Cüme, 26.04.2024, 01:28
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Mart » 8 » NİYE MEHZ XOCALI SOYQIRIMI GÜNÜ? (analiz)
    18:15
    NİYE MEHZ XOCALI SOYQIRIMI GÜNÜ? (analiz)
    nullMəlum olduğu kimi, fevralın 26-da Xocalı soyqırımının 16-cı il dönümündə İsrailin Hayfa şəhərində yerləşən «Lotos» restoranının açılış mərasimində çal-çığır məclisi quran bir qrup müğənni - əməkdar artist Ruhəngiz Allahverdiyeva, müğənnilər Nadir Qafarzadə, Şəhla Həmidova və aşıq Zülfiyyə İbadova xalqın qınaq obyektinə çevriliblər. Əlbəttə, millətin faciəsinə, tarixinə yad münasibət göstərənlər haqlı olaraq cəmiyyət arasında mühakimə olunurlar.
    Azərbaycan xalqının soyqırımı günündə İsraildə təşkil olunan konsert və oraya məhz azərbaycanlı müğənnilərin dəvəti təsadüfi də görünmür. Amma bütün hallarda heç kim öz maddi maraqlarını milli-mənəvi maraqlardan üstün tutmamalıdır. Xocalı faciəsi peşəsindən, sənətindən, tutduğu vəzifəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının qan yaddaşı olmalıdır. Belə bir günün ildönümündə, eləcə də bu gün müsəlman qanını axıdan İsraildə azərbaycanlı müğənnilərin hərəkətləri, onların kimlərinsə şirnikləndirici vədləri nəticəsində biganələşməsi özü bir faciədir. «Nəbz» qəzeti olaraq məsələyə münasibətini bildirmək üçün ölkədəki bəzi partiya yetkililərinə müraciət etdik.
    Azərbaycan İslam Partiyası Mərkəzi Nəzarət-Təftiş Komitəsinin sədri Hacı Fəyyaz Nəbizadə dünyada ən dəhşətli hadisələrdən biri olan Xocalı soyqırımını Azərbaycanın sağalmaz yarası hesab edir. F.Nəbizadənin fikrincə, Xocalı faciəsinin ağrısını yalnız xalqımız deyil, bütün dünya müsəlmanları duyur və hiss edir: «Mən inanmıram ki, Azərbaycan vətəndaşı Xocalı soyqırımına etinasız yanaşsın. Və məhz buna görə də, müğənnilərimizin faciənin ildönümündə İsraildə çalıb-oxumasını bütövlükdə onların günahı kimi izah etmək istəmirəm. Çünki çirkin yolla qazanılan pullara hərislik yaradanların, şeytan xislətlərilə insanları yoldan azdıranların əsas niyyətləri məlumdur. Bunlar sionist qüvvələrdir ki, müsəlmanlara, bütövlükdə İslam dünyasına qənim kəsildiklərini bir daha təsdiqlədilər. Azərbaycan vətəndaşına öz soyqırım gününə biganə yanaşmağı təlqin edirlər. Bu cür planların məğzində Xocalı və digər faciələrimizin Azərbaycan xalqına unutdurmaq ideyası durur. Nə qədər ağır ifadə olsa da, azərbaycanlılarda qeyrətsizlik hissi yaratmaq istəyirlər. Və təəssüf ki, müğənnilərimiz nəfslərinə qalib gələ bilməyərək, Azərbaycanı bütün müsəlman aləmində biabır etdilər».
    AMİP-in təşkilat katibi Nazim Ələsgərov da Xocalı soyqırımının 16-cı ildönümündə müğənnilərimizin İsraildə çal-çığır məclisində iştirakını dəhşətli bir fakt kimi qiymətləndirdi və bunun mənliyimizə qara ləkə yaxdığını bildirdi: «Ola bilsin ki, məhz həmin gün müğənnilərimizin İsrailə konsert verməyə dəvət alması məkrli bir plandır. Məqsəd də dünya ictimaiyyətinə Azərbaycan xalqının öz milli matəm gününə biganə yanaşdığını, millətimizin səviyyəsinin aşağı olduğunu göstərməkdir. Amma bu o demək deyil ki, müğənnilərimiz bu kimi planlara uyğun hərəkət edib milli maraqları özlərinin şəxsi maraqlarına qurban verməliydilər».
    Politoloq Qabil Hüseynli isə bildirdi ki, milli qüruru olmayan, milli keyfiyyətlərdən məhrum olan insan şəxsiyyət deyil, sadəcə olaraq bioloji bir varlıqdır. Onun sözlərinə görə, Azərbaycan vətəndaşı Xocalı soyqırımının ildönümündə hüzn əvəzinə konsert verirsə, özü də ölkədən kənarda təmtəraqlı bir məclisdə iştirak edirsə, bu, milli şüurun, milli xarakterin zəifliyindən, ümumiyyətlə insanlarda milli-mənəvi keyfiyyətlərin kasadlığından xəbər verir: «Bu həm də millətin adına ləkədir, millət haqqında mənfi stereotiplərin formalaşmasına xidmət edən bir amildir. Normal ölkələrdə, yəni milli dəyərlərə üstünlük verilən ölkələrdə belə məsələlər diqqətsiz buraxılmır və onu törədənlər ictimai qınaqla yanaşı, həm də onlar barəsində mənəvi cəza tədbirləri görürlər».
    Politoloq hesab edir ki, müğənnilərlə yanaşı İsraildə həmin tədbiri təşkil edən azərbaycanlılar da cəmiyyət tərəfindən pislənilməlidir.
    Cəvahir
    Nəbz qəzeti


    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1321 | Добавил: al-shia | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Mart 2008  »
    B.eÇ.aÇC.aCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31
    Linklər