Şah İsmayıl Xətai - Forum
Bazar ertesi, 05.12.2016, 14:31
Приветствую Вас Qonaq | RSS

islam dini

[ Новые сообщения · Участники · Правила форума · Поиск · RSS ]
Страница 1 из 11
Архив - только для чтения
Модератор форума: Almusavi 
Forum » FORUM-TEKST » AZERBAYCAN » Şah İsmayıl Xətai (Mən Şiə tarixçilərlə razıyam O, Seyiddir. Siz razısınız?)
Şah İsmayıl Xətai
Almusavi Tarix: Bazar ertesi, 12.05.2008, 00:22 | Mesaj # 1
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar
Bismillah
Mən Bunu Ayətullah Müftişiə Əlmusəvinin dilindən də eşitmişəm


Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
al-shia Tarix: Bazar ertesi, 12.05.2008, 00:42 | Mesaj # 2
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar
Quote (Almusavi)
Mən Bunu Ayətullah Müftişiə Əlmusəvinin dilindən də eşitmişəm

Səhv etmirəmsə onun babalarından biri Şeyx Səfiəddin İmam Cəfər Sadiqin (əleyhissəlam) nəslindən olub!


 
Almusavi Tarix: Bazar ertesi, 12.05.2008, 00:49 | Mesaj # 3
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar
Şeyx Səfiəddin İshaq Əlmusəvi Ərdəbili İmam Museyi Kazim (ə) ın nəslindən idi, sən də düz deyirsən

Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
Qonaq Tarix: Bazar ertesi, 12.05.2008, 00:57 | Mesaj # 4
Polkovnik
Qrup: İstifadeçi
Mesajlar: 295
Tərif: 5
Status: Xetden kenar
Edaletin Qurbanlarindan biride Seyid Shah Ismail Xetaidir.

Yene kenar quvveler oz deyerimizi bize pis kimi chatdirib,bu milletin bashina ne oyunlar achmaiyblarki...
muselman adi,xristian,yehudi adi ile gelmeyen misyoner qalmadi,hamisida gelib chirkin,batil eqidesini satir bu ,millete..



Belkede yoxdur xeberi
butun alem sevir meni
men ise o bexteveri
onun ama yoxdu xeberi
__________________
men sevirem bir neferi
onun ama yoxdu xeberi
men chekirem qem kederi
onun ama yoxdur xeberi
 
Almusavi Tarix: Bazar ertesi, 12.05.2008, 01:03 | Mesaj # 5
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar
Bismillah.
Bəs onun xətasını necə, eşitmisiniz?


Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
Qonaq Tarix: Bazar ertesi, 12.05.2008, 03:06 | Mesaj # 6
Polkovnik
Qrup: İstifadeçi
Mesajlar: 295
Tərif: 5
Status: Xetden kenar
Men bildiyim beledirki:
Shah eshidirki bele bir hedis varki bir neferi defn´edilerken mesumlardan birinin eshyasi onunla defn olsa,hemin shexsin cesedi Qiyamete kimi churumez.
bu qebilden hedisler chuxdur,beleki,40 cume arxa arxaya cume quslu eden,Gece namazlari qilan shexslerinde cesedi churumez.
Shah buna yeqin etmek uchun kerbelaya yola dushur.ve orgenirki Hurrun imam Huseyn(e)oz yayligi ile bashini baglayib.ve elede shehid olaraq defn edilib.icaze aldiqdan sonra hz Hurrun qebrinin uste xeyme qururlar ve gece achirlar qebri.heqiqetende ele olubki ele bil indi defn edilib.Shah hemin yayligi achdirib ozu uchun goturmek isteyir,yayligi achdiqda qan axmaga bashlayir,ne qeder edirler saxlaya bilmirler,sonda yeniden baglayirlar yayligi ve qan dayanir...bundan sonra Shah Xetai leqebini gotururki,Xeta etdim,achdirdim..

heqiqetende bezi insanlarin churumemesine dair chox deliller var..biride bu vidodadirki,20 ilden sonra qebri dagilir,goturub tezeden defn edirler.
buyurun baxin,hemin shexs Gece namazi qilan olur,irak iran muharibesinde shehid olmush shexsdir.


http://youtube.com/watch?v=Oadi4XriQ9I

P.S gece namazi qilanda menide dua edin wink



Belkede yoxdur xeberi
butun alem sevir meni
men ise o bexteveri
onun ama yoxdu xeberi
__________________
men sevirem bir neferi
onun ama yoxdu xeberi
men chekirem qem kederi
onun ama yoxdur xeberi
 
Almusavi Tarix: Bazar ertesi, 12.05.2008, 04:34 | Mesaj # 7
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar
[color=blue]
Sən Allah məndən gecə namazı qılan çıxmaz.
Şahın icazə aldığını bilmirdim, çox sevindim.
Bəs Osmanlıda şiələrin, Səfəvidə sünnilərin kütləvi qırğını barəsində necə bir şey bilirsən?
Mənim tarix müəllimimlə sporum var: Men deyirem Şah Seyyiddir, o deyir yox. Mənə mənbə gətirir ki, Səfəvilər İmam nəsli olduğunu bildirməklə özlərinə nüfuz qazandırmaq və bunun sayəsində hakimiyyətə gəlmək istəyirdilər, guya bu pərdə idi(hakimiyyətə gəlmək üçün).
Mənim də əlimdə dəlil var. İbn Bəzzar "Siffət əs Səfa" əsərində Şahın İmamın(ə) nəslindən olduğunu deyir.
Bir şerində də özü deyir bunu(internetən götürmüşdüm): Her Kimin Ki Çerağını Hak Yakar
Mümin Olanları Katara Çeker
Aslımız On İki İmama Çıkar
Biz Muhammed Ali Diyenlerdeniz
Bir dənə də dəlilim var: Osmanlıda Səfəvilərin qohumları yaşayırmış, onlara da Seyyid kimi müraciət edirmişlər, Ehtiramlarını saxlayırmışlar. Bunu da türk mənbələrindən oxumuşam.
Səndən xahiş edirəm bu mövzu haqqında dəlil tapsan mənim emailime olduğu kimi göndər.
Mən də əvvəl tarixçilərin dediyi kimi razılaşırdım, ona görə də mövzunu ciddiyə almamışdım. Ayətullah Müfti Şiə ilə görüşəndə ona Şahın nəslindən olduğumu bildirdim və sual verdim ki, bəziləri deyir ki o seyyiddir, bəziləri deyir bu pərdədir. Dedi ki həqiqətən seyyiddir və tarixçilərin dedikləri Onun düşmənlərinin təbliğatıdır. Mən də bura qayıdandan sonra baş vurdum internetə. Bu yaxınlarda Məşhədə gedən var idi, ona Ağaye Müftişiədən Şahın şəcərəsini gətirməyini xahiş etmişdim. Tapşırdığım adam da Höccətül İslam vəl Muslimindi. Gedib gəldi, mənə deyir ki Ağanın zəhmindən mənə nəyin tapşırıldığını bilmədim. İnşallah gərək Ağanın öz emailinə yazım, amma hər halda Sizin də yardımınıza ehtiyacım var. Bu qədər yazıya görə əziyyət verdiyimə görə Halal edin, Allah razı olsun İnşallah


Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
al-shia Tarix: Bazar ertesi, 12.05.2008, 15:14 | Mesaj # 8
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar
Quote (Almusavi)
Bəs Osmanlıda şiələrin, Səfəvidə sünnilərin kütləvi qırğını barəsində necə bir şey bilirsən?

Mən bu barədə heç nə bilmirəm.. Olsa olsa Şah İsmayılın dövründən neçə neçə sonralar olar... O ki qaldı Osmanlı dövlətinə bu barədə heç nə bilmirəm... Deyə bilmərəm... Bilirəmki o vaxtkı Osmanlı hökuməti M.Füzulinin təqaüdünü vermək istəməmişdir və o da şəhərdən köç etmək istəmişdir... Kərbəla şəhəri səhv etmirəmsə çox az qaldı Səfəvi hakimiyyətində sonralar Osmanlıya birləşdirildi.. Daha elə bir böyük faciə eşitməmişəm tarixdən.
Quote (Almusavi)
Mənim tarix müəllimimlə sporum var: Men deyirem Şah Seyyiddir, o deyir yox. Mənə mənbə gətirir ki, Səfəvilər İmam nəsli olduğunu bildirməklə özlərinə nüfuz qazandırmaq və bunun sayəsində hakimiyyətə gəlmək istəyirdilər, guya bu pərdə idi(hakimiyyətə gəlmək üçün).

Yox elə bir şey yoxdur.. Hər halda xalqa yaxşı bəllidir im seyyidir.. Hər halda o vaxt indiki vaxt kimi deyildiki onda seyyidləri nəslinə görə yaxşı tanıyardılar.
O ki, qaldı müəlliminin dediyinə indi mən sənə sadəcə təzə bir abituriyentlər üçü haazırlanmış tarix kitabından sitat getirəcəm. TQDK-2006-cı il. TArix:
Rəvayətə görə, Şeyx Səfiəddin imam Əlinin və Məhəmməd peyğəmbərin qızı Fatimənin törəməsi idi. (Tarix XI Fəsil, Azərbaycan XVI-XVII əsrin birinci yarısında - səhifə 187)
Hmaısını yaza bilmərəm hər halda oxuyarsan inşallah. Hər halda müəllim Azərbaycanın yazılmış tarixinə təhrif deməzki məhz bu tarixə.. Hər halda bu etirafdır ki, yəqin orta məktəblər də bu öyrədilir.

Добавлено (12.05.2008, 15:14)
---------------------------------------------

Quote (Almusavi)
Mənim də əlimdə dəlil var. İbn Bəzzar "Siffət əs Səfa" əsərində Şahın İmamın(ə) nəslindən olduğunu deyir.

Onu oxumamışam.

Quote (Almusavi)
Bir şerində də özü deyir bunu(internetən götürmüşdüm): Her Kimin Ki Çerağını Hak YakarMümin Olanları Katara ÇekerAslımız On İki İmama ÇıkarBiz Muhammed Ali Diyenlerdeniz

Bax bu dəlil ola bilməz müəllim üçün.. Deyəcək özü deyib.

Quote (Almusavi)
Bir dənə də dəlilim var: Osmanlıda Səfəvilərin qohumları yaşayırmış, onlara da Seyyid kimi müraciət edirmişlər, Ehtiramlarını saxlayırmışlar. Bunu da türk mənbələrindən oxumuşam.

Bax bu mənbə etibarlı ola bilər.. Nəzərə alsaq ki, Osmanlı sünnü dövləti idi.

İnşallah çalışaram tarixi aztarım.. Əsil mənbələri tapım.. hələlik


 
411 Tarix: Bazar ertesi, 12.05.2008, 15:21 | Mesaj # 9
Polkovnik
Qrup: Forum baş moder
Mesajlar: 209
Tərif: 8
Status: Xetden kenar
Qonaq, beli iran iraq muharibesinde shehid olanlarin birinin anasindan sorushublar ve o deyib menim oglum her gun Ziyareti Ashura Duasi oxuyurdu ve goz yashlarini ustune surturdu.

Live like Muhammed(s.a.a.s), fight like Ali(a), die like Hussein(a).
 
Almusavi Tarix: Bazar ertesi, 12.05.2008, 15:32 | Mesaj # 10
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar
Şeri də ona görə dəlil gətirirəm ki, Həm də şair idi, belə bir qəhrəman necə ola bilər ki əslini dandı, onsuz da Şah idi, şöhrəti var idi, əgər saxta olsa idi öz Seyyidliyindən danışmazdı, çünki Seyyid olub-olmaması onun nüfuzuna heç bir xələl gətirməzdi. Və bu mövzudan biganə keçərdi, onsuz da xalq içində kifayət qədər şöhrəti vardı.

Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
Asiye Tarix: Çerşenbe axşamı, 20.05.2008, 19:18 | Mesaj # 11
Mayor
Qrup: VIP
Mesajlar: 149
Tərif: 12
Status: Xetden kenar
Şah İsmail haqqında Azerbaycan alimlerinden S.Mümtaz, H.Araslı, M.Guluzade, E.Memmedov, O.Efendiyev ve M. Abbaslının araşdırmaları var.
Mence, bu menbelerden de melumat toplamaq olar...

Добавлено (20.05.2008, 19:18)
---------------------------------------------
Getme sen eşqin ki, bir genc-i nihân elden geder,
Bil ki sen getsen yanımdan tende cân elden geder.
Qâyib oldu gül yüzün çeşminden, ey rûh-i revan,
Qorxaram ki, sünbül-i enberefşân elden geder.
Candan oldum, ey periveş, möhnetinden tanrıçun,
Qıl terehhüm ki, bu cism-i nâtevân elden geder.
Ahim odundan kim oldu yer ü göy zîr ü zeber,
Ehtiyat et ki, zemîn ü âsimân elden geder.
Men yaman etsem nece, sen yaxşılıq qıl, ey eziz,
Nesne qalmaz dünyade, yaxşı yaman elden geder.
Basmadın heryere kim bir dem qedem tutmaz qerar,
Mesken eyle, çün müşerrefdir mekân elden geder.
Bu Xetâî, ey senem, bir dem cemâlin görmese,
Tâqet etmez de kim ol rûh-i revân elden geder.


Ana rahminden geldik pazara,
Bir kefen aldik donduk mezara.
 
Almusavi Tarix: Çerşenbe axşamı, 20.05.2008, 23:37 | Mesaj # 12
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar
Asiye, Bu mənbələrin adıyla tanışam, amma oxumamışam. İnanmıram ki həqiqəti göstərərlər.

Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
Almusavi Tarix: Çerşenbe, 21.05.2008, 00:13 | Mesaj # 13
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar
LOKBATAN, tarixi bilib danışmaq lazımdır, əgər bilmirsənsə susmağın ibadətdi

Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
Almusavi Tarix: Çerşenbe, 21.05.2008, 01:05 | Mesaj # 14
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar
LOKBATAN, sən neçənci sinifdə oxuyursan??? Mən o tarixə inanmıram. Sənin oxuduğun tarix şahın türk olduğunu bildirir, amma həqiqətdə isə o seyiddir, yəni Peyğəmbər nəslindəndir. Bunları burda yox mini çatda müzakirə edək

Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
Asiye Tarix: Çerşenbe, 21.05.2008, 12:24 | Mesaj # 15
Mayor
Qrup: VIP
Mesajlar: 149
Tərif: 12
Status: Xetden kenar
"O kesler ki, sozu( oyud nesiheti) dinleyib onun en gozeline(duzgunune) uyarlar , onlar Allahin dogru yola yoneltdiyi kimselerdir.Agil sahibleri de ele onlardir."Zumer 18

Quote (Almusavi)
Asiye, Bu mənbələrin adıyla tanışam, amma oxumamışam. İnanmıram ki həqiqəti göstərərlər.

Adlarini chekdiyim alimler sovet dovrunde yashamaqlarina baxmayaraq erebi farsi mukemmel bilibler ve esasli menbelere esaslanib yaziblar,Onlarin shexsi fikirlerini chixmaq shertile hemin menbelerden heqiqeti tapmaq olar.
P.S.Meselen, men ozum yalniz ve yalniz ehli sunne menbelerini oxuyuram ve shie eqidesinin ne qeder haqq ve dogru oldugunu her oxudgum sunni menbesinde bir daha keshf edirem..
[b]Lokbatan

Shah Ismayil Xetayinin yaratdigi Sefeviler dovleti Azerbaycan tarixinde gelib kechmish en guclu dovletdi.Onun kimi ikinci bir tarixi shexsiyyat yoxdur bir hokmdar kimi.O, Azerbaycan turkcesini dovlet dili elan edib.Bir shair mutefekkir kimi de iz qoyub edebiyyat tarixinde.Genish yazmayacam edebiyyata hansi yenilikleri getirdiyi haqqinda
.O dovrki serhedlerimize baxsaniz onun ne qeder qudretli hokmdar oldugunu gormekde chetinlik chekmezsiz.Qaldi ki chaldiran doyusune, her bir dovlet oz maraqlarini mudafie edir.Bu gun de bizim qardash dediyimiz dovletlerle maragimiz toqqushsa(siyasi iqtisadi maraqlar) her kes oz maragini mudafie edecek.[/b]


Ana rahminden geldik pazara,
Bir kefen aldik donduk mezara.
 
Almusavi Tarix: Cüme axşamı, 22.05.2008, 22:35 | Mesaj # 16
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar
LOKBATAN, Türk Seyyid ola bilməz, çünki Seyyid Ərəbdir. Peyğəmbər(s) nəslindəndir, Peyğəmbər(s) nəslindən olan da türk ola bilməz, çünki Peyğəmbər(s) ərəb idi.
Qılınc müsəlmanı sovet sözüdür, onu sən, mən, biz dəyişməliyik doğru tarixi sübut etməklə. Hamımız bilirik ki, islam dinc yolla yayılırdı.
Əgər belə olmasa idi cizyə alınmazdı müsəlman(və kitab əhli olmayanlardan) olmayanlardan.


Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
Asiye Tarix: Cüme, 30.05.2008, 11:43 | Mesaj # 17
Mayor
Qrup: VIP
Mesajlar: 149
Tərif: 12
Status: Xetden kenar
Daima fikrimde, ya Mehemmed ,ya Eli,
Konlumun evinde shukrun,ya Mehemmed,ya Eli.
Taniyammaz ozu ozun seni yaxin bilmeyen
Alemin ayinesisen ,ya Mehemmed,ya Eli
----------- (S.I.Xetai)
Xetaiyem al atliyam
Sozu shekerden tatliyam
Murteza Eli zatliyam
Qaziler , deyen shah menem.
-------------------------- (S.I.Xetai)
Imamimdir menim ol shahi -merdan,
Bu gun nesli-Eli divani geldim.
----------------------------(S.I.Xetai)


Ana rahminden geldik pazara,
Bir kefen aldik donduk mezara.
 
411 Tarix: Cüme, 30.05.2008, 13:04 | Mesaj # 18
Polkovnik
Qrup: Forum baş moder
Mesajlar: 209
Tərif: 8
Status: Xetden kenar
Asiye, good

Live like Muhammed(s.a.a.s), fight like Ali(a), die like Hussein(a).
 
al-shia Tarix: Cüme, 30.05.2008, 14:18 | Mesaj # 19
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar
Quote (Almusavi)
Sənin oxuduğun tarix şahın türk olduğunu bildirir, amma həqiqətdə isə o seyiddir, yəni Peyğəmbər nəslindəndir.

Almusavi qardaş axı Nəsimi də türk olub həm də seyyid. Ola bilər Xətai də belə olsun, hər halda bir tərəfi türk bir tərəfi də seyyid nəslindən ola bilməz?


 
Almusavi Tarix: Cüme, 30.05.2008, 15:47 | Mesaj # 20
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar
[b]al-shia, Onu düz deyirsən, amma onlar atasını türk deyillər və ona görə də onu türk adlandırırlar, Mənim iki tərəfim də Seyyiddir, amma məni çoxu talış kimi tanıyır. [/b]

Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
Seriy-volk Tarix: Bazar ertesi, 02.06.2008, 12:12 | Mesaj # 21
İstifadeçi
Qrup: İstifadeçi
Mesajlar: 8
Tərif: 0
Status: Xetden kenar
Quote (Almusavi)
al-shia, Onu düz deyirsən, amma onlar atasını türk deyillər və ona görə də onu türk adlandırırlar, Mənim iki tərəfim də Seyyiddir, amma məni çoxu talış kimi tanıyır.

salam aleykum qardash.
evvela onu deyim ki xalis millet ve ya xalis dil yoxdur Yer uzunde.amma basqa milletlerden ferqli olaraq bizde bir "-"xususiyyet var .kimnen ne almishiq,hansi sozu kimnen goturmushuk gerek hamisini qeyd edek.amma o aldiqlarimiz bize mufte basha gelmeyib,qanimiz bahasina qazanmishiq elde etdiklerimizi.eger erebden hansisa soz kechibse dilime o sozun men haqqini vermishem artiq... cunki erebin ishgali altinda olmusham,ona vergisini vermishem ,butun milletlere de nese vermiseh,medeniyyetimnen,dilimnen,abidelerimnen..amma mufte....ola biler movzudankenara cixiram,amma bunlari fikrimi esaslandirmaq ucun yaziram
Turkiyede de seyyid var,ve diger turk olkelerinde ,Azerbaycan da hemcinin
biz bilirik ki cedd babalari erebe dayanir seyyidlerin.yeni peygember nesline.amma bu o demek deyil ki sen pasportuna ereb yazdirmalisan.deyirsen seyyidem amma talish kimi taninirsan.bele de olmalidir qardas.eyni movqeden cixish etsek Nesimi de turkdur,Xetai de,Seyyid Ezim Shirvani de turkdur ve basqalari.
bir seyi de qeyd edim ki umumiyyetle xalqin irelide gedenler,tarixde iz qoyan shexsiyyetleri siz dediyiniz yonden arashdirmag bize divident getirmir.filankesin anasi gurcu olub,filankesin nenesi kurd olub ve s ve i.Butun milletlerde beledir,meselen ruslarin 19cu esrden Pushkini varsa onun milliyyetce rusa hec bir aidiyyati yoxdur.bu gun de butun milletlerin en meshur shexsiyyetlerini arashdirsaq onun genetikasinda qeyri milletlerden biri tapilacaq.Amma teessuf ki bizim milletden basqa bu cur arashdirmalari hec bir millet etmir.


Canimi uzmekdedir sonsuz keder,bilmem necin..
Kirpiyimden qan sizar shamu-seher, bilmem necin..
 
Almusavi Tarix: Bazar ertesi, 02.06.2008, 20:55 | Mesaj # 22
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar
[b]Seriy-volk, düz deyirsən, Mən Pakistannı, Hindistannı Seyyidlər də tanıyıram, O ölkələr onların vətənidir
o cümlədən də sənin dediklərin, amma bu heçdə onların türk, hind və s. olmaları demək deyil, sadəcə olaraq Türkiyə, Hindistan və s. vətəndaşlarıdırlar, zahirən sən deyən görsənir.Allah razı olsun İnşallah[/b]


Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
Seriy-volk Tarix: Şenbe, 07.06.2008, 22:37 | Mesaj # 23
İstifadeçi
Qrup: İstifadeçi
Mesajlar: 8
Tərif: 0
Status: Xetden kenar
Almusavi, qardash movqeyini basha dushmedim.sen menimle ya razilashirsan,ya da razilashmirsan.
bir sual verim,pasportunda ereb yazilib senin ya talish?
nece yazilmagi sene xos olardi?sen ozunu hansi milletden hiss edirsen?talis ya ereb?
sobhet hansi olke vetendasligindan getmir,milliyyetden gedir.


Canimi uzmekdedir sonsuz keder,bilmem necin..
Kirpiyimden qan sizar shamu-seher, bilmem necin..
 
Asiye Tarix: Bazar ertesi, 09.06.2008, 16:28 | Mesaj # 24
Mayor
Qrup: VIP
Mesajlar: 149
Tərif: 12
Status: Xetden kenar
Eğer tarikattan haber sorarsan
Murtaza Ali'dir pirimiz bizim
Göregeldiğimiz süre gideriz
Kırklardan ayrılmış sürümüz bizim

Biz kamiliz kamile kem bakmayız
Rıza kapısından taşra çıkmayız
Cennet cehennem korkusun çekmeyiz
Burda sorulmuştur sorumuz bizim

Şükür olsun gerçeklere baş koştuk
Çiy yerimiz yoktur kürrede piştik
Yol kadim farzdır sünnetten geçtik
O can gediğidir yerimiz bizim

Kazancımız meydana götürürüz
Eksiğimiz varısa bitirirüz
Aşna meşrep evinde otururuz
Bine sayılmıştır ölümüz bizim

Derviş Hatayi der gerçek erenler
Anda pişman olur bunda yerenler
Bin kana bir mürvet dedik erenler
Gerçek erenlere Dârımız bizim


Ana rahminden geldik pazara,
Bir kefen aldik donduk mezara.
 
MESHHEDI_MUQEDDES Tarix: Bazar ertesi, 09.06.2008, 21:02 | Mesaj # 25
Mayor
Qrup: Nezaretçi
Mesajlar: 97
Tərif: 5
Status: Xetden kenar
Onu deye bilerem ki,men naghil oxumaq isteyende gedib bizim tarix kitablarini oxuyuram.vallah naghildan da yaxshidir

HER BAXAN GÖRMÜR!!!
 
Almusavi Tarix: Çerşenbe, 11.06.2008, 19:37 | Mesaj # 26
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar
[b]Seriy-volk, yox əzizim heç biri yazilmayib, qaldi ki sen de menim yerimde olsaydin erebi seçerdin, bir de men sene yazmışdım axı zahiren seninle razıyam[/b]

Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
al-shia Tarix: Bazar, 06.07.2008, 19:09 | Mesaj # 27
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar
Şah İsmayıl Xətai 1487-ci il iyulun 17-də Ərdəbil şəhərində kökü tarixin çox-çox uzaq çağlarına gedib çıxan nüfuzlu Azərbaycanlı zadəgan (bəzi ədəbiyyatlarda səhvən kürd mənşəli kimidə göstərilir) ailəsində anadan olmuşdur. O, ata tərəfdən Şeyx Səfiəddinin nəslindən idi. Şah İsmayılın atası Şeyx Heydər, babası Şeyx Cüneyd olmuşdu. Şah İsmayıl ana tərəfdən də dövrünün hakim və köklü bir ailəsinə mənsub idi. Onun anası Aləmşah bəyim Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı, Sultan Yəqubun bacısı idi.

Şeyx Heydər döyüşlərin birində xəyanətlə öldürüldükdən sonra (1488), İsmayıl anası və qardaşları - Sultanəli və İbrahim ilə birlikdə İstəxrdə (Şiraz) həbsdə saxlanılır. Onda İsmayılın hələ iki yaşı tamam olmamışdı. Bir müddətdən sonra Rüstəm Mirzə qardaşlardan istifadə etmək məqsədilə onları həbsdən azad edir. Lakin döyüş zamanı İsmayılın böyük qardaşı Sultan Əlinin və «qızılbaşlar»ın necə şücaət göstərdiyini görüb qorxuya düşür, özünü və sülaləsini gələcək təhlükələrdən qurtarmaq üçün Şeyx Cüneyd nəslinə son qoymaq qərarına gəlir. O, Şeyx Sultanəlinin üzərinə qoşun göndərib onu öldürtdürür. Ölümündən öncə Şeyx Sultanəli İsmayılı özünün vərəsəsi təyin edərək Ərdəbilə göndərdi. «Qızılbaşlar» İsmayılın axtarıldığını görüb onu bir müddət Ərdəbildə daha sonra Rəştdə gizlədirlər.

Sonra onu Lahicana, Gilan hakimi Mirzə Əlinin sarayına gətirirlər. Gilana gələndə İsmayıl yeddi yaşında olur. Burada o, Həsən xanın himayəsi altında Lələ Hüseyn tərəfindən tərbiyə olunur. İsmayıl təqribən 6 il burada qalaraq, tanınmış əmir və alimlərin rəhbərliyi altında özünün dini, dünyəvi və hərbi təlimlərini davam etdirir.

Şah İsmayıl Xətai13 yaşında İsmayıl artıq müstəqil şəkildə siyasi və fəaliyyətə başlayır. 1499-cu ilin avqust ayında İsmayıl özünün yaxın tərbiyəçisi və məsləhətçisi olan bir neçə qızılbaş tayfa başçısı ilə birlikdə qoşun toplamaq üçün Ərdəbilə yollandı. O, 1500-cü ilin yazında Şamlı və Rumlu tayfalarından, habelə Qaradağ və Talış əhalisindən ona qoşulmuş 2 minə yaxın qızılbaşla Qarabağ, Çuxursəd, Şuragil, Kağızman, Tircan yolu ilə Ərzincana gəldi. Burada qızılbaş tayfalarından, habelə Qaradağ sufilərindən təqribən 7 min tərəfdar toplayaraq 1500-cü ilin axırlarında Şirvana hücum etdi və Şirvanşah qoşunlarını məğlubiyyətə uğratdı. Döyüşdə Şirvanşah Fərrux Yasar öldürüldü. 1501-ci ilin payızında Təbrizə daxil olan Ismayıl özünü şah elan etdi. Bununla da paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyuldu.

I Şah İsmayılın tabe olmaq təklifini rədd edən Ağqoyunlu hökmdarı Muradla 1503-cü il iyunun 21-də Həmədan yaxınlığında döyüş də qızılbaşların qələbəsi ilə nəticələndi. Sonrakı illərdə Şah İsmayıl bütün İranı, Xorasanı, İraqi-ərəbi Səfəvilər dövlətinə qatdı.Onun dövründə Səfəvilər dövləti Yaxın Şərqin qüdrətli dövlətlərindən birinə çevrldi. 1514-cü ildə sultan I Səlimin (1512-20) başçılıq etdiyi Osmanlı ordusu ilə Çaldıran düzündə baş vermiş döyüşdə qızılbaşlar məğlubiyyətə uğradılar.

Sonrakı illərdə Şah İsmayıl Şəki hakimliyini, Şirvanşahları, gürcü çarlarını Səfəvilərdən asılı vəziyyətə saldı. O, Şəkiyə növbəti səfərdən Ərdəbilə qayıdarkən vəfat etdi. Yerinə oğlu I Təhmasib keçdi.

Onun ölümü ilə bağlı qaynaqlarda belə bir qeyd vardır ki, Şah İsmayıl ölümündən bir qədər əvvəl ova çıxır. Şahdağda öz adamları ilə cərgə ovu təşkil edir. Ov şənliyi qurtarar-qurtarmaz o, ağır şəkildə xəstələnir və dərhal Ərdəbilə qayıdır. Burada da onun halı yaxşılaşmır. Tələsik Təbrizə yola düşürlər. Yolda Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər ağırlaşır ki, düşərgə salmalı olurlar. Həkimlərin müalicəsi bir fayda vermir. Hökmdar şair 1524-cü ildə mayın 23-də vəfat edir. Cəsədini Ərdəbilə gətirib Şeyx Səfi türbəsinin yanında dəfn edirlər.

Şah İsmayıl Xətai 38 yaşında, həyatının, yaradıcılığının, arzularının ən qaynar bir çağında dünyadan köçür, lakin qısa ömrü müddətində gördüyü işlər ona ölməzlik qazandırmış, onu Azərbaycan xalqının siyasi və mədəni tarixinin ən parlaq səhifələrindən birinin yaradıcısı kimi tanıtdırmışdır. Şah İsmayılın yüksək hərbi istedadı haqqında K. Marks yazmışdır: «Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmişdi»


 
Almusavi Tarix: Çerşenbe, 09.07.2008, 07:05 | Mesaj # 28
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar
Bismillah.
al-shia, Allah köməyin olsun. Dəyərli məlumatlardır, qısa da olsa.


Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
al-shia Tarix: Çerşenbe, 09.07.2008, 12:08 | Mesaj # 29
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar
Quote (Almusavi)
Bismillah.al-shia, Allah köməyin olsun. Dəyərli məlumatlardır, qısa da olsa.

Bismillah. Bahəm inşallah. Qısa yazdım ki, hamı oxuya bilsin. Yavaş yavaş inşallah
***

Şah İsmayıl şəxsiyyəti, tarixdəki yeri

Şah İsmayıl çox nadir dühaya malik bir şəxsiyyət olub. O, hələ uşaq yaşlarından idman oyunlarına, cıdır yarışlarına böyük həvəs göstərir, tez-tez ova gedirdi. Sərkərdəliyi dövründə o bir neçə zorxana açdırmışdı ki, burada bayram şənlikləri düzənlənər və pəhləvanlar öz güclərini sınayardılar. Şah İsmayıl həm də rəssamlıq və xəttatlıq bacarığı ilə də seçilir, kitab oxumağı çox sevirdi. Uzun Həsənin Təbrizdə yaratdığı məşhur kitabxananın nəzdində o, yeni tipli geniş bir kitabxana açdırmışdı ki, buradan nəinki öz ölkəsinin əhalisi və alimləri, hətta qonşu ölkələrin alimləri də istifadə edirdilər. Bütün müsbət keyfiyyətlər bu böyük şəxsiyyətdə toplanmışdı. Şah İsmayıl bütün bunlarla yanaşı gözəl səsə də malik idi. Bərbəd adlanan alətdə gözəl çalır və oxuyurdu. O, uşaq yaşlarından şer yazmağa başlamışdı. Şerlərini elə aydın və nəsihətamiz tərzdə yazırdı ki, onu oxuyan hər bir kəs, hətta əhalinin ən savadsız təbəqəsi belə bu şerləri oxuduqda nəsə öyrənir, özü üçün nəticə çıxarırdı.

Şah İsmayıl dinə bağlı bir insan idi. Lakin bu xüsusiyyət ona reallığı olduğu kimi qəbul etməyə mane olmurdu. Şah İsmayıl heç vaxt tamahkar olmamış, nəfsi ucundan səhvlərə yol verməmişdi və şəxsiyyətini, ləyaqətini hər şeydən uca tutmuşdu. O, insanlığa, gözəlliyə böyük qiymət verir və hər şeydə gözəllik axtarmağa çalışırdı. Şah İsmayıl az həyat sürməsinə baxmayaraq yalnız xeyirxah işlər görməyə can atmış, şərdən, pis əməllərdən uzaq bir insan olmuşdu.

Şah İsmayıl həm də məğrur, azad fikirli, öz qüdrətinə inanan bir sərkərdə, həqiqət yolundan zərrə qədər kənara çıxmayan nəcib insan idi.

Şah İsmayıl həmişə xalqının rifahı üçün çalışıb, qurduğu qüdrətli dövlətin daim çiçəklənməsi üçün əlindən gələni əsirgəməyib. Daima xalqın arasında olub və xalqının dərd-sərinə şərik olub. Hətta rəvayətə görə, Şah İsmayıl dərviş paltarı geyinib məmləkəti gəzib dolaşar və xalqın dərd-səri ilə maraqlanarmış.

O, uşaq yaşlarından sərkərdəlik etməsinə baxmayaraq, dərin düşüncə qabiliyyətinə, sərkərdəlik bacarığına malik idi. Tərəfdarlarına qarşı həmişə sədaqətli olmuşdu və dönüklüyə nifrət edirdi. Bu xüsusiyyətinə görə də tərəfdarları ona dərin hörmət bəsləyir və inanırdılar.

Hər bir addımında diqqətli, ehtiyatlı olan Şah İsmayıl ağıllı məsləhətlərə də qulaq asır, əqidə, məslək yolunda sədaqətlə hərəkət edirdi. Döyüşə nikbin əhval-ruhiyyə ilə gedərdi. O, böyüklə-böyük, kiçiklə-kiçik olmağı bacarırdı.

Şah İsmayılın apardığı müharibələr onun vahid Azərbaycan dövləti yaratmaq arzu və istəyindən irəli gəlirdi. O, Azərbaycan dilini dövlət və şer dilinə çevirmiş, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafı üçün ölçüyəgəlməz dərəcədə bölük işlər görmüşdür.

Həyatının ilk anlarından daima təhlükə də olmuşdur. Hələ altı yaşı olanda müridlər tərəfindən qaçırılmasaydı öldürüləcəkdi. Lahicanda olduğu müddətdə də daim onu təhlükə gözləyirdi, altı il gizlin yaşadı. On iki yaşında Talış Məhəmməd bəyin əlindən çətinliklə də olsa qaça bildi.

Ələ keçməməklə özünə yandaş toplayabilmək üçün minlərcə kilometr yol qət etmişdir, ayrı-ayrı iqlimlərə, huyunu-suyunu bilmədiyi tayfalar arasına girir, qarşılaşdığı hər kəsi inandırıb yanına la bilirdi. Anadoludan da minlərcə, on minlərcə insan ayaqyalın bu gənc adam üçün yollara düşürdü. Bu yollara düşməkdə türk inancından əlavə uşaq Şahın kimliyi böyük rol oynamışdır. Osmanlıda axtardığını tapmayan Anadolu xalqı, xüsusilə Ərzican, Sivas, Karaman Türkmənləri şaha doğru yola çıxdılar. Bu gediş illərcə davam etdikcə Sultan Yavuza verilen bir dilekçedə "Budur bir zaman gəldi ki, Rum ölkəsinin xalqının çoxu Ərdəbilli olub kafirə döndü." deyiləcəkdi.

Xoca Sadeddin, bu köçü Ol taifenin kalanı dahi terk-i diyar etmek istediler. Ölüsü, dirisine yüklenip cümlesi çıkup gitmek istediler. deyə izzah edir.

Şübhəsiz bu gedişi, Anadoluda kimsəsiz qalan türkün orada önəm və təhlükəsizlik qazanma istəyinə bağlayanlar da vardır. Ömründe ve diyarında kendüye adem dinmeyen bikarlar tuman (tümen) beyleri olup hadden ziyade itibar buldular. İşiten çıktı gitti. Yerinden ayrılup yurdunu terk idüp çiftin çubuğun dağıttı.

Osmanlı və Dulkadrlı maneləri bu yürüşü dayandıra bilmirdi. Həcc yerinə Ərdəbili ziyarət edənlər, Biz diriye varırız, ölüye değil." deyirlərdi. Bu fikri Aşıq Paşazadə, bir söylənti kimi axtarır.

Sözssüz ki, bu hissə-hissə axının sonunda duran şəxs elə-belə, sıravi bir şəxs deyildi. Öz dövrünə görə mükəmməl təhsil görmüş birisi idi. Bu yaşda ən qanlı boğuşmaların içinə girib çıxmışdır. Çox gözəl bir döyüşçü və ovçüdur. 1500-ci ildə Tercan-Sarıqayasında bir mağarada yaşayan ve insanlara hücum edən ayını oxla vurub öldürə biləcək qədər qüvvətli və cəsarətlidir.

Azərbaycanda Xətai irsinin öyrənilməsi sovet hakimiyyəti illərindən başlanmışdır. Azərbaycanın tarixçi və ədəbiyyatşünas alimlərindən S. Mümtaz, H. Araslı, M. Quluzadə, Ə. Məmmədov, O. Əfəndiyev, M. Abbaslı kimi mütəxəssislərin bu yöndə apardıqları araşdırmalar və yürütdükləri mülahizələr xüsusilə diqqəti cəlb edir.


 
Almusavi Tarix: Şenbe, 12.07.2008, 03:10 | Mesaj # 30
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar
Bismillah.
Səfəvi sülaləsinin mənşəyi haqqında

Səfəvi sülaləsinin mənşəyi haqqında mübahisələr heç də son zamanlar meydana gəlməmişdir.

Bu barədə yeganə tarixi mənbə İsmail bin Bəzzarın "Siffət əs-səfa" ("Saflığın saflığı") əsəri hesab olunur. Bu əsərə görə Səfəvi mənşəyi 7-ci şiə imamı Musa Kazıma çatır. Başqa sözlə bu əsərə görə Səfəvilər mənşəcə ərəbdirlər. Lakin əksər tədqiqatçılar (məs. Əhməd Kəsrəvi Təbrizi, V.V.Bartold) bu barədə belə fikirləri vardır ki, Səfəvilərin əcdadlar heç də seyidlər (Məhəmməd peyğəmbərin nəsli) nəslindən deyildir. Sadəcə olaraq səfəvi tarixşunasları Səfəvi nəslinin mötəbərliyini göstərmək üçün nəsil şəcərəsi sonradan uydurulmuş və ibn-Bəzzarın əsərinin mətninə daxil edilmişdir.
Səfəvilərin kürd mənşəli olması barədə
Bu barədə Zəki Vəlidi Toqanın fikirləri olduqca maraqlıdır. Toqay əksər tədqiqatçıların uydurma hesab etdikləri "Səffat əs-səfa"dan kürd qoşunlarının Azərbaycana gəlməsi haqda rəvayətə əsaslanaraq bunu 1025-ci ildə Rəvvadilərin Azərbaycanı tutması ilə əlaqələndirir. Şeyx Səfinin əcdadları olan Şeyx Zahidin əcdadlarıda "Rəvvadilırin hərbi əməliyyatları zamanı Gilan və Ərdəbilə gəlmiş, Muğan və Araz vilayətlərində İslamı yaymışlar". Onun fikrincə "Ərdəbil kürd şeyxinin" nəsli "tamamilə türkləşmişdir". Onun fikrincə I Şah İsmayıl və I Şah Təhmasib öz kürd mənşəyini tarixdən silmək üçün əlindən gələni etmişdir.
Səfəvilərin fars mənşəli olması barədə
İran tarixçiləri Şah İsmayılı türk hökmdarı kimi deyil, xüsusi şərait ucbatından türkcə danışmağa və şerlər yazmağa "məcbur olan" iranlı kimi qəbul edir. Onların fikrincə - "İran türkləri türkmən və tatar irqinin məhsuludur. Azərbaycan tatarları türkcə danışsalarda felən iranlıdırlar, onlar saf iranlıların mənşəcə türkmən, yaxud tatar irqi ilə qarışığını təşkil edirlər."
Səfəvilərin türk mənşəli olması barədə
Əksər qeyri-türk tədqiqatçılar "Səffat əs-səfa" əsərində Şeyx Səfiəddinin etnik mənsubiyyəti haqdakı məlumatların üzərində sükutla keçirlər.

Bu əsərdə dəfələrlə Şeyx Səfinin səfərləri zamanı ona "pir-i türk" ("türkün piri") deyilməsi göstərilir. Həmçinin Şirazda (fars torpağı) müridlər ona bu cür müraciət edərmişlər. Hekayədə belə bir məqam diqqətə layiqdir: "Yüksək mənsəb sahibi olan və bütün Farsda cəsarəti ilə tanınan əmir Abdulla" (Səfiyə müraciətlə) dedi: "Ey türkün piri..."

Mövlanə Əhməd və Mövlanə İbrahim Təbrizi Sərevi qeyd edirdilər ki, "(biz) Ərdəbilə gəldik. Şeyxin yanında (evində), qoy (Allah) onun ruhunu əziz tutsun, bizə qara çörək və su gətirdilər. Qəflətən bir neçə türk daxil oldu. Onlara ağ çörək və bal gətirdilər". Bu hekayə türklərin Şeyx Səfinin evində üstünlük verildiyini göstərir.

Təvəkkül ibn Bəzzar həmçinin Şeyxin "türk kəndində" ("dəh-i türk") olmasından yazması Ərdəbil ərazisində türk əhalisinə işarədir.


Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
Forum » FORUM-TEKST » AZERBAYCAN » Şah İsmayıl Xətai (Mən Şiə tarixçilərlə razıyam O, Seyiddir. Siz razısınız?)
Страница 1 из 11
Поиск: