Cüme, 19.04.2024, 13:58
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 5 » LONDONDA MƏMURLAR MÜSƏLMANLARLA BİRGƏ ORUC TUTMAĞI MƏSLƏHƏT GÖRDÜ
    18:42
    LONDONDA MƏMURLAR MÜSƏLMANLARLA BİRGƏ ORUC TUTMAĞI MƏSLƏHƏT GÖRDÜ
     
     
     
     
     
    İş yoldaşlarına hörmət əlaməti olaraq Londonun şərqindəki şəhər bələdiyyəsi müsəlman olmayanları mübarək Ramazan ayı boyunca müsəlman həmkarları ilə görüşdükdə yemək və içməkdən imtina etməyə çağırıb, Dayli Mail qəzeti yazır.

    “Biz öz əməkdaşlarımızdan xahiş edirik ki, iftara dəvət olunana qədər yeməkdən çəkinsinlər”,- deyə bələdiyyə şurasının nümayəndəsi müsəlman olmayanlara ünvanladığı elektron məktubda bildirmişdir, İslam.ru xəbər verir.

    Bu məsləhət başlanan orucluq ayı ilə əlaqədar bələdiyyə tərəfindən nəzərdə tutulan bir sıra tədbirlər çərçivəsində səsləndirilmişdir. Tədbirlər arasında müsəlmanların namaz qılması və iftar etməsi üçün 45 dəqiqəlik axşam toplantısının təxirə salınmasını da qeyd etmək olar. Bundan başqa müsəlmanlara iftar üçün tərkibində çay, kofe, sendviç və digər halal məhsullar olan menyular təklif olunacaq. Əlavə olaraq bələdiyyə şurasının qrafikində də müəyyən dəyişikliklər olacaq. Belə ki, Ramazan ayı ərzində cəmi 7 toplantı keçiriləcək.

    Təklif olunan tədbirlər heç də bələdiyyə şurasının bütün üzvləri tərəfindən dəstəklənməmişdir. Misal üçün, şuranın liberal-demokrat yönümlü üzvü Stefani İton bidirir ki, o, şurada olan qeyri-müsəlmanların Ramazan ayı boyunca orucluq normalarını gözləməsini dəstəkləmir. Onun fikrincə bu digər dindən olanlara qarşı təhqir ola bilər. Burada qeyd etmək lazımdır ki, şura heç kəsi oruc tutmağa məcbur etməmişdir. O, sadəcə insanlıq hörməti olaraq oruc tutanın yanında yemək yeməməyi məsləhət görmüşdür.


    Категория: Dünyada | Просмотров: 1151 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər