DƏRVİŞ TOYLARI-İSLAMİ TOYLARDIR VƏ MƏDƏNİYYƏTİMİZİN BİR HİSSƏSİDİR - 13 Августа 2008 - ....::İslam::....
Çerşenbe axşamı, 23.12.2014, 04:01
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 5591
    Sayğac

    Onlayn: 0
    Qonaq: 0
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » Avqust » 13 » DƏRVİŞ TOYLARI-İSLAMİ TOYLARDIR VƏ MƏDƏNİYYƏTİMİZİN BİR HİSSƏSİDİR
    16:37
    DƏRVİŞ TOYLARI-İSLAMİ TOYLARDIR VƏ MƏDƏNİYYƏTİMİZİN BİR HİSSƏSİDİR
     
     
     
     
     
     
     
     
     
     
     
     
    Dünən Azadlıq radiosundaDərviş toyları mövzusunda bəzi şəxslərin rəyi öyrənilib.

    Burada bəzi şəxslər bu toyların adət ənənəmizə zidd olduğunu, bəziləri isə bu toyların keçirilməsi sifarişi xarici ölkələrdən gəldiyini bildirib.

    Bu mövzu ilə bağlı İslam-Azeri-nin müxbiri bəzi dini surud qrupları ilə əlaqə saxlayıb.

    Onlardan biri bu mövzuda danışmaq istəmədiyini və belə şeylərin daha çox təxribat yönlü sifarişli proqramm olduğunu bildirib.

    "Cəfəri-Muminin" qrupunun rəhbəri Mehdi Dərbəndi isə dərvişlik məktəbinin Azərbaycan mədəniyyətinin tərkib hissəsi olduğunu bildirib: " Bunu inkar edənlər gərək İmadəddin Nəsimini bizim şair olmadığını qəbul edələr. İslama zidd olması ilə bağlı isə, bu sözü deyənlər İslam haqqında bilgi toplasalar yaxşı olar. İlk dərvişlik məktəbinin şagirdi Adəm (Ə)-dır ki, o öz sözlərini şer və qəzəl şəkilində bildirib. Nuh peyğəmbərin adı da nohə sözündən götürülüb ki, bu da onun nohə deməsindən xəbər verir".

    "Əhli Beyt" qrupunun rəhbəri Məşhədi İslam ilə də əlaqə saxladıq. Ona bu barədə sual verdikdə o belə cavab verdi: "Dərvişlik məktəbi Azərbaycana aiddir. Bunu xarici dövlətlərlə əlaqələndirənlər səhv edirlər. Çünki bu cür toylar ancaq Azərbaycanda keçirilir. Bu bizim tarixi mədəniyyətimizdir. Bu cür toylarda səsləndirilən musiqilər ləhv musiqi deyil və İslamın icazə verdiyi musiqilərdir. O ki, qaldı bu cür toyların İslam ilə əlaqəsinin olmamasına, bu cür fikir söyləyənlər yaxşı olar ki, dini qrupların disklərini əldə etsinlər əgər toya getmək istəmirlərsə. Onda onlar bizim Quran, Ramazan, İslamdakı böyük şəxsiyyətlər: Məhəmməd Peyğəmbər, İmam Əli, Həzrəti Zəhra(s.ə), İmam Həsən(ə), İmam Huseyn(Ə) və digər İslami şəxsiyyətlər və İslamın atributlarından oxuduğumuzun şahidi olarlar. Qərbə uyğun toylarda fitnə-fəsad təbliğ olunduğunun tam əksinə olaraq İslami toylarda ədəb,ərkan, ata-anaya yaxşılıq, vətənpərvərlik və İslam dini haqqında təbliğat edilir. Bu şer, qəzəl və mahnılar dediyimiz dəyərlərdən kənar deyil".

    Əhli Beyt məddahı Hikmət Cəfəri isə bu iddiaları edənlərin milli mədəniyyətimizi yaxşı öyrənmədiklərini bildirib. Onun sözlərinə görə onlar toylarda qədim şair, qəzəlxan və alimlərin sözlərindən istifadə edirlər:"Xeyr bu iddialar əsassızdır. Biz qədim mədəniyyətimizə uyğun toylarda oxunan mədhiyyələr və qəzəllər oxuyuruq. Bu toylar İslam mədəniyyətini təbliğ edir, xarici dövlətlərin sifarişini yerinə yetirənlər isə elə bizi qərbə tərəf yönəldərək bizim milli-mənəvi dəyərlərimizi tapdaq altına alanlardır".

    İslam-Azeri.az
    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1321 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 2
    14.08.2008 Спам
    2. ilkin (media-islam)
    amin

    14.08.2008 Спам
    1. zehra gulu (zehra-gulu)
    [size=10][color=green]BISMITEALA.ESSALAMUN ALEYKUM VE REHMETULLAH VE BEREKATU.
    ALLAH RAZI OLSUN KI BU MOVZUYA TOXUNMUSUNUZ.COX VAXT BU PROBLEMLE RASTLASIRIQ.DERVIS TOYU DEYIB QABUL ETMIRLER.MENDE BIR MUSELMAN XANIMI KIMI BILDIRMEK ISTEYIREMKI ELE BEYENMEDIKLERI DERVIS TOYU ESASEN BIZIM TOYLARIMIZDI.AMMA AVROPA SAYAQI EDILEN TOYLAR ISE MUSELMALIQA ZIDDIR.HARAM OLAN YERDE ISLAM VE MUSELMANLIQDA OLMAZ.MEN BELE DUSUNUREM.ALLAH HAMIMIZI HIDAYET EDIB GOZUMUZDEKI PERDELERI GOTURSUNKI HEQIQETLERI INKAR EDENLERDEN OLMAYAQ.AMIN YA REBEL ALEMIN.

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər