Çerşenbe, 24.04.2024, 20:37
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Avqust » 5 » İRLANDİYA MƏKTƏBLƏRİNDƏ HİCAB MƏSƏLƏSİNDƏ GÖZLƏNİLMƏZ DÖNÜŞ
    23:09
    İRLANDİYA MƏKTƏBLƏRİNDƏ HİCAB MƏSƏLƏSİNDƏ GÖZLƏNİLMƏZ DÖNÜŞ
     
     
     
     
     
     
     
     
     
     
     
    Təhsil Dpeartamenti hicab geyinən tələbələrlə bağlı öz siyasətini hələ 2005-ci ildə qeyd etmişdir.

    Dublində tədris edən müəllimə ünvanlandığı məktubunda departament bir mənalı olaraq bildirmişdir ki, tələbə qızlar hicablı, lakin üzü açıq şəkildə dərslərə buraxılmalıdır.
    Dəqiqliklə, aydın şəkildə qeyd olunmuş məsələ Qorey İctimai Məktəbin direktoruna verilmiş təlimatla tam təzadlıq təşkil edir. Xatırladaq ki, eyni problem keçən il bu məktəbdə qalxmışdı və məktəbin deirektoru bildirmişdir ki, şagirdlərin məktəbə hicabda gəlib gəlməməsini məktəbin idarəetmə şurası qərara almalıdır.

    2005-ci ildə verilən bu təlimat Məlumat Azadlığı haqqında Qanuna əsaslanmışdır. Fayen Geyl  müəssisəsinin təhsil üzrə sözcüsü Brayan Hayz demişdir ki, bu bəyanat göstərir ki, departament hicabın geyilməsi ilə bağlı öz fikrini hələ üç il bundan qabaq, ilk dəfə bu məsələ gündəmə gələndə bildirmişdi. "Açıq aydın görünür ki, düzgün dəqiq bir qaydanın işlənilib və ona riayət edilməsi əvəzinə departament öz mövqeyində çaşqınlığa düşür" – deyə o bildirmişdir.

    Cavab olaraq təhsil departamenti bildirmişdir ki, onlar inteqrasiya naziri Konor Lenihandan xahiş etmişlər ki, Mədəniyyətlərarası Təhsil Strategiyası sənədində dini geyimlərin geyilməsi məsələsi də öz əksini tapsın.

    2005-ci ildə departamentin orta siniflər üzrə müdiriyyət şöbəsinin direktoru Metyu Rayan Qoatstaunda yerləşən Bizim Xanımların Kiçik Meşəsi təhsil müəssisəsinə dair açıq göstəriş vermişdir. Məktubda o bəyan etmişdir: "O məktəblərdə ki, insanların dini etiqadı tanınır və qəbul edilir, lakin sonradan tələbələrin dini inancına zidd olan geyim qaydasına riayət etmə tələbi qoyulursa, belə halda həmən tələbəyə qarşı qeyriqanuni qaydada diskriminasiya tətbiq olunur". Məktubda həmçinin bəyan edilir ki, 2000-ci Bərabərlik Statusu haqqında Qanun məktəblərə dini inanc müstəvisində tələbələrə qarşı ayrı seçkilik etməyi, diskriminasiyaya yol verməsini qadağan edir. "Bu o deməkdir ki, departament məktəblərin həmən dini inanca mənsub şəxslərin hicab geyinməsinə icazə verməsini gözləyir və həqiqətən də bu bizim razılığımızdır ki, bu yanaşmaya bütün məktəblər riayət edəcəklər" – deyə departament həmən məktubda o zaman bildirmişdir.

    Liam Eqan Qorey İctimai Məktəbində oxuyan hicablı qızın atasıdır. Bu xanımın hicabı oxuduğu məktəbin direktorunu təhsil departamentilə məsləhətləşməyə təşfiq etdi. Xanımın atası bildirmişdir ki, 2005-ci ildən bəri qanunların bərabərliyi dəyişdirlməmişdir. "Qanun dəyişməmişdir bəs görəsən nəyə görə departament öz mövqesini dəyişib? 2007-ci ilin iyun ayından bu məsələ daha çox siyasi mövzuya çevrilib. Mənim qızım məktəbə getdiyi ilk ildən hicab geyinir və indiyə qədər heç bir mübahisəyə səbəb olmamışdı. Lakin ilin sonunda birdən bu məsələyə çevrildi" – deyə Liam Eqan bildirmişdir.

    Eqan qadın müsəlman tələbələrin hicab geyinməsi hüququnun təşfiqinə dair İrlandiya Hicab Kampaniyasının yaranmasına yardım etmişdir. Bu kampaniyanın təşkilatçıları deyirlər ki, şagirdlər heç bir maneəsiz və problemsiz neçə illərdir hicab geyirlər və onların növbəti addımları niqab geyilməsidir və bu təhlükədir. "İrlandiyada elə bir uşaq yoxdur ki, niqab və ya burqa geyinsin. Bu məsələni qaldıran insanlar qorxu və şübhələr yaratmaq istəyirlər" -  deyə Eqan söyləmişdir.

    Eqan həmçinin bildirmişdir ki, İrlandiyada yaşayan müsəlmanların 1/3 çoxu yerli ilrandiyalılardır. "Bu məsələ immiqrantlar məsələsi deyil. Bu məsələ dini inanca riayət etmək azadlığı məsələsidir. İnsanlar deyir ki, biz gərək assimilyasiya edək, lakin mən Ueksfordda anadan olmuşam, mən irlandiyalıyam və mən müsəlmanam. Biz dözümlülüyü, tolerantlığı olmayan Fransa nümunəsilə getməməliyik" – deyə Eqan qeyd etmişdir.
    the Times Online
    Kolin Koyl




     
    Категория: Dünyada | Просмотров: 1201 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 1
    06.08.2008
    1. simuzer (simuzer) [Material]
    Allah sebr versin

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər