"TİKİNTİLƏRDƏ ELƏ İNSANLAR İŞLƏYİRKİ , ONLARIN TİKİNTİ NƏ OLDUĞUNDAN HEÇ XƏBƏRLƏRİ YOXDUR" - 11 Сентября 2008 - ....::İslam::....
Bazar ertesi, 05.12.2016, 14:26
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6765
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » Sentyabr » 11 » "TİKİNTİLƏRDƏ ELƏ İNSANLAR İŞLƏYİRKİ , ONLARIN TİKİNTİ NƏ OLDUĞUNDAN HEÇ XƏBƏRLƏRİ YOXDUR"
    13:17
    "TİKİNTİLƏRDƏ ELƏ İNSANLAR İŞLƏYİRKİ , ONLARIN TİKİNTİ NƏ OLDUĞUNDAN HEÇ XƏBƏRLƏRİ YOXDUR"
     
     
     
     
     
    Azərbaycanın fəxri memarı Emil Axundovun Day.Az portalına müsahibəsi
    - Emil müəllim, bu yaxınlarda «Elmlər Akademiyası» metro stansiyasında tikinti aparılan yerin üstünü örtən və fəhlələrin üzərinə tikinti tullantıları yığdığı mismarlı taxtaların insanların üstünə aşması hadisəsini necə şərh edərdiz?

    - Mən çox təəssüflə bildirmək istərdim ki, hazırda Bakıda hər hansı binanın ucaldılması və yenidən qurulması zamanı tikinti qaydalarına və normalarına tamamilə əhəmiyyət verilmir. Təəssüf ki, biz artıq KİV-lərin verdiyi xəbərlər vasitəsilə tikilən və va yenidən qurulan obyektlərin yanından keçən Azərbaycan vətəndaşlarının üzərinə mismarlı taxtaların, daş parçalarının və digər tikinti materialların düşməsi nəticəsində qurbanlara çevrilməsinin şahidi olmuşuq.  Lakin mən əminəm ki, KİV-lərin verdiyi informasiyalar həyatımız üçün faciəli miqyasda olan həqiqətlərin az bir hissəsindən xəbər verir. Bu olanların əsas səbəbi isə  çox zaman ölkəmizdə aparılan tikinti lahiyələrinin xərclər cədvəli olan sənədlərinin olmamasıdır.

    Budur, məndə «Elimlər Akademiyası» stansiyasının girişində tikinti işləri zamanı sərinişinlərin təhlükəsizliyinin necə təmin edilməsi çox böyük sual doğurur. Belə ki, təhlükəsizlik texnikası haqqında qanuna əsasən tikinti zamanı metrodan çıxıb-girən sərinişinlər üçün xüsusi təhlükəsiz dəhliz ayrılmalı idi.  Xüsusilə, vətəndaşların keçməsi üçün düzəldilən örtülər insanların təhlükəsizliyi üçün gücləndirilməliydi. Bundan başqa tikinti aparılan sahənin hər tərəfində üzərində “Sərnişin, ehtiyatlı ol”, “Tikinti işləri aparılır” yazılmış tablolar vurulmalı, sərinişinlərin hərəkətini nizamlayan insanlar keşik çəkməli, təhlükəli tikintilər zamanı isə sərinişinlərin hərəkəti dayandırılmal idi. Mənə belə gəlir ki, bu halda hətta tikinti işlərinin aparılması üçün layihə xərcləri sənədi belə hazırlanmayıb və işlər ancaq formal sənədlərlə aparılıb və bunun da sayəsində şəhərimizin sakinlərinin həyatı təhlükə altına alınıb.

    - Bəs on minlərlə şəhər sakininin həyatını təhlükə altına alaraq metronun çıxışında təmir-tikinti işləri aparmaq nə dərəcədə düzgün idi?

    - Təmir işlərinin aprılıb-aparılmamasına gəldikdə mən bunu deyə bilərəm ki, insanların fəal şəkildə hərəkət etdiyi sözügedən metro stansiyasını uzun müddətə bağlamaq məncə düzgün olmazdı. Lakin metronun bir neçə günlük bağlanması daha uyğun yol ola bilərdi. Lakin sözsüz ki, sərinişinlərin hərəkətini tənzimləyən sistem yaradılmalı idi. Təəssüf ki, bu olmadı və tutaq ki, bu dəfə biz böyük zərərləri dəf edə bildik. Lakin heç kəs təminat verə bilməz ki, sabah hər hansı genişmiqyaslı fövqaladə hal baş verməyəcək və bunun nəticəsində daha çox həmyerlimiz əziyyət çəkməyəcək.   

    - Bakıda tikinti işlərində işləyən insanların iş təcrübəsi barəsində nə deyə bilərsiz?

     - Mən belə fikirləşirəm ki, hətta Milli Təhlükəsizlik Nazirliyinin apardığı işlər o dərəcədə sirli deyil, nəyinki Bakıda tikinti-təmir işləri çərçivəsində aparılan işlər. Bütün hər tərəf çəpərlənib, lakin təhlükəsizliyə cavabdeh olan nə layihənin rəhbərindən, nə iş icrasından xəbər var.   Nəticədə, əgər hər hansı bir faciə baş verərsə biz cavabdeh insanları tapmaqda çətinlik çəkirik. Belə ehtimal isə çox böyükdür. Zira bu tikintilərdə elə insanlar işləyir ki, onların tikinti nə olduğundan heç xəbərləri yoxdur. Bu insanlar çox cüzi miqdarda əmək haqqı alan insanlardır ki, onlar bir tikə çörəyə görə Azərbaycanın müxtəlif regionlarından Bakıya gəliblər və onlar hər bir işdə, o cümlədən tikintidən heç bir anlamları olmasa da, bu işdə çalışmağa hazırdırlar. Ən azı tikinti zamanı həlak olan insanların statistikasını qaldırmaqla görmək olar ki, bu işdə çalışanların əksəriyyəti regionların sakinləridir. Nəticədə bizim tikililər hər məvacibə razı olan, lakin ixtisassız olmaları nəticəsində Bakı sakinlərini  hər an stresdə saxlayan və özləri də onların təcrübəsizliklərinin hansı faciələrə gətirə biləcəyini anlamayan insanlar üçün “yeməkxanalara” çevrilir 


    Категория: Müsahibe | Просмотров: 831 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər