Şenbe, 20.04.2024, 16:59
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Avqust » 20 » Məsciddə terror
    16:32
    Məsciddə terror
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
    İslam dinində terror və insanları ibadət halında qətlə yetirmək ən böyük günah və icazə verilməyən məsələlərdir. Məzhəbindən və dinindən asılı olmayaraq hər kəs ibadət halında toxunulmazlıq statusuna sahib olur.

    Bu hallara əfsuslar olsun ki, əməl etməyənlər və insanlığa sığmayan terrorlara əl atanlar hər dövrdə olub. Mübarək Ramazan ayında Həzrəti Əli (ə)-ın başına qılıncla zərbə edərək onu namaz halında qətlə yetirmək bu cinayətin ən pislərindən olaraq tarixə qara hərflərlə yazılıb.
    Bu cür terrorlar əsasən tarixdə çox olmasa da, ABŞ-nin İraqı işağ etməsi, Pakistan və Əfqanıstanda öz koalisiya qüvvələrini cəm etməsindən sonra kütləvi hal almağa başladı.
    2003-ün avqust ayının 29-da bu cür terror İslam aləmini sirkələdi. Söhbət Həzrəti İmam Əli (ə)ın mübarək ziyarətgahında cümə namazı zamanı edilən terror aktından gedir. Həmin vaxt 86 nəfər dünyasını dəyişmiş 400-ə yaxın namaz əhli isə yaralanmışdı. Namaza imamlıq edən Ayətullah Məhəmməd Baqir Əl-Həkim isə bu terrorda həyatını itirmişdi. İraqda yayımlanan “Ən Nur” qəzetinin İraq xüsusi xidmət orqanlarına istinadlı araşdırmasına görə bu terror “Tovhid və Cihad” adlı radikal vəhabi (xəvaric) təşkilatı tərəfindən həyata keçirilmişdi. Əbu Musab Ər Zərqavinin fitvasına əsasən bu terror həyata keçirilmişdi. Məhs kamikadze terrorçunun Zərqavinin ikinci həyat yoldaşının atası Yasin Əbu Əş-Şami olduğu da məhs sonra məlum olmuşdu.

    Samirra şəhərində Əsgəriyyə ziyarətgahında namaz qılanlar yenə Əl-Qaidə terrorçusunun hədəfinə tuş gəlir. Həmin terror zamanı 1050 -ə yaxın ziyarətə gələn zəvvar şəhid olmuşlar. Bu şəhidlərin içərisində uşaq və qadında çoxdur. İki imam qəbrinin olduğu Əsgəriyyə türbəsi iki dəfə terrora məruz qalıb.Bu terrordan sonra iki sünni məscidi terror nəticəsində dağıdılmış, ABŞ rəsmilərinin bu aktı şiələrin boynuna qoymaına baxmayaraq heç bir şiə təşkilatı bu cinayəti öz boynuna götürməyərək bu hadisəni sərt olaraq pisləyərək iki məzhəb arasında qarşıdurmada məhs işğalçıların yararlanacağını diqqətə çatdırmışdılar. Bu vaxt istər Ayətullah Sistani,Istərsə də digər iraqlı şiə liderlər sünnilərə qarşı hər hansı zorakılıq edilməsini haram edən fitvalar vermişdilər. 2005-ci ildə oktyabr ayında İraqın Hillə şəhərində şiə məscidində yenə terror aktı törədilmişdi. Bu terror aktı 25 nəfərin ölümünə 87 nəfərin isə yaralanmasına səbəb olmuşdu. 2004-cü ildə digər terror aktı Pakistanın Siolkot şəhərində cümə namazı zamanı baş vermişdir. Bu məscid şiələrə məxsus idi və terror aktı Əmcəd Faruqi adlı Əl-Qaidə terrorçusunun qətlə yetirilməsinə cavab əlaməti olaraq törədilmişdi. Diqqətinizə çatdıraq ki, o şiələr tərəfindən deyil məhs Pakistan xüsusi xidmət orqanları tərəfindən öldürülmüşdü. 2005-ci ildə də Pakistanın Gülşən bölgəsində Madinatul Elm adlı şiə məscidi kamikadze tərəfindən partladılmış və nəticədə 1 nəfər ölmüş, 21 nəfər yaralanmışdı. Digər terror aktı da bu ərəfədə baş vermiş, İslamabadda şiə məscidində kamikadze özünü partlatmış 19 nəfərin ölümünə səbəb olmuşdu.

    2005-ci ilin may ayında Əfqanıstanın Qandahar şəhərində Həmid Qarzayın köməkçisinin meyyid namazı qılınan zaman terror aktı baş vermişdi. Terror aktı zamanı 20-ə yaxın insan tələfatı qeydə alınmışdı ki, bu terror zamanı yüksək rütbəli əfqan rəsmilər də olmuşdu. Bu terror aktını yenə Əl-Qaidə öz üzərinə götürmüşdü.

    27 sentyabr 2006-cı ildə isə artıq ABŞ Ordusu Bağdatda namaz zamanı məscidə hücum hazırlayaraq 11 nəfərin ölümünə səbəb olmuşdu.

    Hindistanda da bu terrorlara rast gəlmək olar. Belə ki, Heydarabadda Məkkə Məscidındə (şiə məscidi) ötən il iki dəfə terror aktı törədilmiş 50-ə yaxın insan tələfatı qeyda alınmışdı.
    Bu cür terror aktları Fələstində də İsrail işğalçıları tərəfindən həyata keçirilib. Ötən il Əl Əqsa məscidinə gələn minlərlə insan döyülmüş və məsciddən qovulmuşdu. Bu hücumlar zamanı 2 nəfər də həyatını itirmişdi.

    Göründüyü kimi məsciddə ilk terror qurbanı Həzrəti İmam Əli (ə) olmuşdur. Həmçinin bu terrorlarda xəsarət alan əksər hallarda şiələr olmasına baxmayaraq sünnilər də bu tipli terrorlardan qoruna bilməmişlər.

    Azərbaycanda sakitçiliyi həzm edə bilməyənlər bir neçə gün əvvəl Sələfilərin məscidi kimi tanınan Əbu Bəkr məscidində terror aktı həyata keçirdi.
    Şeyx düzdür bu hadisəni iki qrup arasında olan qarşıdurma kimi dəyərləndirdi. Ancaq biz bu terrorla bağlı bəzi ehtimalları diqqətinizə çatdırırıq.

    Rusiya-Osetin münaqişəsində Azərbaycanın tutduğu mövqe ola bilsin hansısa hegemon qüvvələri razı salmasın. Bəzi şəxslər bu terror aktını Rusiya ilə əlaqələndirsədə, lakin Azərbaycanın bu münaqişədə tutduğu mövqeyi Rusiyanı deyil məhs ABŞ-ni narazı salmışdı.
    Əl-Qaidə terror şəbəkəsinin məhs ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin təsis etdiyi də heç kəsə sirr deyil. Həmçinin Gürcüstanın hərbi qüvvələrinə də Osetiyaya hücum əməliyyatında İsrailin yüksək rütbəli hərbiçisi general Gal Hirşin başçılıq etməsi də bu münaqişədə İsrailin məhs Gürcüstanın yanında olmasının səbəblərinin heç də ABŞ-yə görə deyil.

    ABŞ Qafqazda ilk dəfə olaraq Gürcüstan höküməti kimi layihə həyata keçirmək istəyirdi. Sionizmin qurduğu Gürcüstan digər ölkələrə nisbətdə daha demokratik olmalı və xalqın da bu hökümətdən razı olması bu layihənin əsas hissəsi idi. Gürcüstana kömək etməkdə Azərbaycanın ehtiyatlı münasibəti və əvvəldən Azərbaycanın İrana olan münasibəti də bu ölkələri bezdirərək ölkədə ilk terror törədilməsini tezləşdirdi.

    Azərbaycanın hakim partiyası rəsmiləri də xarici qüvvələrin prezident seçkiləri ərəfəsində qarışıqlıq yaratmaq üçün bu terrorlara əl atdıqlarını bildirməsi, həmçinin Şeyxin indiyə kimi Azərbaycanda sərbəst şəkildə yaşayan xristian və yəhudilərə qarşı belə bir hadisə baş vermədiyini söyləməsi bir növ bu qüvvələrə sərt mesaja da bənzəyir.
    Hər halda biz bu terror aktını pisləyir və yaralılara şəfa, dünyasını dəyişənlərə isə Allahdan məğfirət istəyirik.
    Ramin Bayramov
    Категория: Dünyada | Просмотров: 1180 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər