MƏSCİD SÖKÜLÜB EVLƏR TİKİLİB - 19 Июля 2008 - ....::İslam::....
Cüme, 09.12.2016, 00:10
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6768
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » İyul » 19 » MƏSCİD SÖKÜLÜB EVLƏR TİKİLİB
    15:30
    MƏSCİD SÖKÜLÜB EVLƏR TİKİLİB
     
     
     
     
     
    2000-ci ildə Bakının Yeni Günəşli qəsəbəsində “Mir Tağı” məscidinin yerlə yeksan edilməsi ictimaiyyətdə elə bir hadisə və olaydan bir neçə il sonra oxşar mənzərə ilə rastlaşmağımız düşünməyə vadar edir. Necə ola bilər ki, tolerantlığı ilə fəxr edən və dünyaya nümaunə verməyə iddialı bir ölkədəbu baş verə bilərdi?!
    Paytaxtın tarixi məhəllələrindən birində XIX əsr yadigarı olan “Hacı Cəbrayıl” məscidi müəmmalı şəraitdə söküldü. Arayış üçün bildirək ki, bu ibadərgah Abilov adına mədəniyyət klubunun yaxınlığında hazırki Zülfi Adıgözəlov ev, 82 ünvanında yerləşirdi. Dislokasiyabaxımından hazırki Süleyman Rəhimov (keçmiş Kamo) küçəsi ilə indiki Şamil Əzizbəyov (əvvəlki Ketsxoveli) küçəsi arasında tarixən Aşağı Dağlıq adlanan küçənin kəsiyində tikilən ibadət ocağı sovet illərində qəza qaz xidməti sahəsi kimi istifadə edilmiş, müstəqillik dönəmində ləğv edilən məntəqə binası baxımsız vəziyyətə düşmüşdür. Vaxtında mədəni-memarlıq abidəsi kimi siyahıya düşmədiyindən onun taleyi ilə maraqlanan olmamışdır.
    Haşiyə. AR Nazirlər Kabinetitərəfindən 02.08.01-ci il tarixli 132 №-li qərarı ilə təsdiq edilən tarixi və mədəni abidələr siyahısına nədənsə şəhərin mərkəzində yerləşən “Məşhədi Dadaş” və”Hacı Cavad” məscidləri salınmışlar.
    Yasamal rayonu icra hakimiyyəti bir neçə il əvvəl öz qərarı ilə Z. Adıgözəlov 82 ünvanındakı yeri 6 Qarabağ əlili ailəsi fərdi ev tikmək üçün ayırsa da, hal-hazırda bu ərazidə müharibə əlili yaşamır. Təəccüblü də olsa, bir nəfər kimi mənzillərini sataraq buradan köçmüşlər...
    AR DQİDK-nə və QMİ-nə gəldikdə isə dünü icma qeydiyyatda olmayan ibadət evi elə bil onlara aid deyil.

    -Seyyid Rasim-

    Bu barədə verdiyimiz xəbəri diqqətinizə çatdırırıq!

    MƏSCİD SÖKÜLÜB EVLƏR TİKİLİB
    Bakı şəhəri Yasamal rayonu Zülfü Adıgözəlov (keçmiş aşağı Dağlıq) küçəsi ev 82 ünvanında yerləşən Hacı Cəbrayıl məscidi sökülərək yerində əlil ailələrinə evlər tikilib.

    İslam-Azeri-yə məhlə sakinlərindən verilən xəbərə görə Bakı şəhəri Yasamal rayonu Zülfü Adıgözəlov (keçmiş aşağı Dağlıq) küçəsi ev 82 ünvanında yerləşən əvvəllər Hacı Cəbrayıl məscidi sovet dövründə isə Ərazi Qəza Elektrik xidməti idarəsi kimi fəaliyyət göstərən məscid sökülərək yerində əlil ailələrinə evlər tikilib.

    Ev sahibləri bu tikintiyə icazəni Yasamal rayoni İcra hakimiyyəti verdiyini və onların da əlil ailələri olduqlarını önə çəkiblər.

    Lakin tarixi abidələr yararsız hala düşdükdə belə bərpa edilib istifadəyə verilməsi qanunlarda göstərilib.
    İslam-Azeri.az
    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 814 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər