Şenbe, 20.04.2024, 07:00
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » İyul » 26 » İKİ HİCABLI MÜSƏLMAN XANIM McDONALD'S RESTORANINI MƏHKƏMƏYƏ VERİBLƏR
    01:23
    İKİ HİCABLI MÜSƏLMAN XANIM McDONALD'S RESTORANINI MƏHKƏMƏYƏ VERİBLƏR
     
     
     
     
     
    İki müsəlman xanım bildirmişlər ki, McDonald's restoranlar şəbəkəsi onları işə götürməkdən imtina etmişlər və onları işə götürülməkdən öncə müsabiqə zamanı İslam əqidəsinə uyğun tərzdə geyindiklərinə görə təhqirə də məruz qalmışlar.

    "The Detroit News" və "Free Press" qəzetlərinin verdiyi məlumatlara əsasən Detroytdan olan 20 yaşlı xanım Toyi Uitfild və Dirborn şəhərindən olan 25 yaşlı xanım Kuiana Pyuq bu həftənin çərşənbə axşamı Ueyn County ərazi məhkəməsinə iddia ilə müraciət etmişlər. Xanımların hüquqi təmsilçi demişdir ki, onlar vətəndaş azadlıqlarının pozulmasına dair federal və yerli hakimiyyət səviyəsində şikayət ərizəsi hazırlamışlar.

    Xanım Pyuq bildirmişdir: "Mən işə düzəlmək üçün təqibən iki həftə öncə McDonald's restoranlar şəbəkəsinə müraciət etmişdim və orada mənə sadəcə bir formada demişlər ki, mən gərək seçməliyəm, ya hicabı çıxartmalıyam və burada iş əldə edə bilərəm, və ya heç zaman burada iş tapa bilməyəcəksən. Mən oradan çıxandan sonra bir mənalı olaraq incidilmişdim və narahat olmuşdum. Mən inana bilmirdim ki, bu hal müsəlmanların çoxlu sayda yaşadığı şəhərdə Dirbornda baş verə bilər".
    Dirbornda yerləşən bur restoran ABŞ-da iki restorandan biridir ki, halal sayılan McNuggets toyuq ətindən hazırlanan qida məhsulları satır.
    Miçiqan ştatında CAIR (Amerika İslam Əlaqələri Şurası) yerli sədri Davud Vəlid demişdir ki, bu qədər geniş müsəlman alıcı kontinqentinə malik bir restoranın müsəlmanlara qarşı belə bir diskriminasiya hərəkət edəcəyindən çox məyyus olmuşdur. McDonald's restoranının sözcüsü məhkəmə iddiasına dərhal şərh vermədi, laikn bildirmişdir ki, məsələ ilə bağlı bəyanat tezliklə veriləcək.
    Qeyd edək ki, hazırlanmış iddia restoranın meneceri, şirkətin meneceri və McDonald's əleyhinə Detroyt məhkəməsinə təqdim edilib. İddiada qeyd olunur ki, restoran vətəndaş azadlıqları qanunu pozmuşdur. Xanımlar restorandan $10 milyon dollar məbləğində təzminat tələb etmişlər.
    Qeyd etmək lazımdır ki, həmən restoran ABŞ-da ərəb amerikalıların və müsəlmanların məskən saldığı ən geniş yayılmış ərazidə yerləşir.

    “Deyerler” AİN (www.deyerler.org)


    Категория: Dünyada | Просмотров: 1227 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər