Cüme, 29.03.2024, 01:35
Приветствую Вас Qonaq | RSS

islam dini

[ Новые сообщения · Участники · Правила форума · Поиск · RSS ]
  • Страница 1 из 1
  • 1
Архив - только для чтения
Модератор форума: Almusavi  
Forum » FORUM-TEKST » AZERBAYCAN » Azerbaycanda İslamın ilkin dövrlerine qısa baxış
Azerbaycanda İslamın ilkin dövrlerine qısa baxış
al-shia Tarix: Bazar, 11.05.2008, 11:32 | Mesaj # 1
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar
Azərbaycan ərazisində İslam dininin yayılma tarixinə toxunarkən ilk öncə o dövrdəki, yəni, ərəblərin gəlişindən əvvəlki, Sasani imperiyasından asılı olan Azərbaycana qısa nəzər salmaq yerinə düşərdi.

Bir çox tarixi mənbələrdə qeyd olunduğu kimi, VII əsrin əvvəllərində Azərbaycan cənubda Həmədan şəhərindən şimalda Dərbəndədək uzanan böyük bir ərazini əhatə edirdi. Ölkə iki böyük vilayətdən ibarət idi və bu vilayətlər Araz çayı vasitəsilə bir-birindən ayrılırdı. Araz çayından cənubda, indiki İran ərazisində olan vilayət Azərbaycan adlanırdı. Həmədan, Zəncan, Ərdəbil və s.şəhərlər Azərbaycan şəhərləri idi. Ölkənin bu hissəsinin paytaxtı Ərdəbil idi və Sasani mərzbanının iqamətgahı burada yerləşirdi.
Ölkənin Araz çayından şimala doğru uzanan hissəsi Arran (Albaniya) adlanırdı. Mərkəzi Bərdə şəhəri olan Arranın tərkibinə Arsax (Qarabağ), Naxçıvan vilayəti, Şəki vilayəti, Sünik knyazlığı daxil idi. Ümumi adı Arran olub yarımmüstəqil, əmirlik və ya padşahlıq şəklində İrandan asılı olan Azərbaycanın şimal rayonları uzun illər xəzərlərin işğalçılıq hücumlarına məruz qalmışdır. Digər tərəfdən uzun illər İranla-Bizans arasında davam edən müharibələr zamanı da Azərbaycan xüsusilə ziyan çəkirdi.
Bu arada şərqdə İslam dövləti quran ərəblərlə Sasani imperiyası arasında mübarizə qızışırdı. II xəlifə Ömər ibn Xəttabın hakimiyyəti dövründə 642-ci ildə baş verən Nəhavənd döyüşü həlledici oldu və Sasani imperiyası bu məğlubiyyətdən sonra bir daha özünə gələ bilmədi. Bunun nəticəsi olaraq Sasani imperiyasından asılı olan Azərbaycanın Araz çayından cənubdakı vilayətləri də ərəblər tərəfindən fəth olundu. Qeyd etmək lazımdır ki, Azərbaycanın ərazisi coğrafi baxımdan tarix boyu strateji əhəmiyyətə malik olduğundan hələ ərəblər gəlməmişdən əvvəl də Azərbaycan ərazisi dəfələrlə bizans, xəzər və sasani qoşunlarının viranedici hücumlarına məruz qalmışdı. Bunun da nəticəsində kənd təsərrüfatı tənəzzül etmiş, əhalinin üzərinə qoyulan vergilər əhalini var-yoxdan çıxarmış və əhali uzun sürən müharibələrdən cana gəlmişdi. Ərəblərin gəlişi ərəfəsində Azərbaycanın siyasi-iqtisadi vəziyyəti qısaca belə idi.
Ancaq yeni din və İslamın təbliğçiləri olan ərəblərin gəlişi Azərbaycanda savaşlarla, təzyiqlərlə müşayiət olunmadı. Bəzi tarixçilər qərəzli mövqedən çıxış edərək bunu qeyri-obyektuv amillərlə əsaslandırmağa və ərəbləri işğalçı kimi qələmə verməyə çalışmışlar. Lakin tarixi diqqətlə araşdıran və hadisələrə insaflı şəkildə yanaşan hər kəs bunun belə olmadığını anlayacaqdır. Hadisələrin sonrakı inkişafı da bizə bu fikri dəstəkləməyə əsas verir. Belə ki, fəth olunan Azərbaycanın əhalisi ərəblərə düşmən nəzəri ilə baxmayıb onların gəlişini öz əvvəlki ağaları (bizans, sasani, xəzər) tərəfindən alınan ağır vergidən və edilən zülmdən qurtuluş kimi hesab edirdilər. Çünki hələ ilk raşidi xəlifə Əbu Bəkr ərəb fəthlərinin ilk dövründə ərəb qoşunlarına belə əmr etmişdi:” İnsanları şikəst etməyin, nə kiçik uşaqları, nə qocaları, nə də qadınları öldürməyin; meyvə ağaclarını tələf etməyin, heyvanları tələf etməyin. Siz hücrələrdə dini ayinlə məşğul olan adamların yanından keçəcəksiniz; onları rahat buraxın və ibadətlərinə mane olmayın. Sizi qəbul edən hər bir şəhər və xalq ilə müqavilə bağlayın, onlara verdiyiniz vədlərə sadiq olun.” Azərbaycan fəth olunarkən ərəblər əhalinin əmlakını əllərindən almır, onları İslamı qəbul etməyə məcbur etmirdilər. Əhalinin digər hüquqları da pozulmurdu.
İndiki cənubi Azərbaycan ərazisi raşidi xəlifələrdən Ömər ibn Xəttabın hakimiyyəti zamanı fəth olunmuşdu. Məşhur tarixçi Bəlazuri bunu belə qeyd edir:” Hicri 18-ci ildə Hüzeyfə ibn əl-Yəman Azərbaycanı dinc yolla fəth edib Azərbaycan əhalisi adından hərəkət edən Azərbaycan mərzbanı ilə müqavilə bağladı. Bu müqaviləyə görə mərzban 800 min dirhəm verməyi öhdəsinə götürdü, ərəblər isə öz tərəflərindən öhdələrinə almışdılar ki, heç kəsi öldürməsinlər, əsir almasınlar, atəşgədələri dağıtmasınlar, Şiz əhalisinin öz bayramlarında rəqs etməsinə və (keçmişdə) icra etdikləri hər işi açıq görmələrinə mane olmasınlar”.
Azərbaycanın Arran adlanan Araz çayından şimalda olan hissəsi isə raşidi xəlifələrdən Osman ibn Affanın hakimiyyəti zamanı fəth edildi. Tarixçilərdən Bəlazurinin də qeyd etdiyi kimi, fəth zamanı əhaliylə müqavilələr bağlanmış, yerli əhaliylə yanaşı burada yaşayan yəhudilərin də əmin-amanlığı mühafizə altına alınmış, əmlakları qəsb edilməmiş, kilsə və digər ibadətgahlarına toxunulmamışdır. Əhali yeni dini qəbul etməyə məcbur edilmirdi.
Azərbaycan ərazisində islam dininin qəbul edilməsi prosesi çox tez başa çatdı. Belə ki, bu proses cəmi yüz il ərzində Abbasilərin hakimiyyəti dövründə başa çatdı. Burada qeyd edilməsi əhəmiyyətli olan bir məsələ də vardır. V.V.Bartold qeyd edirdi ki, “xristianlıqdan fərqli olaraq islam dini fərdi missionerlərdən istifadə etmirdi və yalnız fəth yolu ilə yayılırdı; müsəlman torpaqlarının sərhədləri ilə islamın yayılma sərhədləri bir-birinə uyğun gəlirdi; islam dini zorakılıqla yayılmırdı və nə xristianlar, nə də zərdüştilər təqib olunmurdular”. Arranda islam dininin yayılması barədə V.Rozen də öz kitabında aşağıdakıları qeyd etmişdir: “Kitab əhli olan Arran əhalisini ərəblər yeni olan bir dini qəbul etməyə heç də məcbur etmirdilər, əksinə xristianların özləri islam dinini çox müvəffəqiyyətlə qəbul edirdilər. Çünki ərəblər öz sadəliyi ilə əzəmətli yeni bir din gətirmişdilər və əhali yeni dini qəbul etməyə məcbur edilmirdi.
Buna görə aydındır ki, ərəblərin fəth etdikləri ölkələrin əhalisinin ərəblərdən şikayət etməyə heç bir əsası yox idi”. Krımski qeyd etmişdir ki, xristianlıqda hər bidəti amansızlıqla təqib edən qonşu Bizansla müqayisədə islamın qanunu kifayət qədər liberal qanun idi.
Beləliklə VIII əsrin əvvəllərinə doğru islam dini Azərbaycanda hakim dinə çevrilmişdi.
Zamanla hakimiyyəti ələ keçirən Abbasilər özlərinin tabeçiliyində olan xalqlara qarşı ədalətsiz davranmağa, onlara zülm etməyə başlamışdılar. Bunun nəticəsində xilafətin dörd bir tərəfində üsyanlar başlandı. Bu cür üsyanlar Azərbaycandan da yan keçmədi. Tarixi mənbələrin qeyd etdiyinə görə bu üsyanlardan ən böyüyü VIII əsrin sonlarına doğru başlamış və IX əsrin 40-cı illərinə qədər davam edən xürrəmilər hərəkatı idi. Lakin bu üsyanın tarixi araşdırıldıqda bu qənaətə gəlinir ki, bu heç də olan ərəb əsarətindən azad olma məqsədi güdən üsyan deyildi. Uzun illər boyu Sovet tarixçiləri bizə bu üsyanın guya Azərbaycanın azadlıq mübarizəsi olduğu fikrini “sırıyıblar”, ancaq məsələ dərindən araşdırıldıqda məlum olur ki, Babəkin başçılığı altında genişlənərək Azərbaycan hüdudlarını aşan üsyan öz dini ideologiyalarını həyata keçirmək məqsədi daşıyırdı.
Fikrimizcə, bu hərəkatı dürüst xarakterizə etmək üçün “Xürrəm” və ya “Xürrəmdin” terminini tədqiq etmək vacibdir. Xürrəm adının mənşəyi haqqında mənbələrdə üç rəvayət vardır:
a) Bu söz Ərdəbilin yaxınlığında olan Xürrəm yaşayış məntəqəsinin adından götürülmüşdür.
b) Bir sıra mənbələrdə kef çəkən və əyyaşlıq edən adamlara “Xürrəm” deyilirdi. Bu halda xürrəm sözü “şən, şad, şəhvətpərəst, əyyaş” kimi mənalara gəlir. Tarixçilərdən Səmani bildirir: ”Onların dini bundan ibarətdir ki, onlar istədikləri və ya arzu etdikləri hər işi görürlər. Onlara bu adı ona görə vermişlər ki, onlar qadağan (haram) nə olduğunu bilmirlər, şərabı, qadınlarla yaşamağı və nəşə verən hər şeyi halal hesab edirlər.”
Əbül-Fərəc ibn əl-Cövzi xürrəmilər haqqında belə yazır: “Xürrəm xarici bir sözdür. Bu sözün mənası: insanın hər hansı zövq və şəhvətə uyması, habelə cəmiyyətdə hər cür rəftar normalarına etinasızlıq göstərməsi və dini qanunların yox edilməsi deməkdir. Onlar qadınla yaxınlığa və qadağan edilən hər işə yol verildiyi əqidəsində idilər. Xürrəmilərin gördüyü işlər eynilə məzdəkilərdə olduğu kimi idi.”
İbn əl-Əsir belə yazır: “Onlar (xürrəmilər) öz anaları, bacıları və qızları ilə arvad kimi yaxınlıq edirlər, buna görə də onlara xürrəm adı vermişlər”. Bir çox tədqiqatçılar xürrəmilərin qadınları ümumiləşdirdiyi fikrində şərikdirlər. Tədqiqatçılardan Mütəhhər əl-Müqəddəsi deyir: “Üsyançılar (xürrəmilər) əmlakın və arvadların ümumi olmasını tələb edirdilər.”
c) Nəhayət “xürrəm” termininin mənşəyi haqqında irəli sürülən üçüncü rəvayət bu termini Məzdəkin arvadının adı ilə əlaqədar edir. Nizam ül-Mülkün “Mücməl əl-Təvarix vəl-qisas” adlı əsərində Məzdəkin Xürrəm adlı arvadının olduğu və öz ərinin dini təlimini yaymaq üçün Mədaindən qaçaraq Rey şəhərinə gəlməsi əks olunmuşdur. Xürrəmilər həmçinin tənasühə - yəni ruhun bir bədəndən digərinə keçməsinə də inanırdılar. Onlara görə Cavidanın ruhu keçmişdi.
Bütün bunlardan belə qənaət hasil olur ki, üsyanın əsas məqsədlərindən biri xürrəmilərin öz dini ideologiyalarını yaymaq istəməsidir. Burada digər bir sual meydana çıxır: Bu hərəkat niyə bu qədər genişləmiş və xilafətlə iyirmi ildən çox mübarizə aparmışdır? Fikrimizcə bunun bəzi səbəbləri vardır:
a) Nəzərə almaq lazımdır ki, hakimiyyətdə olan Abbasi xanədanının idarə etdiyi xilafət Əməvi sülaləsinin idarə etdiyi o güclü, qüdrətli xilafət deyildi. Abbasilər hakimiyyəti altında olan ölkələrin xalqlarına ədalətsiz münasibət göstərir, zülm edirdilər.
b) Xalq artıq Abbasilərin hakimiyyətindən, onların təyin etdikləri valilərin zülmündən cana gəlmişdi. Buna görə də Babək onları öz ətrafında toplamağa müvəffəq olurdu.
c) Babəkilərin yerləşdiyi ərazilər əsasən dağlıq bölgələr olduğundan ərəb ordusu üsyançılara həlledici zərbəni vura bilmirdi. Bu da üsyanın uzanmasına səbəb olurdu.
Bu və digər səbəblərə görə üsyanın bu qədər uzanmasına baxmayaraq nəticədə üsyançılar məğlub edilmişdilər.
Son olaraq deyək ki, tarix elminin qəbul edilmiş ənənəsinə görə, Azərbaycan xalqının müsəlmanlaşması prosesi VII əsrin ortalarından başlamış IX əsrin ortalarında tam olaraq başa çatmışdır.


 
Asiye Tarix: Bazar, 11.05.2008, 12:24 | Mesaj # 2
Mayor
Qrup: VIP
Mesajlar: 149
Tərif: 12
Status: Xetden kenar
Maraqli tarixi melumata gore teshekkur.
Amma Xurremilerle bagli melumatlara inanmiram...Azerbaycanin tarixini azerbaycanli yazmadigi uhcun her oxudugumu inanmaga borclu deyilem.Bu tarixi yazanlar ereb serkerdelerinin yanlarinda gezdirdikleri "saray tarixchileri"dir.Onlar da bezen oz cinayetlerine haqq qazandirmaq uchun xurremiler herkatina bu cur leke yaxiblar, serf edenleri bezeyib shishirtmish,serft etmeyenlerin ustunu ort basdir edibler.Yeni Xilafet dovrunde onlara qarshi cox yerde etiraz usyanlari bash verib,o cumleden Azerbaycanda...amma bu usyanlarin sebebi islam eleyhine yox,edaletsizlik eleyhine,ishgalchiliq eleyhine olub.

Onda bele chixir ki erebler gelene qeder Azerbaycanda namuslu adam yox idi?Cunki xurremiler ,mezdekiler herekati Azerbaycanin demek olar butun bolgelerini ehate etmishdir.
Babek ISLAM ELEYHINE YOX,AZERBAYCAN UGRUNDA AYAGA QALXMISHDI.....ISHGALCILIQ SIYASETINE QARSHI MUBARIZE APARMISHDI..
ne ise..yaziq milletimizin tarixini kim nece isteyib ele de yazib,here oz dovlet siyasetine uygunlashdirib....


Ana rahminden geldik pazara,
Bir kefen aldik donduk mezara.
 
al-shia Tarix: Bazar, 11.05.2008, 13:12 | Mesaj # 3
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar
Doğrusu əlavə edəndən sonra xürrəmilər hərəkatının buradada təhrif olunduğunu gördüm.. Amma burdada alimlərin yekdil qənaətdəə olmadığı yazılmışdı. Bəzi alimlərə görə Babəkin adı Həsən olmuşdur deyiblər və bunada əsaslanaraq onun müsəlman olduğunu qeyd edirlər.. Daha o dövrün Abbasi xəlifələri Məmun və Mötəsimdən danışmıram...

 
Qonaq Tarix: Bazar, 11.05.2008, 14:37 | Mesaj # 4
Polkovnik
Qrup: İstifadeçi
Mesajlar: 295
Tərif: 5
Status: Xetden kenar
menim fikrimce Babek ehli beytin(resulullah(saas)-in neveleri axi surgune gelmishdiler Azerbaycana.yaxudda zulmlerinden umeyye ve abbasilerin gelmishdiler) haqqini qaytarilmasi uchun herekat bashlamishdir.buda zalim fasiq abbasi devleti uchun boyuk tehluke idi,bu sebebden azerbaycani ishgal elemeye geldiler..


Belkede yoxdur xeberi
butun alem sevir meni
men ise o bexteveri
onun ama yoxdu xeberi
__________________
men sevirem bir neferi
onun ama yoxdu xeberi
men chekirem qem kederi
onun ama yoxdur xeberi
 
Almusavi Tarix: Bazar, 11.05.2008, 19:13 | Mesaj # 5
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar

Mənim fikrimcə bu istinadlar tarixçilərin mülahizələridir, həmin dövrün tarixini də ərəblər qeydə alıb deyə Babəki İslama qarşı göstəriblər. Amma Babək kimə qarşı çıxdı? Bərabərsizliyə qarşı, mənfur xilafətə qarşı, hansı ki, İmam Hüsüyn(ə) da ona qarşı çıxmışdı, hansı ki, İmamlarımızı şəhadətə yetirmişdilər.


Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
Qonaq Tarix: Bazar, 11.05.2008, 19:27 | Mesaj # 6
Polkovnik
Qrup: İstifadeçi
Mesajlar: 295
Tərif: 5
Status: Xetden kenar
eger Babeki kafir kimi tanitmasa idiler,muselmanlar babeke qarshi vurushardimi?
elbetdeki xeyir,ona gore kafir dediler.Almusevi qardahsinda qeyd etdiyi kimi imam Huseyn(e).onun vaxtindada,imam huseynle muharibeye gedenlerin choxu,xevariclerle doyushe gedirler sanirdiler,chunki melnun Yezid ele tanitdirmishdir.
momin Babekide melun abbasiler kafir kimi tanitdi.hemin tarixide yazan Teberi,abbasi saray tarixchisi idi.



Belkede yoxdur xeberi
butun alem sevir meni
men ise o bexteveri
onun ama yoxdu xeberi
__________________
men sevirem bir neferi
onun ama yoxdu xeberi
men chekirem qem kederi
onun ama yoxdur xeberi
 
Almusavi Tarix: Bazar, 11.05.2008, 19:47 | Mesaj # 7
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar

Mənə maraqlı olan odur ki, əgər Babək öz ideologiyasini yaymaq istəyirdisə niyə Müsəlman olan yerli əhaliyə toxunmadı?
Amma mənə Babəkin hansı dində olmağı müəmmalıdır, çünki şiə tarixçilərində də bu barədə heç nəyə rast gəlməmişəm, Amma mən məktəbdə oxuyanda tarix müəllimim deyirdi ki, Babək dövründə məsçid tikdirmişdi, Amma Ziya bünyadov Xürrəm sözünü odla bağlayıb.
Bir şeyi də vurğulamaq istəyirəm ki , mənim fikrimcə Babək talış olub. Lənkəranda da qalası var


Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
Qonaq Tarix: Bazar, 11.05.2008, 20:50 | Mesaj # 8
Polkovnik
Qrup: İstifadeçi
Mesajlar: 295
Tərif: 5
Status: Xetden kenar
Qardashim Talish olmayib,Azeri olub,ozude Tebrize bagli Eher adli sheherine tabe olan Keleyber sheherinde olub.ve qalasida ordadir,istesen,googlede poisk ver qalasinida goreceksen,ucqar dagin bashinda,men 2000-ci ilde shexsen gormushem.qaldiki eqidesinin ne olmasi ve xurremini bunyadov odla baglamagi o onun ishidir,1-cisi xurrem shad,shen menalarindadir.2-ciside lap od olsun,indi biz Azeriyikse Azerinide od measina yozanlar var,dmeek deyilki eqidemiz ateshperestlikdir.bu haqda yazilan tarixleri filan men qebul etmirem,misal ziya bunyadov ve digerleride ola bilerki istinadinda,hemin tarixi yazan ereblere ve sair edib,buna gorede bu neticededir.
amma kenardan durub baxan olsa,mence meni kimi bir choxlari gorer:
Resulullahin neveleri,ehli beyt numayendeleri Babekden qabag Azerbaycan ve figer olkelerde surgunden,ve yaxud zulmden qachib meskunlashmishlar.ehli beyt idealogiyasindada menden yaxhsi bilirsenki,vilayet ehli beytin haqqidir.zalime qarshi ne etmek lazimdir,movqeyi aydindir.
abbasiler uchunde bu tehluke idiki,ya hebs ederdiler,ehli beyt numayendelerini,yaxud zindana,yadaki surgun ederdiler,bu shexslerki Azerbaycanda meskunlashdilar ve heqiqi islami anlatdilar,Babek kimi ogulda derk ederek islami qiyama hazirlashdi,ve guclendi,abbasiler uchunde bu boyuk tehluke olmagi aydin meseledir,ona gore,kafir,ateshperest ve sair adlar qoyub muselmanlari ustune qaldirdilar..
qaldiki mekteb yaxud kinoda gosterilenler hamisi tehriflerdir,communist rejiminede bele serf edirdiki,dahi shexsiyyetlerimizi kafir kimi gostersinler.misal Nesimi kimi shexsi bele tehriflerle Allahi inkar eden kimi gosterirler,baxmayaraqki,eserlerinde ele Allahdan danishir..
eqidesini eserleri ile ortaya qoyub,bir haldaki eseri ola ola onu tehrif edib kafir kimi gostere bilirlerse,babeki kafir etmeye ne varki?
ele indi aglima bir sheyde geldi,"Ezrek" buki ereb idi,hemde quldur kimi vesf olunur(bilmirem quldur idi ya yox)bu quldura ne gelmishdiki ereblere qarshi vurushsun?dunya perest adam,Azerbaycanin halina aglayar?yoxsa oz heyatini yashamag isteyer?yeni oz olkesi olsa derd yaridir,amma oz milletine qarshi savashdi,niye?buna ne vadar eledi onu?
bu suallarin cavabida mence yene ehli beytdir.ehli beyti taniyanlardan oldu(eger quldur idise,quldur deyildisede ele resulullah(saas) ve ehli beytinin shiesi idi....



Belkede yoxdur xeberi
butun alem sevir meni
men ise o bexteveri
onun ama yoxdu xeberi
__________________
men sevirem bir neferi
onun ama yoxdu xeberi
men chekirem qem kederi
onun ama yoxdur xeberi
 
Almusavi Tarix: Bazar, 11.05.2008, 23:38 | Mesaj # 9
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar

Mən səninlə razıyam kimə qarşı vuruşub, niyə vuruşub.
Mən niyə deyirəm o talışdı, O Ərdəbillidir,Bilalabad kəndindən.Talışların tərpaqları Reydən şimala doğru ta bizim talış zonasına kimi uzanır, əgər o həqiqiqətən sırf Ərdəbillidirsə 100% talışdır. Çünki o torpaqlar əzəldən talışların olub,sonradan türklər, Azərilər orada yerləşiblər. İndi də İranda dediyim ərazilərdə 3 milyondan artıq talış var. Hətta Ağaye Behcət talışdır, sonra Prezident Əhməd Nejad talışdı, özüdə Reydəndi.
Qaldı ki, onun Təbrizdə qalası olmağına, bunu bilmirdim və danmıram da, ancaq bunu deyə bilərəm ki, Lənkəranda mən də onun qalasını tanıyıram.


Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
Qonaq Tarix: Bazar, 11.05.2008, 23:54 | Mesaj # 10
Polkovnik
Qrup: İstifadeçi
Mesajlar: 295
Tərif: 5
Status: Xetden kenar
qardashim Erdebilli oldugunu ilk defe senden eshitdim,tebrize bagli bolgedendir,Eher terefden,eger xatirlayirsansa,adida yadimdan chixdi,Babeke xeyanet eden adamda eherin valiliyini isteyirdi ondan,butun Terixler bele yazib men bildiyim,,qalasida Eherin ozunde yox,xatirladigim qeder 50,60 km aralida yerleshir...bu deqiqdir.dogrusunu Allah bilir..


Belkede yoxdur xeberi
butun alem sevir meni
men ise o bexteveri
onun ama yoxdu xeberi
__________________
men sevirem bir neferi
onun ama yoxdu xeberi
men chekirem qem kederi
onun ama yoxdur xeberi
 
Almusavi Tarix: Bazar, 11.05.2008, 23:58 | Mesaj # 11
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar
[font=Arial][color=blue]
Yox tarix Ərdəbil yaxınlığında Bilalabad kəndi deyir, sən hər halda başqa tarixlərə bax. Mən sənin gətirdiyin mənbəni 1-ci dəfə səndə gördüm


Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
al-shia Tarix: Bazar ertesi, 12.05.2008, 00:01 | Mesaj # 12
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar
Bilirsiniz tarix təhrif olunub.. Səhv etmirəmsə bu tarixdə o vaxtkı Ərəb xilafətinin başçısı Mötəsim tərəfindən.. Səhv etmirəmsə Babək mübarizənin bir qismini Xəlifə Məmuna qarşı aparıb.. Yəqin ki, şiələr onu "yaxşı" tanıyır!!! Biz bundan ötrü çox sağ ol deməliyik Babəkə!!
Birdəki SSRİ-nin vaxtında kino çəkiblər.. Babək kinosunu.. Təhrifdir başdan ayağa.. Ələtdə orda Babəkin müsəlman olmağı onlara sərf etməzdi göstərmək... Yəni xalqı İslamdan çıxartmaq üçün atılan addımda ola bilərdi.. Mən nə bilim Şirvidir kimdir yalaannan düzüb qoşublar.. Hələlik bu qədər.

Добавлено (12.05.2008, 00:01)
---------------------------------------------
Qonaq düz deyir.. Bilalabaddandır!


 
Almusavi Tarix: Bazar ertesi, 12.05.2008, 00:06 | Mesaj # 13
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar
[font=Arial][color=blue]
Biz o barədə səninlə razıyıq, bizim söhbətimiz məcrasından çıxıb artıq


Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
Qonaq Tarix: Bazar ertesi, 12.05.2008, 16:02 | Mesaj # 14
Polkovnik
Qrup: İstifadeçi
Mesajlar: 295
Tərif: 5
Status: Xetden kenar
al-shia
o Tarixe qalsa qalasida Lenkerandadir..
neyse sohbet bashqa mecraya gedir,bunun yeri yoxdu mence,esas eqidesi idi.eqideside muselman,Ehli beytchi olub..



Belkede yoxdur xeberi
butun alem sevir meni
men ise o bexteveri
onun ama yoxdu xeberi
__________________
men sevirem bir neferi
onun ama yoxdu xeberi
men chekirem qem kederi
onun ama yoxdur xeberi
 
Almusavi Tarix: Bazar ertesi, 12.05.2008, 16:12 | Mesaj # 15
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar
Düz deyirsən, söhbət məcrasından çıxıb, amma Lənkəranda qalasını tarix demir, əhali deyir, bu faktdır, mən də oranı tanıyıram.

Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
al-shia Tarix: Bazar ertesi, 12.05.2008, 16:30 | Mesaj # 16
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar
Quote (Almusavi)
o Tarixe qalsa qalasida Lenkerandadir..

Xeyir Qalası Cənibi Azərbaycandadır (İndiki İİR-da). Bəzz qalası. Bu hər halda tarixi mənbələrdə qeyd olunub nəsə mən bu barədə indiyə kimi başqa söz eşitməmişəm.
Quote (Qonaq)
neyse sohbet bashqa mecraya gedir,bunun yeri yoxdu mence,esas eqidesi idi.eqideside muselman,Ehli beytchi olub..

Bizdə sübut etməyə çalışırıq ki, müsəlman olub..


 
Almusavi Tarix: Bazar ertesi, 12.05.2008, 16:36 | Mesaj # 17
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar
Mən də razıyam, Təbrizdə olub, sonra Bəzz onun qalasıdır, amma Lənkəranda da qalası var. Bunlar təbiidir, çünki sərkərdənin sığınacaqları olmalıdı. Ən məşhur qalası Bəzzdir

Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
al-shia Tarix: Bazar ertesi, 12.05.2008, 17:10 | Mesaj # 18
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar
Hə ola bilər. Amma məhz bəğlub olduğu son döyüşdə Bəzzdə olub. Hakimiyyətə də Bəzzdə gəlib.
Amma mən onun Talış olduğuna inanmıram.. Faktlar varsa gəlsin Atropatena dövləti Talış dövləti olub? Babəkdən 11 əsr əvvəl

Добавлено (12.05.2008, 17:07)
---------------------------------------------
Demək bu yerdə bir neçə haşiyəyə çıxaq:
1. Babəkin ordusunda türklərlə yanaşı digər xalqalrında nümayəndələri olub.
2. Ziya Bünyadov yazıb ki, Babəkin erməni müttəfiqləri olmayıb,müttəfiqləri Alban mənşəli knyazları olub.
3. İran tarixçisi Səid Nəfəsi etiraf edir ki, Xürrəmilər hərəkatının mərkəzi Azərbaycan olmuşdur!

Добавлено (12.05.2008, 17:10)
---------------------------------------------
Bir söz deyim axı islam VII əsrdən gəlb Azərbaycana biz niyə birdən birə keçək ki, IX əsrə?.. O aralıqda o qədər hadisələr baş verib ki..


 
Almusavi Tarix: Bazar ertesi, 12.05.2008, 18:19 | Mesaj # 19
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar
Amma mən biləni Babək Bizansdan da kömək istəmişdi.
Qaldı ki, onun talış olmağına, mən deyirəm ki, Əgər o doğrudanda sırf Ərdəbilli olubsa, onda o, talışdı. Çünki Reydən üzü yuxarı bizim cənub zonasına kimi hamı talışların olub, ora onların tarixi torpaqlarıdır.


Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
media-islam Tarix: Bazar ertesi, 12.05.2008, 18:32 | Mesaj # 20
Ali Baş Komandan
Qrup: İdareçi
Mesajlar: 32
Tərif: 4
Status: Xetden kenar
bIR DEFE bir meclisde ZIYA bunyadova SUAL verdilerki babek kafir olub?oda CAVABINDA bunu dediki babek muselman olub.sadece o muselman perdesi ALTINDA islam perdesi ALTINDA gizlenmi$ munafiqlere QAR$I VURU$UB.babek muselman olub bu TARIxci ve qurani kerimin azerBAYCANCAYA tercume eden ZIya bUNYADOVUN sozleridi

YA iMAMi ZAMAN gel AMANDI
QEBRi ZEHRANI goster HAYANDI?
 
Almusavi Tarix: Bazar ertesi, 12.05.2008, 18:55 | Mesaj # 21
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar
Ilkin qardaş Səndən çox xahiş edirəm, bu barədə ətraflı məlumat yaza bilərsən?

Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
al-shia Tarix: Bazar ertesi, 12.05.2008, 22:36 | Mesaj # 22
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar
Quote (Almusavi)
Amma mən biləni Babək Bizansdan da kömək istəmişdi.

Məğlubiyyətdən sonra kömək istəməyə getmiş və vaxtilə onun müttəfiqlərindən biri olan (adı yadımda deyil) tərəfindən Afşinə təhvil verilmişdi. (Afşin Xilafetinin türk soylu sərkərdəsi idi-reda )


 
Almusavi Tarix: Çerşenbe axşamı, 13.05.2008, 09:43 | Mesaj # 23
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar
Sən Səhl ibn Sumbatı deyirsən.

Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
al-shia Tarix: Çerşenbe axşamı, 13.05.2008, 15:14 | Mesaj # 24
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar
Quote (Almusavi)
Səhl ibn Sumbatı deyirsən.

Sağ ol qardaşım, düz dedin! Allah razı olsuN! Adını yadıma saldın!! Heyif ki, belə "dostlarda" həyatında olub Babəkin


 
Asiye Tarix: Çerşenbe axşamı, 13.05.2008, 21:34 | Mesaj # 25
Mayor
Qrup: VIP
Mesajlar: 149
Tərif: 12
Status: Xetden kenar
Azerbaycan,menim baxtsiz anam oy!
:((((


Ana rahminden geldik pazara,
Bir kefen aldik donduk mezara.
 
Almusavi Tarix: Çerşenbe axşamı, 13.05.2008, 22:44 | Mesaj # 26
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar
Səhv etmirəmsə o erməni olub.

Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
al-shia Tarix: Çerşenbe, 14.05.2008, 00:22 | Mesaj # 27
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar
Quote (Almusavi)
Səhv etmirəmsə o erməni olub.

Onu bilmirəm.. Nəzərə alsaq ki, bir müddət Babəkin yanında olub və Ziya Bünyadovda (səhv etmirəmsə, bayaq yazmışdım deyəsən) Babəkin tərəfdarlarından erməni olmadığnı qeyd edibsə, demək ki, nə isə başqa xalqda ola bilər.
Hər halda bəlkə Babəki yekunlaşdıraq digər dövürlərə keçək kiminsə sualı qalmadısa?
P.S: Almusavi qardaş xahiş edirəm ki, hərflərin ölçüsünü çox böyütməyəsiz, ondan ötrü ki, səliqəsiz görsənir bu cür. Allah razı olsun!


 
Almusavi Tarix: Çerşenbe, 14.05.2008, 10:27 | Mesaj # 28
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar
al-shia, bir de elə etmərəm.
Allah köməyimiz olsun İnşallah


Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
al-shia Tarix: Çerşenbe, 14.05.2008, 12:30 | Mesaj # 29
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar
İnşallah.. hərfin ölçüsünü istəsəz mənim kimi 9 yada 10 edə bilərsiniz..
buyur qardaşım keçək mətləbə.. Azərbaycan tarixi İslam dövürlərində


 
al-shia Tarix: Çerşenbe axşamı, 03.06.2008, 16:45 | Mesaj # 30
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar
İslam Azərbaycana gələn kimi, tezliklə yayıldı ölkəmizdə,, ondan əvvəldə səhv etmirəmsə bir çoxu İsanın (as) və digeri isə Zərdüşdün (səhv etmirəmsə)tərəfdarları idi.. Amma İslam gələndə tez qebul etdi bizim xalq

 
Almusavi Tarix: Çerşenbe, 04.06.2008, 00:05 | Mesaj # 31
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar
[b]al-shia, düz deyirsən, mənim oxuduğuma görə əvvəlki dinlər zor yolu ilə yayılmışdı, amma Müsəlmanlar dinc yolla təbliğat etdilər, bezmiş xalq da asanlıqla qəbul etdi[/b]

Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
ZehrayiNur Tarix: Cüme, 06.06.2008, 09:14 | Mesaj # 32
General-Leytenant
Qrup: Forum baş moder
Mesajlar: 389
Tərif: 11
Status: Xetden kenar
Sukurler olsun Allaha ki islam Azerbaycanada gelib cixdi. smile Inseallah axirini Allah xeyr elesin,AMIN!

Sinesine doyub ozunu muselman ve momun sayan sexsler.Siz munafiq

deyilmisiz?

 
Генералиссимус Tarix: Cüme, 06.06.2008, 15:31 | Mesaj # 33
Leytenant
Qrup: İdareçi
Mesajlar: 65
Tərif: 4
Status: Xetden kenar
"Bir millet kendi durumlarını degiştirmedikçe
Allah onların durumlarını degiştirmez." (Ra'd, 11) "Bu da, bir millet
kendilerinde bulunanı (güzel ahlâk ve meziyetleri) degiştirmedikçe,
Allah'ın onlara verdigi nimeti degiştirmeyeceginden... dolayıdır."

"Rabbin asla unutkan degildir." (Meryem, 64) "Rabbim ne
yanılır, ne de unutur." (Tâhâ, 52)


Allahin acha bilmeyeceyi qapi yoxdur!!!
 
ahlibeyt14mesum Tarix: Şenbe, 23.08.2008, 02:04 | Mesaj # 34
Ali Baş Komandan
Qrup: İdareçi
Mesajlar: 414
Tərif: 2
Status: Xetden kenar
masallah olsun ki ekser cavanlarimiz imanli genclerdi daimi coxalib artsin insallah cool

Resuli ekrem (s) men size iki qiymetli ve aqir sey qoyuram. Allah kitabi ve itretim (ehlibeytim (e)). eger onlardan tutsaniz (itaet etseniz), hec zaman azmazsiniz (haqdan kenara cixmazsiniz).

Allahın Peyğəmbəri(s): «Həqiqətən mənim Əhli-Beytim sizin aranızda Nuhun gəmisi kimidir. Ona minən nicat tapar və ondan üz döndərən suda batıb boğular

İmam Əli (ə): «Öz Peyğəmbərinizin Əhli-Beytinə baxın, onların yolu ilə gedin və arxalarınca hərəkət edin. Çünki onlar sizi heç vaxt doğru yoldan azdırmaz və heç bir həlakətə salmazlar. Əgər onlar otursalar, siz də oturun və dursalar siz də durun

İmam Əli (ə): «Həqiqətən imamlar Allah tərəfindən insanların işlərini idarə edənlər və Onun bəndələri barəsində (əmrlərinin) icraçılarıdır. Cənnətə onları tanıyan və onların da tanıdıqları kəslərdən başqa heç kəs daxil olmaz və Cəhənnəmə yalnız onları inkar edən və onların da inkar etdikləri kəs daxil olar

 
Forum » FORUM-TEKST » AZERBAYCAN » Azerbaycanda İslamın ilkin dövrlerine qısa baxış
  • Страница 1 из 1
  • 1
Поиск: