Cüme, 19.04.2024, 08:33
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 16 » 11 SENTYABRDAN SONRA YARANMIŞ İSLAMAFOBİYAYA QARŞI ABŞ MÜSƏLMANLARI MÜVƏFFƏQİYYƏTLƏ SOSİAL FƏALLIQLARINI ƏKS ETDİRMİŞLƏR
    22:47
    11 SENTYABRDAN SONRA YARANMIŞ İSLAMAFOBİYAYA QARŞI ABŞ MÜSƏLMANLARI MÜVƏFFƏQİYYƏTLƏ SOSİAL FƏALLIQLARINI ƏKS ETDİRMİŞLƏR
     
     
     
     
     
     
     
    IslamOnline verdiyi xəbərə görə artıq sübut olunmuşdur ki, bir çox amerika müsəlmanları üçün ictimai işlərdə fəallıq göstərərk iştirak etmək 11 sentyabr hadisəsindən sonra ABŞ-da yaranan düşmən imicinə qarşı mübarizənin ən yaxşı yolu sayılır, çünki hələdə burada onların dinilə bağlı stereotiplər və xurafatlar nisbətən qalmaqdadır. "Biz gərək öz imicimizi yüksəklərdə saxlayaq",- deyə fəallardan biri olan Yusif Marey Chicago Tribune qəzetinə müsahibəsində söyləyir.

    Hal-hazırda ABŞ və bütün dünya 11 sentyabr hadisəsinin yeddinci il dönümünü qeyd edir. Bir çox müsəlmanlar öz dinlərinin neqativ qəbul edilməsi ilə bağlı geniş mübarizə proqramında iştirak etməyə hazırdırlar. Amerikanın ictimai liderləri müsəlmanları seçkilərdə iştirakla bağlı qeydiyyatdan keçməklə, mikrarayon yığıncaqlarında, məktəb başqa yerli müəssisələrdəki fəal işlərdə iştirak etməklə öz vətəndaşlıqlarını nümayiş etdirməyə çağırıb.


    Bu il həmin faciənin ildönümü müsəlmanlar üçün müqəddəs ay olan mübarək Ramazan ayına təsadüf etdiyi üçün məscidlər də böyük rolu oyanyırlar. Belə ki, məscidlər İslamla haqqında maarifləndirmək üçün qeyri müsəlmanları iftar süfrələrinə dəvət edirlər. "Yaxşı qonşu olduğumuzu göstərmək bizim borcumuzdur",- Ramazan ayında gündəlik radio verlişlərinin aparıcısı Marey deyir və müsəlmanları Ramazan ayının ruhunu "Çikaqo səmaları üzərində" yaymağa çağırır.

    Çikaqonun müsəlman ictimai mərkəzinin keçmiş prezidenti Muhəmməd Kayzeruddin əmindir ki, hətta kiçik addımlar belə böyük səmərə verə bilər: "Bizim iştirak etməyimiz və orada olmağımız bizim terorist deyil müsəlman olduğumuzu göstərmək üçün kifayət edəcəkdir".


    Категория: Dünyada | Просмотров: 1213 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər