Çerşenbe axşamı, 23.04.2024, 19:19
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 9 » UÇU­RU­MUN BİR AD­DIM­LI­ĞIN­DA
    19:48
    UÇU­RU­MUN BİR AD­DIM­LI­ĞIN­DA
     
     
     
     
     
     
    Həz­rət Fa­ti­mə­nin (s.ə) dün­ya­ya gəl­mə­si ba­rə­də bə­zi ix­ti­laf­lı rə­va­yət­lər də möv­cud­dur. Bə­zi ta­rix­çi­lər de­yir­lər ki, Fa­ti­mə (s.ə) Fil ha­di­sə­sin­dən 25 il keç­dik­dən son­ra dün­ya­ya gə­lib. Şeyx Mü­həm­məd İmam Mü­həm­məd Ba­qir­dən (ə) nəql edir ki, Mə­bəs­dən 5 il keç­dik­də Fa­ti­mə (s.ə) dün­ya­ya gə­lib. Əh­li-beyt (ə) şa­i­ri M. Fü­zu­li iki dün­ya xa­nı­mı­nın dün­ya­ya gəl­mə­si­ni "Hə­di­qə­tüs-sü­hə­da" əsə­rin­də şe­ir di­li ilə be­lə vəsf edir.
       
        Şər gül­za­rı­na röv­nək ver­di bir növ­rəs ni­hal,
        Asi­ma­ni-di­nə nər­töv sal­dı bir fər­rux hi­lal.
        Ol ni­ha­lın bər­gü ba­rın­dan do­lub da­mə­ni-dəhr
        Ol hi­la­lə qıl­dı ən­va­ri-hi­da­yət in­ti­qal.
       
        Bir rə­va­yət­də de­yi­lir ki, Rə­su­li-Ək­rəm bu­yu­rub: "Cəb­ra­yıl (ə) mə­nə xə­bər ve­rib ki, onun adı asi­man­lar­da - Mən­su­rə, yer­də isə Fa­ti­mə­dir. Fa­ti­mə-"kə­sən", "ayı­ran" mə­na­sın­da­dır. Yə­ni o ba­nu (ə.s) öz şi­ə­lə­ri­ni Cə­hən­nəm­dən, düş­mən­lə­ri­ni isə öz mə­həb­bə­tin­dən və cən­nət­dən qət edib, ayı­rıb­dır. O xa­nım (ə.s) öz dostla­rı­na Axi­rət­də kö­mək edə­cə­yi üçün, göy­lər­də ona Mən­su­rə de­yir­lər.
        Rə­su­li-Ək­rəm (s) bu­yu­rub: "Fa­ti­mə (s.ə) za­hir­də in­san şək­lin­də­dir­sə də, ba­tin­də hür­riy­yə­dir".
        Həz­rət Fa­ti­mə (s.ə) 5 ya­şın­da ikən, be­sə­tin 10-cu ilin­də ana­sı Xə­di­cə (ə) və­fat et­di. Rə­su­li-Ək­rəm (s) Mə­di­nə­yə hic­rət edən­dən son­ra Üm­mi-Sə­lə­mə­ni (ə) özü­nə ni­gah elə­di və Fa­ti­mə­ni (s.ə) ona tap­şır­dı ki, tər­bi­yə­si ilə məş­ğul ol­sun. Hə­min vaxt Fa­ti­mə­nin (s.ə) 8 ya­şı var idi.
        Həz­rə­ti Xə­di­cə­dən (ə) son­ra Pey­ğəm­bə­rin (s) ən se­vim­li zöv­cə­si olan Üm­mi-Sə­lə­mə (ə) de­yər­miş ki: "Al­la­ha and ol­sun, mən özüm Fa­ti­mə­dən (s.ə) ədəb öy­rə­ni­rəm, az­yaş­lı ol­ma­sı­na bax­ma­ya­raq o, hər şe­yi mən­dən və baş­qa­la­rın­dan çox bi­lir."
       
        Həz­rət Fa­ti­mə­nin (s.ə) ad­la­rı, kün­yə­lə­ri və lə­qəb­lə­ri
       
        Yu­nis ibn Zəy­ban de­yir ki, İmam Sa­diq (ə) bu­yur­du: "Fa­ti­mə­nin (s.ə) Al­lah dər­ga­hın­da doq­quz adı var­dır: Fa­ti­mə, Sid­di­qə, Mü­ba­rə­kə, Ta­hi­rə, Zə­kiy­yə, Ra­ziy­yə, Mər­ziy­yə, Mü­həd­də­sə, Zəh­ra."
        Son­ra bu­yur­du: "Fa­ti­mə adı­nın mə­na­sı­nı bi­lir­sən­mi?"
        Ərz et­dim ki, ey sər­və­rim, onun mə­na­sı­nı mə­nə ba­şa sal. Həz­rət bu­yur­du: "Fu­ti­mət mi­nəş­şər" ("Hər cür pis­lik­dən ay­rıl­mış (və ya se­çil­miş) tə­miz­lən­miş").
        Son­ra İmam (ə) bu­yur­du: "Əgər mö­min­lər ağa­sı Əli (ə) ol­ma­say­dı, Fa­ti­mə (s.ə) üçün Adəm­dən (ə) tut­muş ta qi­ya­mə­tə qə­dər Yer üzün­də hə­yat yol­da­şı ta­pıl­maz­dı" (Üsu­li-ka­fi, c.1, səh.461).
        Di­gər bir mən­bə­də rə­va­yət olu­nub ki, Fa­ti­mə­yə (s.ə) aşa­ğı­da­kı sə­bəb­lə­rə gö­rə Fa­ti­mə de­yir­lər:
        - O, hər bir pis­lik­dən və çir­kin­lik­dən uzaq­dır;
        - O və tə­rəf­dar­la­rı cə­hən­nəm odun­dan uzaq­dır­lar.
        - Fa­ti­mə (s.ə) yük­sək elm və ka­mal də­rə­cə­lə­ri­nə ma­lik ol­du­ğu üçün baş­qa­la­rın­dan se­çi­lir­di.
        - İn­san­lar onu ta­nı­maq­da aciz­dir­lər. O Həz­rə­tin hə­qi­qə­ti­ni dərk edə bil­məz­lər. Bu Fa­ti­mə­nin "Üm­mü Əbi­ha" mə­qa­mı­na də­lil­dir.
        - Heç kə­sin əq­li onu dərk et­mə­yə çat­maz. Fa­ti­mə­nin (s.ə) ən ka­mil nü­mu­nə­si "Qədr" ge­cə­si­dir. Zəh­ra (s.ə) Al­la­hın qədr ge­cə­si­dir. Qədr ge­cə­si sir­li ol­du­ğun­dan, Zəh­ra da sir­li bir var­lıq­dır və heç kə­sin əq­li onu dərk et­mə­yə çat­maz. Əgər bir kəs Qədr ge­cə­si­ni dərk edə bil­sə, Həz­rə­ti Fa­ti­me­yi-Zəh­ra­nın (s.ə) da mə­qam və mən­zi­lə­ti­ni an­la­ya bi­lər.
        İmam Hə­sən Əs­gə­ri (ə) bu­yu­rur: "Fa­ti­mə­nin (s.ə) Zəh­ra (s.ə) ad­lan­ma­sı­nın sə­bə­bi bun­dan iba­rət­dir ki, onun ca­ma­lı­nın nu­ru hər gün üç də­fə Həz­rət Əli (ə) üçün cil­və­lə­nir­di. Fa­ti­me­yi-Zəh­ra­nın (s.ə) par­laq çöh­rə­si sə­hə­rin ilk baş­lan­ğı­cın­da gü­nəş ki­mi, gü­nor­ta vax­tı ay ki­mi, gün ba­tan vaxt ul­duz ki­mi nur sa­çır­dı.
       
        Zəh­ra adın Xu­da ona bəxş et­di Dəhrdə.
        Çün səc­də qıl­dı sidq ilə süb­ha­nə Fa­ti­mə.
        (Axund Ha­cı Sol­tan)
       
        - Sid­di­qə - mə­su­mə, is­mət­li, gü­nah et­mə­yən.
        - Mü­ba­rə­kə - elm, fə­zi­lət və ka­mal­da bə­rə­kət­li.
        - Ta­hi­rə - nöq­san­lar­dan pak olan.
        - Zə­kiy­yə - xe­yir iş­lər­də və ka­mal­da nü­müvv edən.
        - Ra­ziy­yə - Al­la­hın qə­za­sı­na ra­zı olan.
        - Mər­ziy­yə - Al­la­hın və Onun dostla­rı­nın bə­yə­nil­mi­şi.
        - Mü­həd­di­sə - mə­lək­lə da­nı­şan.
        - Zəh­ra - həm za­hi­ri, həm ­də mə­nə­vi cə­hət­dən nu­ra­ni.
        ...Üm­mül-Əi­mə­tül-mə­su­miyn, Üm­mül-Hə­sə­neyn, Üm­mül-Xi­yə­rə, Üm­mül-Fə­za­il, Üm­mül-Əx­yar, Üm­mül-Nü­cə­ba, Üm­mül-Əh­zar, Üm­mül-Ülum, Üm­mül-Ki­tab.
        Bə­tul (pak olan), Xey­rün-ni­sa (qa­dın­la­rın ən yax­şı­sı), Sey­yid­də­tü-ni­sa­il-alə­min (aləm qa­dın­la­rı­nın sər­və­ri və xa­nı­mı), İb­nə­tül-Mux­tar (Pey­ğəm­bə­rin qı­zı), Əz­ra (pa­ki­zə), Bə­zə­tin-nü­buvv (Pey­ğəm­bə­rin (s) bə­də­nin bir par­ça­sı), Dür­rə­tül-bey­za (ağ dürr).
        Həz­rət Fa­ti­mə (ə) imam­la­rın ana­sı ol­ma­sı ilə ya­na­şı, Pey­ğəm­bə­rin (s) nəs­li­nin on­dan do­ğu­lub qi­ya­mə­tə ki­mi da­vam edə­cək ya­di­ga­rı­dır. O, sö­zün­də və da­nı­şı­ğın­da Pey­ğəm­bə­rə (s) ən çox ox­şa­yan şəxs idi. Fa­ti­mə (s.ə) Pey­ğəm­bə­rin (s) ya­nı­na gə­lən­də Həz­rə­ti Rə­sul (s) onu meh­ri­ban­lıq­la qar­şı­la­yar və əlin­dən öpər­di.
       
        Həz­rət Fa­ti­mə­nin (s.ə)
        Be­hiştdə­ki mə­qa­mı
       
        Fu­rat ibn İb­ra­hi­min təf­si­rin­də nəql olu­nur ki, Əli (ə) bu­yur­du: "Bir gün Pey­ğəm­bər (s) Fa­ti­mə­nin (s.ə) ya­nı­na gəl­dik­də xa­nı­mın kə­dər­li ol­du­ğu­nu hiss et­di. Həz­rət (s) bir az Qi­ya­mət gü­nü ba­rə­də da­nı­şıb bu ye­rə ye­tiş­di: "Ey Fa­ti­mə, sən Cən­nət qa­pı­sı­na ye­ti­şən za­man o vax­ta qə­dər heç bir kəs­lə gö­rüş­mə­yə­cək və sən­dən son­ra da gö­rüş­mə­yə­cək 12 min Be­hişt hu­ri­si qar­şı­la­yar. On­la­rın əlin­də nur­dan dü­zəl­dil­miş si­lah olar. On­lar nur­dan iba­rət də­və­yə mi­nər­lər. O də­və­lə­rin yə­hə­ri qı­zıl­dan, sa­rı və qır­mı­zı ya­qut­dan, yü­yə­ni isə tə­zə mir­va­ri­dən olar. Hər də­və­nin üs­tün­də də sıx-sıx dü­zül­müş par­laq in­ci­lər­lə bə­zə­dil­miş "Sun­dus" süf­rə­si açı­lır. Be­hiş­tə da­xil olan za­man cən­nət əh­li sə­nin qə­dəm­lə­rin­dən şad-xür­rəm olar­lar. Sə­nin tə­rəf­dar­la­rın üçün nur­dan iba­rət kür­sü üzə­rin­də xü­su­si süf­rə ha­zır­la­yar­lar. Baş­qa­la­rı hə­lə he­sab-ki­tab ve­rən za­man on­lar ye­mək­lər­dən meyl edər­lər. Sə­nin tə­rəf­dar­la­rın üçün is­tə­dik­lə­ri şey hə­mi­şə və elə o də­qi­qə ha­zır olar. Al­lah, öv­li­ya­la­rı Cən­nə­tə yer­ləş­di­rən za­man Həz­rət Adəm (ə), on­dan son­ra isə bü­tün Pey­ğəm­bər­lər sə­ni zi­ya­rət et­mə­yə gə­lər­lər.
       
        Həz­rət Fa­ti­mə­nin (s.ə)
        meh­və­riy­yət təş­kil et­mə­si
       
        Həz­rət Fa­ti­mə (s.ə) bir ne­çə mü­hüm mə­sə­lə­də meh­və­riy­yət təş­kil edir. O cüm­lə­dən:
        - İm­kan alə­mi­ni xil­qə­tin­də:
        Al­lah-Tə­a­la Pey­ğəm­bə­rə (s) xi­ta­bən bu­yu­rur: "Löv­la­kə lə­ma xa­ləq­tul-əf­lak. Löv­la Əliy­yun lə­ma xa­ləq­tuq. Löv­lə Fa­ti­mə və­ma xa­ləq­tu­ku­ma"-"Ya Mə­həm­məd! Əgər sən ol­ma­say­dın, fə­lək­lə­ri ya­rat­maz­dım. Əgər Əli ol­ma­say­dı, sə­ni ya­rat­maz­dım. Əgər Fa­ti­mə ol­ma­say­dı, heç bi­ri­ni­zi ya­rat­maz­dım" (Hə­di­si-Qüd­si).
        Əbə - Mə­həm­məd (s), Əli (ə), Fa­ti­mə (s.ə), Hə­sən (ə) və Hü­sey­nin (ə) mü­ba­rək nur­la­rı nə­zər­də tu­tu­lur.
        Haqq aşı­ğı Də­də Ələs­gər də bu ha­di­sə­yə əsas­la­na­raq Ru­zi-Ələst də beş kim­sə­nin nu­ru­nun möv­cud­lu­ğu­nun Xil­qət alə­min­dən əv­vəl ya­ran­dı­ğı­nı qeyd edir və bir "Di­va­ni"sin­də de­yir:
       
        Ələs­di­dən bə­li de­dim nə xoş iq­bal­dı yü­küm,
        Beş gö­zə­lin aşi­qi­yəm vəs­fi, kə­mal­dı yü­küm,
        Mə­ta­hım mə­tah olun­ca, ba­za­rım ba­zar ol­sun,
        Nə alın­mır, nə sa­tıl­mır xey­li za­val­dı yü­küm.
       
        - Həz­rət Fa­ti­mə (s.ə) İla­hi mə­ri­fət­də meh­və­riy­yət təş­kil edir.
        - Həz­rət Fa­ti­mə (s.ə) Al­lah mə­həb­bə­tin­də də meh­və­riy­yət təş­kil edir. Rə­su­li-Ək­rəm (s) bu­yu­rur: "Hər kəs Fa­ti­mə­ni (s.ə) sev­sə, şüb­hə­siz mə­ni sev­miş­dir və hər kəs də mə­ni sev­sə, şüb­hə­siz Al­la­hı sev­miş­dir.
        - Həz­rət Fa­ti­mə (s.ə) Al­la­hın ra­zı­lı­ğın­da və qə­zə­bin­də meh­və­riy­yət təş­kil edir. Pey­ğəm­bər (s) bu­yu­rub: "Hə­qi­qə­tən Al­lah Fa­ti­mə­nin (s.ə) ra­zı ol­ma­sı ilə ra­zı olar, qə­zəb­lən­mə­si ilə qə­zəb­lə­nər".
        - Həz­rət Fa­ti­mə (s.ə) tə­vəs­sül olun­maq­da da meh­və­riy­yət təş­kil edir. Tə­vəs­sül du­a­sın­da oxu­yu­ruq: "İla­hi, Sə­ni and ve­ri­rəm Fa­ti­mə­nin (s.ə) həq­qi, onun ata­sı­nın, onun əri­nin və onun oğ­lan­la­rı­nın həq­qi­nə, sa­la­vat gön­dər Həz­rə­ti Mə­həm­məd (s) və onun Əh­li-Bey­ti­nə, mə­nim ba­rəm­də mə­nim bə­yən­di­yim şey­lə­ri de­yil, özün məs­lə­hət bil­di­yi şey­lə­ri rə­va gör!"
        - Pey­ğəm­bər (s) Fa­ti­mə­ni (s.ə) "Üm­mi-Əbi­ha"-yə­ni,"ata­sı­nın ana­sı" de­yə səs­lə­yər­di. "Üm­mü" kəl­mə­si "ana" mə­na­sın­dan baş­qa "əsil" və "kök" mə­na­sı­na da iş­lə­nib­dir. Ne­cə ki, Mək­kə­yə "Üm­mül-qu­ra" de­yir­lər. Bu­na gö­rə də "Üm­mi-əbi­ha" da vi­la­yət və nü­büv­və­tin əs­li, kö­kü mə­na­sı­na­dır. Hə­qi­qə­tən, Fa­ti­me­yi-Zəh­ra (s.ə) köl­gə sa­lan bir ağac idi. O, ima­mət və vi­la­yə­tin şi­rin mey­və­lə­ri­ni ye­tiş­dir­di. Pey­ğəm­bər (s) öz əziz və se­vim­li qı­zı­na "Üm­mi-əbi­ha" lə­qə­bi ver­di.
        - Həz­rət Fa­ti­mə (s.ə) "Ki­sa" və "Mü­ba­hi­lə" əs­hab­la­rın­dan bi­ri­dir. Fa­ti­me­yi-Zəh­ra (s.ə) o şəxslər­dən idi ki, on­la­rın şə­ni haq­qın­da "Tət­hir" ("Əh­zab", 33) ayə­si na­zil ol­du. Həz­rət Fa­ti­mə (s.ə) İmam­la­rın ana­sı və Al­lah Rə­su­lu­nun (s) ya­di­ga­rı­dır. Pey­ğəm­bə­rin (s) nə­sil-nə­ca­bə­ti Qi­ya­mət gü­nü­nə qə­dər o xa­nı­mın və öv­lad­la­rı­nın nəs­lin­dən tö­rə­nə­cək­dir.
       
        (da­va­mı var)
       
        "İn­san öz in­sa­ni də­yər­lə­rin­dən uzaq dü­şən­də fit­rə­ti ac qa­lır və onu qi­da­lan­dır­maq üçün ən az­ğın, şey­ta­ni, nəf­sa­ni yol­la­ra əl atır ki, bu da bi­zi so­nu gö­rün­mə­yən uçu­ru­ma yu­var­la­da bi­lər"
       
        Cə­va­hir
       
        Azər­bay­can xal­qı is­tiq­la­liy­yət əl­də edən­dən son­ra sö­zün hə­qi­qi mə­na­sın­da res­pub­li­ka­mız­da di­ni­mi­zə, mə­nə­viy­ya­tı­mı­za bir söz­lə kö­kü­mü­zə qa­yı­dış sa­hə­sin­də cid­di ad­dım­lar atıl­dı. So­vet döv­rün­də bağ­la­na­raq an­bar, ema­lat­xa­na, sex ki­mi is­ti­fa­də olu­nan qə­dim məs­cid­lə­ri­miz bər­pa edi­lə­rək, din­dar­la­rı­mı­zın is­ti­fa­də­si­nə ve­ril­di, ye­ni­lə­ri­nin ti­kin­ti­si­nə baş­la­nıl­dı. Am­ma il­lər keç­dik­cə öl­kə­də bu sa­hə­də gö­rü­lən iş­lər, yə­ni İs­lam di­ni­nin, mil­li-mə­nə­vi də­yər­lə­ri­mi­zin təb­li­ği, in­ki­şaf tem­pi, ye­ni məs­cid­lə­rin in­şa­sı pro­se­si göz­lə­nil­mə­dən da­yan­dı­rıl­dı. Əl­bət­tə, bü­tün bun­la­rın sə­bəb­lə­ri müx­tə­lif cür izah olu­nur. Əs­lin­də hə­qi­qət nə­lər­dən iba­rət­dir? Pro­ses­lə­rin bu fon­da cə­rə­yan et­mə­si­nə sə­bəb nə­dir? Bu və di­gər mə­sə­lə­lə­rə ay­dın­lıq gə­tir­mək üçün Azər­bay­can İs­lam Par­ti­ya­sı səd­ri­nin di­ni mə­sə­lə­lər üz­rə mü­şa­vi­ri, ila­hiy­yat­çı Ha­cı Se­yid Hə­sə­na­ğa Hə­sə­nov­la söh­bət­ləş­dik.
        Mü­sa­hi­bim ilk ön­cə res­pub­li­ka əra­zi­sin­də­ki kənd və şə­hər­lər­də iba­dət et­mək, di­ni mə­ra­sim­lər hə­ya­ta ke­çir­mək üçün məs­cid­lə­rin sa­yı­nın az­lı­ğın­dan, hət­ta bir çox yer­lər­də ümu­miy­yət­lə iba­dət­gah­la­rın ol­ma­ma­sın­dan söz aç­dı: "Bis­mil­la­hir Rəh­ma­nir Rə­him. 70 il­lik so­vet im­pe­ri­ya­sı çök­dük­dən son­ra xalqla­ra mən­sub adət-ənə­nə, mə­də­ni, si­ya­si və di­ni fə­a­liy­yət­lər ge­niş vü­sət al­ma­ğa, İs­la­ma qar­şı bas­qı­lar sən­gi­mə­yə baş­la­dı. Öl­kə­miz­də­ki iba­dət­gah­lar xal­qın üzü­nə açıl­dı, di­ni­mi­zə müs­tə­qil­lik, azad­lıq ve­ril­di. Nə­ti­cə­də xalq ye­ni­dən əsl mil­li, mə­nə­vi, di­ni də­yər­lə­ri­nə ta­pın­dı. La­kin bu se­vin­di­ri­ci mə­qam­lar uzun çək­mə­di. İm­pe­ri­ya döv­rün­də İs­lam di­ni­nə qar­şı ya­saq­lar in­di baş­qa bir for­ma­da tə­za­hür et­mə­yə baş­la­dı və bu acı­na­caq­lı və­ziy­yət da­vam et­mək­də­dir. Fi­kir ve­rin, müs­tə­qil­li­yin ilk il­lə­rin­də ye­ni məs­cid­lə­rin in­şa­sı, köh­nə­lə­ri­nin tə­mi­ri, İs­la­mi ma­a­rif­lən­dir­mə ge­niş vü­sət al­sa da, son­ra bu mə­sə­lə­lər ta­ma­mi­lə sı­xış­dı­rıl­dı. Bu gün Gən­cə, Sa­mux ra­yon­la­rı­nın İs­la­mi də­yər­lə­rə hə­mi­şə hör­mət­lə ya­na­şı­lan, onu döv­rün hər dö­nə­min­də ya­şa­dan cə­nub böl­gə­si­nin bir çox kəndlə­rin­də, elə­cə də öl­kə­nin di­gər bir sı­ra kənd və qə­sə­bə­lə­rin­də məs­cid­lər yox­dur. Ra­yon ic­ra ha­ki­miy­yət­lə­ri mə­sə­lə ilə qə­tiy­yən ma­raq­lan­mır, bu sa­vab işi hə­ya­ta ke­çir­mək is­tə­yən­lə­rə isə döv­lət tə­rə­fin­dən ica­zə ve­ril­mir".
       
        - Yə­ni məs­cid in­şa et­mək prob­lem­li bir mə­sə­lə­dir?
        - Bə­li, bu gün hər han­sı kənddə be­lə, məs­cid, Hü­sey­niy­yə, ya­xud məd­rə­sə tik­mək müş­kü­la­ta çev­ri­lib. Bu­nun üçün ən azı bir ne­çə döv­lət or­qa­nı­nın ica­zə­si və qə­ra­rı ol­ma­lı­dır. Am­ma mə­nə­vi-əx­la­qi də­yər­lə­ri­mi­zə zidd olan, sa­ğal­maz fə­sad­lar tö­rə­dən ob­yektlə­rin in­şa edil­mə­si­nə, fə­a­liy­yət gös­tər­mə­si­nə heç bir qa­da­ğa yox­dur. Be­lə olan hal­da, məs­ci­di ol­ma­yan ya­şa­yış mən­tə­qə­lə­ri­nin mö­min bən­də­lə­ri nə et­mə­li­dir­lər, iba­di əməl­lə­ri­ni har­da hə­ya­ta ke­çir­mə­li­dir­lər, mo­i­zə­lər har­da səs­lən­di­ril­mə­li­dir, gənc nəs­lin nü­ma­yən­də­lə­ri İs­la­mın gö­zəl mə­nə­vi-əx­la­qi də­yər­lə­ri, şə­ri hökmlə­ri ba­rə­də har­da mə­lu­mat əl­də et­mə­li­dir? Bu ya­xın­lar­da mö­min gənclər ya­şa­dıq­la­rı bir əra­zi­də məs­cid ol­ma­dı­ğın­dan ca­ma­at na­ma­zı qıl­maq üçün bir ev ki­ra­yə­lə­yib­lər. Am­ma hə­min əra­zi­nin sa­hə mü­vək­ki­li bu ba­rə­də mə­lu­mat alan ki­mi ca­ma­at na­ma­zı­nın hə­ya­ta ke­çi­ril­mə­si­nə im­kan ver­mə­yib. Hər­çənd məm­lə­kə­ti­mi­zin hər ye­rin­də vəh­ha­bi­lər, xris­ti­an mis­si­o­ner təş­ki­lat­lar və di­gər qey­ri-ənə­nə­vi tə­ri­qət­lər ica­rə­yə gö­tür­dük­lə­ri ev­lər­də ba­til ide­o­lo­gi­ya­la­rı­nı təb­liğ et­mək­lə məş­ğul­dur, am­ma ne­cə de­yər­lər, on­la­ra gö­zün üs­tə qa­şın var de­yən yox­dur.
       
        - Ha­cı, biz­də olan mə­lu­mat­la­ra gö­rə, Gən­cə şə­hə­rin­də bir ne­çə məs­ci­din fə­a­liy­yə­ti da­yan­dı­rı­lıb. Bu­nun han­sı sə­bəb­dən baş ver­di­yi si­zə mə­lum­dur­mu?
        - Əv­və­la, qeyd edim ki, so­vet döv­rün­dən son­ra adı­çə­ki­lən şə­hər­də heç bir ye­ni məs­cid ti­kil­mə­yib. Hal­bu­ki, Gən­cə Azər­bay­ca­nın ən bö­yük şə­hər­lə­rin­dən bi­ri­dir və əha­li­si­nin ço­xu din-iman sa­hib­lə­ri­dir. Ən dəh­şət­li­si isə odur ki, or­da­kı qə­dim məs­cid­lə­rin bi­ri ni­gah şö­bə­si, di­gə­ri isə oyun­caq is­teh­sal edən sex ki­mi fə­a­liy­yət gös­tə­rir. Bu iba­dət ocaq­la­rı­nın mö­min­lə­rin ix­ti­ya­rı­na ve­ril­mə­si ilə əla­qə­dar döv­lət or­qan­la­rı­na də­fə­lər­lə mü­ra­ci­ət edil­sə də, in­di­yə­dək müs­bət nə­ti­cə­si ol­ma­yıb.
        Gən­cə­də fə­a­liy­yə­ti da­yan­dı­rı­lan məs­cid isə şə­hə­rin mər­kə­zin­də yer­lə­şən "Şah Ab­bas" məs­ci­di­dir. Bu məs­ci­də həm adi, həm də cü­mə gün­lə­rin­də na­maz qıl­ma­ğa yüz­lər­lə in­san top­la­şır. Vax­ti­lə bu iba­dət­ga­hın doğ­ru­dan da tə­mi­rə cid­di eh­ti­ya­cı var­dı. Öl­kə baş­çı­sı böl­gə­yə sə­fə­ri za­ma­nı məs­ci­də hə­diy­yə­lər ba­ğış­la­dı, da­ha son­ra məs­cid­də tə­mir iş­lə­ri apa­rıl­dı. Am­ma mə­sə­lə bu­ra­sın­da­dır ki, ar­tıq heç bir tə­mi­rə eh­ti­ya­cı ol­ma­yan "Şah Ab­bas" məs­ci­di­nin fə­a­liy­yə­ti bir müd­dət­dir ki, da­yan­dı­rı­lıb. Gu­ya iba­dət­gah tə­mir edi­lir. Ba­kı­nın özün­də də "Cü­mə", "Əj­dər­bəy" ("Göy məs­cid" - red.), "Tə­zə­pir" iba­dət ocaq­la­rı ne­çə vaxtdır ki, tə­mir adı ilə mö­min­lə­rin üzü­nə bağ­lı­dır. Hal­bu­ki, məs­ci­di zi­nət­lən­di­rən bər-bə­zək yox, mö­min­lər­dir.
       
        - Ne­cə fi­kir­lə­şir­siz, məs­cid­lə­rin tə­mi­ri pre­zi­dent seç­ki­lə­ri ön­cə­si mö­min­lə­rin rəğ­bə­ti­ni qa­zan­ma­ğa he­sab­la­na bi­lər­mi?
        - Mən be­lə dü­şün­mü­rəm. Ək­si­nə, bu cür iş­lər da­ha çox mö­min­lə­rin top­laş­dı­ğı məs­cid­lə­ri bağ­la­ma­ğa, in­san­la­rı di­nin­dən az­dır­ma­ğa xid­mət edir. Əgər hö­ku­mət xal­qın si­ya­si dəs­tə­yi­ni və mə­həb­bə­ti­ni qa­zan­maq is­tə­yir­sə, hə­qi­qi İs­la­mın in­ki­şa­fı­na, ye­ni məs­cid­lə­rin, məd­rə­sə­lə­rin in­şa­sı­na im­kan ya­rat­ma­lı, doğ­ru­dan da tə­mi­rə eh­ti­ya­cı olan iba­dət­gah­la­rı sə­li­qə-sah­ma­na sa­lıb xal­qın ix­ti­ya­rı­na ver­mə­li­dir. Am­ma tə­əs­süf ki, biz bun­la­rın şa­hi­di ol­mu­ruq. Ək­si­nə, cə­miy­yə­tə ha­va və su ki­mi la­zım olan, onun mə­nə­viy­ya­tı­na, əx­la­qı­na müs­bət tə­sir gös­tə­rə bi­lə­cək əsl İs­la­mın təb­li­ği­nə, ma­a­rif­çi­lik işi­nə ma­ne­ə­lər ya­ra­dıl­dı­ğı, məs­cid­lər tə­mir adı ilə il­lər­lə bağ­lan­dı­ğı hal­da döv­lət­çi­li­yi­miz­lə, əqi­də­miz­lə zid­diy­yət təş­kil edən, İs­la­ma aid ol­ma­yan tə­lim­lər­lə gənclə­rin bey­ni­ni zə­hər­lə­yən vəh­ha­bi məs­ci­di­nin - "Əbu-Bəkr"in fə­a­liy­yə­ti­nə sədd çə­kil­mir. Da­ha doğ­ru­su, "tə­mir" edil­mir.
       
        - De­di­yi­niz­dən be­lə an­la­şı­lır ki, ha­di­sə­lə­rin bu cür in­ki­şa­fı kim­lə­rin­sə ma­raq çər­çi­və­sin­dən, yad ide­o­lo­gi­ya­la­rın öl­kə­yə tə­si­rin­dən irə­li gə­lir?
        - Bə­li, açıq eti­raf et­mək la­zım­dır ki, bü­tün bu mə­sə­lə­lə­rin kö­kün­də İs­la­ma düş­mən kə­si­lən bey­nəl­xalq si­o­niz­min izi gö­rü­nür. On­lar nə­in­ki Azər­bay­can­da, bü­töv­lük­də bü­tün dün­ya­da müx­tə­lif va­si­tə­lər­lə İs­la­mı zə­if­lət­mə­yə ça­lı­şır və bu məq­səd­lə Azər­bay­can döv­lə­ti­nə də tə­sir gös­tə­rir­lər. Am­ma hər kəs an­la­ma­lı­dır ki, İs­la­mın in­ki­şa­fı­nı, məs­cid­lə­rin fə­a­liy­yə­ti­ni, ali­min mo­i­zə­si­ni ən­gəl­lə­mək­lə mü­səl­man Azər­bay­can xlqı­nın ni­cat yo­lu­na sədd çə­kir. Al­lah-Tə­a­la Qu­ra­ni-Kə­ri­min "Saff" su­rə­si­nin 8-ci ayə­sin­də bu­yu­rur: "On­lar öz ağız­la­rı ilə üfü­rə­rək Al­la­hın nu­ru­nu sön­dür­mək is­tə­yir­lər. An­caq ka­fir­lə­rə xoş gəl­mə­sə də, Al­lah öz nu­ru­nu ta­mam­la­ya­caq­dır". Bu mə­na­da de­mək olar ki, ma­te­ri­a­list kom­mu­nist ide­o­lo­gi­ya­sı İs­la­mı ya­saq et­sə də, Al­lah hə­qi­qə­ti­nin, Al­lah nu­ru­nun qar­şı­sı­nı ala bil­mə­di və bü­tün cəhdlə­ri if­la­sa uğ­ra­dı. Ona gö­rə də in­di­ki dö­nəm­də, yə­ni di­ni­mi­zin bü­tün dün­ya­da, ilk növ­bə­də isə Qərb öl­kə­lə­rin­də nü­fu­zu artdı­ğı bir dövrdə onun in­ki­şa­fı­nın qar­şı­sı­nı al­maq qə­tiy­yən müm­kün ol­ma­ya­caq. Odur ki, İs­lam Par­ti­ya­sı ola­raq sə­la­hiy­yət sa­hib­lə­ri­nə töv­si­yə edi­rik ki, Həz­rət Mə­həm­məd Pey­ğəm­bər (s), Əh­li-beyt (ə), si­ra­təl-müs­tə­qim, bir söz­lə, İs­lam yo­lun­da­kı sü­ni ma­ne­ə­lə­ri ara­dan gö­tür­sün­lər. Çün­ki in­san öz in­sa­ni də­yər­lə­rin­dən uzaq dü­şən­də fit­rə­ti ac qa­lır və onu qi­da­lan­dır­maq üçün ən az­ğın, şey­ta­ni, nəf­sa­ni yol­la­ra əl atır ki, bu da bi­zi so­nu gö­rün­mə­yən uçu­ru­ma yu­var­la­da bi­lər. İn­san Al­lah-Tə­a­la­nın bu­yur­du­ğu əmrlə­rin hü­du­du­nu aş­sa, in­san­lı­ğın ka­mil də­rə­cə­si­nə çat­maz və məhv olar.
    Категория: DİNİ DƏRSLƏR | Просмотров: 1727 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər