Şenbe, 20.04.2024, 03:01
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 16 » AYIL, ÜMMƏT! BİZ QƏFLƏTDƏ YATDIĞIMIZ MÜDDƏTDƏ MÜQƏDDƏS ƏL-ƏKSA VİRAN OLUR...
    13:13
    AYIL, ÜMMƏT! BİZ QƏFLƏTDƏ YATDIĞIMIZ MÜDDƏTDƏ MÜQƏDDƏS ƏL-ƏKSA VİRAN OLUR...
     
     
     
     
     
     
     
    Bu il Ramazan ayının ilk günü müqəddəs Əl-Əksa məscidinə qarşı yeni sionist hücumlarının başlanğıcı oldu.
    İsrail rejimi İslam dinində üçüncü müqəddəs yer olan Əl-Əksa məscidinin ərazisinə açılan Əl-Məqarib darvazasından metal körpü tikmək niyyətinə düşüb. Hələ üç həftə bundan qabaq Fələstinin tanınmış ictimai-dini xadimi Raid Saleh sionist rejiminin Əl-Əksa ətrafında qazıntılar aparmaq haqqında kompleksli planın hazırladığı və məscidin divarları ətrafında yəhudi ibadət evləri tikmək niyyətində olduğu barədə xəbərdarlıq etmişdir. O, ictimaiyyətə qeyd edilən planla əlqədar cizgiləri açıqlamışdır və bu da planı gizli saxlamaq istəyən sionistlərin hiddətinə səbəb olmuşdur.

    Onların polis və xəfiyyələri şeyx Raidin rəhbərlik etdiyi “Əl-Əksa” fondunu təqib etməyə başlayır. Əl-Əksa məscidinin sionist qəddarlığından müdafiə olunması istiqamətində keçirilən bütün aksiyaların özəyində məhz bu təşkilat durur. Bundan başqa bu təşkilat Əl-Əksa məscidi və digər Fələstin abidələrinin təmiri və bərpası işlərinə rəhbərlik edir.

    Bunlardan əlavə məlum olduğu kimi, əlindəki bütün vasitələrdən istifadə edərək həyatını müqəddəs məscidin müdafiəsinə həsr etmiş Raid Salehin özünə qarşı da sui-qəsd hazırlanmışdır.

    Beş il bundan öncə mənim Qahirədə Raidlə görüşmək imkanım oldu. Mən bu zaman Əl-Əksa məscidinə qarşı sionistlərin belə planları haqqında onda olan məlumatları onun özündən eşitmişdim. O, bütün bunları öz beş barmağı kimi tədqiq etmişdir.

    Şeyx Raid və onun qardaşlarının məscidi dağıdılmaqdan xilas etmək üçün müsəlman və ərəblərə çağırış etməkdən artıq boğazları tutulub. Belə ki, indiyədək bu çağırışlar cavabsız qalıb.

    Bu insan müqəddəs məkanlara qarşı davam edən aqressiyalara qarşı cihadını, mövqeyini, sağlamlığı, azadlığı və gündəlik həyatını qurban vermək hesabına saxlayıb. Sionist rejimi 2005-ci ildə onu yalançı ittihamla 26 il müddətinə azadlıqdan məhrum etmişdir. Bundan sonra 2007-ci ildə o, Fələstin İntifadını Əksa Məscidinin müdafiəsinə səslədiyi çıxışından sonra ona qarşı zorakılığa təhrik və irqçilik ittihamları irəli sürülmüşdür.

    Vaxtaşırı olaraq mən məscidin qonşuluğunda yaşayan işğal olunmuş Qüds sakinləri ilə görüşürəm. Mən onlarla söhbət edirəm və onlarda olan sənədli sübutlarla tanış oluram.

    Bütün bunlar sübut edir ki, qeyd edilmiş qəddar plana uyğun olaraq Əl-Əksanın boğulması prosesi daha da sərtləşir. Bütün işlər məscidin dağıdılması və zəbt olunması istiqamətində aparılır. Bundan başqa bu müqəddəs məkanın nəinki üst təbəqəsi, hətta onun bünövrəsi üzərində hakimlik etmək uğrunda işlər səngimir. Biz isə hələ də qəflətdə yatmağa davam edirik!...

    Mənim görüşmək imkanım olduğum insanlar arsında Fələstinin böyük coğrafiya mütəxəssislərindən olan doktor Xəlil əl-Təfkədci də olmuşdu. O, işğal olunmuş Qüdsdə yaşayır və sionistlərin bütün planlarının təfərrüatından xəbərdardır.

    Biz onunla Əlcəzairdə müqəddəs əl-Qüdsə həsr olunmuş konfransda görüşdük. Söhbətimiz zamanı o, vaxtın ən çoxunu onun ixtiyarında olan və aşağıdakıları sübut edən sənədlərin müzakirəsinə həsr etdi.

    Qüdsün yəhudiləşdirilməsi istiqamətində atılan addımlar günü-gündən gücləndirilir. İsrail rejimi nəyin bahasına olursa-olsun şəhərdə ərəb və yəhudilər arasında yerləşmə əmsalını qoruyub saxlamağa çalışır (78% yəhudi və 22% ərəb). İsrail demoqrafik tədqiqatı göstərir ki, 2050-ci ildə şəhər əhalisinin sayında ərəblər çoxluq təşkil edə bilər.

    Bununla əlaqədar olaraq, sionist rejimi Qüdsün ərəb sakinlərinə qarşı terror həyata keçirməklə, həmçinin onlara qarşı təzyiqləri artırmaq, hüquqlarını tapdalamaqla onları Fələstinin digər yerlərinə köçməyə vadar etməyə çalışırlar. Bundan imtina edənlərə qarşı isə zorakı polis üsullarından istifadə olunur. Bütün bunların əsas məqsədində isə sionistlər tərəfindən işğal olunmuş ərəb şəhərini yəhudi məkanına çevirmək planı durur. Bunun üçün də hətta yol kənarındakı tarixi daşlar belə yəhudi nümunəli daşlarla əvəzlənir.

    Ərəblərə qarşı təzyiq və zülm üsulları sırasında istifadə olunur:

    a) Fələstinlilərə onun ixtiyarında olan torpağın 75%-indən çox hissəsində hər hansı tikili inşa etməyə icazə verilmir. Bundan başqa tikinti üçün lisenziya rüsumu 30 min dollar təşkil edir. Bu vaxt yəhudilərə isə ixtiyarında olan torpağın 300%-ində tikili tikmək (yəni torpaq sahələrindən üç dəfə böyük tikili tikmək) imkanı verilir və rüsum elə də önəmli məbləğdə deyil.

    b) Ərəb məktəblərinin ixtisara salınması hesabına yəhudi məktəblərinin tikilməsi halı var. Ərəb uşaqları ya sionist məktəblərinə getməli, ya da bisavad olmalıdırlar. Xüsusi ərəb və vəqf sistemlərinə məxsus məktəblərində 18 min şagird təhsil aldığı halda, sionist məktəblərində oxuyan uşaqların sayı 27 minə çatır.

    Bundan başqa hər il Qüdsdə 100 min yəhudi yerləşdirilməsi planı işlənib ki, məqsəd 2010-cu ildə şəhərdəki qeyri-leqal gəlmələrin sayını 500 minə çatdırmaqdır.

    Sionistlər bütün qorxu və təhlükələrinə baxmayaraq Qüdsdə yaşamağa davam edən ərəblərə qarşı hər nə vasitə deyirsən, tətbiq edirlər. Sionistlər uyuşdurucu maddə, əxlaqsızlıq çirkabında boğmaq vasitələri ilə ərəb gənclərinin əzm ruhiyyəsini əllərindən almağa çalışırlar. Bu barədə mənə Qüdsdə narkotik vasitələrin yayılması ilə mübarizə komitəsinin cavabdeh nümayəndəsi İsam Cuveyhan məlumat vermişdi.

    Amm bütün bunlara baxmayaraq, ümumilikdə Qüdsdəki Fələstin xalqı sarsılmazlığını qoruyub saxlayır və son nəfəsinə və son damla qanına qədər bu mübarizə əzmini qoruyub saxlayacaq. Şeyx Raid Saleh də mübarizlərin başında duraraq Qüdsün və Əksa Məscidinin müdafiəsini davam etdirəcək. Onun ərəbləri və müsəlmanları bu Müqəddəs məkanların xilasına çağıran səsləri göyləri silkələyəcək.

    Lakin təəssüf ki, hələlik nəticəsiz...


    Şaban Əbdürrəhman, Fələstin informasiya mərkəzi

    Çevirəni: HƏSƏN TƏVƏSSÜL


    Категория: Dünyada | Просмотров: 1166 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər