Cüme, 19.04.2024, 07:16
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 1 » Əfqanıstanda 5 milyon nəfər aclıq təhlükəsi qarşısındadır
    22:11
    Əfqanıstanda 5 milyon nəfər aclıq təhlükəsi qarşısındadır
     
     
     
     
     
    Aksfam Beynəlxalq Təşkilatının məlumatına əsasən, Əfqanıstanda 5 milyon nəfər dəhşətli aclıq təhlükəsi ilə üzləşə bilər.

    Trend News-un Əfqanıstandakı müxbirinin məlumatına əsasən, Britaniyanın Aksfam Beynəlxalq Təşkilatı son hesabatında bildirib ki, əgər Əfqanıstanda ərzağa ehtiyacı olanlara təcili yardım göstərilməzsə, əhalinin əksər hissəsini böyük fəlakət gözləyir.

    Təşkilatının məlumatına əsasən, hazırda BMT və Əfqanıstan hökuməti tərəfindən istənilən yardımın beşdə birini beynəlxalq maliyyə mənbələri bu ölkəyə göndəriblər. Əfqanıstan hökuməti və BMT isə bundan əvvəl ölkədəki ərzaq problemini aradan qaldırmaq üçün dörd yüz milyon dollar məbləğində yardım istəyib.

    Təşkilat cari ildə quraqlığın olmasını, qışın sərt keçməsini və nəticədə ərzaq məhsullarında qiymət artımını və sabitliyin pozulmasını fəlakətin baş verməsinə əsas səbəb kimi göstərib.

    Aksfam-ın məlumatında xüsusi olaraq qeyd olunub ki, quraqlıqdan daha çox ziyan çəkmiş Əfqanıstanın mərkəzində yerləşən Daykəndi vilayətinə vaxtında ərzaq yardımı çatdırılmasa, bu regionda əhali ciddi problemlərlə üzləşəcək.

    Ötən il Əfqanıstanda yardımın vaxtında çatdırılmaması nəticəsində çox sayda insan aclıqdan həlak olub. Aksfam Beynəlxalq Təşkilatının bu məlumatına beynəlxalq maliyyə mənbələrinin necə reaksiya verəcəyi isə hələ məlum deyil.

    Bu arada Əfqanıstanın şərq və cənub regionlarında sabitliyin pozulması faktları hər gün artmaqdadır. Məlumata əsasən, Taliban Kabil-Qəndəhar magistral yolunu tam şəkildə nəzarətdə saxlayır və bu da ərzaq məhsullarına ehtiyacı olan regionlara yardımın vaxtında çatdırılmasına mane olur.

    TREND
     
    Категория: Dünyada | Просмотров: 1100 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər