İtaliyada daha bir məscid dağıdılacaq - 14 Сентября 2008 - ....::İslam::....
Şenbe, 03.12.2016, 13:31
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6763
    Sayğac

    Onlayn: 5
    Qonaq: 5
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » Sentyabr » 14 » İtaliyada daha bir məscid dağıdılacaq
    21:15
    İtaliyada daha bir məscid dağıdılacaq
     
     
     
     
     
     
    Oppeano şəhərinin icra strukturları bu addımı təhlükəsizlik tədbirlərilə əlaqələndirir

    İtaliyanın Oppeano şəhərinin meri, sağçı  “Şimal Liqası” partiyasının deputatı Alessandro Montanoli sentyabrın 6-da yerli ticarət mərkəzində yerləşən məscidin bağlanması ilə bağlı sərəncam serib. Məscidi açan “El Falah” assosiasiyası isə merin qərarını məhkəməyə verib. Bu barədə news.ru məlumat yayıb. Oppeanonun meri dəfələrlə “El Falah” assosiasiyasının nümayəndələri ilə görüşüb, amma tərəflər məscidlə bağlı heç bir razılığa gələ bilməyiblər. Məsciddə 200-ə yaxın adam eyni zamanda ibadət edə bilərdi. Binanın sahibi Eliza Çikkone və İslam Assosiasiyasının prezidenti Braxin Bassur merin qərarı ilə yenidən kommersiya xidməti üçün lazım olan binadan aralanmalıdırlar. Ötən bazar günündən şəhər müsəlmanları Ramazan ayında birgə ibadət etmək üçün məscidsiz qalıblar.

    Mer isə öz qərarı ilə bağlı yerli polisi, İtaliyanın daxili işlər nazirinin məsləhətçisini və s. vəzifəli şəxsləri agah edib və bildirib ki, onun bu addımı ictimai təhlükəsizliyin qorunması üçün lazımdır. Qeyd edək ki, ötən il yaz aylarında Oppeano şəhərinin yerli bələdiyyəsi şəhərdəki məscidi dağıdaraq yerində İslam əleyhinə kitablar yazan italyan jurnalisti və yazıçısı "Oriana Fallaçinin meydanı"nı salmışdılar. Bu yazıçının İslam əleyhinə yazdığı “Qəzəb və qürür” kitabı KİV və ictimaiyyət arasında çox ciddi mübahisəyə səbəb olmuşdu. /ANS PRESS/

    Категория: Dünyada | Просмотров: 629 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər