“Əbu Bəkr” məscidinin bağlanması xahişi ilə Azərbaycan prezidentinə müraciət olunub - 8 Сентября 2008 - ....::İslam::....
Cüme, 09.12.2016, 00:11
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6768
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » Sentyabr » 8 » “Əbu Bəkr” məscidinin bağlanması xahişi ilə Azərbaycan prezidentinə müraciət olunub
    22:43
    “Əbu Bəkr” məscidinin bağlanması xahişi ilə Azərbaycan prezidentinə müraciət olunub
     
     
     
     
     
    Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsinin bir qrup sakini “Əbu Bəkr” məscidinin birdəfəlik bağlanması xahişi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət ediblər.

    Sakinlər APA-ya göndərdikləri müraciətlərində artıq bir neçə ildir, el arasında “Əbu Bəkr” kimi tanınan (Cümə məscidi), vəhhabi təriqətinə mənsub şəxslərin toplaşdığı məscidin fəaliyyəti nəticəsində rahatlıqlarının pozulduğu bildirirlər: “Ailələrimiz, qocalar, körpələr daim qorxu altında yaşayırlar, həmin şəxslərin kütləvi toplaşması və avtomobillərinin yaratdığı tıxaclar səbəbindən evdən küçəyə çıxmağa belə imkan yoxdur. Sakinlər xəstələndikləri halda hətta təcili yardım maşını küçəyə girə bilmir. Yanğın və təbii fəlakət baş verərsə, bu, kütləvi qırğına səbəb olacaq. Bundan başqa, vəhhabi təriqətə mənsub şəxslər övladlarımızı təsirləri altına salır, onları öz tərəflərinə çəkirlər. Bir sözlə, bu məscidin fəaliyyəti vətəndaşlara və dövlətin təhlükəsizliyinə, sabitliyə əngəldir. Bunları nəzərə alaraq, məscidin bir daha fəaliyyət göstərməməsi barədə göstəriş verməyinizi xahiş edirik”.

    Müraciəti 70-dək sakin imzalayıb. Sənədin imzalanması prosesi davam edir.

    APA
    Категория: Dünyada | Просмотров: 721 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər