METROYA MİNMƏK TƏHLÜKƏLİDİR - 21 Июля 2008 - ....::İslam::....
Şenbe, 03.12.2016, 13:35
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6763
    Sayğac

    Onlayn: 5
    Qonaq: 5
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » İyul » 21 » METROYA MİNMƏK TƏHLÜKƏLİDİR
    13:04
    METROYA MİNMƏK TƏHLÜKƏLİDİR
     
     
     
    Havaların kəskin şəkildə istiləşməsi şəraitində Bakı Metropolitenində də sərnişinlər üçün ciddi problemlər yaşanmaqdadır. Xüsusilə də dünən metro nəqliyyatından istifadə edən paytaxt sakinləri ciddi problemlərlə üzləşiblər. Belə ki, vaqonlarda nəfəskəsən isti müşahidə olunub. Sərnişinlərin sözlərinə görə, əvvəlki vaxtlarda sərin yer axtaran insanlar nəqliyyatın bu növündən istifadə edirdisə, indi artıq yerin altında, metroda da kəskin isti müşahidə olunur.
    Bunun səbəbini araşdıran müxbirimizə metropolitenin adının çəkilməsini istəməyən əməkdaşı maraqlı bir açıqlama verib. Onun sözlərinə görə, Bakı Metropoliteninin elektrik enerjisi borcuna görə havatəmizləyici sistemin işində böyük fasilələr yaranır və bu da havanın ağırlaşmasına gətirib çıxarır. Məlumatlı mənbə vintilyasiya sisteminin köhnə olduğunu və maddi problemlər səbəbindən onların müasirləşdirilməsinin hələlik mümkün olmadığını da bildirdi. Ancaq istisna olunmur ki, metropoliten rəisi bütün bu problemlərin mövcudluğu səbəbindən yaxın aylarda metroda gediş haqqının qaldırılması barədə növbəti dəfə Tarif Şurasına müraciət ünvanlasın.
    Metropoliten əməkdaşı qəzetimiz vasitəsilə ürək-damar xəstəliyindən əziyyət çəkənlərin bugünlərdə metrodan istifadə etməyi məsləhət görmədiyini də bildirdi.
    Məsələ ilə bağlı Metropoliten rəhbərliyinin mövqeyini öyrənmək istəsək də, iş gününün sonu olduğundan bu, mümkün omadı.

    Yeni Müsavat
    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 611 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 2
    21.07.2008 Спам
    2. ayka (mensure)
    ALLAH her kese yardimci olsun,esas da hicabli xanimlara bir az cetin olur.

    21.07.2008 Спам
    1. Nisa (Nisa)
    Dogurdan da isti havada metrodan istifade etmek meslehetli ish deyil.

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər