Çerşenbe axşamı, 23.04.2024, 10:07
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 19 » Dövlət Gənclər Teatrı yeni tamaşa üzərində məşqlərə başlayıb
    16:30
    Dövlət Gənclər Teatrı yeni tamaşa üzərində məşqlərə başlayıb
     
     
     
     
     
     
    «Su pərisi» adlı tamaşa sentyabrın sonunda təhvil veriləcək

    Yeni mövsümə start verən Dövlət Gənclər Teatrı yeni tamaşa üzərində məşqlərə başlayıb. Teatrda Firuz Mustafanın «Su pərisi» pyesi əsasında eyniadlı səhnə əsrinə quruluş verilir. Tamaşanın rejissoru Rəhman Əlizadə mücərrəd əhvalat üzərində səhnələşdirilən əsərdə insan taleyi və psixologiyasını dəniz məfhumu ilə müqayisədə araşdırmaq niyyətindədir.
    Komediya janrında olan tamaşada hadisələr özünü dənizə ataraq intihar etmək istəyən Pəri adlı qadının ətrafında cərəyan edir. Həyat yoldaşı ilə pis münasibətləri, sosial problemlər və hüqüqlarının tapdanmasından bezən qadın ölmək istəsə də buna nail olmur. Xilas olduqdan sonra isə onun başına bir çox macəralar gəlir. Onu ölümdən qurtaranlar qadını su pərisi zənn edirlər. Jurnalistlər, rejissorlar pərini xilas olduğuna peşman edirlər. Pəri haqqında film çəkiləcəyini eşidən həyat yoldaşı isə onunla barışmaq fikrinə düşür. Tamaşada rolları Cəmilə Allahverdiyeva, Ayşad Məmmədov, Qurban İsmayılov, Elşən Hacıbabayev və başqaları ifa edir. Səhnə əsərinin quruluşçu rəssamı Leyla İsmayılovadır. Musiqisi Vaqif Mustafazadənin kompozisiyaları üzərində qurulmuş tamaşa sentyabrın sonlarında təhvil veriləcək. /ANS TV/

    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1214 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər