Gözəllik salonlarında C hepatiti və ya hər addım təlükə... - 21 Июля 2008 - ....::İslam::....
Çerşenbe axşamı, 06.12.2016, 18:02
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6767
    Sayğac

    Onlayn: 2
    Qonaq: 2
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » İyul » 21 » Gözəllik salonlarında C hepatiti və ya hər addım təlükə...
    19:58
    Gözəllik salonlarında C hepatiti və ya hər addım təlükə...
     
     
     
     
     
    Şəhərimizdəki gözəllik salonlarının sayı gündən-günə artır. Amma təəssüf ki, sayın artması göstərilən xidmətin səviyyəsinin yüksək olmasına dəlalət etmir. Bir çox salonlarda gigiyena qaydalarına lazımınca riayət olunmadığı üçün müxtəlif prosedurlar zamanı göbələklər, dəri-zöhrəvi, QİÇS, hepatit C kimi müxtəlif xəstəliklərə tutulma riski mövcuddur.

    Saç düzəldilməsi zamanı daraqlar, qayçılar mütləq şəkildə dezinfeksiya edilməlidir. Bir çoxlarımız yalnız manikür-pedikür zamanı yoluxa biləcək xəstəliklər haqqında düşünür, saç kəsdirərkən və ya saç düzümü üçün müraciət edərkən hər hansı bir təhlükənin mövcud olmasını ağlımıza belə gətrimirik. Halbuki, adi daraq vasitəsilə də baş dərisinə müxtəlif göbələk xəsətəlikləri, saç tökülmə yaradan bakteriyalar, bit, dəmrov keçə bilər. Həkim Səbinə Şixəliyevanın qeyd etdiyi kimi, bir çoxlarında bit yarandıqda, bunu su və ya istifadə olunan şampunla əlaqələndirirlər, heç kim salonlarda keçirilən prosedurları düşünmür. Bir çoxlarında müşahidə olunan kəpək də bu göbələk xəstəliklərinin bir növüdür. Darağı adi su altında yumaqla bakteriyaları öldürmək mümkün deyil.

    Manikür-pedikür, tatu, pirsinq, qulaq deşilməsi və s. dəri tamlığının pozulması, qanama ilə əlaqədar olan prosedurlar zamanı daha təhlükəli xəstəliklərə yoluxma riski var.

    Bir çox salonlarda istifadə olunan klassik növ pedikürdə ayaqlar su vannasında isladılır. Burada bir çox göbələk infeksiyalarına yoluxma mümkündür, çünki, ayaqların isladıldığı su göbələklərin artması üçün münbit mühitdir, bunun qarşısını almaq üçün salonda istifadə olunan vanna xüsusi vasitələrlə əsaslı dezinfeksiya edilməlidir, bu da hər bir salonda mövcud deyil.

    Hal-hazırda dünya üzrə Hepatit C, HİV-ə yoluxanaların sayı dayanmadan artmaqdadır.

    Azərbaycanda HİV problemi aktual məsələ kimi Səhiyyə Nazirliyinin nəzarətindədir. Respublika QİÇS-lə mübarizə mərkəzinin 2008-ci ilin ilk 6 ayı üzrə hesabatında bildirilir ki, Azərbaycan HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxil olsa da, son illər bir çox ölkələrdə olduğu kimi, burada da HIV-ə yoluxmuş insanların sayının artması müşahidə olunur. Belə ki, 2008-ci ilin 6 ayı ərzində 189 Azərbaycan vətəndaşında yeni HİV-ə yoluxma faktı aşkarlanmışdır. Bunlardan 149-u (78,8%) kişi, 40-ı (21,2%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 21 nəfər, dünyasını dəyişmiş vətəndaşların sayı 25 nəfər olub.

    Qeyd olunan prosedurlardan əvvəl alətlər mütləq şəkildə müəyyən olunmuş qaydalara əsasən dezinfeksiya edilməlidir. Bir çox salonlarda alətləri yalnız spritlə silməklə kifayətlənirlər, bu da bir çox təhlükəli virsuların virulentliyinə (keçicilik qabiliyyətinə) təsir göstərmir. Tam dezinfeksiya üçün mütləq şəkildə xüsusi apparatlardan istifadə olunmalıdır. Bu qurğuların orta qiyməti 120 AZN-dən başlayaraq 350 AZN və daha artıq ola bilər. Bu qiymətə apparatları isə şəhərin mərkəzində yerləşən bahalı salonlar ala bilir. Bir neçə salonda isə yalnız ultrabənövşəyi şüalarla dezinfeksiya üçün nəzrdə tutulmuş qurğulardan istifadə olunur. Məlumat üçün bidirək ki, bu cür dezinfeksiya zamanı yalnız bakteriayaları və göbələk florasını məhv etmək mümkündür, HİV, hepatit C kimi virusların məhv edilməsi üçün alətlərin xüsusi termal qurğularda emal olunması tələb olunur. Ultrabənövşəyi şüalarla emal plastmass daraqlar, fırçalar və s. istiliyə dözümlü olmayan alətlər üçün nəzərdə tutulub. Əlbəttə ki, salona manikür üçün gələn adi müştəri bunu bilməyə bilər, alətlərin xüsusi cihazdan çıxarılmasına allanıb sağlamlığını böyük riskə atacaq.

    Bu gün bir çox kosmetik salonlarda həyata keçirilən müxtəlif nahiyələrdə tatuaj prosedurları yeniyetmələr və gənclər arasında çox məşhurdur. Sosioloji sorğular göstərir ki, çox az insan tatu etməzdən əvvəl prosedurun necə keçdiyini izləyir, sterilizasiya üçün hansı tədbirlərin görüldüyünə nəzarət edir və ümumiyyətlə sağlamlığını riskə atdığı haqda düşünür.

    Tatu, pirsinq, iynə ilə epilyasiya zamanı hər bir müştəri üçün yeni iynə açılmalı, proseduru keçirən mütəxəssis mütləq əllərini yumalı və birdəfəlik istifadə üçün nəzərdə tutulmuş əlcəklər taxmalıdır. Bəzi salonlarda müştərini keçiriləcək prosedurun sterilliyinə inandırmaq üçün iynəni müştərinin gözləri qarşısında kibritlə yandırır, spritlə silirlər. Nəzərinizə çatdıraq ki, bu istilik virusların məhv edilməsi üçün kifayət deyil. Mütəxəssislərin fikrincə, salonda tatu edərkən hepatitə tutulma riski hətta narkotiklərdən istifadə zamanı yoluxma riskindən iki dəfə çoxdur. Bir çox ölkələrdə tatu salonları yalnız Səhiyyə Nazirliyi tərəfindən verilən lisenziya əsasında işləyə bilər. Azərbaycanda isə belələrinin sayı yağışdan sonra bitən göbələklər kimi çoxalıb.

    Bu gün Dünya əhalisinin 170 mln.dan artıq bir hissəsi xroniki Hepatit C xəstəliyinə tutulub. Xəstəlik dünyanın bütün ölkələrinə, amma qeyri-bərabər şəkildə paylanıb. Hepatit C 10-20 il ərzində heç bir simptom olmadan daxildə inkişaf edə bilər. Yalnız çox az sayda insanlarda hepatitin klassik əlamətləri – sarılıq, yorğunluq, qarın ağrıları, iştahın itməsi və ürək bulanması müşahidə olunur. Bir dəfə virusa yoluxmuş şəxsdə xroniki hal alması ehtimalı 70% təşkil edir. Xroniki hepatit C xəstələrin 20%-də 15-20 ildən sonra qaraciyər sirrozu və ya xərçəngə gətirib çıxarır. Qeyd edək ki, Hepatit C qarşı hələlik heç bir vaksin mövcud deyil və sağalma ehtimalı 10-20% təşkil edir. Xəstəliyin müalicəsi isə çox bahalı bir prosedurdur, 50-85% sağalma faizi ilə 30 min dollara qədər təşkil edir. Bu xəstəliyə yoluxmaq üçün 0,00001 ml qan kifayət edir, yəni alətin üzərində olan qanı adi gözlə görməmək də mükündür. Virus ətraf mühitə düşdükdə uzun müddət virulnetliyini itirmir (ölmür), otaq temperaturunda ən azı 16 saat, bəzi halarda hətta 4 günə qədər yaşaya bilir.

    Mütəxəssislər məsləhət görürlər ki, hər hansı bir prosedur üçün gözəllik salonuna gedərkən, alətlərin sterilizasiyasının necə keçirirldiyinə nəzarət edəsiniz. Tatu, pirsinq, qulaq deşilməsi, manikür, pedikür və s. kimi selikli qişanın və dəri örtüyünün zədələnməsi ilə bağlı digər manipulyasiyalar mütləq şəkildə steril alətlərlə həyata keçirilməlidir. Buna görə də keçiriləcək kosmetik prosedurda tam steril alətlərdən istifadə olunacağından əmin deyilsinizsə, ən yaxşısı sağlamlığınızı riskə atmayın və prosedurdan imtina edin.

    Kəmalə Talıbova /ANSPRESS/

    Категория: Dünyada | Просмотров: 1134 | Добавил: media-islam | Рейтинг: 5.0/1
    Всего комментариев: 3
    21.07.2008 Спам
    3. Nisa (Nisa)
    shekildeki eybecer dirnaqlara baxanda adam hec teecublenmir ki, nece olur o xesteliye tutulurlar

    21.07.2008 Спам
    2. Nisa (Nisa)
    dogurdan da neye lazimdi bele sheyler

    21.07.2008 Спам
    1. ayka (mensure)
    Allah qorusun hamini.axi ne ehtiyac var bele seylere?menim refiqemin bacisina da cerrehiye zamani strelize olunmamis aletden dusub,ama virus cox zeifdi.cox sukur.yene de diqqetli olun.

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər