Cüme axşamı, 25.04.2024, 08:00
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » İyul » 20 » DİN­SİZ CƏ­MİY­YƏT MÖV­CUD OLA BİL­MƏZ
    02:41
    DİN­SİZ CƏ­MİY­YƏT MÖV­CUD OLA BİL­MƏZ
     
     
     
     
     
    Ha­cı İl­qar İb­ra­hi­moğ­lu: "Də­rin İs­la­mi ma­a­rif­lən­dir­mə ol­ma­dan şəx­siy­yə­tin key­fiy­yət də­yi­şik­li­yin­dən da­nış­maq müm­kün de­yil"
       
        Bu gün bü­tün dün­ya­da di­ni böh­ran hiss olu­nur. Bu sə­bəb­dən di­nə qa­yı­dış pro­se­si ge­dir. İn­san­lar, ma­hiy­yət­cə, öz­lə­ri­nin ax­ta­rı­şın­da­dır­lar, on­lar ro­bot­laş­ma­nı, yə­ni məh­dud em­pi­rizm çər­çi­və­sin­də hə­ya­tı bə­yən­mir­lər, yal­nız tex­ni­ki-mad­di müs­tə­vi­də ya­şa­maq­dan be­zib­lər. İn­san­lar ey­ni za­man­da mə­nə­vi tə­lə­bat­la­rın da ödən­di­yi al­ter­na­tiv, pa­ra­lel va­ri­ant ax­ta­rı­şın­da­dır­lar. Bu ax­ta­rış­da is­lam çı­xış yol­la­rın­dan bi­ri­dir. Bu ba­rə­də Tu­ra­na mü­sa­hi­bə­sin­də DE­VAMM rəh­bə­ri Ha­cı İl­qar İb­ra­hi­moğ­lu bil­di­rib. O, söh­bə­tin ra­si­o­nal, fəl­sə­fi po­ten­si­a­la ma­lik əsl İs­lam­dan get­di­yi­ni də­qiq­ləş­di­rib.
        "Axı bü­tün dün­ya­da çox say­da in­tel­lek­tu­al və hət­ta keç­miş­də din­dən ta­ma­mi­lə uzaq olan in­san­lar İs­la­ma mü­ra­ci­ət edir­lər. Azər­bay­can­da ana­lo­ji pro­ses ge­dir. Bun­dan baş­qa, Azər­bay­can­da şü­ur­lu se­çim və İs­la­ma gə­liş mü­şa­hi­də olu­nur. Bu, İs­la­ma et­nik mən­sub­luq de­yil". Ey­ni za­man­da, İl­qar İb­ra­hi­moğ­lu "dəb­lə ayaq­laş­ma" mə­qa­mı­nı da tək­zib et­mir. Əgər 80-ci il­lə­rin so­nu - 90-cı il­lə­rin əv­vəl­lə­rin­də İs­la­ma gə­liş mil­li özü­nü­dər­kin yük­sə­li­şi, şü­ur­lu se­çim, ma­neə və an­la­şıl­maz­lıq­la­rın ara­dan qal­dı­rıl­ma­sı dal­ğa­sın­da baş ve­rir­di­sə, in­di və­ziy­yət bir qə­dər də­yi­şib.
        Xa­ri­ci at­ri­bu­ti­ka, sim­vo­li­ka­ya ma­raq ele­mentlə­ri var. Bu­nun­la be­lə, se­çi­min şü­ur­lu­lu­ğu Azər­bay­can mö­min­lə­ri­ni Tür­ki­yə və ya İran­da­kı ey­ni din­dar­lar­dan fərqlən­di­rir. "Biz­də fəl­sə­fə və an­la­yış da­ha çox­dur. Və ümu­miy­yət­lə, keç­miş SSRİ res­pub­li­ka­la­rın­da din­dar­lar ənə­nə­vi İs­lam öl­kə­lə­rin­də­ki din­dar­lar­dan fərqlə­nir­lər. Bu­ra­da 70 il­lik di­nin ümu­mi rep­res­si­ya­sı döv­rü də rol oy­na­yır. Bun­dan baş­qa, biz­də di­nə baş­qa öl­kə­lər­də­kin­dən da­ha çox dərk edil­miş və tən­qi­di ya­naş­ma möv­cud­dur.
        Azər­bay­ca­na baş­qa mü­səl­man öl­kə­lə­rin­dən da­xil olan ədə­biy­yat adə­tən Azər­bay­can mü­səl­man­la­rı­nın mə­nə­vi tə­lə­ba­tı­nı ödə­mir, be­lə ki, "onun ney­ro-linqvis­tik an­la­yış sə­viy­yə­si­nə və təc­rü­bə­si­nə uy­ğun de­yil", İl­qar İb­ra­hi­moğ­lu be­lə he­sab edir.
        Din­dar­la­rın sa­yı­nın xü­su­sən gənclər ara­sın­da artma­sı­na gəl­dik­də isə, tə­əs­süf ki, kə­miy­yə­tin artma­sı hə­mi­şə key­fiy­yə­tin artma­sı ilə mü­şa­hi­də edil­mir. Sə­bəb on­da­dır ki, öl­kə­də də­rin İs­la­mi ma­a­rif­lən­dir­mə üçün im­kan yox­dur, de­mok­ra­tik və­ziy­yət möv­cud de­yil. Yə­ni mü­səl­man­lar və İs­lam ma­a­ri­fi TV, qə­zet­lər və və­tən­daş cə­miy­yə­ti qə­dər əziy­yət çə­kir. Də­rin İs­la­mi ma­a­rif­lən­dir­mə ol­ma­dan şəx­siy­yə­tin key­fiy­yət də­yi­şik­li­yin­dən da­nış­maq ol­maz. Bu, bir­ba­şa öl­kə­də­ki və­ziy­yət­lə bağ­lı­dır - bu, öl­kə­də hü­quq və azad­lıq­la­rın bir his­sə­si­dir. Bu və­ziy­yə­tə gö­rə ca­vab­deh olan insti­tut­lar öl­kə­də mü­səl­man cə­miy­yə­ti pul­su­nu hiss et­mir­lər. Bun­dan baş­qa, on­lar kor­rup­si­ya­ya uğ­ra­yıb­lar.
        İl­qar İb­ra­hi­moğ­lu­nun fik­rin­cə, öl­kə­də İs­lam adı al­tın­da giz­lə­nən ra­di­kal qrup­laş­ma­la­rın in­ki­şa­fı bir­ba­şa ət­raf­da baş ve­rən­lər­lə bağ­lı­dır. İlk növ­bə­də, hər şe­yin sə­bəb­ka­rı kor­rup­si­ya­dır, hər şey alı­nır və sa­tı­lır. Bun­dan baş­qa, TV-də di­ni ve­ri­liş­lə­rə qa­da­ğa qo­yu­lur. Bu, müx­tə­lif növ ra­di­kal­lar üçün zə­min ya­ra­dır. Əgər eh­ti­yac si­vil şə­kil­də ödən­mir­sə, müx­tə­lif di­ni fı­rıl­daq­çı­lar bun­dan is­ti­fa­də edir. "Əgər in­san­lar ori­ji­nal­la ta­nış ola bil­mir­lər­sə, su­rə­tə mü­ra­ci­ət et­mək məc­bu­riy­yə­tin­də­dir­lər", - de­yə İb­ra­hi­moğ­lu bil­di­rib.
        Bü­tün bun­lar de­mok­ra­ti­ya və və­tən­daş nə­za­rə­ti­nin ol­ma­ma­sı ilə bağ­lı­dır. Am­ma is­tə­ni­lən hal­da, cə­miy­yət din­siz möv­cud ola bil­məz. Əgər bu yal­nız də­bə uy­ğun­laş­ma­dır­sa, on­da bu, İs­lam di­ni­nin mə­nə­vi tər­kib his­sə­si­nə heç bir ai­diy­yə­ti ol­ma­yan mən­fi tə­za­hür­dür.
     
    Категория: Dünyada | Просмотров: 1225 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər