Şenbe, 20.04.2024, 01:07
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 11 » MƏNİM İSLAMA GƏLİŞİM
    13:27
    MƏNİM İSLAMA GƏLİŞİM
     
     
     
     
     
    Vladislav Soxinin özünün İslama necə gəlməsi haqqında.
    Ola bilsin ki, bir çox insanları bu sual narahat etsin: Pravoslav keşişini nə məcbur etdi ki, o İslam dinini qəbul etdi? Bu artıq birinci hadisə deyildir, lakin hər bir insanın tək bir Allaha inanmağı başlaması fərqlidir, hərə bir yol ilə gəlir. Ona görə mən təkallahlığa gəldiyim yoldan danışacağam.

    Mən dindar olmayan bir ailədə doğulmuşam, uşaqlıqda xaç suyuna salınmağıma baxmayaraq, uzun zaman din haqqında heç bir təsəvvürüm yox idi. İlk dəfə İoandan olan İncili oxuduğumda mənə çox təsir etdi. Qohumlarım məndə baş verən dəyişikləri tez bir zamanda hiss etdilər. Sonralar da din axtarışında olduğumu deyə bilmərəm, mən sadəcə olaraq yaşayırdım. Ancaq din özü məni tapırdı.

    Tanışlarımın içərisində baptistlər, hətta krişnaçılar belə var idi. Dində olan bu müxtəliflik məni təəcübləndirirdi, ancaq mən başa düşürdüm ki, əsl Haqq müxtəlif yerlərdə eyni zamanda ola bilməz. Öz kamilliyi ilə o ancaq bir dünyabaxışında ola bilərdi.

    Mənə Kursk şəhərinin qeyri-formal insanları ilə tanış olmaq qismət olurdu: hippiçilərlə, panklarla, metallistlərlə. Elə o zaman mən bir çox yazıçıları, şairləri kəşf etdim, məni qeyri-adi musiqi təəcübləndirirdi, başqa tərəfdən isə həmin mühütdə cavan nəslin spirtli içki və narkotik vasitələri qəbul etməklə süni “ləzzəti” özlərinə verdiklərini dərin sarsıntı ilə görürdüm. Mən heç vaxt narkotik maddədən istifadə etməmişəm, Allah saxlayıb.

    Lakin mənim o zaman ki, bir çox dostlarım alkohola düçar olmuşlar və ya iynənin təsiri altına düşmüşlər. Bəziləri isə təəssüf ki, bu dünyanı artıq tərk edib.
    Bir bazar səhəri, heç bilmirəm necə oldu mən Kursk vilayətinin Voskresenko-İlyinsk kilsəsinə qədəm qoydum və elə orada da qaldım. Mənə diqqət yetirdilər, və kilsədə ön cərgədə kömək etməyə dəvət etdilər. O zaman mən hələ bir çox şeyi başa düşmürdüm, lakin keşişin xətrinə dəymək istəmədim. Axşam mən yenə kilsəyə gəldim və demək olar ki, bir il müddətində heç bir dəfə də olsun ibadəti qaçırmadım.
    Yeni dərs ilinin əvvəlində kilsənin baş keşişi mənə seminariyaya daxil olmağı təklif etdi. Mən artıq ora girmək üçün kifayət qədər məlumata malik idim və razı oldum. Məni qəbul etdilər və iki il yarım mən əyani təhsil aldım. Sonra evləndim və qiyabi təhsilə keçdim.

    2000-ci ilin dekabr ayında mən Rılsk Yuvenalisi və Kursk mitropoliti tərəfindən dyakon rütbəsinə, 2001-ci ilin iyul ayında isə keşiş rütbəsinə təyin edildim. Dərhal məni Kursk vilayətinin Krupes Rılsk rayonunun Pokrov kilsəsinin baş keşişi təyin etdilər. Mən orada iki il yarım xidmət etdim.
    İbadət vaxtından sonra boş vaxtlarımda mən mütaliə ilə məşğul olurdum, oxuduğum kitablar əsasən xristianlığın müqəddəs kitabı İncilin təhqiqatına həsr olunan ədəbiyyatlar idi. Kitabları diqqətlə öyrənərək, mən başa düşdüm ki, seminariyada bizə öyrədilən bir çox şeylər həqiqətə uyğun deyil.

    Ziddiyyətlərin aşkarlanması

    Məsələn İonnanın Birinci müraciətində verilən "üçlüyü" sübut etmək üçün çox vaxt istifadə olunan sitatı göstərmək olar: "Zira üç şey göydə şəhadət verir: Ata, Söz və Müqəddəs Ruh və bu üçlüyün mahiyyəti vahiddir.” (1 İoan,5:7). Ancaq indi bu sitatın doğruluğunu qəbul edən müasir ciddi keşiş tapmaq qeyri-mümkündür. Görün bu haqda tanınmış incil tədqiqatçısı Bryus Metsger öz "Yeni vəsiyyətin tekstologiyası" əsərində nə deyir: "Erazmın (Roterdamskinin - V.S. qeydi) dərc etdiyi nəşrin ünvanına edilən tənqidi fikirlər içərisində ən ciddi tənqid kimi, Ximenesin Komplütensk müxtəlif dilli İncilin nəşr edənlərdən biri olan Stunikin iradlarını qeyd etmək olar. O, Erazm nəşrndə İoanın ilk Müraciətində son fəslinin əsksikliyini göstərir, burada apostolun müqəddəs üçlük barədə düşüncələri bildirilir: "Zira üç şey göydə şəhadət verir: ata, söz və müqəddəs ruh və bu üçlüyün mahiyyəti vahiddir. Və üçü də yerdə şəhadət verir...". Erazm etiraz etmişdir ki, heç bir yunan əlyazmasında o, bu sözlərə rast gəlməyib, baxmayaraq ki, mətnin hazırlanması prosesində əsas iki əlyazmadan başqa bir neçə başqa sənədləri də tədqiq etmişdi. Erazm söz vermişdi ki, yalnız əgər bu cür əlyazma tapılarsa, növbəti nəşrdə belə desək Comma Johanneum-u qoyacaqdır. Sonda bu əlyazma tapıldı (və ya daha doğrusu, saxtalaşdırılmışdır). Hal-hazırda əlimizdə olan məlumatlara görə, müəyyən etmək olar ki, o 1520-ci ildə Oksfordda Froy adlı Frantsiskan ordeninin üzvü tərəfindən yazılmışdır və o bu parçanı latın Vulqatından götürmüşdü. Erazm öz sözünə əməl edərək bu əlavəni 1522-ci ildə üçüncü nəşrdə dərc etdirdi, lakin ona verilən haşiyədə həmin əlyazmanın həqiqi olmasına şübhəli olduğunu bildirmişdir".

    Bu Yeni Vəsiyyətin mətnində verilən bir çox misallardan hələ ancaq biridir.

    Məni həmçinin apostol Pavelin şəxsiyyəti çox şübhələndirirdi. Necə ola bilər ki, insan yalnız öz görücülüklə gördüyünə əsaslanaraq bir çox şeyləri iddia etsin, halbuki İsanı (ə) görən apostollar belə bunu bilmirdilər. Bundan əlavə Pavelin bir çox iddiaları İsanın və onu müşayət edən tələbələrinin sözlərinə birbaşa olaraq ziddir. Lakin mən yepiskop Kassianın (Bezobrazov) "Məsih və ilk xristian nəsli" kitabını əlimə alanda hər şey yerli yerinə düşdü. Kassian kifayət qədər cəsarətlə Pavelin xəstəliyi haqqında yazmışdı və onu açıq-aşkar epilepsiya adlandırmışdı. O, öz kitabının səkkizinci fəslində belə deyir: "Pavel qısa boylu, keçəl başlı, yumru ayaqlı, çatma qaşlı və uzun burunlu bir adam idi. Onun xarici görünüşün yaraşıqsız olması azmış kimi, Pavel tamamilə xəstə bir insan idi... Elmin bir çox nümayəndələri hesab edir ki, Paveldə bir cür xəstəlik olub ki, tutmalarla müşayiət edilib, o zamanlar bu hal şeytanın təsiri kimi qiymətləndirilirdi və onu insanlar arasında hörmətdən salırdı. Bu hansı xəstəlik idi? Elm bu haqda hələ bir doğru-dürüst məlumat verməyibdir. Ancaq bir şey aydındır ki, malyariya və ya göz xəstəliyi və ya kəkələmək 2 Korr.12 obrazına daha az yaxındır, nəinki epilepsiya. Qədimdə epilepsiyaya şər qüvvələrin davamlı təsiri kimi qiymətləndirilirdi. Əlbəttə bu baxış da elmin son sözü kimi dəyərləndirilə bilməz. Sual açıq olar qalır. Buna baxmayaraq, daha çox həqiqətə uyğundur ki, Pavel ağır xəstəliyə düçar idi, və bu xəstəlik mütəmadi olaraq ağrılı və kəskin tutmalarla biruzə verirdi."

    Və beləliklə elə bu halda Pavel yəqin ki, öz vəhylərini alırdı və bütpərəstlikdən yeni xristian olmuşlara bunları ötürürdü. Pavlın özü isə görücülüyündən tam əmin deyildi və tez-tez onlarda çaşırdı. Məsələn Luka "Əməllərdə" çox hissəsi Pavlın sözlərindən yazılmışdır, burada apostolun xristanlığa müraciət etdiyi vaxtdan rəvayət edir.

    O, yazır: "O zaman ki, o, yeriyirdi və Dəməşqə yaxınlaşırdı, qəflətən göydən onu nur işıqlandırdı. O, yerə yıxıldı və bir səs eşitdi, ona deyirdi: Savl, Savl! Məni niyə qovursan? O, dedi: Sən kimsən, İlahi? Tanrı dedi: Mən sən qovduğun İsayam. Sənə qorxulu işin əleyhinə olmaq çətindir. O, dəhşət və həyəcan içində dedi: İlahi! Mənə nə etməyi əmr edirsən? Və Tanrı ona dedi: qalx və şəhərə get və sənə nə etməli olduğun deyiləcək. Onunla gələn insanlar quruyub qalmışdılar, səs eşidirdilər və heç kimi görmürdülər." (Deyan,9,3-7).

    Lakin sonra, Luka Qüds yəhudilərinə müraciət edərkən Pavelin öz sözlərindən sitat gətirir: "Mən yerə yıxıldım və səs eşitdim, mənə deyirdi: Savl, Savl! Niyə məni qovursan? Mən cavab verdim: Sən kimsən İlahi? O, mənə dedi: Mən sən qovduğun Nazoreyli İsayam. Mənimlə olanlar nur gördülər və qorxdular, ancaq mənimlə danışanın səsini eşitmədilər".(Deyan, 23, 7-9).
    Buradakı təzad çox açıqdır. Bir yerdə onunla olanlar səs eşidirdilər, ancaq heç kimi görmürdülər, başqa yerdə isə nur görürdülər, ancaq heç nə eşitmirdilər. Və bu bir müəllif tərəfindən bir kitabın içində yazılmış şeylərdir və bir çoxları da bunu Tanrı tərəfindən inanc mənbəyi üçün verilən dini məlumat kimi hesab edirlər!
    O ki, qaldı İsanın zühuru məsələsinə, burada da Feofan Zatvornikin və onun kimiləri vahid “Yevangele tarixi”nə salmağa nə qədər cəhd etsələr belə, diqqətlə oxuyanda bir çox səhflərə və təzadlı anlara rast gəlmək olur.

    Dörd yevangelistin dedikləri fərqlənir: məsələn Matfey İsanın sözlərini belə çatdırır: "Elə o vaxt İsa öz tələbələri üçün açıb danışırdı ki, O, gərək Qüdsə getsin və qəbilə başçıları, ilk keşişlər və kitab əhli tərəfindən əzəblar çəksin və öldürülsün və üçüncü gün zühur etsin." (Mf. 16,21). Lakin İoanın dediklərində İsanın zühuru ilə bağlı hadisələrin cərəyanını bu cür görmək olar: "Onun ardınca Simon Pyotor gəlir və məzara daxil olur və yalnız örtükləri görür, başında bağlı olan dəsmalı görür, lakin örütklərin üzərində deyil, qıraqda, başqa yerdə, xüsusi bükülmüş vəziyyətdə. Sonra, məzara birinci gələn bir başqa tələbə də daxil oldu, gördü və iman gətirdi. Çünki onlar müqəddəs yazıdan hələ bilmirdilər ki, o, öləndən sonra zühur edəcəkdir". (İn,20,6-9). Əgər bu iki sitatı eyni ilə Tanrı tərəfindən gəlmiş kimi hesab etsək, belə çıxır ki, nəüzubillah, Tanrı öz yazısında elə özü özünün ziddinə gedir.
    İncildən başqa mən dünya dinlərinin tarixi və yaranmasına aid məsələləri də öyrənirdim. Bir çox müstəqil dinşünasların (müstəqil dedikdə onların inancına görə nə İslam, nə də xristianlıqa aid olmamasını nəzərdə tuturam) kitabını oxuduqdan sonra mən belə nəticəyə gəldim ki, xristianlıq din kimi qədim dünyagörüşlərin elmlərini özündə toplamışdır. Öz erkən tədqiqatlarımın bir neçə cəhətini misal üçün göstərim.

    Xristianlıq və Buddizm

    İsanın doğuşu və onun həyatının birinci 40 günü hamıya bəllidir. Onun əsas məqamlarını mən xatırlayıram:
    1. O, Müqəddəs Ruhdan dünyəvu atası olmadan doğulmuşdur.
    2.Onun dünyaya gəlişi pravoslav mətnlərinə müvafiq, Məryəm üçün ağrısız olmuşdu. Üstəlik o bundan sonra bakirə olaraq qalmışdı.
    3. O, mal-qara üçün tövlədə dünyaya gəlmişdi və onun dünyaya gəlişini ilk dəfə heyvanlar görmüşdü.
    4. Onun doğuşundan əvvəl və sonra naməlum bir ulduz parlayırdı, göylərdə isə mələklər ecaskar mahnı oxuyurdular.
    5. Qırxıncı günü İsanı valideynləri Qüdsdəki ibadətgaha gətirdilər və orada qoca Simyon onu qucağına götürdü. Ona Tanrıdan vəhy olmuşdu ki, Məsih dünyaya gəldikdən sonra görmədən o ölməyəcəkdir. Bundan sonra o, İsanı əlləri üstündə qaldırdı və dedi: İndi sən məni buraxırsan ey Sahib...(Lk. 2,29-32).
    İndi isə Buddanın dünyaya gəlməsinin bir neçə detallarına baxaq. Dəlilsiz danışmamaq üçün tanınmış dinşünas Mirça Eliadanın "İnancın və dini ideyaların tarixi" kitabına baxaq. Onun "Budda və onun müasirləri" 28-ci fəslində Qautamın birinci günləri təfsilatı ilə təsvir olunur.
    1. Buddanın dollənmə dövrü günahsız olmuşdu, bodxisatva ananın sağ tərəfinə ağ fil sifətində daxil olur.
    2. Onun dünyaya gəlməsi anası Maya üçün ağrısız oldu - bağçada onun ayağı ağaca ilişir, o, büdrəyir, fil onun böyründən çıxdı və oğlan dünyaya gəldi.
    3. Onun dünyaya gələməsinə baş əymək üçün 12 heyvan gəldi.
    4. Buddanın dünyaya gəlişi zamanı göydə güclü nur vardı, oradan işıq düşürdü və gözəl mahnı səsi gəlirdi.
    5. Sözbəsöz sitat gətirirəm: "Himalaydan Kapilavastaya səma ilə qoca rişi Asita uçub gəldi yenidoğulmuş körpəyə baxsın. Qoca onu əlinə götürür və əmin olandan sonra ki, onun hüzurunda olan Budda olacaq, ağlayır, çünki o həmin vaxta qədər yaşamayacaq və o, Buddanın davamçısı ola bilməyəcəkdir."
    ( Məlumat üçün: Buddizm xristianlıqdan 500 il qabaq yaranmışdır və xristyanlığın meydana gəldiyi zamana qədər çox sayda davamçısı olan güclü inkişaf etmiş bir din idi).

    Xristianlıq və Mitraizm

    Xristianlığın başqa daha qədim bir din olan mitraizm ilə şübhəli yaxınlığı vardır. Bu dinin tarixi haqqında olan bir neçə kitabdan misal gətirirəm.
    Xristianlıq, qədim dinlərin heç biri ilə fars tanrısı Mitra ilə apardığı inadlı və ağır mübarizə aparmamışdı. Mitraizm xristianlığın ən qorxunc rəqibi idi, ancaq elə həmin vaxt başqa dinlərdən çox xristianlığa yaxın idi, belə ki, heç bir şərq dinində onun kimi ümumi cəhətləri olan din yox idi.
    Mitra İsa kimi Tanrı ilə insanlar arasında vasitəçidir, İsa Tanrının oğlu olaraq, öz «ata»sının yer üzərində hökmünü yerinə yetirir. Həmçinin Mitra ali tanrı olan Axura-Mazdın oğludur, onun hökmünü yerinə yetirir. Mitra da İsa da zülmlə mübarizə aparırlar, onların hər ikisi də Yer üzərində olan ədalətsizliyin əleyhinədirlər. Necə ki, Mitra Anxra-Mayn və onun cinləri ilə mübarizə aparır, eyni ilə onun kimi İsa da şeytan və onun qulluqçuları ilə mübarizə aparır və onların düşmənləri dünyanın axırında tam olaraq məğlub olacaqlar.
    Yer üzərində qəhrəmanlıq göstərək, Mitra öz atası Axura-Mazdın yanına qalxdı. Eyni ilə İsa da Yer üzərində Öz Atasının hökmünü yerinə yetirərək əzab çəkir və Atası Allahın yanına qalxdı ki, dünyanın son günü yenə gəlsin.
    Xristianlıq və Mitraizm dinlərinin ayinləri arasında bir çox ümumi cəhətlər vardır. Mitra sitayişində xüsusi qüsl mərasimi vardı, onun vasitəsilə iman gətirənlər günahdan təmizlənirdilər. Bu ayin xristianlıqdakı xaç suyuna salma ayinini xatırladır, bu da günahları təmizləyir.
    Mitraizmdəki müqəddəs yemək mərasimi, xristianlıqda «sirli priçastiye» ayini ilə oxşardırlar. Mitraizmdə müqəddəs yemək süfrəsi elə bil ki, Mitra və onun köməkçilərinin ziyafətini xatırladır. Xristianlıqda «sirli priçastiye» ayini İsa və onun yaxın tələbələrinin «sirli gecəsi» kimi xatırlanır.

    Mitra ilə inanclılar arasında vasitəçilər haqqında olan kahinlik elmi, xristianlıqdakı keşişlər elmi ilə bir çox şeydə oxşardırlar. Mitraizmdə kahinlər təkcə dini ayinlərin xidmətçiləri deyildirlər. Onlar müdrüklüyü mühafizə eidrdilər, tibbi, astrologiyanı, tarixi öyrənirdilər, ruhlara şəfa verirdilər. Kahinlər etiqad edirdilər və günahları buraxırdılar. Əgər inanclı özünü günaha salarsa, o, ibadətgaha kahinin yanına gedir və o, da həmin insana cəza verərdi. Bu cür hallar xristianlığa da aiddir.

    Mitraizmdə mühüm rolu ruhi paklığa can atmaq oynayır. Bu meyl mitraizm davamçılarını çox vaxtı ciddi qadağalarla müşahidə olunan asketizmə gətirərdi. Və bu tamamilə haqlı bir əməldir, belə ki, Mitranın özü - ruhi-mənəvi təmizlik, ədalət və zahidlik Tanrısıdır. Bunun eynisi Xristianlqda da izlənir.
    Xristianlıqdakı kimi Mitra kultu iman gətirənlərdən dürüst həyat sürməyi tələb edir. Bu mühüm ədalət gerçəyi sıralarında verilən sözün ciddi surətdə əməl edilməsi də durur. Bunların hamısı əlbəttə Mitra dini ilə xristianlıqı yaxınlaşdırırdı. Mitralılar özlərini qardaş hesab edirdilər və onlar arasında bir-birinə müraciət forması "sevimli qardaş" termini idi. Məlumdur ki, xristianlıqda da bir-birinə İsa qardaşları kimi müraciət edirlər.
    Nəhayət, xristianlar da mitralılar da bayram gününü kimi bazar günü hesab edirdilər. 25 dekabrda isə özlərinin ən mühüm bayramını qeyd edirdilər: Xristianlar - İsanın goğulmasını, mitralılar isə özlərinin məğlubedilməz günəş tanrısının goğulmasını. Daha dəqiq desək xristianlar İsanı yeni adla - Həqiqət Günəşi adı ilə adlandırırdılar.
    Mitraizmlə başqa oxşarlıq, yeni iman gətirənin alnına dəmirdən damğa vurulması idi. 2-3-cü əsrin xristian məddahları bunda kilsədə alına sürtmə ayinin bənzərini görürdülər. Bundan başqa İsanın doğulmasından qabaq yaranan mitraizm dünyanın axırına, dəhşətli məhkəmə və yenidən dirilməyə inam bəsləyirdi.
    Təbiidir ki, xristianlar mitraizmi özlərinin rəqib dini kimi görərək ona nifrət edirdilər. Ona görə də xristianlıq rəsmi dövlət dini statusunu alandan sonra, o öz rəqibi ilə qəddarcasına rəftar edir. Mitreumu həmişəlik mundarlamaq üçün, onlar Mitranın kahinlərini edam edirdilər, onun cəsədini isə Mitranın məbədində basdırırdılar. Bununla o, həmişəlik olaraq, mundarlanırdı.
    Burda "Tanrının insanları əsil xristianlığı qəbul etməyə hazırlamağı" haqqında nə gəldi danışmaq olar, belə hər bir bütpərəstlik "trimurti" və "üçbaşlı" insan idrakını "dərkedilməz üçlüyü öyrənməyə" hazırlayırdı. Açıq-aşkar sinkretizm faktı biruzədir.
    Həmin vaxtı mən özümə sual verirdim və onlara cavab tapmırdım, keşiş olmağa davam edirdim və İncilin sözləri ilə ibadət edirdim: "İnanıram, İlahi, mənim inamsızlığıma kömək et".

    Axtarışlar davam edir

    Bütün bu suallara cavab tapmaq üçün mən öz təhsilimi davam etdirməyi qərara aldım və Sankt-Peterburqda Ruhani Akademiyasına daxil oldum.
    Oxuyaraq, mən öz biliklərimi artırmağa çalışdım, lakin üç il ərzindəki təhsilim zamanı təzadlı fikirlərin sayı ancaq artırdı. Müəllimlərin bir çoxu özləri bizə İncil mətnlərinin müasir kilsə elmi ilə uyğun gəlmədiyini söyləyirdilər. Onlardan biri hətta məlumat vermişdi ki, İncildə ölümdən sonra yaşayan ruh haqqında məlumat yoxdur. Təbii olaraq, bizə təklif edirdilər ki, bütün bu şeyləri süzgəcdən keçirək və bu bilkləri adi insanlarla danışan zaman ağzımızdan qaçırmayaq.
    Bununla paralel mən Kursk Dövlət Universitetinin dinşünaslıq fakultəsinə qiyabi daxil oldum. Mən qərara aldım ki, orda müxtəlif dünya dinlərini dərindən öyrənəm. Ancaq təəssüf ki, orda da əsas istiqamət pravaslavlıq idi, o isə fakultənin təyinatına heç uyğun gəlmirdi. Bu zaman əlimə səyahət etmək fürsəti düşdü. Və mən qərara aldım ki, öz səyahətim zamanı dünya dinlərinin təcrübələri ilə tanış olum.

    Mənim birinci səyahətim İrana oldu. İran sərhədini keçən dəqiqə insanların təmizliyinə, qonaqpərvərliyinə və səmimiliyinə heyran oldum. Mən heç bir yerdə sərxoş və sərxoşluqdan əzilib-büzülən cavanları görmədim. Bir də mənə bu insanların praktik olaraq, İslamı səthi deyil, ancaq özünü dildə müsəlman hesab etməyərək, öz yaşayışlarını Quran deyən kimi qurmaqları çox təsir etdi. Burda hal-hazırda özünü nə vaxtsa, uşaqlıqda xaç suyuna salındığı üçün xristian hesab edənlər üçün böyük bir nümunə vardır.
    İslamın bir çox müqəddəs yerlərini ziyarət edərək, mən Quran oxumağa başladım və İslamın yaranma tarixini dərindən öyrənməyə başladım. İrandan sonra mən Kosovoda oldum və orada müsəlman həyatının başqa - heç də xoşagələn olmayan tərəfini gördüm. Belə ki, orada pravaslav kilsələrini dağıdır və insanları öldürürdülər. Ancaq serb-alban münaqişəsini dərindən təhqiq edəndən sonra başa düşdüm ki, bütün bu şeylərdə dinin heç bir günahı yoxdur. Onu hökumət və parçalanmış kiçik dövlət üzərində hakimiyyəti əldə etmək üçün bir vasitə kimi istifadə edirdilər.

    Bu ilin yanvarından mən Keniyada keçirilən xristian konfransında iştirak etdim və o qurtarandan sonra Afrikanı gəzdim. Mən orada da müsəlmanlara rast gəldim və get-gedə onlara qarşı simpatiya ilə yanaşmağa başladım. Eyni zamanda mən Quranı və İslamın əsaslarını təhqiq etməyə davam edirdim.
    Zanzibarda mənim başıma belə bir iş gəldi. Axşamüstü Stountaunun dar küçəsində gəzən zaman mən qədim məscidin girişində oturmuş qoca afrikalıya rast gəldim. Mən ondan soruşdum ki, yaxınlıqda şam yeməyi yemək üçün ucuz qəlyanaltı harda tapmaq olar. O, ayağa qalxdı və mənə məscidin yemək süfrəsində ən yaxşı yeri göstərdi və özü də mənimlə yemək yeməyə oturdu.

    Yemək zamanı qoca məndən nə işlə məşğul olduğumu soruşdu. Mən ona cavab verdim ki, hal-hazırda İslam ilə güclü maraqlanıram. "Sən İslamı öyrənəndən sonra nə edəcəksən?",- mənim həmsöhbətim məndən soruşdu. "Nə isə başqa şey öyrənəcəm",-mən cavab verdim. Qoca mənim gözümün içinə baxaraq dedi: "Mən düşünürəm ki, sən İslamı qəbul edəcəksən". Mən o vaxt təsadüfü tanışın sözlərinə çox məhəl qoymadım, ancaq elə o vaxtdan müsəlman ola biləcəyim haqda düşünməyə başladım.
    Evə qayıdan zaman mən kitab mağazasından çox sayda müsəlman ədəbiyyatı alıb, onları dərindən araşdırmağa başladım, eyni zamanda İncilə aid təhqiqatımı davam edirdim. Gün-gündən İslamı daha yaxşı dərk edirdim.

    Hidayət yolunda

    Mənim İslamı qəbul etməyimdən bir az əvvəl əlimə bir disk keçdi. Diskdə müsəlman Əli Vyaçeslav Polosinin ilə Pravaslav keşişi Daniil Sısoyev arasındakı dinlərarası disput yazılmışdı. Mən diqqətlə polemikanın hər iki hissəsinə baxdım və bir daha müsəlmanın əsaslı mövqeyinə şahid oldum.

    Düzdür, keşiş Daniyel Sısov özünü yaxşı natiq kimi nimayiş etdirdi, ancaq yenə də opponentlərin qoyduğu suallara cavab verə bilmədi və orada iştirak edənlərə Sonsuz, Hədsiz, Hüdudsuz heç yerə sığa bilməyəcək Yaradanın “var” olmasını, yəni cismə çevrilməyini sübut edə bilmədi.

    Əlbəttə yuxarıda gətirdiyim sitatlar heç də tam deyildir. Lakin heç də yalnız onlar məni öz qərarımda qətiləşdirməyiblər. Eləcə də İslamın zahiri əlamətləri və dini ayinləri deyil, hər şeydən əvvəl bu insanın Allahı ilə şəxsi münasibətidir. Burda bütün fikirlər və zahiriyyət ikinci plana düşür. Meydanda yalnız sən və Allah qalırsan.

    Mənim keşiş işlədiyim axırıncı günlər mənim üçün çox çətin idi. Praktiki olaraq öz dünyagörüşümdə yəqinliyə çatandan sonra həqiqi mənada mən parçalanırdım. Qohumlarımın və yaxınlarımın sözlərinə diqqət yetirərkən, bir çoxları mənim axtarışlarım haqqında bilirdilər, mən liturgiya edirdim və Tanrıdan öz şübhələrimə görə bağışlanmağımı və Onun İlahi həqiqətinə məni qovuşdurmağını istəyirdim. Və bu an gəlib çatdı. Bir an içində mən başa düşdüm ki, mən artıq özümü keşiş hesab edə bilmirəm. Zahiri kilsə ayinlərini yerinə yetirən şəxs kimi qala bilmirdim. Mən özümün bu qərarımı düz sayıram, belə ki, öz vicdanımı sata bilmirdim, bu mənim üçün qəbuledilməzdir.

    Əlbəttə bir keşiş üçün öz ibadətindən, bütün o şeylərə ki, adət etmisən birdən imtina etmək çox çətindir. Mən öz fikirlərim ilə öz dindaşlarımla bölüşürdüm, ancaq onlar mənim gətirdiyim dəlillərə bir cavab veriridilər ki, boş şeylə məşğul olma, fikirləş, sənə burda qadağa qoysalar ailəni nə ilə dolandıracaqsan? Onlardan biri isə düz üzümə söylədi ki, mənimlə danışmaqdan qorxur, belə ki, o, mənim sübutlarıma cavabı yox idi.

    Buna baxmayaraq mən qəti olaraq, özümün kilsədəki fəaliyyətimi dayandırmağa qərar verdim və Kursk vilayətinin baş yepiskopu Qermana məktub yazdım və ondan məni yeparxiyadan xaric etməsini və bütün tutduğum vəzifələrdən azad etməsini xahiş etdim (mən Kursk yeparxiyasının Gənclər şöbəsinin rəhbəri və Kursk kilsəsinin Ruhani seminariyasının tarix müəllimi idim).

    Tezliklə mən bir məktub daha yazdım və orada bildirdim ki, mən nə pravaslav kilsəsinin, nə də hər hansısa bir digər kilsənin xidmətçisiyəm, nə də üzvüyəm. Moskvanın Came məscidində bir neçə nəfərin iştirakı ilə şəhadət verərək, müsəlman oldum. Və hal-hazırda müsəlmanam.
    Kilsələrdə bir çox tanışlarım və dostlara malik olduğum halda mən istəməzdim ki, mənim xristianlıqdan gedişimi pravoslav kilsəsində adi hala çevrilmiş mənəvi nöqsanlarla əlaqələndirsinlər. Buna görə mən şüurlu halda uzun illər burada olduğum zaman gördüyüm mənfi halları yazmıram.
    Mənim xristianlıqdan xaric olmam - mənim tək və mərhəmətli Allahın nəsihətlərinə şəxsi hicrətimdir. Əlbətdə ki mən çox sevinərəm ki, kimsə mənim nümunəmdən ibrət götürərək və ruhlanaraq tək olan Haqq Allahın dinini öyrənməyə başlasın və onun davamçısı olsun. Məlumdur ki, dində məcburiyyət yoxdur və hər kəs özü Allaha doğru yolunu seçməlidir. Şəxsən mən özüm dində son və qəti seçimimi etmişəm.

    Qısa tərcümeyi-hal.

    Vladislav Sergeyeviç Soxin Kurskda anadan olmuşdur. 1998-ci ildən 2003-cü ilə qədər Kursk Pravaslav Ruhani Seminariyasında, 2003-cü ildən 2006-cı ilə qədər isə Sankt-Peterburq Ruhani Akademiyasında, 2002-ci ildən Kursk Dövlət Universitetində (din çunaslıq şöbəsində) təhsil almışdır.

    2000-ci ildə Russ Pravaslav Kilsəsi tərəfindən diakon rütbəsi verilmişdir, 2001-ci ildə keşiş rütbəsinə təyin edilmişdir. Kilsədə xidmət dövründə Kursk yeparxiyasının kilsəsinin vilayətşunaslıq şöbəsinin üzvü olub. Son iki ilini yeparxiyada Gənclər şöbəsinə rəhbərlik etmiş və Kursk ruhani seminariyasında Ümumi Kilsə tarixindən tədris etmişdir.
    Evlidir, üç övladı var.(Islam.Ru)

    Azərbaycanca hazıladı: Məşhədi Xanım-«Dəyərlər»
    Категория: Dünyada | Просмотров: 1297 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər