İ.İBRAHİMOĞLU: «DƏRİN İSLAM MAARİFÇİLİYİ OLMADAN ŞƏXSİYYƏTİN KEYFİYYƏT DƏYİŞİKLİYİNDƏN DANIŞMAQ LAZIM GƏLMİR - 12 Июля 2008 - ....::İslam::....
Bazar ertesi, 05.12.2016, 14:27
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6765
    Sayğac

    Onlayn: 3
    Qonaq: 3
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » İyul » 12 » İ.İBRAHİMOĞLU: «DƏRİN İSLAM MAARİFÇİLİYİ OLMADAN ŞƏXSİYYƏTİN KEYFİYYƏT DƏYİŞİKLİYİNDƏN DANIŞMAQ LAZIM GƏLMİR
    20:56
    İ.İBRAHİMOĞLU: «DƏRİN İSLAM MAARİFÇİLİYİ OLMADAN ŞƏXSİYYƏTİN KEYFİYYƏT DƏYİŞİKLİYİNDƏN DANIŞMAQ LAZIM GƏLMİR

     

    Bu gün bütün dünyada vücudi böhran yaşanır.

    Məhz bu vücudi böhran, dünya üzrə sezilən dinə qayıdış prosesinin əsas səbəblərindəndir. Mahiyyət etibarilə, bəşər özünün axtarışındadır, o, artıq robotlaşmanı, empirizmin məhdud çərçivəsində yaşamı bəyənmir. İnsanlar yalnız texniki-maddi müstəvidə yaşamaqdan beziblər. Onlar mənəvi tələbatların da ödəndiyi bir alternativ müstəvinin, paralel variantın axtarışındadırlar. Bu axtarışda ən ümdə çıxış yollarından biri – mübarək İslam dinidir». Bu barədə Turana müsahibəsində DEVAMM rəhbəri İlqar İbrahimoğlu bildirib. O, dəqiqləşdirib ki, burada söhbət rasional, fəlsəfi potensiala malik əsl İslamdan gedir.
    "Axı bütün dünyada çox sayda intellektual və hətta keçmişdə dindən tamamilə uzaq olan insanlar islama müraciət etməkdədirlər. Azərbaycanda da analoji proses gedir. Özü də ki, Azərbaycanda islama gəliş şüurlu seçimlə səciyyələnir. Bu, İslama etnik mənsubluq məsələsi deyil". Eyni zamanda, İlqar İbrahimoğlu müəyyən miqdarda "dəblə ayaqlaşma" məqamının da haradasa mövcudluğunu təkzib etmir. Əgər 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində islama gəliş milli özünüdərkin yüksəlişi, şüurlu seçim, maneə və anlaşılmazlıqların aradan qaldırılması dalğasında baş verirdisə, indi vəziyyət bir qədər dəyişib. Müəyyən mənada zahiri atributika, simvolikaya maraq elementləri var. Bununla belə, seçimin şüurluluğu Azərbaycan inanclı insanlarını Türkiyə və ya İranda yaşayan dindarlardan fərqləndirir. "Bizim insanın yanaşmasında fəlsəfilik və anlaşma səyi nisbətən daha çoxdur. Və ümumiyyətlə, keçmiş SSRİ respublikalarında dindarlar ənənəvi islam ölkələrindəki dindarlardan müəyyən dərəcədə fərqlənirlər. Burada 70 il ərzində dinin ümumi repressiyası dövrü də rol oynayır. Bundan başqa, bizdə dinə başqa ölkələrdəkindən daha çox seçimli və tənqidi yanaşma mövcuddur.
    Azərbaycana başqa müsəlman ölkələrindən daxil olan ədəbiyyat adətən Azərbaycan müsəlmanlarının mənəvi tələbatını ödəmir. Belə ki, bir çox hallarda bu ədəbiyyat Azərbaycan insanının neyro-linqvistik anlayış səviyyəsinə və təcrübəsinə uyğun deyil", İlqar İbrahimoğlu belə hesab edir.
    «İnanclı insanların sayının, xüsusən də gənclər arasında artmasına gəldikdə isə, təəssüf ki, kəmiyyətin artması həmişə keyfiyyətin artması ilə müşahidə edilmir. Səbəb ondadır ki, ölkədə dərin islam maarifçiliyi üçün şərait yoxdur, zəruri demokratik durum mövcud deyil. Yəni müsəlmanlar və islam maarifi TV, qəzetlər və vətəndaş cəmiyyəti əziyyət çəkdiyi kimi, müsəlmanlar, eləcə də islam maarifçiliyi də əziyyət çəkir. Dərin islam maarifçiliyi olmadan şəxsiyyətin keyfiyyət dəyişikliyindən danışmaq lazım gəlmir. Bu, birbaşa ölkədəki vəziyyətlə bağlıdır – ölkədə hüquq və azadlıqlarla bağlı gerçək durumunın bir hissəsidir. Bu vəziyyətə görə cavabdeh olan təsisatlar ölkədə müsəlman camiəsinin nəbzini duymurlar. Bundan başqa, bu təsisatların korrupsiyaya uğraması baş verib».
    İlqar İbrahimoğlunun fikrincə, ölkədə islam adı altında pərdələnməyə cəhd edən radikal qruplaşmaların inkişafı birbaşa cəmiyyətdə yer alan proseslərlə bağlıdır: «İlk növbədə, hər şeyin səbəbkarı korrupsiyadır – hər şey alınır və satılır. Bundan başqa, TV-də dini verilişlərə qadağa qoyulur. Bu, müxtəlif növ radikal ünsürlər üçün zəmin yaradır. Əgər ruhi ehtiyaclar sivil şəkildə ödənmirsə, din adından möhtəkirlik etməyə çalışan müxtəlif çeşidli fırıldaqçılar bundan istifadə edir». "Əgər insanlar orijinalla tanış ola bilmirlərsə, surətə müraciət etmək məcburiyyətindədirlər", - deyə İbrahimoğlu bildirib.
    Bütün bunlar demokratiyanın və vətəndaş nəzarətinin olmaması ilə bağlıdır. Amma, istənilən halda, cəmiyyət dinsiz mövcud ola bilməz.
    Hicabın geyilməsinə gəldikdə, bu, şəxsiyyətin ruhi-mənəvi durumuna müvafiq olduğu halda təqdirəlayiq bir hala gəlir. Əgər bu yalnız dəbə uyğunlaşmadırsa, onda bu, İslam dininin mənəvi tərkib hissəsinə heç bir aidiyyatı olmayan mənfi təzahürdür.

    (Turan)
    Категория: Müsahibe | Просмотров: 783 | Добавил: al-shia | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər