Cüme, 29.03.2024, 14:58
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 8 » RAMAZAN AYI OTTAVA MÜSƏLMANLARINI FƏALLAŞDIRIR
    23:09
    RAMAZAN AYI OTTAVA MÜSƏLMANLARINI FƏALLAŞDIRIR
     
     
     
     
    Kanadanın paytaxtı Ottavada yaşayan müsəlmanları üçün orucluq ayı olan müqəddəs Ramazan ayı bir fəallaşma vaxtıdır. "Müqəddəs Ramazan ayı elə bir vaxtdır ki, bu ayda hamı öz adət etdiyi gündəlik işguzarlı həyatından uzaqlaşmalıdır və daha çox düşüncə dolu, biz kimik və burada nə edirik haqqında bir halı əksə etdirməlidir" – deyə 48 yaşlı Züleyxa Əli Yusif "Ottava Gazette" nəşrinə söyləmişdir, islamonline xəbər verir .
    "Gündən günə biz harasa tələsirik və vaxtımız daha da azalır. İndi isə elə bir vaxtdır ki, biz həqiqətən də nədə özümüzü daha çox cəmləməyik. Mən hesab edirəm ki, bu vaxt çao fəallıq vaxtıdır."Ottava şəhərinin müsəlmanları səhərdən axşama qədər orucluq ayında kasıblara və ehtiyaclı olan kəslər daha çox yardım edirlər. Başqa bir Ottavalı müsəlman Yusif hesab edir ki, Ramazan ayı Ottava müsəlmanlarını daha çox birləşdirir belə ki, onlar bir yerdə iftar açırlar və cəmən namaz qılırlar: "Bu ayda bütün müsəlmanlar çiyin çiynə durub və bir gözəlliyin sənin daxilində mövcudluğunu hiss edirsən".

    Mübarək Ramazan ayında böyüklər, əlbətdə ki, xəstələr və səyahətdə olanlar istisna olmaqla hamı gün çıxandan gün batana qədər qida qəbul etmir, içmir, siqaret çəkmir, cinsi əlaqədə olmurş. Bu müqəddəs ayda müsəlmanlar dualar və özünü düzəltməklə Allaha daha çox yaxın olmağa vaxtlarını səf edirlər.Bir çox kişilər mübarək ayın son 10 günü özəlliklə məscidə etiqaf keçirirlər. Üstəlik bu ayda müsəlmanlar günün bir hissəsini Qurani Kərim oxumağa və öyrənməyə sərf etmələri artıq adət halına çevrilib.

    Müsəlmanların müqəddəs ayda orucluq vaxtı belə bir ruhi atmosferası Ottava siyasilərini və əhalisini valeh etdi.
    "Bu cəmiyyətin gücünü göstərir" deyə Kitçissipi Şura üzvü Kristin Ledman bir neçə başqa siyasətçilərlə birlikdə cümə günü məscidə gəlişi zamanı söyləmişdir. Ledman Ottava məscidinin yaxın qonşusudur və o bildirmişdir ki, orucluq ayında bu məscidə gələn çoxsaylı müsəlmanları gördükdə çox mütəhəssir olmuşdur və hesab edir ki, bu müsəlman cəmiyyəti üçün çox "məhsuldar və zənginləşdirici" haldır.Qeyd edək ki, Ottava məscidi bölgədə olan altı ən böyük məscidlərindəndir və təqribən Kanadanın paytaxtı Ottavada yaşayan 40000 min müsəlmana xidmət edir. Müsəlmanlar Kanada əhalisinin 1.9% təşkil edir, lakin bununla yanaşı onlar burada birinci qeyri xristian dini oldular. 


    Категория: Dünyada | Просмотров: 1404 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər