Cüme axşamı, 25.04.2024, 20:40
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 11 » Böyük Britaniyada ilk İslam sığorta şirkəti
    23:36
    Böyük Britaniyada ilk İslam sığorta şirkəti
     
     
     
     
     
    «Yeni Şərq»in Britaniya mətbuatına istinadən verdiyi xəbərə əsasən, Böyük Britaniyada şəriət qanunları əsasında fəaliyyət göstərən ilk sığorta şirkəti - «Salam» işə başlayıb. Riski tamamilə üzərinə götürən adi sığorta şirkətlərindən fərqli olaraq, burda mümkün təhlükə bütün iştirakçılar arasında bərabər bölünür.

    Müştərilərin ödəmələri ümumi fonda daxil olur, sonra isə şəriət qanunlarına əsasən istehsala yatırılır. Təbii ki, spirtli içkilər və faizli ödəmələrdən söhbət gedə bilməz. Fonddan bütün sığorta halları üzrə ödəmələr həyata keçirilir. İlin tamamında artıq vəsait qaldığı halda, pullar müştərilərə növbəti il üçün güzəştlər qismində qaytarılır.

    «Salam» əsasən Böyük Britaniyanın 1,5 milyonluq əhalisinə xidmət göstərmək üçün yaranıb. Amma şirkətin rəsmi saytında dini inancından asılı olmayan hər bir britaniyalının şirkətin potensial müştərisi olması haqqında məlumat verilir. Son zamanlar dünyanın müştərilərinə islam normalarına uyğun olaraq xidmət göstərən şirkətlərinin sayı durmadan artır. Müsəlmanlara göstərilən maliyyə xidmətləri dünya bazarında hər il 15 faiz artır. 2007-ci ildə bu göstərici 480 milyard dollar təşkil edib.

    Категория: Dünyada | Просмотров: 1214 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər