Şenbe, 20.04.2024, 17:35
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 23 » Türkiyədə açılacaq yeni məsciddə yalnız müsəlmanlar deyil, digər dinlərə mənsub kəslər də ibadət edə biləcək
    23:12
    Türkiyədə açılacaq yeni məsciddə yalnız müsəlmanlar deyil, digər dinlərə mənsub kəslər də ibadət edə biləcək
     
     
     
     
     
     
     
     
    Məscidin müəyyən hissələri kilsə və sinaqoq üçün nəzərdə tutulub

    Türkiyədə açılacaq yeni məsciddə yalnız müsəlmanlar deyil, digər dinlərə mənsub kəslər də ibadət edə biləcək. "Gazeteoku" saytının məlumatına görə, Professor Doktor İhsan Doğramacının atasının xatirəsinə Bilkentdə tikdirdiyi məscidin müəyyən hissələri kilsə və sinaqoq üçün nəzərdə tutulub.
    İlk dəfə Qədr gecəsində açılacaq “Doğramacızadə Əli Sami Paşa Məscidi”nin sahəsi 50 min kvadrat metrdir. Məscid ərazisinin 120 kvadrat metri sinaqoq və kilsə üçün nəzərdə tutulub və iki yerə bölünüb. Müsəlman olmayanlar, istəsələr, bu hissələrdə ibadət edə biləcəklər. Amma burada keşiş olmayacaq.
    Türkiyədə Yüksək Təhsil Qurumunun keçmiş rəhbəri İ. Doğramacı müasir arxitekturasıyla diqqət cəlb edən məscidi "Respublika dövrü məscidi" olaraq xarakterizə edib. Doğramacı məsciddə fərqli dinlərə mənsub olanların da ibadət edə biləcəyini bildirib: "Bura məsciddir, amma digər dinlər üçün də boş yerlər var. O, dinlərin mənsubları üçün burada ibadət sərbəstdir. Amma bura məsciddir, kilsə yaxud sinaqoq deyil".

    Türkiyədə dini işlər üzər qurumun rəhbəri Əli Bardakoğlu isə məscidin içində sinaqoq, kilsə olmasının doğru olmadığını bildirib. Onun sözlərinə görə, ehtiyac olduğu yerdə kilsə tikilməsinə qarşı deyil."Amma məscid adı altında bunların olması doğru deyil. Eynilə sinaqoq içində də məscid olması doğru deyil. Məscidi məscid, kilsəni kilsə, sinaqoqu sinaqoq kimi edək".

    Professor Doktor Şahin Filiz isə hesab edib ki, İslamda yer üzü ibadətxanadır. "Məscid kimi müəyyən din üçün təsis edilmiş strukturlar isə sonradan yaranıb, İlahi dinlərə mənsub hər insan məsciddə ibadət edə bilər. Məscid, sinaqoq, kilsə kimi fərqli dinlərə aid ibadət yerləri sonradan yaranıbsa digərlərinin təsdiqini götürmək şərtiylə bütün din mənsubları bir-birlərinin ibadətxanalarında ibadət edə bilərlər".

    Professor Doktor Saim Yeprem isə bildirib ki, Antaliyada eyni bağçada kilsə, məscid və sinaqoq var. İstanbul Quzğuncuqda sinaqoq və məscid bir divarı bölüşür. Kilsədə də namaz qılmaq olar. İslam dinində buna maneə törədən bir vəziyyət yoxdur./ANS PRESS/

    Категория: Dünyada | Просмотров: 1339 | Добавил: media-islam | Рейтинг: 5.0/1
    Всего комментариев: 1
    24.09.2008
    1. DINDARKA (DINDARKA) [Material]
    BU BILMIREM NE QEDER DOGRUDUR sad

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər