Cüme, 29.03.2024, 16:57
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Avqust » 23 » Bir hicab əhvalatı
    17:07
    Bir hicab əhvalatı
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
    Orta üçüncü sinifi (yəni səkkizinci sinif) oxuyurdum …. M əktəbin sonlarına doğru İslami təsəttürə(hicaba) girmişdim. Məktəb bitincə daha gözəl qapanacaqdım. Hətta çarşab geyməyi belə o qədər istəyirdim ki?.... həm dinimi gözəlcə öyrənəcək və başqalarına da öyrədəcəkdim. Həm özüm oxuyacaq, həm də tələbə oxudacaqdım… belə düşüncələr içində zaman yenə sürətlə ötmüşdü fərqinda olmadan. Beləliklə, il sonu gəldi və qiymət vərəqimi aldım. İki dərsdən qalmışdım… çox üzülmədim, hər halda imtahanlara girincə verə biləcəkdim…
    İmtahan günləri nəhayət gəlmişdi. Elə mənim əzabım imtahan günü başlamışdı. Örtülü imtahana girməyim yasaqdı… nə edəcəkdim? Mən belə düşünərkən ətrafımdakılar, məni məndən çox daha yaxşı düşündüklərindən mükəmməl(!) fikirlərini söyləmədən dayana bilmədilər…. "iki dərs, bu necəsə verərsən…." "diplom irəlidə lazım olacaq"   "nə olacaq canım, iki dəfə başını açacaqsan. Sanki heç açmadın mı?."    "həm sən özün istəyinlə açmırsan ki, kim açdırırsa günah onun olur." "o qədər oxudun heç olmasa sonunu gətir…" "sən bir get bəlkə müəllimlər səni yola verərlər, başını açdırmazlar. Bir yoxla görək?"

    Bəli bax mən bu son sözə istinad edərək istəksizcə məktəbə getdim. İmtahan yerinə girərək o dəqiqə müdaxilə edildi. "başını aç, sonra gir." … "açmasam olmazmı?" deyə bilmişdim sadəcə… "olmaz, bu məktəbin qanunudur…" cavabını aldım… daha artıq israr etməyə nə gücüm nə də imanım vardı… səsimi çıxara bilmədim. Ən yaxın dostumun belə "bir şey olmaz aç” deməsiylə, öz əllərimlə başımın örtüsünü açdım…

    Bax bir dünyəvi imtahanı qazana bilmək üçün ALLAHA c.c belə üsyan etdim. Kişi müəllimlər, kişi şagirdlər vardı orada…. ALLAHIN onlardan gizləməyimi "VACİB" etdiyi saçlarımı özüm açaraq yoldan çıxdım. Necə etdim. ALLAH c.c "qapat" əmrini vermişdi… Mən də əmrə qarşılıq öz cüzi iradəmlə "aç" əmrini verdim əllərimlə… axı mən fətva məqamında deyildim?... İslam insanların öz məntiqlərinə görə yaşanmayacağına görə?... yaxşı mən bu qərarı nəyə görə vermişdim əcəba?... belə bir saatlıq üsyan içində ALLAHIN uca əmrini heçə saymış, çeynəmiş və saxta bütləri sevincə qərq etmişdim. Mənə nə olurdu ki, mən Quran xaricinə çıxırdım?... "çətinlikdə qalınca başını aç" əmri hansı hədisdə, hansı ayədə vardı? Əshab(Səhabə) qadınlarının hansı örtüsünü öz əliylə kafirə vermişdi?... İslam tarixində belə bir hadisənin olmadığına və İslama tay edilə bilməyəcəyinə görə, mən bu hərəkətimlə İslam xaricinə çıxmamışmı idim əcəba? Demək ki, bu hərəkət İslami deyil, üsyani bir hərəkət idi…

    Bir saatliıq üsyandan sonra, bir leş halını alan bədənimi sürükləyərək evə gəldim. Bu üsyanın üzərimdə böyük bir ağırlığı vardı… RƏBBİMİN əmrini heçə saymanın əzabı!...

    Bilmirem bundan daha böyük əzab ola bilərdimi?... bundan daha qorxuncu düşünülə bilməz hər halda?.... ruhumun indi çəkdiyi əzab əcəba axirətde çəkəcəyim əzabın neçədə neçəsiydi?....

    Evə girdim… Bacım maraqla məndən o dəqiqə soruşdu:

    - başını açdınmı?

    - Bəli…

    - Yəni başını açdın… yalanmı deyirsən yoxsa?... zarafatmı?

    - Sus!... üstümə gəlmə.. mən onsuzda yetərincə sıxıldım…

    - İmtahan necə keçdi onda?

    - Hər halda kəsilərəm..

    - Əslində böyük imtahanı kiçik imtahana girməklə itirmiş oldun. ALLAH səni imtahan etdi və sən imtahanı verə bilmədin. Fransızcadan keçsən nə çıxar, axirəti qazanma imtahanından keçə bilmədikdən sonra?... diplomu alsan nə mənası, axirət diplomunu ala bilmədikdən sonra?... dosent, doktor, prof. olsan nə çıxar; İslamdan taviz verməyən, tağuta boyun və RƏSULULLAHIN s.a.v yolunda yürüməyən bir Müsəlman olduqdan sonra. Bir saniyə belə baş örtüsüz qalmağı zillət, alçaqlıq və şərəfsizlik sayan İslam (yəni naməhrəm qarşısında) qadınlarını ağlatdıqtan və incitdikdən sonra "müsəlmanam" demək əbəs deyilmi?

    - bəs bacı, niyə imtahana girmədən söyləmədin?... o zaman girməzdim heç?...

    - bir şey söyləməyimə lüzum yox idi. Çünki İslam lazım olanı söyləmişdir. Əmrlər açıq və dəqiq şəkildə meydandadır…

    - Bəli haqlısan… Bilərək etdim… hər şeyi bilirdim …

    Doğruydu … Fəqət olmuşdu bir dəfə… çəkmişdim üsyan bayrağını bir dəfə?... indi bu axan göz yaşlarım, bilmirəm mənim üsyanımın cəzasını silərmi axirətdə… bu ALLAH'ın c.c əmrlərinə qarşı xəyanətimin axirətdə hesabını necə soruşacaqdı əcaba məndən?... ya ALLAH mənə "qulum" deməzsə?.... ya PEYĞƏMBƏRİM s.a.v mənə "ümmətim" deməzsə? Bir də əshab qadınları məndən üz çevirirsə?...

    Bax belə bütün israrlara rəğmən ikinci imtahana girmədim.. BAŞINI AÇARAK OXUYAN BACILARIM; bu hərəkət İslami deyil üsyanidir. Başınızı açaraq keçirdiyiniz zaman dilimdə, ALLAH'ın ilahlığından çıxıb, nəfsiniz və digər ilahların əmrinə girmiş olursunuz. Çünki bu əmr ALLAH'dan deyil başqasından gəlmişdir. Başqa ilahların əmrinə girmək Müsəlman’ı qəhr etməli… ƏN BÖYÜK ƏZABI DİPLOM ALMADIĞIMIZ ÜÇÜN DEYİL, BÜTLƏRƏ BOYUN ƏYDİYİMİZ ÜÇÜN ÇƏKMƏLİYİZ...

    Bunu oxuyan zaman düşünürsən. Bir xanım ki, naməhrəm qarşısında bir neçə dəqiqəliyə başını açdıqdan sonra bu hala düşürsə, bəs o zaman ümumiyyətlə hicab geyməyən dünya qadınlarının əksərinin aqibəti Axirətdə necə olacaq görəsən?.. Bəs digər bütün günahları işləyənlərin aqibəti?.. Allah hamımızı öz yoluna hidayət etsin. Amin!!!
    www.kerbela.org

    Категория: Dünyada | Просмотров: 4360 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 1
    29.08.2008
    1. Nisa (Nisa) [Material]
    Uzucu bir haldir sad

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər