"AZƏRBAYCANDA TƏRİQƏTLƏR ARASINDA HEÇ BİR GƏRGİNLİK YOXDUR" - 19 Августа 2008 - ....::İslam::....
Şenbe, 10.12.2016, 22:28
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6769
    Sayğac

    Onlayn: 2
    Qonaq: 2
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » Avqust » 19 » "AZƏRBAYCANDA TƏRİQƏTLƏR ARASINDA HEÇ BİR GƏRGİNLİK YOXDUR"
    15:18
    "AZƏRBAYCANDA TƏRİQƏTLƏR ARASINDA HEÇ BİR GƏRGİNLİK YOXDUR"
     
     
     
     
     
     
     
     
     
     
     
     
    Məsələyə münasibət bildirən Dini Etiqat və Vicdan Azadlıqları Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu "Yeni Müsavat"ın müxbiri ilə söhbətində terror hadisəsini qətiyyətlə pislədiyini bildirdi: "Baş verən hadisəni birmənalı olaraq pisləyirəm. Hesab edirəm ki, çox böyük bir insani faciə baş verib.

    Hadisə zamanı həlak olanların yaxınlarına başsağlığı verirəm, yaralananlara tezliklə şəfa tapmasını Allahdan arzulayıram. Allah evinə edilən hücum ağılasığmayan vəhşilikdir. Dünyanın istənilən ölkəsində bir məscidə hücum olursa, bu, bütün Allah evlərinə edilən hücum kimi dəyərləndirilir. Namaz qılarkən kimlərinsə üzərinə qumbara atılırsa, bu, bütün ibadət əhlinə edilmiş qəsdir. Bu mənada qətiyyətlə baş verən olayları pisləyirəm və hesab edirəm ki, bu hadisə ən aşağı və insan ləyaqətinə sığmayan addımdır. Ən önəmli məsələni vurğulamaq istərdim ki, islami kimliyi olan, özünü müsəlman hesab edən şəxs heç zaman namaz qılan insana qarşı, günahsız insanlara qarşı Allah evində belə bir qətl törədə bilməz. Əgər kimlərsə bu işlərlə məşğul olub, hesab edirsə ki, Allaha xidmət edir, çox yanlış bir düşüncədədir".

    Hacı İlqar İbrahimoğlu
    hadisənin ətraflı təhlilə ehtiyacı olduğunu vurğuladı: "Məsələ çox geniş yanaşma tələb edir. Dünyada və regionda cərəyan edən hadisələrin kontekstində, xüsusən Gürcüstan-Rusiya münasibətləri fonunda və Azərbaycanın daxilində baş verən prosesləri nəzərə almaqla təhlil aparmaq lazımdır. Bu baxımdan ən əsas məsələ ondan ibarətdir ki, baş verən hadisə Azərbaycan üçün xarakterik hadisə deyil. Azərbaycanda insanlar bir-biriləri ilə olan problemləri qumbara ilə həll etmirlər.

    İstər dini zəmində, istər şəxsi zəmində, istərsə məişət səviyyəsində, istərsə də iqtisadi sahədə yaranmış problemlər silahla çözülmür. Bu qəribə bir məsələdir, Azərbaycan üçün uyğun olmayan, əslində fenomen hadisədir. Mən elə bilirəm Azərbaycan cəmiyyəti,  ziyalıların ümumi fikri o istiqamətə yönəlməlidir ki, belə bir yanlış ənənə Azərbaycan toplumuna daxil olmasın. Azərbaycan insanının həyatı Pakistandakı, yaxud Rusiyanın bəzi əyalətlərindəki həyata oxşamasın.

    O mənada hesab edirəm ki, baş verən hadisə milli-mənəvi dəyərlərimizə, Azərbaycan dövlətçiliyinə yönəlib və bunun qarşısı alınmalıdır".

    Hacı İlqar İbrahimoğlu eyni zamanda Əbu-Bəkr məscidinə olan hücumun dini zəmində hər hansı bir münaqişəyə səbəb olmayacağını bildirdi: "Azərbaycanda təriqətlər arasında münasibətlərdə heç bir gərginlik yoxdur. Azərbaycan müsəlmanları bir-birinin qardaşıdılar və aralarında olan fikir ayrılıqlarını İslama zidd olan hərəkətlərlə çözmürlər. Bu baxımdan törədilmiş cinayət ölkəmizdə dini zəmində hər hansı bir qarşıdurmaya səbəb ola bilməz. Ola bilsin ki, hansısa radikal, ekstremist çevrələrin əlaltıları olan Allahı tanımayan, zombiləşmiş  insanlar nəsə etsinlər. Azərbaycanda inanclı insanlar arasında kifayət qədər səmimi münasibətlər var və yenə qeyd edirəm ki, hər hansı bir təriqət münaqişəsi baş verə bilməz".
    Əfqan MUXTARLI /yeni musavat/



    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 711 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər