DÜNYADA ACLARIN SAYI 900 MİLYONU KEÇDİ - 17 Сентября 2008 - ....::İslam::....
Çerşenbe axşamı, 06.12.2016, 20:01
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6767
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » Sentyabr » 17 » DÜNYADA ACLARIN SAYI 900 MİLYONU KEÇDİ
    19:40
    DÜNYADA ACLARIN SAYI 900 MİLYONU KEÇDİ
     
     
     
     
     
     
     
    İlin sonunda bu rəqəm 1 milyarda çata bilər
      2008-ci ilin əvvəlində bütün dünyada aclıqdan əziyyət çəkən insanların sayı 850 milyon nəfərdən 925 milyon nəfərə kimi artıb. “France Presse” agentliyinin verdiyi məlumata görə, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında bildirilir. Təşkilatın proqnozuna görə, ilin sonunda aclıq çəkən insanların sayı 1 milyarda çatacaq.

     FAO-nun prezidenti Jak Duif bildirib ki, aclıq çəkən insanların sayının artması ərzağın qiymətinin sürətlə bahalaşması ilə bağlıdır. O, qiymətlərin hər il faktiki olaraq iki dəfə artdığını vurğulayıb. Məsələn, FAO-nun dünya qiymətlərinin indeksi 2006-cı ildə 12 faiz, 2007-ci ildə 24 faiz, 2008-ci ilin 8 ayı ərzində isə 50 faiz artıb.

     Qeyd edək ki, 2006-cı ilin iyununda BMT üzvü olan ölkələr dünyada aclıq çəkən insanların sayını 2015-ci ilə kimi 2 dəfə azaltmağa söz veriblər. Bu zaman Müsəlman İnkişaf Bankı böhranla mübarizəyə 1,5 milyard, Dünya Bankı 1,2 milyard, Afrika İnkişaf Bankı isə 1 milyard dollar ayırıb.
    LENT.AZ 


    Категория: Dünyada | Просмотров: 741 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 1
    18.09.2008 Спам
    1. ZehrayiNur (ZehrayiNur)
    sad o xosbext gun olacaqmi goresen hec kes acindan olmeyecek?

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər