AVSTRALİYALILAR ƏFQAN ƏSİRLƏRİNİ İT BUDKALARINDA SAXLAYIRLAR - 10 Сентября 2008 - ....::İslam::....
Şenbe, 10.12.2016, 12:48
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6769
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » Sentyabr » 10 » AVSTRALİYALILAR ƏFQAN ƏSİRLƏRİNİ İT BUDKALARINDA SAXLAYIRLAR
    19:50
    AVSTRALİYALILAR ƏFQAN ƏSİRLƏRİNİ İT BUDKALARINDA SAXLAYIRLAR
     
     
     
     
     
    Avstaliya əsgərləri Əfqanıstanda əsir talibançıları dar it qəfəslərində saxlayıblar. Bu barədə məlumat Yaşıl adada geniş əks-sədaya səbəb olmuşdur. Avstraliya İslam Şurası Federasiyası buna öz hiddətini bildirmişdir, İslam.ru xəbər verir.Əsirləri İslam dini baxımından natəmiz hesab olunan it saxlanılan yerlərdə saxlayıblar. Baş verəndə qeyri-adi bir şey olmadığını söyləyən müdafiə naziri Couel Fitcibboni olanların əməllərinə bəraət qazandırmışdır.
    Avstraliya xüsusi təyinatlıları dörd əsiri digər yer olmadığından belə bir şəraitdə saxlayıb. Bundan başqa nazir öz tabesində olanlara bəraət qazandıraraq bildirmişdir ki, əfqanlar orada cəmi 24 saat saxlanılıb və o zaman həmin yerlərdə itlər olmayıb. Bundan sonra isə bütün əsirlər onların saxlanılması üçün xüsusi mərkəzlərə köçürülüb. Ümumiyyətlə Fitcibboni bildirmişdir ki, bu yeri it evi adlandırmaq lazım deyil. Əsirlər sadəcə lazimi vaxtlarda istifadə edilməsi nəzərdə tutulan çəpərlənmiş ərazidə saxlanılıb.

    ITAR-TASS agentliyinin verdiyi xəbərə görə, İslam Qurtuluş cəbhəsinin sədri bildirmişdir ki, avstraliyalılar əfqan əsirləri ilə insan kimi davranmayıblar. Onun fikrincə, əslində məsələ ondadır ki, onları alçatmaq məqsədi ilə it budkalarına kütləvi şəkildə yerləşdiriblər.Əfqanistanın Kanberradəki səfiri də belə fikirdədir. Armannul Cayhunun diplomatik statusu ona fikirlərini səsləndirməyə imkan verməsə də o, belə bir halın təkrarlanmaması üçün Avstraliya əsgərlərini xəbərdar edib.
    Müxalifət Yaşıllar partiyasının lideri Abob Braun isə daha lakonik çıxış edərək bildirmişdir ki, insanların az müddətə belə olsun it şəraitində saxlanılması yolverilməzdir.Bundan başqa bu günlərdə məlum olmuşdur ki, NATO-nun Əfqanistanın Cənubi Vəziristan əyalətində apardığı reydlər zamanı 15 nəfər dinc insan ölmüşdür və ən azı 26 nəfər yaralanmışdır.


    Категория: Dünyada | Просмотров: 637 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər