Cüme, 29.03.2024, 18:33
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    DUALAR-Heftenin günlerinin zikri ve duası

    Həftənin günlərinin zikri

     

     

      BAZAR ERTӘSİ GÜNÜN ZİKRİ: YA QAZİYӘL-HACAT! (100 DӘFӘ) GÜNÜN DUASI: Rəhman və Rəhim Allahın adı ilә. Hәmd yalnız o Allaha mәxsusdur ki, yer vә göyü yaradarkәn heç kimi şahid tutmadı. Vә (ruhları vә bütün canlıları) yaradarkәn, özünə kömәkçi götürmәdi. İlahiyyәtindә şәrik qoşulmadı vә vәhdaniyyәtindә bir kәsә ehtiyacı olmadı. Dillәr Onu sonadәk vәsf etmәyə, ağıllar isә Onun barәsindә tam mә'rifәt kәsb etmәyə acizdirlər. Zalımlar Onun heybәti müqabilindә xar, böyük şәxsiyyәtlәr Onun xәşyәti qarşısında kiçik, üzlәr isә Onun әzәmәti müqabilindә ram vә zәlildir. Belә isә ardıcıl, әbәdi vә kamil hәmd Sәnә mәxsusdur. Onun әbәdi tәhiyyәti vә daimi salamı Rәsulu Məhәmmәdә olsun! İlahi! Bu günümün әvvәlini sәlah (yaxşı), ortasını fәlah (qurtuluş), sonunu isә asanlıq qәrar ver! Sәnә әvvәli qorxu, ortası sәbirsizlik, sonu isә dәrd-bәla, әzab-әziyyәt vә çәtinlik olan gündәn pәnah aparıram. İlahi! Sәnin dәrgahına etdiyim vә daha sonra vәfalı qalmadığım bütün nәzir, vә'd və әhdlәrdәn tövbә edirәm. Sәnin bәndәlәrinin mәnim üzәrimdә olan haqlarını ödәmәk üçün Sәndәn kömәk istәyirәm. Sәnin bәndәlәrinin hәr birinin mәnim üzәrimdә haqqı olmuş olsa, onun özü, namusu, mal-dövlәti әhli-әyalı və övladı barәsindә ona zülm etmiş olsam, yaxud onun qeybәtini etmiş olsam, vә ya öz meylim, nәfsim, tәkәbbür, xudbinlik, hәsәd, riya vә әsәbilәşmәk üzündәn onu çәtinliyә salmış olsam, hal-hazırda hazır ya qaib, diri vә ya ölmüş olsa, әlim onun haqqını özünә qaytarmağa aciz olsa vә ondan halallıq ala bilmәsәm, (bu işlәri mәnim әvәzimdәn tә'min edәsәn) onda Sәndәn istәyirәm, ey insanların hacәt vә istәklәrinә malik olan Allah! Bu hacәtlәr Sәnin mәşiyyәt vә istәyinlә rәva olunur vә Sәnin iradәnlә sür'әtlә yerinә yetirilir. (Sәndәn) istәyirәm ki, Məhәmmәd vә onun Əhli-beytinә salavat göndәrib, onu mәndәn Özün istәdiyin tәrzdә razı salasan vә Öz dәrgahında olan rәhmәtdәn bәxş edәsәn. Hәqiqәtәn, bağışlamaq Sәnin fәzlini azaltmaz vә ne'mәt әta etmәyin Sәnә zәrәr yetirmәz. Ey rәhm edәnlәrin rәhmlisi! İlahi! Mәnә bütün bu günlәrdә iki ne`mәt ver; Əvvәlindә Sәnin itaәtindә olmaqla, sәadәt vә bağışlamaqla әta etdiyin ne'mәt. Ey (Rәbbim) vә ey o kәs ki, Sәndәn başqası günahları bağışlamaz!
      ÇӘRŞӘNBӘ AXŞAMI GÜNÜN ZİKRİ: YA ӘRHӘMӘR-RAHİMİN! (100 DӘFӘ) GÜNÜN DUASI: Rəhman və Rəhim Allahın adı ilә. Hәmd olsun Allaha, hәmd Onun haqqıdır. Ona, layiq olduğu tәrzdә çoxlu hәmd edirәm. Allaha nәfsimin şәrindәn pәnah aparıb, Ona sığınıram. Çünki, hәqiqәtәn nәfs, Rәbbinin rәhm etdiyi şәxslәrdәn başqa insanları pisliklәrә sürüklәyir. Pәnah aparıram Allaha, şeytanın şәrindәn, o şeytan ki, mәnim günahımın üstünə günah artırır. Hәr günahkar zalım, zülmkar hakim vә güclü düşmәnimdәn Allaha pәnah aparıram. İlahi! Mәni öz qoşunundan qәrar ver! Çünki hәqiqәtәn, yalnız Sәnin qoşunun qalibdir. Mәni Öz dəstəndәn qәrar ver, çünki hәqiqәtәn, yalnız sәnin dəstən nicat tapanlardır. Mәni öz dostlarından qәrar ver, çünki hәqiqәtәn, Sәnin dostların üçün heç bir qorxu yoxdur vә onlar qәm-qüssә görmәzlәr. Pәrvәrdigara! Mәnim dinimi islah et, çünki, o (dinim) işlәrimin ismәtidir. Axirәtimi dә islah et, çünki, o әbәdi qәrargah evim, alçaq insanlarla qonşuluqdan sığınacaq yerimdir. Hәyatımı hәr bir xeyir işdә artım sәbәbi vә vәfatımı bütün şәrlәrdәn xilas olma sәbәbi qәrar ver! Pәrvәrdigara! Məhәmmәdә, Peyğəmbərlәrin sonuncusuna vә mürsәl Peyğəmbərlәrin sayının tamamlayıcısı vә onun pak Əhli-beytinə vә nәcabәtli sәhabәlәrinә salavat göndәr! Bütün qәm-qüssәmi vә düşmәnlәrimi aradan götür! Sәni and verirәm adlarının daha üstünü olan Allah adına, yer vә göyün Rәbbi olan Allah adına ki, әvvәli Sәnin qәzәbin olan bütün xoşagәlmәz işlәrdәn sәndәn sığınacaq istәyirәm. Әvvәli Sәnin razılığın olan bütün bәyәnilәn şeylәri Sәndәn istәyirәm. Mәnim ömrümü öz tәrәfindәn olan başlanmağınla sona yetir! Ey ehsan sahibi olan Allah!
      ÇӘRŞӘNBӘ GÜNÜN ZİKRİ: YA HӘYYU YA QӘYYUM! (100 DӘFӘ) GÜNÜN DUASI: Rəhman və Rəhim Allahın adı ilә. Hәmd vә sәna yalnız o Allaha mәxsusdur ki, gecәni örtük, yuxunu sakitlik, gündüzü isə iş vә fәaliyyәt üçün qәrar verdi. İlahi! Sәnә hәmd edirәm ki, mәni qәbrimdәn (yatağımdan) dirildib, qaldırdın vә әgәr istәsәydin, bu (müvәqqәti ölümü) әbәdi (ölüm) qәrar verәrdin. Sәnә daimi vә mәxluqatın hesablaya bilmәyәcәyi qәdәr hәmd ilә hәmd edirәm. Pәrvәrdigara! Sәnә hәmd edirәm, ona görә ki, mәni xәlq edib, xilqәtimi orta vəziyyətdə qәrar verdin, işlәrimi tәqdir edib, (hacәtlәrimi) rәva qıldın, mәni öldürdükdən sonra diriltdin, xәstәlәndirib sağaltdın vә sağlamlıq bәxş etdin. İmtahan edib ne'mәt әta etdin, әrşә hakim kәsilib mülkünü hәr tәrәfdәn әhatә etdin. Pәrvәrdigara! Mәn Sәni vasitәlәri zәif olan, çarәlәri kәsilәn, әcәli yaxınlaşan, dünyada arzuları yaxınlaşan, Sәnin rәhmәtinә ehtiyacı çoxalan, öz süstlüyünə hәsrәti vә hәlakәti çoxalan vә Sәnin dәrgahına tövbәsi xalis olan bir bәndәn kimi çağırıram. Pәrvәrdigara! Peyğəmbərlәrin sonuncusu olan Həzrət Məhәmmәd vә onun pak Əhli-beytinә salavat göndәr vә o Hәzrәtin şәfaәtini mәnә nәsib et! Onunla (cәnnәtdә) hәmsöhbәt olmaqdan mәni mәhrum etmә! Hәqiqәtәn, Sәn rәhm edәnlәrin rәhm edәnisәn. Pәrvәrdigara! (Hәftәnin) bu günündә mәnә dörd şey әta et: Qüvvәmi Sәnә itaәt etmәkdә, sevincimi Sәnә ibadәt etmәkdә, rәğbәtimi Sәnin verәcәyin savabda, zahidliyimi isә Sәnin tәrәfindәn dәrdli әzaba sәbәb olan şeylәrdәn uzaq olmaqda qәrar ver! Hәqiqәtәn Sәn, istәdiyin şeylәrә qarşı lütf sahibisәn.
      CÜMӘ AXŞAMI GÜNÜN ZİKRİ: LA İLAHӘ İLLӘLLAHUL-MӘLİKUL-HӘQQUL-MUBİN. (100 DӘFӘ) GÜNÜN DUASI: Rəhman və Rəhim Allahın adı ilә. Hәmd vә sәna olsun o Allaha ki, öz qüdrәti ilә qaranlıq gecәni yarıb, öz rәhmәti ilә işıqlı gündüzü gәtirdi vә gündüzün işıq libasını mәnә geyindirdi. Mәn isә Onun ne'mәtlәrinә qәrq olmuşam. Pәrvәrdigara! Bu gündә mәni (sağ-salamat) saxladığın kimi, sair günlәrdә dә sağ-salamat saxla! Məhәmmәd vә onun övladlarına salavat göndәr, bu gün vә bundan sonrakı gecәlәr vә gündüzlәrdә haram işlәr görüb, günah әmәl kәsb etdiyim üçün mәnә әzab vermә! Bu gün, onda olanlar vә ondan sonrakı günlәrin xeyrini mәnә nәsib et, bu günün, onda olanlar vә ondan sonrakı günlәrin şәrrini mәndәn uzaqlaşdır! Pәrvәrdigara! Hәqiqәtәn mәn, İslam әhd-peymanı ilә Sәnә tәvәssül edir vә Qur'anın ehtiramına Sәnә arxalanıram. Məhәmmәd vә onun Əhli-beytini Sәnin yanında şәfaәtçi seçirәm. Ümid etdiyim әhd-peyman sәbәbi ilә mәnim istәklәrimә rәca qıl! Ey rәhm edәnlәrin rәhm edәni! Pәrvәrdigara! Bu gündә mәnә beş şeyi nәsib et: Bu gündә mәnә yalnız çoxalan kәrәm nәzәrlәrin olsun, mәni yalnız ne'mәtlәrin әhatә etsin, elә bir sağlamlıq әta et ki, onunla Sәnә itaәt etmәk üçün qüvvәli olum vә mәnә elә bir ibadәt qismәt et ki, onunla Sәnin çoxlu savabına nail olum! Mәnә çoxlu halal ruzi әta et, qorxulu hallarda öz tәrәfindәn olan әmin-amanlıqla mәni amanda saxla vә mәni qәm-qüssә tufanlarından qoru! Məhәmmәd vә Ali Məhәmmәdә salavat göndәr vә ona tәvәssül etmәyimi Qiyamәt günü şәfaәtçi vә faydalı et! Hәqiqәtәn, Sәn rәhm edәnlәrin rәhm edәnisәn!
      CÜMӘ GÜNÜN ZİKRİ: ALLAHUMMӘ SӘLLİ ӘLA MUHӘMMӘDİN VӘ ALİ MUHӘMMӘD VӘ ӘCCİL FӘRӘCӘHUM! (100 DӘFӘ) GÜNÜN DUASI: Rəhman və Rəhim Allahın adı ilә. Hәmd olsun hәr şeyi inşa edib, yaratmazdan qabaq mövcud olan, hәr şeyin fani olacağından sonra qalan vә hәr şeyi bilәn Allaha; O Allaha ki, Onu yad edәnlәri unutmaz, Ona şükr edәnlәri naqis etmәz, Onu çağıranları mә'yus etmәz vә Ona ümid bağlayanların ümidini kәsmәz! Pәrvәrdigara! Mәn Sәni şahid gətirirəm vә Sәn şahidlik baxımından hәr şeyә kifayәt edənsәn. Habelә, Sәnin bütün mәlәklәrini, asimanlarının sakinlәrini, әrşini hәml edәnlәri, göndәrdiyin Peyğəmbərlәri, rәsulları vә yaratdığın növbənöv mәxluqları şahid gətirirəm. Hәqiqәtәn, mәn şәhadәt verirәm ki, Sәndәn başqa pәrәstişә layiq olan heç bir mә'bud yoxdur. Sən tәksәn, şәrikin vә tayın-bərabərin yoxdur, Öz sözünә vәfasız çıxmaz vә sözünü dәyişdirmәzsәn. (Şәhadәt verirәm ki,) Məhәmmәd - Sәnin salamın ona vә onun Əhli-beytinә olsun - Sәnin bәndәn vә elçindir. Onun öhdәsinә qoyduğun ilahi risalәti layiqincә bәndәlәrinә yetirdi. Allah yolunda layiqcәsinә cihad etdәrәk, haqq olan savaba müjdә verib, sadiq olan cәzalardan çәkindirdi. Pәrvәrdigara! Diri olduğum müddәtdә mәni öz dinindә sabit qәdәm et vә qәlbimi, hidayәt etdikdәn sonra azğınlığa salma, öz yanından mәnә rәhmәt әta et ki, hәqiqәtәn Sәn, çox bәxşiş edәnsәn! İlahi! Məhәmmәd vә onun Əhli-beytinә salavat göndәr, mәni onun hәqiqi ardıcıllarından qәrar ver! Mәni onun dәstәsindә mәhşәrә gәtir vә cümә gününün vacib olan әmәllәrini, ibadәt vә itaәtlәrini yerinә yetirmәkdә müvәffәq et! Cümә gününün әhlinә Qiyamәt günündә verәcәyin әtadan (mәni mәhrum etmә ki,) hәqiqәtәn Sәn izzәtli (vә) hikmәtlisәn!
      ŞӘNBӘ: GÜNÜN ZİKRİ: YA RӘBBӘL-ALӘMİN! (100 DӘFӘ) GÜNÜN DUASI: Rəhman və Rəhim Allahın adı ilә. Sığınacaq axtaranların sözü vә qorunmaq istәyәnlәrin daimi zikri olan Allahın adı ilә. Zülmkarların zülmündәn, hәsәd edәnlәrin mәkr vә hiylәsindәn vә zalımların tüğyançılığından Allah-taalaya pәnah aparır vә Ona hәmd edәnlәrin hәmdinin fövqündә hәmd edirәm. İlahi! Yalnız Sәnsәn şәriksiz vә vahid. Kiminsә Sәni mülk sahibi etmәyinә ehtiyacın olmayan maliksәn. Hökmündә müxalifәt vә mülkündә çәkişmә olmaz. Sәndәn istәyirәm ki, bәndәn vә rәsulun Məhәmmәdә salavat göndәrib, ne'mәtlәrinә şükr etmәyi mәnә elә nәsib edәsәn ki, axırda Sәnin daha yaxın razılığına sәbәb olsun. Sәnә itaәt vә hәmişә ibadәt etmәk vә savaba nail olmaqda, Öz lütf vә inayәtinlә mənə yardım et! Ömrüm boyu Sәnә qarşı günahdan uzaq olmaqda mәnә rәhm et vә mәni, mәnә mәnfәәtli olan işlәr görmәyә müvәffәq et! Öz kitabınla (Qur'anla) mәnim qәlbimi genişlәndir vә onu tilavәt etmәklә günahlarımı əfv et! Din vә nәfsimi dә sağlam saxla! Mәnimlә ünsiyyәtdә olmaq istәyәnlәr mәndәn qorxmasınlar deyә, әxlaqımı yaxşılaşdır! İndiyәdək mәnә ehsan etdiyin kimi, ömrümün qalan hissәsindә dә ehsanını mәnә tamamla, ey rәhm edәnlәrin rәhm edәni!
      BAZAR GÜNÜN ZİKRİ: YA ZӘL-CӘLALİ VӘL-İKRAM! (100 DӘFӘ) GÜNÜN DUASI: Rəhman və Rəhim Allahın adı ilә. Fәzl vә rәhmәtindәn başqa bir şeyә ümidim olmayan Allahın adı ilə. Onun әdalәtindәn başqa bir şeydәn qorxmuram. Onun sözündәn başqa bir şeyә arxalanmır və Onun ipindәn başqa bir şeydәn tutmuram. Xalqın tәcavüz vә zülmündәn yalnız Sәnә pәnah gәtirirәm, ey rizvan vә әfv sahibi! Sәnә, zәmanәnin çәtinliklәrindәn, ardıcıl qәm-qüssәlәrdәn, müsibәtli hadisәlәrdәn, (Qiyamәt sәfәri üçün) lazımınca hazırlaşıb, azuqә hazırlamazdan qabaq ömrümün sona çatmasından pәnah aparıram. Mәnim üçün layiqli vә mәslәhәtli olan işlәrdә yalnız Sәndәn yol göstәrmәni istәyirәm. Vә asanlıq olan işlәrdә yalnız Sәndәn kömәk istәyirәm. Sağlamlıq libası vә onun davam tapmasının mәnim halıma şamil olmasını yalnız Sәndәn istәyirәm. Şeytanların vәsvәsәsindәn yalnız Sәnә pәnah aparıram. Sultanların zülmündәn Sәnin sultanlığına sığınıram. Pәrvәrdigara! Mәnim keçәn namaz vә oruclarımı qәbul edib, sabahımı vә ondan sonrakı günlәrimi bu gündәn vә bu saatımdan daha yaxşı et! Mәni öz qohum-әqrәbam vә tayfam arasında başıuca et, yuxuda vә oyaq olan vaxt mәni qoru! Çünki, Sәn daha yaxşı hifz edәn vә rәhm edәnlәrin daha rәhmlisisәn. Pәrvәrdigara! Hәqiqәtәn mәn, bu gün vә sonrakı günlәrdә Sәnin dәrgahına şirkdən pənah aparıram. Sәnin üçün dualarımı xalislәşdirir, onların qәbul olunması vә savab ümidi ilә hәmişә Sәnin itaәtindә qalıram. Elə isə mәxluqlarının әn yaxşısı vә haqqa doğru dә'vәt edәn Məhәmmәdә salavat göndәr. Mәni, Özünün yatmayan gözlәrinin önündә hifz edib, işlәrimin Sәnә tәrәf xәtm olunması ilә, ömrümü mәğfirәt vә bağışlanmaqla sona yetir! Hәqiqәtәn, Sәn bağışlayan vә rәhm edәnsәn. QEYD: Hәftәnin duaları adı ilә qeyd olunmuş dualar, Şeyx Abbas əl-Qumminin “Mәfatihul-cinan” kitabının 23-28-ci sәhifәlәrindә nәql olunmuşdur.
    Axtar
    Təqvim
    «  Mart 2024  »
    B.eÇ.aÇC.aCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Linklər