Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 15 il ötür - 31 Августа 2008 - ....::İslam::....
Cüme, 09.12.2016, 00:12
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6768
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » Avqust » 31 » Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 15 il ötür
    22:26
    Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 15 il ötür
     
     
     
     
    Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəifndən işğal edilməsindən 15 il ötür Avqustun 31-i Qubadlının işğal günüdür

    Qubadlının işğalı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, «Dənizdən dənizə böyük Ermənistan» yaradılması daşnaq ideoloqlarının çoxillik sərsəm xülyalarının tərkib hissəsi idi. 1993-cü ilin iyul-avqust aylarında bütün cəbhə boyu erməni hücumlarının miqyası genqişləndirildi. Bir-birinin ardınca Ağdam, Füzuli və Cəbrayıl rayonları işğal edildi. Bu rayonların boşalması Qubadlını faktiki olaraq, mühasirə vəziyyətinə saldı. Avqust ayı ərzində həm Ermənistan həm də Laçın istiqamətindən hücumlar gücləndirildi.

    Avqustun 30-da Həkəri çayı boyu kəndlərə atılan mərmilərin ardı arası kəsilmirdi. Günün ikinci yarısında başlanan yayım atəşi isə insanların son ümidini də qırdı. Həmin gecə Xanlıq kəndinə qədər olan bütün kəndlər ermənilərin əlinə keçdi. Səhəri gün isə tamamilə mühasirəyə düşən Qubadlının geri çəkilməkdən başqa çarəsi qalmadı. Bu işğal nəticəsində 445 min kvadrat metr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumi təhsil məktəb, 10 mədəniyyət evi, 24 klub, 1 tarix - diyarşünaslıq muzeyi, 60 kitabxana dağıdılıb. 31. 364 nəfər öz yurd-yuvasını tərk etməyə məcbur qalıb. Ümumilikdə bu döyüşlərdə 230 nəfər şəhid olub. Lakin itkilər yalnız bununla bitmir. Rayon ərazisində 23-ə yaxın mağara və IV və V əsrə aid 3 qalanın taleyi bu günədək məlum deyil. Bundan əlavə Qubadlının işğalı nəticəsində 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumtəhsil məktəbi, 10 mədəniyyət evi, 21 klub, 1 tarix- diyarşünaslıq muzeyi və  60 kitabxana ermənilər tərəfindən dağıdılıb. İşğaldan sonra BMT Təhlükəsizlik Şurası 874 saylı qətnaməsi ilə zəbt olunmuş torpaqlardan qoşunların çıxarılmasını tələb etsə də, Ermənistan hökuməti indiyədək buna məhəl qoymur.


    Ekologiya və Təbii Sərvət Nazirliyindən ANSPRESS- ə verilən məlumata görə  ümumi sahəsi 80250 hektar olan Qubadlı respublikanın cənub-qərbində Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsinin 35 kilometr uzunluğunda Ermənistanla sərhəddə yerləşir. Qubadlının meşə fondu sahəsi 13160, meşə ilə örtülü sahəsi 7288, mədəni meşə əkini sahəsi isə 11 hektar olub. Qubadlı meşələri qırmızı palıd, vələs, qoz, şam, ağcaqayın, söyüd, andız, akasiya, yemişan, armud, zoğal, qarağat və başqa ağaclarla zəngin olub. Rayon ərazisində ehtiyatları 6247 min kvadratmetr olan, mişar daşı istehsalı üçün yararlı Hacılı tuf, kərpic istehsalına yararlı Xanlıqkənd gil, Eyvazlı bəzək əlvan daşları, şirin su yataqları var. Qubadlıda diametri 80 sm, hündürlüyü 35 metr, yaşı 160 il olan 2, diametri 150 sm, hündürlüyü 20 metr, yaşı 300 il olan 1, Xanlıq kəndində hündürlüyü 40 metr, yaşı 1600 il olan 3 şərq çinarları, Gödəklər kəndində isə yaşı 150 il olan saqqız ağacı təbiət abidəsi kimi qorunub. Qubadlı meşələri vaşaq, canavar, ceyran, cüyür, bezoar keçisi, dağ qoyunu, kəklik, meşə xoruzu, meşə toyuğu ilə zəngin olub.
    Xatırladaq ki, Qubadlı rayonu 1993-cü il avqustun 31-də  Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.
     
    Gülnaz Qənbərli /ANSPRESS/

    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1324 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər