Amerika prezdentliyinə namizəd Barak Obama müsəlman olduğunu qəbul etdi - 9 Сентября 2008 - ....::İslam::....
Cüme, 09.12.2016, 00:09
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6768
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » Sentyabr » 9 » Amerika prezdentliyinə namizəd Barak Obama müsəlman olduğunu qəbul etdi
    19:14
    Amerika prezdentliyinə namizəd Barak Obama müsəlman olduğunu qəbul etdi
     
     
     
     
     
    Amerika'da 4 Noyabrda ediləcək prezident seçkiləri üçün yarış sürətlə davam edir. Yarışda Demokrat Partiya Başçı Namizədi Barak Obamanın Müsəlman olduğu qarşıya qoyulurdu. Hətta bu iddia internetdə yayılmışdı. Obamanın atasının Keniyalı bir Müsəlman, göbək adının da Hüseyin olduğu iddiası gündən günə yayılmağa davam edirdi.

    Bu iddialar əsnasında 47 yaşındakı Illinois Senatorunun bir neçə il əvvəlki Keniya ziyarətində ağ paltar və sarıqla çəkdirdiyi fotoşəkil ABŞın gündəminə bomba kimi düşmüşdü. Obama isə hər fürsətdə, İslama böyük hörməti olduğunu ancaq Müsəlman olmadığını, Xristian olduğunu söyləyirdi.

    Ancaq əvvəlki gün ABC kanalına reportaj verən Obama, eyni mövzunu bir dəfə daha gündəmə gətirdi. Ancaq dilinin dolaşması yeni bir müzakirəyə səbəb oldu.

    ‘Sonunda qəbul etdi'

    Server Corc Stephanopoulos Obamaya Müsəlman olduğu iddialarını birkez daha soruşdu. Bu iddiaların Respublikaçılar tərəfindən özünü gözdən düşürmək üçün atıldığını söyləyən başçı namizədi, "Oyun oynamayaq. Bəlkə John McCain Müsəlmanlığımı (My Muslim faith) tənqid etmədi amma yandaşları davamlı bunu dilə gətirir" deyə danışdı.

    Çaşan aparıcı, dərhal "Müsəlmanlıqmı" deyə soruşdu. Səhvini anlayan Obama, "Xristianlığım" deyərək sözünü düzəltdi. Ancaq bu sözlər Respublikaçılar tərəfindən internetdə təbliğat vəsaiti edildi. Respublikaçı saytlarda, "Obama Müsəlmanlığını qəbul etdi" şərhləri edildi.

     

    WWW.MEDiA-iSLAM.CoM  Xəbər xidməti

    Materialdan istifadə edərkən istinad vacibdir

    (Bütün hüquqlar qorunur)

    Категория: Dünyada | Просмотров: 647 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər