Cüme axşamı, 28.03.2024, 21:47
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 11 » ASİYANIN GÖZƏL ÖLKƏSİ MALAYZİYADA RAMAZAN
    22:17
    ASİYANIN GÖZƏL ÖLKƏSİ MALAYZİYADA RAMAZAN
     
     
     
     
     
    Ramazan ayının gəlişi Malayziya müsəlmanlarına müxtəlif vasitələrlə çatdırılır.
    Belə ki, ölkənin bəzi əyalətlərində dəf çalınır. Dəf səsini eşidən müsəlmanlar sel kimi məscidlərə axışırlar.

    Uca Allahın Malayziyanı urbanizasiyalaşmış, sürətli iqtisadi tərəqqi tempinə malik, inkişaf etmiş sənayesi olan İslam ölkəsinə çevirməsi onun bu ölkəyə nemətidir. Bütün bu gözəlliklərlə yanaşı, ölkənin bəşəri və sosial xarakteristikası da mühüm əhəmiyyət kəsb edir. Müxtəlif etnik və dini qruplardan mütəşəkkil Malayziyanın onurğa sütununu müsəlmanlar təşkil edirlər. Müsəlman malayların özlərinə məxsus bir sıra adət-ənənələri vardır. Ölkə əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olduğuna görə, bu adət-ənənələr bütün ölkədə yayılıb.

    Malayziyanın müsəlman ictimaiyyəti: Digər Cənubi Asiya ölkələrində olduğu kimi, İslam Malayziyaya tacir və dəvətçilər vasitəsi ilə gəlib. Ölkənin hər tərəfinə səpələnmiş məscidləri gördükdə İslamın Malayziyada necə yayıldığını başa düşmək elə də çətin deyildir. Belə məscidlərin ən böyüyü paytaxt Kuala-Lumpurda yerləşən 15 min kvadrat m ərazisi olan məsciddir.

    Malayziya üsulu Ramazan: Dini İşlər Nazirliyinin ayparanı müşahidə edərək, Ramazan ayının gəlişini rəsmi şəkildə elan etməsi ilə malay müsəlmanları oruca başlayırlar. Mübarək ayın gəlişini bütün media qurumları müsəlmanlara çatdırır. Yerli idarələr küçələri təmizləyir və şəhərlərin müəyyən yerləri Ramazan münasibətilə elektrik lampaları ilə bəzənir.

    Malayziyada qadın, kişi və uşaqlar Ramazan hilalını müşahidə etmək üçün yüksək yerlərə çıxırlar.

    Müsəlmanlar isə Ramazan hazırlıqlarına Şaban ayının sonundan etibarən başlayır, ərzaq tədarükü görürlər. Məscidlər Ramazana hazır vəziyyətə gətirilir, işıqlandırılır.

    Malayziyalılar əvvəlcə axşam namazını qılır, sonra isə iftar süfrəsinə əyləşirlər. Müsəlmanlar iftardan sonra təravih və yatsı namazlarını qılmaq üçün məscidlərə axışır, boş zamanlarında isə Qurani-Kərim oxuyurlar.

    Ramazanda hökumət hafizlər arasında müxtəlif müsabiqələr təşkil edir. Müsabiqədə yaxşı çıxış edərək, fərqlənənlər öz mükafatlarını keçirilən böyük bir tədbirdə alırlar. Mükafat yalnız hafizlərə deyil, həm də onların müəllimlərinə verilir.

    Maraqlıdır ki, Ramazan ayında ölkədə keçirilən tədbirlərdə bir çox insan islamı qəbul edir. Müsəlman olmayan bir çox malay xüsusən bayram namazından sonra İslama gəlirlər.

    Müsəlmanların bir hissəsi məscidlərdə, bir hissəsi isə evlərində iftarlarını açır. Onlar məscidlərdə kütləvi şəkildə iftar etmək istədikləri zaman evlərindən gətirdikləri yeməkləri yeyirlər. Şəhərlərdə verilən iftarlarda uzun növbələr əmələ gəlir. Bəzi rayonlarda və qəsəbələrdə müsəlmanlar öz evlərində növbə ilə iftar verirlər. Beləliklə, malay müsəlmanları arasında islam dünyasının hər yerində olmasını arzuladığımız qardaşlıq və yaxınlaşma abı-havası yaranır.

    Malayziyanın iftar süfrələrinin bəzəyi onların ən məşhur yeməyi olan qatri-mandidir. Eləcə də undan bişirilən badık da çox məşhurdur. Xurma, banan və portağalın yanında toyuqla düyü yeməyi də Malayziyanın iftar süfrələrini bəzəyən yeməklərdəndir.
    /AzeriMuslims/

     

    Категория: Dünyada | Просмотров: 1326 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər