Cüme, 19.04.2024, 08:24
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 5 » RƏHMƏT AYI "RAMAZAN"
    19:37
    RƏHMƏT AYI "RAMAZAN"
     
     
     
     
     
    Bağışlayan və Mehriban Allahın adı ilə.
        “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi sizə də vacib edildi. Bəlkə (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!»
        (Bəqərə surəsi 183-cü ayə)
       
        Şükrlər olsun Allaha ki, bizlərə ayların ən mübarəki və bərəkətlisi Ramazan ayına qədəm qoymağa izn verdi. Elə bir ay ki, günahlar tez təmizlənər, dualar maneəsiz qəbul olar, oruc tutanların nəfəsinə savab yazılar. Hətta yatan kəsin yatmasına ibadət savabı yazılar. Quran oxuyan şəxs bir ayə oxusa, elə bil ki, bir Quranı əvvəldən axıra kimi oxuyub. Yəni bir ayə tilavət edən oruc tutan möminə, bir Quranı oxumağın savabı hədiyyə edilər. Qədr gecəsi ki, bu aya təsadüf edilir bu günün ibadəti 1000 aydan fəzilətli və xeyirlidir. Sizlərə bu ay «Mübarək Ramazan ayı silsilələri» rubrikasında müxtəlif mövzularda oruc, bu ayın fəziləti, fəlsəfəsi və başqa bəhslərimizi sizlərə təqdim edəcəyik. (İ).
       
        «Ramazan» sözü lüğətdə
       
       
        «Ramazan» sözü ərəbcədən əslində, «rəmz» kökündən olub, «günəşin şiddətli şüa vurmasına»-na deyilir. Bu münasibətlə, bu ayın «Ramazan» adlandırılması o ayda şiddətli isti olması ilə bağlıdır.
       
        Başqa nəzəriyyə də budur ki, «Ramazan» sözü Allahın mübarək adlarından biridir. Ona görə də hədisdə gəlib ki, Ramazan deməyin, bəlkə də, mübarək Ramazan ayı deyin.
       
        Üçüncü nəzəriyyə budur ki, bu ayda günahların yandığına görə ona, Ramazan adı verilmişdir.
       
       
        Mübarək Ramazan ayının üstünlüyü
       
       
        Ramazan ayında oruc tutulması, Qurani-Kərimdə bəyan olub. Bu ayın adının Quranda qeyd olması və Quranın bu ayda nazil olması, Ramazan ayının üstünlüyünə dəlildir.
       
        İslam rəvayətlərindən məlum olur ki, bütün səmavi kitablar - Zəbur, Tövrat, İncil və Quran hamısı bu ayda nazil olublar.
       
        İmam Sadiq (ə) buyurur: «Tövrat Ramazan ayının 6-da, İncil 12-də, Zəbur 18-də, Quran isə Qədr gecəsi nazil olub.» Bununla da Ramazan ayı səmavi kitabların nazil olma ayı, təlim və tərbiyə ayıdır. Oruc tutmaqda olan tərbiyə proqramı səmavi kitabların göstərişləri ilə həmahəng olmalıdır.
       
       
       
        «Oruc və Səbr»
        Qurani-Kərimdə orucdan, «səbr» kimi ad aparılmışdır. İmam Sadiq (ə) Allahın Quranda buyurduğu: «Səbr və namazdan kömək alın» ayəsinin şərhində buyurur: Ayədəki «səbr» sözü, oruc mənasındadır. Həmçinin, buyurur: Hər vaxt bir nəfərə şiddətli bir hadisə baş versə, oruc tutsun. Allah-Təala buyurur: Səbrlə, yəni orucla kömək alın!».
        İslam alimlərindən olan Əllamə Məclisi «Miratul-uqul» kitabında belə yazır: Səbrin əsli həbsdir. Oruca o cəhətdən «səbr» deyilir ki, insanı yemək-içmək və evlənməyin ləzzətlərindən çəkindirib saxlayır (həbs edir) .
       
        Rəvayətlərdə orucun fəzilət və təsirləri!
       
        Hədis və rəvayət kitablarını mütailə etməklə, orucun əhəmiyyətini daha çox anlayırıq. İndi də bu rəvayətlərdən bir qisminə işarə edək.
        Birinci rəvayət: Zürarə adlı ravi.
        İmam Baqir (ə)-dan nəql edir ki, İmam buyurub: «İslam dininin kökləri beş əsas üzərində qurulmuşdur: Namaz, Zəkat, Həcc, Oruc və Vilayət».
       
        Əllamə Məclisi «Miratul-uqul» kitabında bu hədisi «qəbul olunmuş» adlandırır və İslam dininin bu beş əsası barəsində yazır: Bəlkə də, bunlar tamamlayıcı və təkmil edicidirlər. Çünki, bunlarsız İslamın əsasları titrəyər. Yaxud, bu beş şeyə iman gətirmək imandandır.
       
        İkinci rəvayət: İmam Sadiq (ə)-dan nəql olunur.
       
        Ata-babalarından nəql edir ki, İslam Peyğəmbəri (s) səhabələrinə buyurdu: «İstəyirsiniz sizə elə bir şey öyrədim ki, Şeytan sizdən uzaqlaşsın? Məşriqin məğribdən uzaqlaşdığı kimi olsun? Ərz etdilər: Bəli ! Ey Allahın Rəsulu!
       
        Həzrət buyurdu: Ramazan ayının orucu Şeytanın üzünü qaraldır. Sədəqə vermək belini sındırır. Allah yolunda dost olmaq xeyir işlərə kömək Şeytanın nəslini kəsir. Tövbə edib günahların bağışlanmasını tələb etmək, qəlbini paralayır. Hər şeydən ötrü zəkat var, bədənin zəkatı oruc tutmaqdır».
       
        Üçüncü rəvayət: İmam Sadiq (ə)-dan nəql olunur:
        «Allah-Təala, Musa peyğəmbərə vəhy edir ki, Mənimlə münacat etməyinə, sənə nə mane olur? Ərz edir: Oruc olduğuma görə ağzımın iyi mane olur.
       
        Ona vəhy olunur: Ey Musa! Mən, oruc tutanın ağzının iyini müşk-ənbər (gözəl qoxulu bir ətir növüdür) iyindən xoş bilirəm».
       
        Dördüncü rəvayət: İslam Peyğəmbərindən nəql edirlər ki, O Həzrət buyurur: «Oruc, insanı Cəhənnəm atəşindən qoruyan qalxandır».
       
        RAMAZANAYI.ORG
    Категория: Cümə söhbətləri | Просмотров: 1496 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər