Cüme, 19.04.2024, 07:54
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Avqust » 30 » Azərbaycandakı Şah Abbas məscidi tamamilə dağıla bilər
    19:18
    Azərbaycandakı Şah Abbas məscidi tamamilə dağıla bilər
     
     
     
    Azərbaycanın Tovuz rayonunun Yanıqlı kəndində Şah Abbasın sifarişi ilə XVI əsrdə memar Şeyx Bahəddin Məhəmməd Amil tərəfindən inşa edilmiş məscidin bir hissəsi uçub. İlk görünüşdən Gəncədəki Şah Abbas məscidini xatırladan bu tarixi abidənin əsaslı təmirə ehtiyac var.

    Kənd sakini Təvvəkül Əliyevin APA-nın Qərb bürosuna verdiyi məlumata görə, tikintisi 50 ilə ərsəyə gələn məscidin taxtadan düzəldilən hissələrinin çürüməsi və tavanın çökdüyü müşahidə olunur: «Binada hələ 1978-1980-ci illərdə əsaslı təmirinə başlanılsa da, iş yarımçıq qalıb».
    Kənd ağsaqqallarının dediklərinə görə, əvvəllər məscid dini ibadətgah və mədrəsə kimi fəaliyyət göstərib, SSRİ dövründə isə sovxozun anbarı kimi istifadə edilib.
    Tovuz rayon Mədəniyyət və Turizm şöbəsinin müfəttişi Hidayət Aslanov APA-nın yerli bürosuna bildirib ki, məscidin tikintisi zamanı onun möhkəm və davamlı olması üçün çiy yumurtadan da istifadə olunub: «Yaxın illər ərzində məsciddə təmir-bərpa işlərinin aparılması nəzərdə tutulmayıb. Ümumiyyətlə, rayonda son bir neçə ildə dövlət tərəfindən heç bir tarixi abidə təmir edilməyib». Mütəxəssislərin fikrincə, yaxın illərdə burada təmir-bərpa işləri aparılmasa, bu tarixi abidə tamamilə dağıla bilər.

    APA
     
    Категория: Dünyada | Просмотров: 1358 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər