlum kəslərin arzusunu həyata keçirən Həzrət Mehdinin ümum-dünya hakimiyyətinin bünövrəsini qoymaqdır.
Qədir xum hadisəsini dərindən araşdırıb onun həqiqi mahiyyətinə varmaq istədikdə, təkcə Peyğəmbərin qədir xütbəsi və ya qədir sahibi Əli (ə)-la olan beyət mərasimini ortaya qoyub bəhs etməklə kifayətlənmək olmaz.Əksinə, gərək əziz İslam peyğəmbərinin öz son səfərində Mədinədəm Məkkəyə, Mərvdən Ərəfata və Minidan Qədir xumadək olan hərəkəti dərindən araşdırılmalı və o, Həzrətin səfər boyu Mərv dəğı kənarında, Ərəfat səhrasında, Mina guşəsində və Rabiğ məntəqəsində söylədiyi böyük vilayət yığıncağına zəmin yaradan xütbələri diqqətlə mütaliə olunmalıdır.Yalnız belə olan təqdirdə Qədir xum hadisəsinin ikiqat əhəmiyyəti aydın olub, onun "həmişəlik müraciəti" hamıya yetişərək üzr və bəhanə qapıları dost və düşmən üzünə bağlanacaqdır.Necə ki, dünya və axirət qadınlarının xanımı Həzrət Zəhra (ə) bu həqiqətə işarə edərək belə buyurmuşdur: "Allah Qədir xum hadisəsindən sonra heç bir kəs üçün üzr və bəhanə yolu qoymadı".Həzrət Zəhra(ə)-in bu sözü bir məsum kimi insanı öz tutduğu əqidə barəsində yenidən düşünməyə vadar edir.
Qədir xum qarşısında vəzifəmiz:
Əziz İslam peyğəmbəri Qədir xum xütbəsində öz həssas və zəruri çıxışını söyləyib Əli (ə)-ı Allah tərəfindən verilmiş əmr əsasında öz canişini təyin etdikdən sonra belə buyurdu: "Gərək burada olanlar mənim sözümü burada olmayanlara çatdırsınlar".Peyğəmbərin bu sözü Əli(ə)-ın vilayətinin xüsusi bir əhəmiyyət daşıdığını gödstərir.Qədir xum səhrasında yayımlanmış çağırı təkcə o misilsiz Qədir yığıncağında iştirak etmiş insanlara aid olmamışdır.Əksinə, bu vilayət çağırısı zaman və məkan sərhəddini aşaraq bütün əsrlərdə gələcək nəsillərin hamısını, hətta dünyanın künc-bucağında yaşayan kiçik insan toplumlarını belə əhatə edir.
Bizlərin boynuna düşən ağır vəzifə bu İlahi vilayəti toplum içərisindəki insanlara çatdırmaqdır.Çünki bizlər əziz İslam peyğəmbərinin buyurduğu əmrin qarşısında məsuliyyət daşıyırıq.Bu mühüm vəzifə qarşısında hər hansı bir səhlənkarlıq göstərmək bizləri qiyamət günü Allah hüzurunda şübhəsiz cavab verməli olacağımıza gətirib çıxaracaqdır.Elə buna görə də bizlər gərək öz növbəmizdə bu İlahi missiyanın gələcək nəslə ötürülməsində payımız olmalıdır.Qədir xum hadisəsinin tarix boyu əbədi yaşamasının sirri də elə bundadır.
 
al-shia Tarix: Şenbe, 01.03.2008, 22:40 | Mesaj # 2
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar
salam aleykum. qardash bu böyük məqalədir bunu məqalələr bölməsinə yazsanız daha yaxşı olardı necə ki bir ədəd yazmısınız.
-----
Qədiri Xum hadisəsi səhv etmiremse 60 a yaxın sünnü mənbələrində qedy olunub.
Mən kimin movlanasıyamsa Ali də onun mövlansıdır--- Muhəmməd peygember Qediri xum hadisesində buyurub

Добавлено (01.03.2008, 22:40)
---------------------------------------------
Hər halda bu qədər mənbədən dəlildən sonra yenədəmi davam edəcəklər mübahisəyə?


 
Forum » FORUM-TEKST » İSLAM » Qedir-xum və ilahi missiyasının davamı (diqqet edin)
  • Страница 1 из 1
  • 1
Поиск: